Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə10/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   6   7   8   9   10   11   12   13   ...   143

 

 

29 



yaratmışdı.  Hafiz  Əbru  (1430-cu  ildə  vəfat  etmişdir)  və 

Tacəddin  əs-Səlmani  həmin  tarixçi-salnaməçilərin  arasında 

xüsusilə  fərqlənənləri  olmuşdur.  Tacəddin  əs-Səlmani  1409-cu 

ildə Teymurilər sarayında baş vermiş çevriliş cəhdində iştirakına 

görə bir dəstə şəxslə birgə  həbs olunmuş, ağır  cəzaya məhkum 

edilmişdi.

55

  «Tarixnamə»  əsəri  müəllifi  həbs  olunduğu, 



cəzalandırıldığı üçün yarımçıq qalmışdır. Teymuri hökmdarının 

Azərbaycanı  işğal  etmək,  onu  öz  təsiri  dairəsində  saxlamaq 

cəhdləri  Tacəddin  əs-Səlmaninin  əsərində  aşkar  şəkildə  təsdiq 

olunur.  Müəllif  əsas  diqqətini  dövrün  hərbi-siyasi  fakt  və 

hadisələrinə yönəltmişdir. 

Şərəfəddin  Yəzdi    XV  əsrin  İran  tarixçisi  olmuşdur.  O, 

Teymuri hökmdarı Şahruxun (1405-1447) sarayında yaşamışdır. 

Şahrux  dünyasını  dəyişdikdən  sonra  bu  tarixçi  bir  müddət 

Yəzddə  yaşamış  və  1454-cü  ildə  oradaca  vəfat  etmişdir.  O, 

əsərlərini fars dilində  yazmışdır. Onun 1424/25-ci ildə bitirdiyi 

əsər  müxtəlif  adlarla  tanınır:  «Zəfərnamə»,  «Zəfərnameyi-

Teymuri», 

«Fəthnameyi-Sahibqrani»,  «Tarixe-cahanguşaye-

Teymuri». 3  «məqalə»dən ibarət olacaq (müəllifin fikrinə görə) 

bu  əsərin  yalnız  1  «məqalə»si  (Əmir  Teymura  həsr  olunmuş 

qismi)  araşdırıcıların  ixtiyarındadır  (Güman  olunur  ki,  əsərin 

sonrakı  2  «məqaləsi»  ya  yazılmamış,  ya  da  bizədək  gəlib 

çatmamışdır).  Mötərizədə  olan  «fikrin  birinci  hissəsi  ilə 

razılaşmaq  olar».

56

  Beləliklə,  Şahruxa  xidmət  etmiş  tarixçi  «öz 



hökmdarının»  və  bu  hökmdarın  oğlunun  «qələbələrini»  qələmə 

almaq  imkanı  tapmamışdır.  Müəllif  dövrün  hərbi-siyasi 

çəkişmələrinə  daha  çox  fikir  vermiş,  Əlincə  qalasının  14  illik 

mühasirəsinə,  Sultan  Əhməd  Cəlairiyə  və  Qara  Yusifə  diqqət 

yetirmişdir.  Əsərin  Azərbaycana  aid  olan  hissələri  bunlarla 

məhdudlaşır. 

Əbdürrəzzaq Səmərqəndi (1413,  Herat-1482, orada) uzun 

müddət Teymurilərin sarayında (Səmərqənddə) xidmət etmişdir. 

1463-cü  ildən  isə  o,  Sultan  Şahruxun  Heratdakı  xanəgahının 

şeyxi  olmuşdur.  O,  fars  dilində  yazdığı  «Mətlə  əs-sədeyn  və 

məcmə  əl-bəhreyn»  («İki  xoşbəxt  ulduzun  doğulması  və  iki 

dənizin qovuşması») əsərində

57

 1304-1470-ci illərin hadisələrini 




 

 

30 



əks  etdirmişdir.  Əsərin  II  cildində  Çobanilər,  Cəlairilər, 

Qaraqoyunlular, 

Şirvanşahlar,  Teymurilərin  Azərbaycana 

yürüşləri,  onların  Şirvanşahlarla  münasibətləri,  Azərbaycanda 

baş vermiş üsyanlar haqqında məlumatlar vardır. 

Əbubəkr ət-Tihrani əl-İsfahani XV əsrin İran tarixçisi idi. 

O, öncə Teymuri Şahruxa, 1452-ci ildən sonra Qaraqoyunlulara 

xidmət  etmiş,  hərbi  yürüşlərdə  iştirak  etmiş,  Cahanşahın 

ölümündən sonra Qəzvində yaşamış, 1469-cu ildə Uzun Həsənin 

dəvətilə  Ərdəbildə  onun  xidmətinə  keçmiş,  onun  yaxın 

şəxslərindən birinə çevrilmişdi. Bu şəxs bir müddət Ağqoyunlu 

hökmdarı Uzun Həsənin sarayında münşi (katib) olmuş və onun 

sifarişilə  «Kitabi-Diyarbəkriyyə»  əsərini  yazmışdır.  Əsərdə 

Uzun Həsənin hakimiyyəti illəri, Qaraqoyunlular və Teymurilər 

barədə  məlumat  verilir.  Bu  əsər  Azərbaycan  tarixini  öyrənmək 

üçün mühüm mənbədir. 

Fəzlullah ibn Ruzbihan Xuncinin (yaxud Xunəcinin) vəfatı 

tarixi dəqiq bəlli deyildir. O, İsfahanda anadan olmuş, gənc ikən 

Hicaza  getmiş,  Məkkə  və  Mədinədə  təhsil  almış,  1487-ci  ildə 

Təbrizə  (Ağqoyunlu  Sultan  Yaqubun  sarayına)  gəlmiş  və 

Ağqoyunlu  dövlətinin  tarixini  yazmağa  başlamışdı.  I  İsmayılın 

hakimiyyətə  gəlməsindən  sonra  o,  Kaşanda  3  il  yaşamış, 

ölkədən  qaçaraq  Şeybani  Məhəmməd  xana  (Səmərqənddə) 

xidmət  etmişdir  (1510-cu  ilədək).  O,  1512-13-cü  ildə  Şeybani 

Übeydulla xana xidmətə başlamış, 1514-1515-ci ildə onun üçün 

«Süluk əl-müluk» əsərini yazmışdır. «Onun «Tarixe-aləmaraye-

Əmini»  adlı    əsəri  Əbubəkr  Tihraninin  əsərinin  bilavasitə 

davamı»  hesab  olunur.

58

  «Tarixe-Əmini»də  Səfəvi  sülaləsinin 



əcdadlarının  dini  etiqadı,  onların  islamın  sünni  məzhəbinə 

mənsub olmasına dair ən nadir dəlillərindən biri vardır. «Tarixe-

Əmini»  müəllifinin  Ərdəbil  şeyxlərinə  mənfi  münasibətinə 

baxmayaraq  onun  əsərində  heç  bir  digər  mənbədə  təsadüf 

etmədiyimiz  xeyli  çox  maraqlı  təfərrüata  rast  gəlirik.  Şeyx 

Heydərin  öz  ardıcıllarına  Şəriətin  qadağan  etdiyi  təlimi  və 

«Babək  Xürrəmilərinin»  qanununu  təbliğ  etməsi  haqqındakı 

məlumat  müstəsna  əhəmiyyətə  malikdir  ki,  qızılbaşlar  arasında 

sosial  bərabərlik  haqqında  əski  Babəki  ideyaları  yayılmışdı.  O 



 

 

31 



da təsadüfi deyildir ki, Səfəviləri Qaradağ və Talış vilayətlərinin 

əhalisi  dəstəkləyirdi.  Bu  vilayətlər  vaxtilə  Babəkin  başçılığı 

altında baş vermiş hərəkatın ocağı olmuşdur».

59

  Əsərin  qızılbaş 



ideologiyasına,  Ərdəbil  şeyxlərinin  fəaliyyətinə  həsr  olunmuş 

hissəsində  müəllifin  öncə  sünni  olmuş  nəslin  nümayəndələrinə, 

hərəkata  düşmən  münasibəti  (əsər  müəllifi  qatı  sünni  idi) 

aşkardır.

60

  Bu  əsər  Azərbaycan  tarixinin,  milli  mədəniyyət 



tarixinin öyrənilməsi üçün qiymətli mənbədir. 

Mir  Yəhya  ibn  Əbdüllətif  əl-Hüseyni  əl-Qəzvini  (1481-

1555)  İran  tarixçisidir.    Onun  farsca  yazılmış  və  4  hissədən 

ibarət  olan  «Lübb  ət-təvarix»  («Tarixlərin  özəyi»)  adlı  əsəri 

ümumtarix  səciyyəsi  daşıyır.  Əsərdə  Qaraqoyunlu  və 

Ağqoyunlu sülalələri (III hissənin V fəsli), habelə Səfəvilər (IV 

hissə)  haqqında  da  məlumatlar  verilir.  Dövrün  başqa 

mənbələrində  olmayan  qısa,  lakin  dolğun  ictimai-iqtisadi 

səciyyəli  materiallarla  zəngin  olan  bu  əsərdə  I  İsmayılın 

fəaliyyətinə  xüsusi  diqqət  yetirilir.

61

  Həmin  əsər  dövrün 



öyrənilməsi üçün mühüm mənbələrdən biridir. 

Ümumiyyətlə, təqribən XIV əsrdən etibarən Yaxın və Orta 

Şərq  bölgəsində,  eləcə  də  Azərbaycanda  baş  vermiş  hadisələri 

əks  etdirən  tarixi  mənbələr,  müxtəlif  məzmunlu  sənədlər  fars 

dilində  tərtib  olunmuşdur.  Həmin  əsərlər  və  sənədlər  müxtəlif 

xalqların  nümayəndələri  tərəfindən  tərtib  edilmiş,  mövcud 

sülalələrin,  hakim  dairələrin  siyasi-ideoloji  mövqeyini  əks 

etdirmişdir.  XVI-XVIII  əsrlərdə  də  yazılmış  əsərlərin 

əksəriyyətində müəlliflər əsasən müasiri olduqları dövrün hərbi, 

siyasi  faktlarına  diqqət  yetirmiş,  mədəniyyətin  inkişafına  dair 

cüzi  məlumatlar  vermişlər.  Dinamik  hərbi-siyasi  mühitlə 

səciyyələnən  orta  çağlarda  tarixçilərin  əsasən  siyasi  məsələlərə 

üstünlük  verməsi  təbii  hal  idi.  «Orta  əsrlərdə  tarixçilik  işinin 

əsasən  saraylar  nəzdində  təşkil  edilməsi  tarixçilərin  və 

vəqiənəvislərin  istər  siyasi,  istərsə  də  maddi  cəhətdən 

hökmdarlardan  asılılığı  ilə  əlaqədar  idi.  Belə  tarixçilərin  əsas 

vəzifəsi hökmdarı tərifləmək, onun mütləq hökmranlıq iddiasını 

əsaslandırmaq 

olduğundan, 

onlar 


əsərlərində 

dövrün 


nöqsanlarını ört-basdır etməyə, cinayətlərə bəraət qazandırmağa, 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə