Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə6/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 

17 



diqqət  yetirmiş  müəllif  təbii  fəlakətlə  birlikdə  gürcü 

hökmdarlarının  da  Arranın,  Gəncənin  mədəni  həyatına 

vurduqları ağır zərbələri nəzərdən qaçırmamışdır. 

Azərbaycanın  orta  çağlardakı  mədəni  təkamülü  prosesini 

əks  etdirən  mənbələr  arasında  ərəbdilli  müəlliflərin  əsərləri 

mühüm  yer  tutur.

7

  Tarixçi,  fəqih  və  ilahiyyatçı  Əbu  Cəfər 



Məhəmməd ibn Cərir ət-Təbərinin (838-923) «Tarix ər-rüsul və-

l-müluk»  («Peyğəmbərlərin  və  padşahların  tarixi»)  əsərində 

başlıca  diqqət  əsasən  siyasi  tarix  məsələlərinə  yönəldilmişdir. 

Çoxcildlik  bu  əsər  Yaxın  Şərq  ölkələrinin  (eləcə  də 

Azərbaycanın)  orta  çağlar  tarixinin  öyrənilməsində  mühüm 

mənbədir.  Əsərdə  ərəblərin  Azərbaycanı  işğal  etməsi, 

Xürrəmilər,  Babək  hərəkatı  (816-837),  Məzyədilər  sülaləsi  və 

Sacilər  dövləti  haqqında  geniş  məlumatlar  da  vardır  və  bu 

məlumatlar  əsasında  Azərbaycan  mədəniyyətinin  inkişaf 

şəraitinin  öyrənilməsi  mümkündür.  Ərəb  Xilafətinin  siyasi 

həyatında  türklərin  rolu  və  Azərbaycanda  onların  fəaliyyəti 

haqqında  ət-Təbərinin  məlumatları  o  dövrdə  ölkədə  baş  vermiş 

etnik  proseslər  barədə  müəyyən  təsəvvür  yaratması  ilə  də 

əhəmiyyətlidir.  Ət-Təbərinin  əsəri  ərəb  işğallarında  bilavasitə 

iştirakçı  və  şahid  olmuş  şəxslərin  məlumatlarına  əsaslandığı 

üçün 


ərəb 

qaynaqları 

arasında 

ən 


mötəbəri 

kimi 


qiymətləndirilir.

8

 Ət-Təbərinin əsərində 915-ci ilədək baş vermiş 



tarixi  hadisələr  (əsasən  hərbi-siyasi  qarşıdurmalar)  öz  əksini 

tapmışdır. 

828/829-cu  ildə  dünyasını  dəyişmiş  Əbu  Məhəmməd 

Əbdülməlik  ibn  Hişamın  «Kitabül-tican  fi  müluk  himyər» 

(«Himyər  hökmdarları  haqqında  taclar  kitabı»)  adlı  əsərində 

beşinci  ərəb  xəlifəsi,  Xilafətdə  Əməvilər  sülaləsinin  banisi  I 

Müaviyyə  (661-680)  ilə  cağdaş  olmuş  Übeyd  ibn  Şəriyyə  əl-

Curhumi  barədə  maraqlı  yazı  verilmişdir.  Əbu  Məhəmməd  ibn 

Hişamın  kitabı  əslində  əl-Curhuminin  I  Müaviyyə  ilə 

söhbətlərinin  inikasıdır.  Əsərin  fəsillərindən  biri  «Übeyd  ibn 

Şəriyyə əl Curhuminin əxbarı» («Xəbərləri») adlanır. Bu fəsildə 

Azərbaycan tarixinə aid olan parçanı ilk dəfə Z.M.Bünyadov çap 

etdirmiş, onu ərəb işğalına qədərki Azərbaycan və onun türkdilli 



 

 

18 



əhalisi  haqqında  mötəbər  bir  qaynaq  kimi  qiymətləndirmiş, 

«Azərbaycanın  XI-XII  əsrlərdə  türkləşdiyini»  iddia  edən 

araşdırıcıların  qeyri-obyektiv  mövqedə  olduqlarını  ilkin  mənbə 

məlumatı ilə sübut etmişdir.

9

 

Əbülabbas  Əhməd  ibn  Yəhya  ibn  Cabir  əl-Bəlazurinin 



«Kitab fütuh əl-buldan» («Ölkələrin fəthi kitabı») tədqiq olunan 

dövrün  Azərbaycan  mədəniyyətinə  dair  müəyyən  məlumatlar 

verən  dəyərli  qaynaqlardan  biridir.  Təqribən  820-892-ci  illərdə 

yaşamış,  fars  mənşəli  əl-Bəlazuri  Abbasilər  sarayına  yaxın 

olmuşdur.  Əsərdə  ərəb  ordularının  Azərbaycana  hücumu, 

ölkənin işğal olunması, müxtəlif ərəb qəbilələrinin Azərbaycana 

köçürülməsi,  inzibati  idarələrdə,  dəftərxanalarda  ərəb  dilinin 

işlənməsi, ərəb qrafikasının tarixi haqqında müfəssəl məlumatlar 

verilmişdir. Ərəb ordu başçılarının Azərbaycan vilayət və şəhər 

rəhbərləri  ilə  bağladıqları  müqavilələr,  müxtəlif  Azərbaycan 

şəhərləri  haqqında  məlumatlar  da  vətən  tarixinin  bu  dövrünü 

araşdıranlar üçün əhəmiyyətlidir. Əl-Bəlazuri ərəb qəbilələrinin 

tədricən  Arranda  və  Azərbaycanda  məskunlaşmasına,  işğal 

olunmuş  ərazilərdə  onların  qalalar,  qəsrlər,  müxtəlif  təyinatlı 

binalar yaratmasına xüsusilə diqqət yetirmişdir.

10

 



Əbu  Yusif  Yəqub  ibn  İbrahim  əl-Kufinin  (731-798) 

«Kitab  əl-xərac»  («Xərac  haqqında  kitab»)  əsəri  mövzunun 

ətraflı surətdə araşdırılmasına yardım edən qaynaqlardan biridir. 

«Əbu  Yusif»  adı  ilə  məşhurlaşmış  bu  ərəb  qanunşünası  «Əl-

Xərac»  əsərini  xəlifə  Harun  ər-Rəşidin  (786-809)  göstərişi  ilə 

yazmışdır. Əbu Yusif həmin dövrdə Bağdadın qazısı olmuşdur. 

Əsərdə  xəlifə  üçün  mühüm  olan  iqtisadi-maliyyə  məlumatları 

verilmişdir. «Kitab əl-xərac» elə bir mənbədir ki, Xilafətin VII-

VIII əsrlər tarixini tədqiq edərkən onsuz keçinmək olmaz»

11

. Əl-



Kufinin  əsərindəki  məlumatlar  mədəniyyətin  inkişafının 

iqtisadi-siyasi mühitini anlamaq baxımından əhəmiyyətlidir. 

Əbu Məhəmməd Əhməd ibn Əsəm əl-Kufinin (926-cı ildə 

vəfat  etmişdir)  «Kitab  əl-fütuh»  («Fəthlər  kitabı»)  əsəri 

Xilafətin, eləcə də ərəb işğalına məruz qalmış ölkələrin tarixinin 

ilk dövrünə dair mühüm qaynaqlardan biri kimi qiymətləndirilir. 

«Kitab  əl-fütuh»  («Fəthlər  kitabı»)  3  cilddən  (və  8  hissədən) 



 

 

19 



ibarət  olan  əsərdir  və  632-866-cı  illərin  tarixi  hadisələrini  əks 

etdirir.


12

  Əl-Kufinin  əsəri  belə  bir  cəhətilə  dəyərlidir  ki,  burada 

başqa ərəb müəlliflərinin əsərlərində olmayan məlumatlar var.

13

 



Əsərdə  Azərbaycanın  Ərdəbil,  Beyləqan,  Bərdə,  Yunan, 

Bərzənd, Dərbənd şəhərləri, həmin şəhərlərin əhalisinin yaşayış 

tərzi, Babək hərəkatı, Beyləqanda və Bərdədə ərəblərə qarşı baş 

vermiş  üsyanlar,  ərəb-Xəzər  müharibələri  haqqında  məlumatlar 

vardır.  Əl-Kufi  Azərbaycan  şəhərləri  barədə  digər  ərəb 

müəlliflərinə  nisbətən  daha  geniş  məlumatlar  verir.  Bu  müəllif 

orta  çağlar  ərzində  Azərbaycanın  şimalında  başlıca  dayaq 

məntəqəsi  olmuş  Dərbənd  şəhərinin  təsvirinə  daha  çox  diqqət 

yetirmişdir. 

Əbu  Hənifə  əd-Dinəvərinin  (895-ci  ildə  dünyasını  də-

yişmişdir)  «Kitab  əl-əxbar  ət-tivəl»  («Uzun  rəvayətlər  kitabı») 

əsərində  Babəkin  başçılığı  altında  davam  etmiş  müqavimət 

hərəkatının  son  mərhələsinə  dair  məlumatlar  diqqətəlayiqdir. 

897-ci  ildə  vəfat  etmiş  Əhməd  əl-Yəqubinin  «Tarix»  əsərində 

tarixi  hadisələrin  şərhi  872/873-cü  ilədək  davam  etdirilmişdir. 

Bu  əsərdə  Azərbaycan  tarixinə  dair  verilmiş  materiala  başqa 

mənbələrdə təsadüf edilmir.

14

 Coğrafiyaşünas Əbülhəsən Əli ibn 



əl-Hüseyn  ibn  Əli  əl-Məsudinin  (956-cı  ildə  vəfat  etmişdir) 

«Müruc  əz-zəhəb  və  məadin  əl-cəvahir»  («Qızıltəmizləmə 

yerləri və əlvan daş mədənləri») və «Kitab ət-tənbih və-l-işrəf» 

(«Xəbərdarlıq və təkrar yoxlama kitabı») əsərləri tədqim olunan 

dövrün  mühüm  qaynaqlarındandır.  Həmin  əsərlər  müəllifin 

böyük  səyahət  müşahidələrinin  nəticəsidir.  «Bu  əsərlər 

Abbasilər  Xilafətinin  mədəni  həyatı  haqqında  ən  yaxşı 

hesabatdır. Bunlarda hər bir ölkə, vilayət, şəhər və xalqın tarixi 

və coğrafiyası haqqında məlumat verilir».

15

 



995-ci  ildə  vəfat  etmiş  Əbülfərəc  Məhəmməd  ibn  İshaq 

ən-Nədiminin  «əl-Fihrist»  əsərində  xürrəmilər  hərəkatının 

meydana  gəlməsi,  bu  hərəkatın  ilk  mərhələsi  haqqında  mühüm 

məlumatlar  vardır.  Əsər  dövrün  ərəb  və  qeyri-ərəb  xalqlarının 

ərəb  dilində  və  ərəb  qrafikasında  müxtəlif  elmlərə  aid  tərtib 

etdikləri  kitablar,  əsər  müəllifləri,  onların  həyat  və  fəaliyyəti, 

mövcud  olan  əsərlərin  müsbət    və  mənfi  cəhətləri  haqqında 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə