Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə7/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   2   3   4   5   6   7   8   9   10   ...   143

 

 

20 



məcmuə səciyyəsi daşıyır. V.V.Bartoldun fikrincə, əl-Nədiminin 

bu  əsəri  «İslamın  ilk  dörd  əsrinin  ədəbiyyatı  və  elmi  haqqında 

daim  əsas  məlumat  mənbəyi  olaraq  qalacaqdır».

16

  Xürrəmilik 



təliminin,  hərəkatının  mənşəyi  və  Babək  haqqında  məlumatlar 

yalnız ən-Nədiminin bu əsərində qorunub saxlanmışdır. 

Əbu  İshaq  İbrahim  ibn  Məhəmməd  əl-Farisi  əl-İstəxri, 

951-952-ci 

ildə  vəfat  etdiyi  ehtimal  olunan

17

 



ərəb 

coğrafiyaşünası  və  səyyahı  olmuşdur.  Onun  İranın  Fars 

vilayətindəki  İstəxr şəhərində anadan  olduğu bəllidir. O,  Yaxın 

və Orta Şərqin bir çox ölkələrini, eləcə də Azərbaycanı səyahət 

etmiş  və  təqribən  930-933-cü  illərdə  «Kitab  məsalik  əl-

məmalik»  («Məmləkətlərin  yolları  kitabı»)  əsərini  Orta  Asiya 

coğrafiyaşünas  alimi  Əbu  Zeyd  ibn  Səhl  əl-Bəlxinin  (850-934) 

dövrümüzə  gəlib  çatmamış  «Süvar  əl-əqalim»  («İqlimlərin 

təsviri»)  əsəri  əsasında  yazmışdır.  Əsərdə  İslam  ölkələrinin 

coğrafi,  siyasi  və  iqtisadi  vəziyyəti  barədə  məlumatlar  vardır. 

Əsərin  Azərbaycana  aid  olan  hissələrini  N.M.Vəlixanlı 

Azərbaycan  dilinə  tərcümə  etmişdir.

18

  Əsərdə  X  əsrin 



Azərbaycan  şəhərləri  haqqında  məlumatlar  vardır.  951-ci  ildə 

Əbülqasım ibn Hövqəl tarixçi əl-İstəxrinin xahişilə onun əsərinə 

düzəlişlər  və  əlavələr  edərək  «Kitab  əl-məsalik  və-l-məmalik» 

(«Yollar  və  məmləkətlər  haqqında  kitab»)  əsərini  tərtib 

etmişdir.

19

 



Əbülqasım  Übeydullah  ibn  Abdullah  ibn  Xordadbehin 

(Xurdazbih) «Kitab əl-məsalik və-l-məmalik» («Yollar və məm-

ləkətlər  haqqında  kitab»)  əsəri

20

  dövrün  öyrənilməsi  üçün 



mühüm  mənbələrdən  biridir.  Mənşəcə  fars  olmuş  müəllif 

Bağdadda  təhsil  almış,  müxtəlif  inzibati  vəzifələrdə  çalışmış, 

xəlifə  Müstəsimin  dövründə  (833-842)  poçt  rəisi  («sahib  əl-

bərid  və-l-xəbər»)  olmuşdur.  Vəfatı  tarixi  dəqiq  bəlli  olmayan 

bu  müəllifin  əsərində  Azərbaycanın  iqtisadi  həyatı,  inzibati 

bölgüsü,  vergi  sistemi,  şəhərləri  (Marağa,  Ərdəbil,  Bərdə, 

Təbriz, Urmiyə, Bərzənd, Varsan və b.) haqqında da məlumatlar 

vardır.  Coğrafi  səciyyə  daşıyan  bu  əsər  dövrünün  bütün  yazılı 

mənbələri ilə tanış olmuş və onlardan tam istifadə etmiş şəxsin 

fəaliyyətinin  nəticəsidir.  Əsər  müəllifinin  2  nisbəsi  vardı:  «Əl-




 

 

21 



Xorasani»  onun  bu  vilayətdən  olduğunu,  «əl-Farisi»  isə  sadəcə 

fars  olduğunu  bildirirdi.

21

  Məlumat  zənginliyi  baxımından  ibn 



Xordadbehin  əsəri  ərəb  coğrafi  ədəbiyyatının  elə  əsərləri 

sırasındadır  ki,  «bunlarsız  orta  əsrlər  Xilafətinin  tarixini  tədqiq 

etmək  olmaz».

22

  İbn  Xordadbehin  dövrün  tələblərinə  uyğun 



surətdə  tərtib  olunmuş  «Kitab  əl-məsalik  və-l-məmalik»  əsəri 

tədqiqaçının  ona  lazım  olan  məlumatları  tapa  biləcəyi,  bizədək 

gəlib çatmış, təsviri səciyyə daşıyan ilk coğrafi əsərdir».

23

 



Şəmsəddin  ibn  Abdullah  Məhəmməd  ibn  Əbubəkr  əl-

Müqəddəsi  (Əl-Məqdisi)  946/47-1000-ci  illərdə  yaşamışdır.  O, 

«Əhsən ət-təqasim fi mərifət əl-əqalim» («İqlimləri dərk etmək 

üçün  ən  yaxşı  bölgü»)  adlı  əsərini  yazmışdır.  Əl-Müqəddəsi 

Qüdsdə  anadan  olmuşdu,  ərəb  coğrafiyaşünas-səyyahı  idi.  O, 

islam  ölkələrini  gəzmiş,  şəxsi  müşahidələri  və  tarixi  məxəzlər 

əsasında  985/986-cü  ildə  qafiyəli  nəsrlə  bu  əsəri  yazmış, 

Azərbaycanı,  Arranı  və  ona  qonşu  olan  qərb  ərazilərini  bir 

iqlimdə  birləşdirərək  onu  «ər-Rihab»  (geniş  ərazi,  zəngin  yer) 

adlandırmışdır.  Əsərdə  Azərbaycanın  vilayətləri,  nahiyə  və 

şəhərləri  (Bərdə,  Bakı,  Şamaxı,  Dərbənd,  Varsan,  Təbriz, 

Urmiyə,  Marağa,  Ərdəbil,  Miyanə  və  b.),  sənətkarlıq  sahələri, 

əhalinin  məişəti  və  s.  barədə  məlumatlar  tədqiq  olunan  dövrün 

mədəni  həyatının  öyrənilməsi  üçün  əhəmiyyətlidir.  Əsərdə 

Azərbaycan  şəhərləri  əhalisinin  dili,  dini,  mədəniyyəti, 

şəhərlərin  salınma  tarixi  haqqında

24

  dövrün  tələblərinə  uyğun 



məlumatlar vardır. 

Əbu Əli əl-Həsən ibn Əli ibn İshaq ət-Tusi (Nizaməlmülk) 

1019-1092-ci illərdə yaşamışdır. O, Səlcuq dövlət xadimi olmuş, 

Sultan  Alp  Arslanın  (1063-1072)  və  Məlikşahın  (1072-1092) 

vəziri  vəzifəsini  tutmuşdır.  Nizaməlmülk  Səlcuq  dövlət 

aparatının yaranması və inkişafında mühüm rol oynamış, elm və 

mədəniyyət xadimlərinə himayəçilik etmiş, 1065-1067-ci illərdə 

imperiyanın  bir  çox  şəhərlərində  «Nizamiyyə»  mədərəsələri 

təsis etdirmişdi (1067-ci ildə Bağdadda açılmışdı). O, ictimai və 

siyasi  görüşlərini  fars  dilində  yazdığı  «Siyasətnamə»  əsərində 

əks etdirmişdir. Əsərdə Azərbaycan, Xürrəmilər, Babək hərəkatı 

haqqında da məlumat vardır. Nizaməlmülk bu əsəri 1076-cı ildə 




 

 

22 



«30  fəsildə  yazıb  Məlikşaha  təqdim  etmiş»,  sonralar  isə  əsərə 

əlavələr  olunmuş,  «kitab  50  və  ya  51  fəslə  çatmışdır».

25

 

Nizaməlmülk  Babək  hərəkatının  Ərəb  Xilafətinin  varlığı  üçün 



böyük  təhlükə  oluduğunu  və  Xilafətin  bu  təhlükədən 

qurtulduğunu  bu  cür  ifadə  etmişdir:  «Mötəsim  üç  qələbə 

çalmışdır, hər üçü də İslamın qüvvətlənməsinə səbəb olmuşdur. 

Biri – Rum (Bizans – red.), ikincisi Babək, üçüncüsü təbəristanlı 

Maziyar  Qəbr  üzərindəki  qələbə  idi.  Bu  üç  qələbədən  biri  belə 

baş tutmasaydı, İslam məhv olub gedərdi».

26

 

Ərəb tarixçisi İzzəddin Əbülhəsən Əli ibn Məhəmməd ibn 



əl-Əsir  (1160-1233/34)  12  cildlik  «Əl-Kamil  fi-t-tarix» 

(«Mükəmməl  tarix»)  əsərinin  müəllifidir.  Əsərdə  ən  qədim 

dövrlərdən  1231-ci  ilədək  baş  vermiş  hadisələr  şərh  olunur. 

Müəllif Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına 

dair  (ərəblərin  Azərbaycanı  işğal  etməsi  və  bundan  sonrakı 

faktlar) zəngin məlumatlar vermişdir.

27

 «İbn Əl-Əsirin ət-Təbəri, 



əl-Bəlazuri  və  digər  müəlliflərə  etdiyi  əlavələr  onun  əsərlərini 

Azərbaycan  tarixinə  aid  mühüm  müstəqil  mənbə  kimi 

qiymətləndirməyə haqq verir».

28

 



Tarixçi, coğrafiyaşünas, səyyah, dilçi Yaqut ibn Abdullah 

ər-Rumi  əl-Həməvinin  (1179-1229)  «Mücəm  əl-buldan» 

(«Ölkələrin  əlifba  sırası  ilə  siyahısı»)  adlı  coğrafi  lüğəti 

Azərbaycanın  və  Arranın  tarixinin  tədqiqi  üçün  mühüm 

qaynaqlardandır.  Müəllif  mənşəcə  Kiçik  Asiyalı  yunan  idi.  O, 

başlıca  əsərini  1224-cü  ildə  yazmış,  əsərində  16  min  toponim, 

habelə  Azərbaycanın  təqribən  90  yaşayış  məntəqəsi  və  s. 

haqqında  məlumatlar  vermişdir.  O,  VII-VIII  əsrlərdə  yaşamış 

təqribən 1100 nəfər elm, mədəniyyət və din xadimlərinin həyat 

və yaradıcılığından bəhs edən «İrşad əl-Ərib ilə mərifət əl-ədib» 

(«Ağıllı  adamlara  yazıçıları  tanıtmaq  üçün  öyüd»)  və  ya 

«Mucəm  əl-udəba»  adlı  əsərini  1218-ci  ildə  tamamlamışdır 

(Əbdələziz  əl-Bərdəi,  Xətib  Təbrizi,  Məkki  əl-Bərdəi,  Səid  əl-

Əzdi  və  digər  Azərbaycan  alimləri  haqqında  da  məlumat 

vermişdir).  Dövrün  Azərbaycan  mədəni  həyatı,  mədəniyyət 

xadimləri haqqında məlumat verən mənbələr arasında «Yaqutun 

bilavasitə bu janra (bioqrafik janra – red) həsr edilmiş «İrşad əl-



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə