Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə8/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   4   5   6   7   8   9   10   11   ...   143

 

 

23 



ərib»  əsəri  xüsusi  yerlərdən  birini  tutur.  Alimin  digər  «Mücəm 

əl-buldan»  və  «Kitab  əl-müştərik»  əsərləri  isə  bu  janra  aid 

olmasalar da, azərbaycanlılar və onların dili, dini, dünyagörüşü, 

incəsənət,  beynəlxalq  əlaqələr  və  s.  haqqında  məlumat 

verirlər».

29

  Müəllifin  «həm  coğrafi,  həm  də  ədəbi  lüğətləri 



Azərbaycanın  məşhur  şəxsiyyətlərinin  adlarını  üzə  çıxarmaqla 

yanaşı  monqollara  qədərki  dövrün  elmi  həyatı,  o  cümlədən 

Azərbaycanla  müsəlman  dünyasının  digər  ölkələri  arasında  baş 

verən  elmi-ədəbi  əlaqələri  öyrənmək  baxımından  olduqca 

qiymətli mənbələrdir».

30

 Coğrafi lüğət olan «Mücəm əl-buldan» 



böyük  kompilyativ  əsərdir.  «Burada  çoxu  bizə  gəlib  çatmayan 

yüzdən artıq ilk mənbədən istifadə edilmişdir».

31

 

Ərəb  müəllifi  İbn  əl-Füvatinin  (1244-1326)  «Təlxis  məc-



mə  əl-ədəb  fi  mücəm  əl-əlqəb»  («Ləqəblər  lüğətindəki 

məlumatların  qısaldılmış  toplusu»)  adlı  əsərinin  Azərbaycan 

mədəniyyətinin XIII  əsrin  II  yarısında – XIV  əsrin əvvəlindəki 

inkişafı  prosesini  öyrənmək  üçün  böyük  əhəmiyyəti  vardır. 

Araşdırıcıların ixtiyarında olan bu əsər vaxtilə 50 cilddən ibarət 

olmuş  böyük  əsərin  yalnız  müxtəsər  formasıdır.

32

  Bağdadda 



anadan olmuş, 14 yaşında monqollara əsir düşmüş ibn əl-Füvati 

dövrünün  məşhur  astronomu  və  elm  təşkilatçısı,  dövlət  xadimi 

Nəsirəddin  Tusinin  təklifi  ilə  Marağa  rəsədxanası  nəzdində 

olmuş 


kitabxananın 

xazini 


(mühafizəçisi) 

vəzifəsində 

çalışmışdır.  O,  ömrünün  56  ildən  artıq  qismini  öncə  Marağa 

rəsədxanasının kitabxanasında (burada 400 min cild kitab vardı) 

və  əl-Müstənsiriyyə  mədrəsəsinin  kitabxanasında  (80  min  cild) 

çalışmış,  oradakı  kitablardan  lazımınca  bəhrələnmişdir.  İbn  əl-

Füvati  mahir  xəttat  kimi  tanınmış,  dövrün  bir  çox  elmi 

biliklərinə  yiyələnmiş,  bir  sıra  dövlət  vəzifələrində  olmuş, 

tərcüməçi  kimi  də  fəaliyyət  göstərmişdir.

33

  Onun  əsərində 



dövrün  tanınmış  Azərbaycan  alimləri,  mədəniyyət  xadimləri, 

ilahiyyatçıları,  onların  Azərbaycanda,  habelə  İslam  Şərqinin 

başlıca  mədəniyyət  mərkəzlərində  fəaliyyətinə  dair  mühüm 

məlumatlar  vardır.  Bu  əsərdə  19  mədrəsə,  xüsusilə  Bağdadda 

fəaliyyət  göstərmiş  mədrəsələr  haqqında  məlumatlar  verilir.

34

 



Həmin  mədrəsələrin  çoxunda  dövrün  Azərbaycan  mədəni 


 

 

24 



xadimləri  təhsil  almış,  müəllimlik  etmişdir.  «Təlxis» 

Azərbaycan  mədəniyyəti  tarixi  üzrə  qiymətli  mənbədir  və 

özündə  başqa  mənbələrdə  olmayan,  az  tanınan  və  nadir 

məlumatları ehtiva edir».

35

 

Dövrün 



Azərbaycan 

mədəniyyətinin 

araşdırılması 

gedişində  əhəmiyyət  kəsb  edən  ərəbdilli  mənbələrdən  biri  də 

Bədrəddin  Mahmud  əl-Ayninin  (1363-1451)  «İqd  əl-cuman  fi 

tarix  əhl  əz-zaman»  («Dövrün  şəxsiyyətlərinin  tarixi  haqqında 

mirvari  boyunbağı»)  əsəridir.

36

  «Öncə  24  cilddən  ibarət  olmuş 



bu  əsər  8  cild  halına  salınmış,  daha  sonra  isə  4  cilddə  təqdim 

olunmuşdur».

37

  Mənşəcə  türk  olmuş  Bədrəddin  Mahmud  əl-



Ayni Misirin türk mənşəli məmlük sultanlarına xidmət etmiş, bir 

neçə  məntəqədə  baş  qazı  vəzifəsini  yerinə  yetirmiş,  uzun 

müddət diplomatiya sahəsində çalışmış, mədrəsədə tarix, hüquq, 

hədis,  qrammatika  fənlərindən  mühazirələr  oxumuşdur.  O, 

Qahirə şəhərində Ayniyyə mədrəsəsini təsis etdirmişdi.

38

 Əsərin 



Azərbaycan tarixilə bağlı olan IV cildi 1224-cü il hadisələrinin 

təsviri  ilə  başlanır.

39

  Dövrün  (XIII-XV  əsrin  I  yarısı)  başlıca 



hərbi-siyasi, diplomatik hadisələri bu cilddə öz əksini tapmışdır. 

Bu  dövrdə  Azərbaycanda  elmin  müxtəlif  sahələrinin  əlverişli 

şəraitdə  inkişaf  etməsi  faktı  əl-Ayninin  əsərlərində  tədqiq 

olunur, dövrün tanınmış Azərbaycan alimlərinin adları sadalanır, 

Nəsirəddin  Tusinin  fəaliyyətinin  əsas  nəticəsi  olmuş  Marağa 

rəsədxanası 

barədə 

xeyli 


məlumat 

verilir.


40

 

Müəllif 



Azərbaycanda  memarlığın  inkişafı  faktına  xüsusi  fikir  vermiş, 

Əlişah  məsçidinin  xarici  görkəmi,  daxili  quruluşu,  fəaliyyəti 

haqqında  ətraflı  məlumat  vermiş,  Sultaniyyə  şəhərinin 

salınması, 

memarlıq 

komplekslərinin 

(«Arquniyyə», 

«Qazaniyyə», «Sultaniyyə» və s.) yaradılması məsələlərinə xeyli 

diqqət  yetirmişdir.  Əl-Ayni  inşaat  işlərində  minlərlə  insanın 

iştirak etdiyini xüsusilə qeyd edir.

41

 Bu mənbə məlumatlarından 



«belə  bir  nəticəyə  gəlmək  olur  ki,  ilk  monqol  yürüşlərindən 

sonra potensialı zəifləmiş Azərbaycan mədəniyyəti tezliklə yeni 

inkişaf imkanları qazanmışdı… Əsrin II yarısından etibarən yeni 

qüdrətli dövlətin mərkəzinə çevrilən Azərbaycan mədəni inkişaf 

prosesində əski mövqeyini bərpa etdi. Vaxtilə Azərbaycanı tərk 



 

 

25 



etmiş alim və mütəfəkkirlər, mahir sənətkarlar vətənə qayıtdılar, 

hakim  sülalənin  himayəçiliyi  şəraitində  fəaliyyətlərini  davam 

etdirdilər».

42

  Təbiidir  ki,  Bədrəddin  Mahmud  əl-Ayni  müasiri 



olmadığı  zamanların  tarixi  hadisələrini,  faktlarını  ərəbdilli, 

farsdilli  mənbələrdən  əxz  etmiş,  həmin  məlumatları  öz  əsərinə 

əlavə  etmişdir.  Beləliklə,  uzun  müddət  ərzində  həyat  və 

fəaliyyəti, başlıca əsəri xüsusi araşdırma obyektinə çevrilməmiş 

Bədrəddin  Mahmud  əl-Ayninin  Azərbaycan  mədəni  mühiti  ilə 

bağlı olan məlumatları bizim üçün çox mühümdür. 

İran  tarixçisi,  coğrafiyaşünası  Həmdullah  Mustovfi  əl-

Qəzvininin  (1281/82-1349/50)  «Tarixi-qozide»  («Seçilmiş 

tarix»), 

«Nüzhət 


əl-qülub» 

(«Qəlblərin 

əyləncəsi»), 

«Zəfərnamə»  əsərləri  vardır.  O,  vəzir  Fəzlullah  Rəşidəddinin 

yanında  maliyyə  məmuru  işləmişdir.  Onun  birinci  əsərində 

xürrəmilər  hərəkatı,  Şirvanşahlar  sülaləsi,  Səlcuq  sultanları, 

Eldənizlər  sülaləsi,  II  əsərində  Azərbaycanın  iqtisadi  vəziyyəti, 

şəhərləri,  elm  və  mədəniyyət  xadimləri,  monqolların  hücumu 

haqqında  məlumatlar  verilir.

43

  Əsərlərini  farsca  yazmış  bu 



müəllifin «Zeyle-tarixe-qozide» əsəri də vardır.

44

 



Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud əl-Qəzvini (1203-

1283)  ərəb  tarixçisi  və  coğrafiyaşünasıdır.  Onun  «Asar  əl-bilad 

və  əxbar  əl-ibad»  («Ölkələrdəki  abidələr  və  allah  bəndələri 

haqqında  xəbərlər»)  əsərində  (1275-1276-cı  ildə  tamam-

lanmışdır)  Azərbaycanın  şəhərləri,  Xətib  Təbrizi,  Nizami 

Gəncəvi,  Xaqani  Şirvaninin  həyat  və  fəaliyyətinə  dair 

məlumatlar  da  vardır.  Azərbaycan  alimi  Əbdürrəşid  Bakuvi 

özünün  «Abidələrin»  xülasəsi  və  qüdrətli  hökmdarların  mö-

cüzələri»  («Kitab  təlxis  əl-asar  va  acayib  əl-malik  əl-qahhar») 

əsərini yazarkən Zəkəriyyə Qəzvininin bu coğrafi əsərinə istinad 

etmişdir.

45

 



Zeynəddin  bin  Həmdullah  əl-Qəzvini  XIV  əsrin  İran 

tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının «Tarixi-

qozide»  əsərinə  1341-1392-ci  illərdə  Azərbaycanda  və  İranda 

baş  vermiş  tarixi  hadisələrin  təsvirini  artırmışdır.  Əsərdə  bu 

dövrün  başlıca  hərbi-siyasi  hadisələrinin  təsviri  verilir  və  bu 

hadisələrin 

mədəni  mühitə  təsiri  dərəcəsini  öyrənmək 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə