Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə9/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   5   6   7   8   9   10   11   12   ...   143

 

 

26 



baxımından  o,  qiymətli  mənbələrdən  biridir.  Ümumiyyətlə, 

«XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda 

və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akad. 

V.V.Bartold bu dövrü «Fars (İran) tarixşünaslığının qızıl əsrləri» 

adlandırmışdır».

46

 



Əlaəddin  Əta  Məlik  ibn  Bəhaəddin  Məhəmməd  əl-

Cüveyni  (1225/1226-1283)  İran  tarixçisi,  siyasi  xadimi 

olmuşdur. 1259-cu ildə Hülaku xan onu Bağdad hakimi (məlik) 

təyin etmişdi. 1281-ci ildə o, vəzifəsindən uzaqlaşdırıldı. 1282-

ci  ildə  Elxan  Əhməd  Tekudar  onu  dövlət  vəzifəsinə  qaytardı, 

lakin  tezliklə  o,  əmlakı  müsadirə  olunaraq  vəzifədən  çıxarıldı. 

Cüveyni  Arranda  vəfat  etmişdir.  O,  1260-cı  ildə  3  cildlik 

«Tarixi-cahanguşay»  («Dünya  fatehinin  tarixi»)  əsərini  (farsca) 

tamamlamışdır.  Əsərdə  monqolların  Azərbaycana  hücumları, 

Xarəzmşah  Cəlaləddinin ölkəni işğal etməsi, monqolların vergi 

siyasətinə  qarşı  Təbriz  əhalisinin  çıxışı  barədə  məlumatlar 

vardır.  

İran  alimi,  həkim  və  tarixçi,  dövlət  xadimi  Rəşidəddin 

Fəzlullah  Əbülxeyr  Həmədani  (1247,  Həmədan-1318,  Təbriz) 

«Cami ət-təvarix» («Tarixlərin toplusu») əsərinin (1300 1301-ci 

ildə başlanmış, 1310-1311-ci ildə tamamlanmışdır) müəllifi kimi 

tanınır. O, Abaqa xanın (1265-1282) dövründə dövlət işinə cəlb 

olunmuş,  Qazan  xanın,  Olcaytunun  və  Əbusəidin  vəziri 

vəzifələrini  icra  etmişdir.  Rəşidəddin  mədəniyyətin  inkişafına 

himayəçiliyi 

ilə 

məşhurlaşmış, 



Olcaytunun 

ölümündə 

günahlandırılıb  edam  edilmişdir.  Onun  əsas  əsəri  Azərbaycan 

tarixinin mühüm qaynaqlarındandır.

47

 

«Cami ət-təvarix» əsərində türk xalqlarının tarixinə xüsusi 



diqqət  yetirilir.  XI  əsrdən  etibarən  «türkman»  adını  daşıyan 

oğuzların  arasından  Səlcuqilər  və  Osmanlı  sülalələrinin 

nümayəndələri çıxmışlar. Əsərdə oğuzların tarixi ilk dəfə olaraq 

ümumdünya  tarixi  kontekstində  şərh  olunur.  «Oğuzların 

tarixi»nin  («Cami  ət-təvarix»ə  daxil  olan  hissədir)  və  ya 

«Oğuznamə»nin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  yazılı 

mənbələrə  deyil,  əfsanə  ilə  gerçəkliyin  çulğaşdığı  şifahı  xalq 

yaradıcılığı əsasında yaradılmışdır. «Cami ət – təvarix» əsərinin 




 

 

27 



2  babdan  (hissədən)  ibarət  olan  xüsusi  qismi  türk  və  monqol 

tayfalarının tarixinə həsr olunmuşdur və bu qism əsərin I cildinə 

daxildir.  Oğuzların  Şirvana,  Şamaxıya,  Arrana,  Muğana, 

Azərbaycana yürüşlərinə həsr olunmuş hissələr «Oğuznamə»nin 

maraqlı fraqmentlərindəndir.

48

 



Məhəmməd  bin  Hinduşah  Naxçıvani  (XIII  əsrin  sonu  – 

XIV  əsrin  II  yarısı)  bir  müddət  Elxanilərin  sarayında  maliyyə 

işində  çalışmış,  Fəzlullah  Rəşidəddinin  oğlu  vəzir  Qiyasəddin 

Məhəmməd  Rəşidi  ilə  dostluq  etmiş  və  onun  göstərişilə  fars 

dilində «Dəstur əl-katib fi təyin əl-məratib» («Dərəcələrin təyin 

olunmasında  katiblər  üçün  göstəriş»)  əsərini  yazmışdır.  Əsərdə 

iqtisadi-maliyyə  məsələlərindən  başqa  görkəmli  dövlət,  elm  və 

mədəniyyət xadimlərinin həyatı və s. barədə məlumatlar verilir, 

buna  görə  də  Azərbaycan  mədəniyyət  problemlərinin  tədqiqi 

gedişində istifadəsi zəruri olan mənbələrdəndir.

49

 

XIV  əsrin  Azərbaycan  tarixçisi  Əbu  Bəkr  əl-Qütbi  əl-



Əhərinin  «Tarixe-Şeyx  Üveys»  ümumtarix  əsəri  Cəlairi  sultanı 

Şeyx  Üveysə  (1356-1374)  həsr  olunmuşdur.  Fars  dilində 

yazılmış  bu  əsərin  1304-1359-cu  illərdə  baş  vermiş  hadisələrə 

həsr  olunmuş  qismi  Azərbaycan  tarixinin  öyrənilməsi  üçün 

qiymətli  mənbədir.  Əsərdə  Elxanilər  dövlətinin  tənəzzülü  və 

Cəlairilər dövlətinin təşəkkülü prosesi izlənilir.

50

 

Haqqında  bəhs  olunmuş  farsdilli  «mənbələrin  hamısı 



ümumi monqol tarixi, daha doğrusu, Hülakular dövlətinin tarixi 

nöqteyi-nəzərindən  yazılmışdır  və  tək-tək  vilayətlərin,  o 

cümlədən  Azərbaycanın  tarixindən  ayrılıqda  bəhs  etmir.  Lakin 

bir  sıra  mənbələrdə  Azərbaycana  xüsusi  diqqət  yetirilmiş, 

burada  baş  vermiş  hadisələrin  təsvirinə  geniş  yer  verilmişdir. 

Bu,  bir  tərəfdən  Azərbaycanın  Hülakular  dövlətinin  mərkəzi 

vilayəti  və  Təbrizin  paytaxt  şəhəri  olmasından  irəli  gəlmişdisə, 

digər tərəfdən əsərin müəllifinin özünün Azərbaycana bəslədiyi 

səmimi  münasibətdən  doğmuşdur…  Bu  cəhətdən  Azərbaycan 

tarixçisi  Əbu  Bəkr  əl-Qütbi  əl-Əhərinin  «Tarixe  Şeyx  Üveys» 

əsəri müstəsna əhəmiyyət kəsb edir».

51

 



Gəncəli Kirakos (Kirakos Qandzaketsi) təqribən 1200/01-

1271/72-ci  illərdə  yaşamış,  tarixçi  olmuşdur.  O,  erməni  dilində 




 

 

28 



yazılmış  «Tarix»  əsərinin  müəllifidir.

52

  Əsərdə  IV  əsrin 



əvvəllərindən  1265-ci  ilədək  baş  vermiş  tarixi  hadisələr  öz 

əksini  tapmışdır.  Həmin  əsərdə  Xarəzmşah  Cəlaləddinin  və 

monqolların  Cənubi  Qafqaza,  Azərbaycana  hücumları,  bu 

hücumların  nəticələri  haqqında  dəyərli  məlumatlar  vardır. 

Müəllif  Qafqaz  Albaniyasına  xüsusi  fəsil  ayırmışdır.  Qeyd 

etmək  lazımdır  ki,  əsrlər  boyu  dövləti  olmayan  ermənilərin  bir 

çox (siyasi, mədəni və s.) ehtiyaclarını erməni  Qriqoryan kilsəsi 

yerinə  yetirmiş,  tarix  elmini  daimi  nəzarət  altında  saxlamış, 

çoxəsrlik  saxtakarlıq  ənənələrinin  qorunmasına  can  atmışdır. 

Kirakosun bu əsərində də həmin təsir hiss olunmaqdadır. 

Nizaməddin Şami (Şənbi, Şənbi-Qazani) Təbrizdə anadan 

olmuşdu,  doğulduğu  yerin  adı  ilə  «Şami»  nisbəsi  daşıyırdı.  O, 

1392-ci  ilədək  Bağdadda  yaşamış,  Əmir  Teymur  bu  şəhəri 

tutduqdan  sonra  yeni  fatehin  sarayında  xidmətə  başlamışdı.  O, 

hərbi  səfərlərdə  Əmir  Teymuru  müşayiət  etmişdir.  1401/02-ci 

ildə  o,  Əmir  Teymurun  göstərişilə  fars  dilində  yeni  dövlətin 

tarixini  yazmağa  başladı.  Nizaməddin  Saminin  əsəri  «Tarixe-

fütahate-Əmir  Teymur  Gurqan»,  yaxud  «Zəfərnamə»  adlanır.

53

 

1404-cü ilədək baş vermiş tarixi hadisələri əks etdirən bu əsərdə 



Əmir  Teymurun  yaratdığı  yeni  dövlət,  İran,  Azərbaycan  və  bir 

sıra  qonşu  ölkələrin  iqtisadi,  siyasi  tarixinə  dair  dəyərli 

məlumatlar  toplanmışdır.  «Əmir  Teymurun  hərb  və  zəfərlər 

tarixçəsini  əks  etdirən»

54

  bu  kitab  Azərbaycanın  XV  əsrin 



əvvəlindəki vəziyyətini öyrənmək üçün çox əhəmiyyətlidir. 

Tacəddin  əs-Səlmaninin  «Tarixnamə»  (şərti  adıdır) 

əsərində  1405-1409-cu  illərin  tarixi  hadisələri  təsvir  olunur. 

«Tarixnamə»də  həmin  dövrdə  Orta  (Mərkəzi)  Asiyada,  İranda 

və  Azərbaycanda  baş  vermiş  hadisələr  öz  əksini  tapmışdır. 

Müəllif  şərh  olunan  tarixi  hadisələrin  şahidi  olduğuna  görə  bu 

əsər 

tədqiq 


olunan 

dövrün 


müstəqil 

və 


qiymətli 

mənbələrindəndir.  Bütün  hökmdarlar  kimi  Əmir  Teymur  və 

onun  xələfləri  də  özlərinin  hökmdarlıq  və  sərkərdəlik 

fəaliyyətlərinin  tarixi  salnamələrdə  əks  etdirilməsi  qayğısına 

qalırdılar.  Teymurun  varisi  Şahrux  bir  çox  istedadlı  tarixçiləri 

Herata  cəlb  etmiş,  onların  fəaliyyəti  üçün  əlverişli  şərait 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə