Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə12/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   8   9   10   11   12   13   14   15   ...   143

 

 

35 



Şərəfxan  Osmanlı  sultanı  III  Muradın  tərəfinə  keçmişdir.

77

  O, 



əsərində  Osmanlı-Səfəvi  müharibələrinə  geniş  yer  vermişdir. 

Əsərdə  Azərbaycanın  XIV-XVI  əsrlər  tarixinə  də  aid  olan 

mühüm  məlumatlar  vardır.  Osmanlı  sultanı  III  Muradın 

Azərbaycana təşkil etdiyi hərbi yürüşlərdə iştirak etmiş Şərəfxan 

Bidlisinin  əsərində  Osmanlı  məlumat  mənbələrinin  təsiri, 

müəllifin  Səfəvi  dövlətinə  mənfi  münasibəti  nəzərə  çarpır.

78

 

«Şərəfnamə»  Azərbaycan  mədəniyyətinin  inkişaf  etdiyi  siyasi 



şəraiti öyrənmək baxımından dəyərli mənbədir. 

Mahmud  bin  Hidayətullah  Nətənzi  (1531/32-ci  ildə 

anadan olmuşdur) nəzərdən keçirilən dövr haqqında məlumatlar 

verən  müəlliflərdən  biridir.  Ruhani  ailəsində  anadan  olmuş 

Mahmud  Nətənzi  gənc  ikən  tarixə  və  İlahiyyata  dair  kitablar 

oxumağa,  şeirlər  yazmağa  mail  idi.  Onun  ailəsi  Heratın  Səfəvi 

hakimi,  şah  I  Təhmasibin  qardaşı  Bəhram  Mirzə  tərəfindən 

himayə  olunmuşdu.  Mahmud  Nətənzi  «Nəqavat  əl-asar  fi  zikr 

əl-əxyar»  (və  ya  «əxbar»)  («Ruhani  şəxslər  haqqında 

hekayətlərdən  ən  yaxşısı»)  adlı  əsərini  1590-1599-cu  illər 

ərzində yazmışdır.

79

 2 cilddən ibarət olan əsərin I cildində 1576-



1587-ci  illərin  mühüm  hadisələri  öz  əksini  tapmışdır.  II  cilddə 

isə  şah  I  Abbasın  hakimiyyətinin  ilk  11  ili  ətraflı  şəkildə 

işıqlandırılmışdır. Şah I Abbasın taxta çıxmasına qədərki dövrün 

bir  çox  hadisələri  Mahmud  Nətənzidən  əvvəlki  salnaməçilər 

tərəfindən  ya  xatırlanmamış,  ya  da  həmin  hadisələr  ətraflı 

şəkildə  təsvir  olunmamışdır.  Əsasən  şəxsi  müşahidələrinə 

istinadlanmış  Mahmud  Nətənzi  dövrünün  siyasi  fakt  və 

hadisələrinə  xüsusi  fikir  vermişdir.  Müəllifin  nəinki  hadisələri, 

habelə  həmin  hadisələri  doğurmuş  səbəbləri  şərh  etməyə  meyli 

əsərin nəzərəçarpan cəhətlərindəndir.

80

 

XVI-XVII  əsrlərin  Azərbaycan  mədəniyyətinin  mühüm 



faktları  barədə  dəyərli  məlumatlar  verən  digər  müəllif 

İsgəndərbəy  Münşidir.  Bu  Azərbaycan  tarixçisi  də  əsərlərini 

farsca  yazmışdır.  O,  1560-1634-cü  illər  ərzində  yaşamış,  saray 

tarixçisi,  şair  və  xəttat  olmuşdur.

81

  İsgəndərbəy  Münşi 



(Türkman)  «Tarixe-aləmaraye  –  Abbasi»  («Aləmi  bəzəyən 

Abbasın  tarixi»)  əsərini  təqribən  1630-cu  ildə  tamamlamışdır. 




 

 

36 



Əsər müqəddimədən, girişdən və iki cilddən ibarətdir.

82

 Dövrün 



başlıca hadisələri onun əsərində öz əksini tapmışdır. Məhəmməd 

Xudabəndənin  (1578-1587)  və  Şah  I  Abbasın  (1587-1629) 

dövründə divan katibi kimi yüksək vəzifədə olmuş İsgəndərbəy 

Münşi (Türkman) Səfəvi dövlətinin maliyyə işləri ilə də məşğul 

idi.  O,  bir  sıra  hərbi  yürüşlərdə  və  səfərlərdə  iştirak  etmiş, 

minlərlə  azərbaycanlı  rəssamın,  şairin,  xəttatın  və  sənətkarların 

zorla  İranın  vilayətlərinə  köçürülməsinin  şahidi  olmuşdur. 

İsgəndərbəy  Münşi  «Tarixe-aləmaraye-Abbasi»  əsərində 

Səfəvilər  dövründə  Azərbaycan  (türk)  dilinin  rolu  haqqında  da 

məlumatlar  vermişdir.  Həmin  müəllifin  «Zeyle-tarixe-

aləmaraye-Abbasi»  («Aləmi  bəzəyən  Abbasın  tarixinin 

davamı»)  adlı  digər,  yarımçıq  qalmış  əsəri  də  vardır.

83

  Əsərdə 



Şah I Səfinin hakimiyyətinin ilk 5 ili də təsvir olunur. 

XVI  əsrdə  naməlum  müəllif  tərəfindən  fars  dilində 

yazılmış  digər  mənbə  «Tarixe-Şah-İsmaile-Səfəvi»  («Şah 

İsmayıl  Səfəvinin  tarixi»)  əsəridir.  Əsərdə  Şah  I  İsmayılın 

fəaliyyəti, dövrün ictimai-siyasi çəkişmələri təsvir edilir. Əsərin 

adı  şərti  səciyyə  daşıyır.

84

  Şah  I  İsmayılın  əcdadları  haqqında 



məlumat  əsərin  giriş  hissəsini  təşkil  edir.  Əsərdəki  məlumatlar 

ictimai,  siyasi,  dini  amillərin  mədəniyyətin  inkişafına  təsirini 

öyrənmək baxımından maraqlıdır. 

Xondəmir  (Xandəmir)  Qiyasəddin  ibn  Hümaməddin  əl-

Hüseyni (1475, Herat-1535, başqa məlumata görə 1536/37) İran 

(fars)  tarixçisidir.  O,  öncə  Teymurilərin,  1507-ci  ildən 

Səfəvilərin  və  1528-ci  ildən  isə  böyük  Moqol  hökmdarlarının 

saray  tarixçisi  kimi  fəaliyyət  göstərmişdir.  Bu  cəhət  onun 

ictimai-siyasi,  tarixi  görüşlərinin  genişliyinə  səbəb  olmuşdur. 

Tarixçinin  3  cilddən  ibarət  olan  «Həbib  əs-siyər  fi  əxbar  əfrad 

əl-bəşər»  («Görkəmli  adamlar  haqqında  xəbərləri  təsvir  edən 

dost»)  əsərində  İranın  və  qonşu  ölkələrin  ən  qədim  dövrlərdən 

1524-cü  ilədək  olan  tarixi  təsvir  olunur.

85

  Əsər  1520-1524-cü 



illər arasında yazılmışdır. «Kitabda nəzəri cəlb edən ən maraqlı 

məsələlərdən  biri  dinin  iki  məzhəbinə-şiəliyə  və  sünniliyə 

xidmət  edən  və  bir-biriləri  ilə  daim  müxalifətdə  olan  Osmanlı-

Səfəvi dini-ideoloji mübarizəsinin əks etdirilməsidir».

86

 «Dəstur 




 

 

37 



əl-vüzəra»  («Vəzirlərə  göstəriş»)  və  «Hümayunnamə»  əsərləri 

də  onun  hadisələrə  fəal  münasibətini  əks  etdirir.  Xondəmirin 

əsərlərində  Azərbaycanın  mədəni  inkişafına  dair  məlumatlar 

epizodik səciyyə daşıyır. Onun Səfəvilər dövlətinin banisi Şah I 

İsmayıl Xətainin fərdi xüsusiyyətlərinə dair verdiyi məlumatlar 

daha maraqlıdır.

87

 

XVII  əsrin  saray  tarixçiləri  olmuş  Məhəmməd  Tahir 



Vəhidin  («Abbasnamə»  əsəri),  Vəliqulubəy  Hacı  Davudqulu 

oğlunun, Məhəmməd Yusif Qəzvininin, Şeyx Hüseyn ibn Şeyx 

Abdal Zahidinin fars dilində yazdıqları əsərlərdə

88

 dövrün hərbi-



siyasi  çəkişmələrinə  daha  çox  fikir  verilmişdir.  Bu  əsərlərdən 

XVII  əsrdə  mədəniyyətin  əlverişli  olmayan  siyasi  şəraitdə 

inkişaf  etdiyi  bəlli  olur.  XVI-XVII  əsrlərin  fərman  və 

sənədlərində

89

  Azərbaycan  mədəniyyətinin  inkişafına  dair 



məlumatlar  çox  cüzidir.  Bu  fərman  və  sənədlərin  bəzilərində 

dinin, dini idarələrin rolu barədə məlumatlar vardır. 

XVIII  əsrdə  yaşamış  alban  katolikosu  Yesayi  Həsən-

Cəlalyanın  «Alban ölkəsinin qısa tarixi» əsərində 1702-1722-ci 

illərin  tarixi  fakt  və  hadisələri  öz  əksini  tapmışdır.

90

  Əsərdə 



başlıca  diqqət  dövrün  siyasi,  hərbi  hadisələrinin  təsvirinə 

yönəldilmişdir. Əsər müəllifi XIII əsrdə Qarabağın Aşağı Xaçın 

ərazisində  hakim  olmuş  Həsən  Cəlalın  nəslindən  idi.  Həsən 

Cəlalın soykökü isə öz növbəsində Mehranilər sülaləsindən olan 

böyük  alban  knyazları  nəslinə  bağlı  olmuşdur.  Həsən  Cəlal 

nəslindən olan hökmdarlar uzun müddət ərzində ənənəvi olaraq 

Albaniyanın katolikosu vəzifəsini də  icra  etmişlər. 1240-cı ildə 

Xaçınçayın sol sahilində, sıldırım dağın geniş ərazisində Həsən 

Cəlalın  tikdirdiyi  Qanzasar  monastırı  əsrlərlə  erməni  kilsəsinin 

təzyiqinə  məruz  qalan  alban  mədəniyyətinin  sığındığı  obyektə 

çevrilmişdi.  Monqollar  tərəfindən  1261-ci  ildə  öldürülmüş 

Həsən  Cəlal  bu  monastırda  dəfn  olunmuşdur.  1511-ci  ildən 

etibarən 

Qanzasar 

monarstırı 

alban 


katolikoslarının 

iqamətgahına  çevrilmişdi.  Katolikos  Yesayi  Həsən-Cəlalyan 

alban  patriarx  taxtına  1702-ci  ildə  seçilmış,  bu  vəzifəsini 

vəfatınadək  (1728-ci  ildə)  yerinə  yetirmişdir.  Bu  şəxs  XVIII 

əsrin  əvvəllərindən  Cənubi  Qafqazı  işğal  etməyə  can  atan 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə