Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə4/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 

11 



hüdudlarında əsasən qapalı, bir-birindən təcrid olunmuş şəkildə 

inkişaf etməsi faktı ilə əlamətdar olmuşdur. 

Monoqrafiyada  Azərbaycan  İntibahı probleminə  müəyyən 

münasibətin bildirilməsi zəruri hesab olunmuşdur. Bu problemə 

yanaşma tərzi formalaşdırılarkən dünya elminin həmin məsələyə 

münasibəti qısaca nəzərdən keçirilmişdir. 



AraĢdırmanın mənbə zəmini haqqında monoqrafiyanın I 

fəslində  ətraflı  şəkildə  bəhs  olunur.  Bu  fəsildə  orta  çağların 

Azərbaycan  mədəniyyətinin  öyrənilməsinə  yardım  edə  biləcək 

ilkin qaynaqların əsas kütləsi nəzərdən keçirilmişdir. 



Tədqiqat iĢinin təcrübi dəyəri aşağıdakılardan ibarətdir. 

-

 



Orta  çağların  Azərbaycan  mədəniyyəti  ölkənin  III  əsrə 

qədərki  ictimai-iqtisadi,  siyasi,  etno-mədəni  təkamül 

tarixinə  istinadlanmışdı.  Bu  böyük  tarixi  dövrün 

Azərbaycan  mədəniyyəti  xalqımızın  təkamülündə 

mühüm keyfiyyət mərhələsi idi və milli mədəni sistemin 

sonrakı  inkişafının  əsası  olmuşdur.  Monoqrafiyada 

problemin nəzəri cəhətləri araşdırılır, bu sahədə mövcud 

olan  kulturoloji  və  tarixi  araşdırmalar  təhlil  olunur,  orta 

çağların 

mədəni-tarixi 

prosesləri 

tədqiq 


edilir. 

Mahiyyətcə,  bütün  bunlar  Azərbaycan  mədəniyyəti 

tarixinə 

aid 


olan 

qeyri-tarixçi 

araşdırmalarına 

əhəmiyyətli tarixçi əlavəsidir. 

-

 

Monoqrafiyada  çox  böyük  tarixi  dövrün  (III-XVIII 



əsrlər)  Azərbaycan  mədəniyyətinin  təkamülü  prosesi 

başlıca  araşdırma  obyektinə  çevrilmişdir.  Məhz  bu, 

Azərbaycan  tarixinin  öyrənilməsi  prosesində  təqdim 

olunan tədqiqat işinin əhəmiyyətini müəyyənləşdirir. 

-

 

Araşdırma  nəticəsində  əldə  olunmuş  nəticələrdən 



tədqiqat  işində  göstərilmiş  istiqamətlərdə  (mədəniyyət 

nəzəriyyəsi 

və 

mədəniyyət 



tarixi, 

Azərbaycan 

mədəniyyətinin inkişafının ictimai-iqtisadi və siyasi ilkin 

şərtləri, 

orta 

çağların 



müxtəlif 

yüzilliklərində 

Azərbaycan  mədəniyyəti)  xüsusi  kursların  keçirilməsi, 

xalqın  tarixinin  tədrisi,  təbliği  zamanı  istifadə  oluna 

bilər. 



 

 

12 



Monoqrafiya işi Azərbaycan MEA-nın A.Bakıxanov adına 

Tarix  İnstitutunun  «Azərbaycanın  orta  əsrlər  tarixi»  şöbəsində 

yazılmış və müzakirə olunmuşdur.  

Əsərin  yazılması  və  çapa  hazırlanmasında  AMEA-nın 

müxbir  üzvü,  tarix  elmləri  doktoru,  professor  O.Ə.Əfəndiyev 

başda  olmaqla  «Azərbaycanın  orta  əsrlər  tarixi»  şöbəsinin 

əməkdaşlarının  bir  sıra  qeyd  və  təklifləri  nəzərə  alınmışdır. 

Müəllif  onlara,  habelə  Azərbaycan  MEA  A.A.Bakıxanov  adına 

Tarix İnstitutunun rəhbərliyinə öz dərin minnətdarlığını bildirir. 

 

 



                                                           

1

 Дружинин Н.М. Воспоминания и мысли историка, с. 5 – бу вя бундан 



сонракы  тяръцмяляр  мцяллифиндир,  ясярлярин  няшр  или  вя  щяъми 

щаггында  мялумат  «Истифадя  олунмуш  мянбя  вя  ядябиййатын  сийа-

щысы»нда верилмишдир. 

2

 Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan tarixi, s. 105. 



3

 Yenə onun. Azərbaycan Cümhuriyyəti, s. 95. 

4

 Бах: Гасымов Х.С. Культура Азербайджана в XVI-XVII вв. Авторефе-



рат диссертации на соискание ученой степени кандидата исторических 

наук. Баку, 1992, 23 с. 

5

 Бах: Yenə onun. Azərbaycan mədəniyyəti (XVI-XVII əsrlər). Bakı, Nurlan, 



2002, 170 s. 


 

 

13 



 

 

 

I FƏSIL 

 

BAġLICA MƏNBƏLƏRĠN VƏ ELMĠ 

ƏDƏBĠYYATIN ĠCMALI, AZƏRBAYCANIN 

ĠSLAMAQƏDƏRKĠ MƏDƏNĠ TƏKAMÜL 

PROSESĠNƏ ÜMUMĠ BĠR BAXIġ 

 

 

 

§ 1. BaĢlıca mənbələr. 

 

Azərbaycan mədəniyyətinin orta çağlar ərzindəki təkamül 

tarixinin 

araşdırılması  prosesində  dövrün  yazılı  ilkin 

qaynaqlarından  istifadə  olunması  labüd  və  zəruridir.  Tarixi 

prosesi  əks  etdirən  və  xalqın  keçmişinin  öyrənilməsi  işini xeyli 

asanlaşdıran  tarixi  mənbələrə  dövrümüzə  qədər  gəlib  çatmış 

maddi  mədəniyyət  abidələri  və  yazılı  qaynaqlar  daxildir. 

Müxtəlifliyi  və  zənginliyi  ilə  fərqlənən  maddi  mədəniyyət 

abidələri  arxeologiya  elminin  araşdırma  obyekti  olduğu  üçün 

onların  ətraflı  şəkildə  nəzərdən  keçirilməsini  zəruri  hesab 

etmədik.  Təbiidir  ki,  araşdırma  gedişində  maddi  mədəniyyət 

abidələrinin  elmi  təhlilinin  nəticələri  olan  tədqiqat  əsərlərindən 

kifayət qədər istifadə olunmuşdur. Buna görə də başlıca diqqəti 

yazılı  mənbələrə  yönəltmək  fikrindəyik.  Nəzərdən  keçirilən 

çoxəsrlik tarixi dövrün yazılı qaynaqlarının əsas kütləsi ərəb və 

fars  dillərindədir.  Ərəb  və  fars  dillərində  tərtib  olunmuş  həmin 

əsərlərin  (əsasən  təsviri  səciyyə  daşıyan  salnamələr, 

«ümumdünya» və regional miqyaslı tarixi hadisələri əks etdirən 

əsərlər, tarixi dastanlar və s.) xeyli qismi hələ Azərbaycan dilinə 

tərcümə  olunmamışdır.  Bu  mənbələrin  Azərbaycan  dilinə 

tərcümə olunması işi yalnız son 10-15 il ərzində sürətlənmişdir 

və bu hal daha çox Azərbaycanın XX yüzilliyin sonlarına doğru 

yenidən  siyasi  müstəqillik  qazanması  ilə  bağlıdır.  Orta  çağlar 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə