94
ki, hələ «islama qədər o, ölkənin paytaxtı olmuşdur».
11
Ərəb
hökmranlığının ilk dövründə (VII əsrin 40-ci illərinədək) bu
şəhər Xilafətin Azərbaycandakı canişinliyinin iqamətgahı
olmuşdur. IX əsrin sonu– X əsrin əvvəlində Yusif ibn Əbu Sac
Ərdəbili Sacilər dövlətinin paytaxtı etdi. Məhz bu dövrdə şəhər
3 darvazası olan qala divarları ilə əhatə olundu. VIII əsrdən
etibarən Xilafət canişini Mərvan ibn Məhəmmədin dövründən
(732-744-cü illər) Azərbaycanın əsas şəhərinə, Xilafətin canişin-
lik mərkəzinə çevrilmiş Marağa da qala divarları ilə əhatə edildi,
burada xeyli qoşun yerləşdirildi.
Ərəb işğalının ilk illərində diqqəti cəlb etməyən Təbriz
artıq X əsrdən etibarən Azərbaycanın ən məşhur şəhərinə çevril-
di. VIII əsrin ortalarında xəlifənin əmrinə əsasən öz qəbiləsi ilə
buraya köçmüş yəmənli Rəvvad ibn Musanna əl-Əzdi və onun
varisləri şəhərin yüksəlişində mühüm rol oynadılar. IX əsrin
sonlarından etibarən Azərbaycan şəhərlərinin həyatında dirçəliş
və çiçəklənmə dövrü başlandı. «Azərbaycan şəhərləri məhz ərəb
hökmranlığı dövründə iqtisadi cəhətdən inkişaf etmişdir».
12
Tə-
biidir ki, Azərbaycan şəhərlərinin iqtisadi baxımdan daha
yüksək inkişaf mərhələsinə qədəm qoyması ərəblərin ölkədəki
siyasi, ideoloji, iqtisadi mövqelərinin möhkəmlənməsindən so-
nra mümkün oldu.
Azərbaycanda islamın mövqelərinin möhkəmlənməsi,
ölkənin Ərəb Xilafəti sisteminə inteqrasiyası sahəsində
qazanılmış uğurlar, şəhərlərdə ticarət və sənətkarlıq fəaliyyətinin
genişlənməsi ilə yanaşı xəlifələri bərk narahat edən (hətta Ərəb
Xilafətinin varlığını təhlükə altına alan) gerçəkliklər də mövcud
idi. Xürrəmilər hərəkatı bu «təhlükələrdən» ən önəmlisi
olmuşdur. Xürrəmilərin ilk məlum çıxışı 778-cı ilə aid olunur.
13
Bu təlimin, hərəkatın atəşpərəstliklə (zərdüştiliklə) bağlılığı
mübahisə doğurmayan tarixi faktdır. 816-cı ildə Babəkin
Cavidanı əvəz etməsindən sonra Xilafətə qarşı mübarizə daha
fəal və ardıcıl xarakter aldı. «Bəzi mənbələrin verdiyi məlumata
görə, Babək guya bir vaxt islamı qəbul edibmiş və onun
müsəlman adı Həsən imiş. Babəkin islama müəyyən
münasibətini göstərən bu yeganə məlumat nəzərə alınmazsa,
95
bütün digər mənbələr təsdiq edir ki, Babək ərəblərə və onların
dininə nifrət bəsləyirdi, bütün ömrü boyu Xilafətə qarşı
mübarizə edirdi və Azərbaycanda islamdan əvvəl mövcud olan
qayda-qanunları bərpa etməyə çalışırdı»
14
. 816-837-ci illər
ərzində daha fəal və ardıcıl olmuş xürrəmilər hərəkatı Ərəb
Xilafətinin hakim dairələrinin başlıca qorxu və qayğı obyektinə
çevrilmişdi. Məğlubiyyətə uğramasına baxmayaraq, bu hərəkat
nəhəng dövlətin hərbi, iqtisadi potensialının sarsılmasında
mühüm rol oynamışdır.
15
Xürrəmilər hərəkatı üzərindəki qələbə
«Xilafətə baha başa gəldi: 20 ildən artıq müddət ərzində
babəkilər Xülafətin 225000 döyüşçüsünü və xeyli sərkərdəsini
məhv etmişdilər… bu hərəkat əl-Məsudinin dili ilə desək, «az
qala Abbasilər dövlətini məhv edəcəkdi».
16
Xürrəmilər hərəkatı
Xilafətin
vəhdətini pozan, onun müxtəlif
dövlətlərə
parçalanması prosesini gücləndirən başlıca siyasi amilləridən bi-
ri idi. Məhz bu hərəkatdan sonra mərkəzi hakimiyyətin
zəifləməsindən
istifadən
edən yerli hakimlər
(habelə
Azərbaycanda) siyasi müstəqillik yoluna qədəm qoydular. Artıq
IX əsrin sonu – X əsrin əvvəlləri Abbasilər Xilafəti daxilində
separatizm meyllərinin güclənməsi ilə əlamətdar olmuşdur.
Xürrəmilər hərəkatı «islamın Azərbaycanda dinc yolla
qərarlaşması» fikrini yaymağa çalışanların qeyri-obyektiv
mövqedə
olduqlarını da təsdiqləyən,
danılmaz tarixi
gerçəklikdir.
Xilafətin zəifləməyə başladığı dövrdə Azərbaycan
ərazisində Sacilər sülaləsinin yaratdığı yeni dövlət meydana
gəldi (IX əsrin sonları – X əsrin birinci yarısı). Sülalənin banisi
Əbu-s-Sac Divdad ibn Yusif ibn əl-Divdast görkəmli sərkərdə
kimi Xilafət qarşısında xidmətləri müqabilində bir sıra əyalətlərə
hakim təyin olunmuşdu. Atası kimi Xilafətə xidmət etmiş Əbu
Übeydullah Afşin Məhəmməd 869-cu ildə Azərbaycana hakim
göndərildi. 898-ci ildə yeni Xəlifə onu yenidən hakim vəzifəsinə
təsdiq etdi. 901-ci ildə Yusif ibn Əbu-s-Sac hakimiyyəti ələ
keçirdi (901-927). 929-cu ildə isə dövlətə Divdad ibn
Məhəmməd rəhbərlik etməyə başladı. Ərəb xəlifələri tərəfindən
canişin təyin olunmuş bu sülalə nümayəndələri Xilafətlə
96
hesablaşmır,
müstəqil
siyasət
yürüdürdülər.
Sacilərin
hakimiyyəti dövründə (889-941) Azərbaycan torpaqlarının
böyük bir qismi vahid dövlət tərkibində birləşdirilmişdi, bu isə
ölkədə iqtisadi və mədəni həyatın xeyli canlanması üçün
əlverişli şərait yaratmışdı. Sacilər sülaləsi əslən Mərkəzi
Asiyanın «Afşin» titullu türk əmirləri nəslinə bağlı idi. Sülalə
banisi sərkərdəlik qabiliyyətini və inzibati idarəçilik məharətini
Xilafətin bir sıra bölgələrinin canişini olarkən nümayiş
etdirdikdən sonra vəfat etdi. Onun böyük oğlu Məhəmməd də bu
cür uğurlar qazandıqdan sonra (869-cu ildə) Azərbaycanın ha-
kimi təyin olundu. Qərbdə Ani və Dvindən Şərqdə Xəzər
dənizinədək, cənubda Zəncandan şimalda Dərbəndədək olan
geniş ərazi Sacilər sülaləsinin hakimiyyəti altında birləşdirildi.
Şirvan, Şəki, Xaçın, Sünik hakimləri Sacilərə vergi ödəmək
məcburiyyəti qarşısında qalmışdılar. «Azərbaycan torpaqlarını
ilk dəfə vahid dövlət hüdudlarında birləşdirən Yusif ibn Əbu-s-
Sacin müstəqil hakimiyyəti 927-ci ildə sona çatır».
17
941-ci ildə
Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 50 ildən artıq bir
müddət ərzində Qafqazda Xilafətin dayağı olmuş bu dövlət bir
çox hallarda Xilafətin
təsir
dairəsindən
çıxa bilirdi.
Azərbaycanın etnik-mədəni, içtimai-iqtisadi birliyinin təkamülü
prosesində bu dövlətin mühüm rolu olmuşdur.
«Şirvanşah» titullu hakimlərin idarə etdiyi yeni siyasi qu-
rumun təşəkkülü üçün əlverişli zəmin VI əsrin əvvəllərində
yaranmışdı. «VI əsrdə Şirvanda Sasani hökmdarları ilə qohum-
luq əlaqələrində olmuş sülalə hakimiyyətdə olmuşdur».
18
Ərəblərin Qafqaza gəlişindən sonra Şirvanda təşəkkül tapmış
siyasi qurumun təkamülündə yeni dönüş baş verdi. Xilafətin
bütün Qafqaz mülklərini idarə etmiş, «Şirvan məliki» titulunu
daşımış ilk rəsmi Şirvan hökmdarı ərəb rəbia qəbiləsinin şeyban
nəslindən olan Yəzid ibn Məzyəd əş-Şeybani olmuşdur.
19
Yeni
sülalə banisi 801-ci ildə Bərdədə vəfat etmişdir.
20
«Heysəm ibn
Xalid ərəb mənşəli Məzyədilər sülaləsinin «şirvanşah» titulu
daşımış ilk müsəlman
Şirvan
hökmdarı
olmuşdur»
21
.
Məzyədilərin (Şeybanilərin) hökmdarlığı qədim bütpərəstlik
inamlarını, islamaqədərki baxışları mühafizə edən «Kafir
Dostları ilə paylaş: |