169
Şəmsəddin (Şəms) Məhəmməd ibn Əli ibn Məlikdad
Təbrizi (1272-ci ildə dünyasını dəyişmişdir) bü dövrün görkəmli
Azərbaycan şairi, mütəfəkkiri, müəllimi idi. O, sufiliyin ən
məşhur simalarından olmuş, «mürşidi-kamil» adını almışdı.
Cəlaləddin Rumi özünü onun şagirdi hesab edirdi. Tarixi
mənbələrdə Şəms Təbrizinin həyatı haqqında məlumat çox az və
ziddiyyətlidir. Şəms Təbrizi çoxlu səfərlər etmiş, əsasən karvan-
saralarda məskən salmışdır. Mütəfəkkir şair 1244-cü ildə Konya
şəhərinə gəlmiş, Cəlaləddin Rumi ilə dostlaşmışdır. Şəms
Təbrizi yeni dostuna güclü mənəvi təsir göstərmiş, bu dostluq-
dan narazı qalanlar ehtiyatlanaraq Şəmsi quyuya atmış,
öldürmüşdülər. Şəmsin sirli ölümündən sonra Cəlaləddin Rumi
onun xatirəsini əziz tutaraq «Şəms» təxəllüsü ilə böyük bir şeir
divanı yaratmışdır. Şəms Təbrizinin «Məqalat» («Deyimlər»)
adlı əsərini isə onun müridləri toplayaraq «Məqalatı-Şəms
Təbrizi» («Şəms Təbrizinin deyimləri») kitabı halına salmış, bu
əsərdəki fəlsəfi, elmi görüşləri geniş yaymışlar. Bu dövrdə is-
maili təlimi müəyyən nüfuz dairəsinə malik idi və Şəms Təbrizi
həmin təlimin başlıca təbliğatçılarından biri olmuşdur. İsmaililik
hürufiliyin, nöqtəviliyin, qızılbaşlığın, «Əliallahi» təliminin
təşəkkül tapmasına müəyyən təsir göstərmişdir. Şəms Təbrizinin
güclü ideya-mənəvi təsirinə məruz qalmış Cəlaləddin Rumi
(1207-1273) 6 kitabdan ibarət olan « Məsnəvi»nin (31 mindən
artıq beytdən ibarətdir), «Divani-Kəbir»in («Böyük divan»ın)
müəllifidir. Onun «Divan»ında 2073 qəzəl toplanmışdır (44 min
beytə yaxındır). Cəlaləddin Ruminin «Divan»ı ədəbi əsərdən
daha çox fəlsəfi abidə kimi diqqəti cəlb edir. Onun 4 min
beytdən artıq şeirləri isə fəlsəfi, lirik rübailərdən (dördlüklərdən)
ibarət olan kitabına daxildir. Cəlaləddin Ruminin müxtəlif
şəxslərə ünvanlanmış 140 məktubu vardır. Mütəfəkkirin poetik
irsi ümumiyyətlə 80 minədək beytdən ibarətdir və bu zəngin
irsdə Azərbaycan filosofu, alimi Şəms Təbrizinin həlledici təsiri
aydın surətdə nəzərə çarpır. Cəlaləddin Rumi də sağlığında ikən
hücum və təqiblərə məruz qalmış, ilahiyyatçılar onun əsərlərini
«bidətçi» təlimin təhlükəli faktları kimi təqdim etmişlər. Şairi
fiziki divandan yalnız onun böyük nüfuzu və əhali arasındakı
170
böyük hörməti xilas etmişdi.
61
Cəlaləddin Ruminin belə nüfuzu
və hörmətinin mənbəyi onun Şəms Təbrizi ilə 3 aylıq davamlı
elmi-fəlsəfi mükaliməsində, ünsiyyətində olmuşdur. «3 ayın
tamamında Cəlaləddin Rumini tanıyanlara elə gəlmişdir ki, o,
dünyasını dəyişmiş, onun simasında isə başqa bir şəxs dünyaya
gəlmişdir…Şəmsəddin Təbrizi onu elə bir aləmə dəvət etmişdi
ki, heç bir türkə və ərəbə heç yuxuda da bu cür aləmdə olmaq
nəsib olmamışdı».
62
XIII-XIV əsrlərdə bir sıra fəlsəfi-dini təlimlər meydana
çıxdı və tezliklə geniş əhali kütlələrini özünə cəlb edərək mənəvi
qüvvədən maddi qüvvəyə çevrilməyə başladı. Təbiidir ki, həmin
təlimlər təsadüfən və birdən meydana gəlməmiş, əski mütərəqqi
baxışlar əsasında formalaşmışdı. Hürufilik bu təlimlər arasında
xüsusilə fərqlənirdi. Hürufiliyin ideya mənbələri ilk növbədə
Şərqin bidətçi fəlsəfi təlimləri, xüsusilə sufi və ismaili təlimləri
olmuşdur. Onun təşəkkül tapmasında Şərq peripatetizminin də
müəyyən rolu vardır. Hürufilik fəlsəfəsinə yunan təsiri də məhz
Şərq peripatetizmi vasitəsilə olmuşdur. XIV əsrin sonlarından
geniş yayılmağa başlamış hürufiliyin vətəni Azərbaycan idi.
Təlimin banisi və hərəkatın ilk rəhbəri Fəzlullah Nəimi
(1339/40-1394) 1387-ci ildə ilk dəfə olaraq Azərbaycanda yeni
cərəyanın başlıca müddəalarını bəyan etdi. Məhz buna görə də
hürufilər Azərbaycanı «sərzəmine-restaxiz» («oyanmış torpaq»)
adlandırırdılar. Nəimi Şihabəddin Fəzlullah Təbrizi-Astrabadi
bu dövrün bənzərsiz Azərbaycan mütəfəkkiri, şairi olmuşdur.
Hürufilik təriqətinin əsasını qoyduğuna görə islam Şərqində onu
«əl-hürufi» adı ilə tanıyırdılar. Nəimi hürufiliyin nəzəri
əsaslarını «Cavidani-Səğir», «Ərşnamə», «Məhəbbətnamə»,
«Novmnamə» əsərlərində və «Divan»ında şərh etmişdir. Onun
başlıca əsəri «Cavidani-Kəbir»dir («Cavidannamə»). Hürufiliyə
görə, Allahın təbiətdə, əşyada, xüsusilə insanda təcəssümü
əsasdır. Hürufilər Allahın Fəzlullahda təcəssüm etməsinə və
onun yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar.
Fəzlullah Nəimiyə görə, ərəb əlifbasındakı 28 və fars
əlifbasındakı 32 hərf məhəbbətin və gözəlliyin əsasıdır. Onun
fikrincə, aləm dərk ediləndir və aləmin dərk olunması insanın
171
fəaliyyətinin ümdə məqsədidir. Fəzlullah Nəimi Teymurləngin
əmrilə onun oğlu Miranşah tərəfindən həbs olunmuş və Əlincə
(Naxçıvandadır) qalasında edam edilmişdir.
63
Mütəfəkkir həbsdə
olarkən «Vəsiyyətnamə»sini yazmış, hürufi təliminin gələcək
nəsillərə çatdırılması arzusunu və mübarizənin davam
etdirilməsi zərurətini bəyan etmişdir. Nəimi hürufilik təlimini
təqribən 1385-1386-cı illərdən təbliğ etməyə bağlamış, bu
təlimin kütləviləşərək maddi qüvvəyə çevrilməsinə çalışmışdır.
Onun
yaxın
dostlarından
olmuş
Şeyx
Əbülhəsən
«Cavidannamə» əsərini 1399-cu ildə nəzmə çəkmişdir. 1394-cü
ildə
Fəzlullah
Nəimi edam olunduqdan sonra onun
«Vəsiyyətnamə»sinə əsasən İmadəddin Nəsimi (1369-1417)
Təbrizə, sonra isə Anadoluya getmiş, hürufilik baxışlarını geniş
təbliğ etməyə başlamış və buna görə də dəfələrlə zindanlara
salınmışdı. Şamaxıda anadan olmuş, ilk mükəmməl təhsilini də
burada almış, ilk şeirlərini «Hüseyni» təxəllüsü ilə yazmış,
1394-cü ildə Şirvana gələrək hürufilik təlimini təbliğ edən
Fəzlullah
Nəimi
ilə
görüşərək ona bağlanmış,
bədii
yaradıcılığında hürufilik təlimini geniş surətdə işıqlandırmış
64
İmadəddin Nəsimi ömrünün son illərini Suriyanın Hələb
şəhərində keçirmiş, orada təbliğatla məşğul olmuş, həbs edilmiş
və oradaca bidətçilikdə təqsirləndirilərək edam olunmuşdur.
Nəsiminin ilk şeirlərini «Hüseyni» təxzəllüsü ilə yazması
təsadüfi deyildi: Bu təxəllüs şairin X əsrdə Bağdadda
bidətçilikdə təqsirləndirilərək edam olunmuş Həllac Mənsur
Hüseyninin sufi görüşləri təbliğ etməsi ilə bağlı idi. Orta
çağların islam Şərqinin əksər ədibləri kimi İmadəddin Nəsimi də
elmi, fəlsəfi, əxlaqi, ictimai-siyasi baxışlarını poetik, bədii for-
mada ifadə etmişdir.
Məhəmməd ibn Hinduşah
Naxçıvani XIII əsrin
sonlarından XIV əsrin ikinci yarısınadək yaşamış Azərbaycan
alimi, dövlət xadimi olmuşdur. O, Bağdadın Müstənsiriyyə
mədrəsəsində təhsil almış, qardaşı Seyfəddin Əmir Mahmud
Kaşanda hakim olduğuna görə İranın müxtəlif şəhərlərində və
İraqi-Əcəmdə yaşamışdır. Alim Elxanilər dövründə mühüm
vəzifələrdə çalışmış,
65
ərəb, türk və fars dillərini mükəmməl
Dostları ilə paylaş: |