136
Türbə zəngin naxışlarla bəzədilmişdir. Abidə xırda kərpiclə
üzlənmiş, prizmaşəkilli binadır. Məqbərənin yeraltı qismində
onguşəli, bədii baxımdan zəngin olan sərdabə vardır. Bu dini
kompleks mərkəzi günbəzli məsciddən, Möminə Xatun
türbəsindən, cinahlarda minarələri olan giriş baştağından,
məscidin vəqfi olan mədrəsələrdən və s. binalardan ibarət idi.
Kompleksdən yalnız Möminə xatun türbəsi qalmışdır, həmin
abidənin hündürlüyü hal-hazırda 25 metrdir. Kompleks
Məhəmməd Cahan Pəhləvanın birinci zövcəsi Möminə Xatunun
şərəfinə inşa olunmuşdu. 1162-ci ildə memar Əcəmi ibn
Əbubəkr ən-Naxçıvaninin layihəsi və başçılığı altında tikilmiş,
«şeyxlərin başçısı» Yusif ibn Kuseyr üçün nəzərdə tutulmuş
türbə də Naxçıvandadır. Türbə səkkizbucaqlı şəkildə inşa
olunmuşdur. Abidə bişmiş kərpiclə hörülmüş, kərpiclər əsasında
türbənin üzərində həndəsi naxışlar əmələ gətirilmişdir.
Azərbaycan ərazisinin mürəkkəb relyefə, sıx çaylar
şəbəkəsinə malik olması ölkədə xeyli körpülər tikilməsinin
başlıca təbii səbəbi idi. 11 və 15 aşırımlı Xudafərin körpüləri bu
tarixi dövrün əzəmətli abidələrindəndir. Körpünün müasir
görkəmi XIII əsrə aid olsa da, 15 aşırımlı körpünün hələ VII
əsrdə tikildiyi ərəbdilli qaynaqların məlumatları ilə təsdiqlənir.
Körpü iri çay daşlarından inşa olunmuşdur və relyef
xüsusiyyətləri məharətlə nəzərə alınmışdır. 11 aşırımlı körpüdə
də bu cür inşaat prinsiplərinə əməl olunmuşdur. Qazax
bölgəsindəki «Qırmızı körpü» («Sınıq körpü» adı ilə tanınır) XII
əsrə aid olan memarlıq obyektidir, 4 aşırımlıdır və uzunluğu 175
metrə yaxındır. Bu memarlıq obyekti Azərbaycanda ilkin
quruluşunu saxlamış yeganə çoxaşırımlı körpüdür. Bu tarixi
dövrdə yaradılmış Cuqa (Culfa) körpüsünün yalnız dayaqları
qalmışdır. Lakin orta çağ qaynaqlarında onu «dünya
körpülərinin ən gözəli» adlandırmışlar. Gəncəçay üzərindən
atılmış 3 çoxaşırımlı körpünün (XI-XII əsrlərə aiddir) yalnız
dayaqları və bəzi fraqmentləri qalmışdır.
XI əsrdən XIII əsrin əvvəllərinədək olan zaman kəsimi
Azərbaycan memarlığı tarixində dönüş mərhələsi hesab olunur.
Bu zaman ölkənin əsas bədii-mədəni dairələrinin lokallaşması
137
prosesi başa çatmış, əsas memarlıq mərkəzləri müəyyənləşmiş,
ölkədə memarlıq fəaliyyətinin vahid sistemi qərarlaşmışdır. Bu
dövrdə Şamaxı, Bakı, Təbriz, Beyləqan, Naxçıvan, Marağa,
Bərdə, Gəncə, Dərbənd şəhərləri Azərbaycan memarlığının na-
dir incilərinin yaradıldığı başlıca mərkəzlərdən olmuşdur.
Şamaxı şəhəri XII əsrdən etibarən Azərbaycan tarixində
müstəsna əhəmiyyətə malik olan, qaynar həyatlı şəhər kimi
tanınırdı. Şəhər ölkənin ictimai-siyasi, iqtisadi həyatında mühüm
rol oynayırdı. Səlcuq imperiyasının parçalanmasından sonra
Şamaxı
güclənmiş
Şirvanşahlar
dövlətinin
paytaxtına
çevrilmişdi. XII əsrin sonlarında (1191-ci ildə) Azərbaycan
atabəyi Qızıl Arslanın Şamaxı şəhərini ələ keçirməsindən sonra
Şirvanşah I Əxsitan dövlətinin paytaxtını müvəqqəti olaraq
Bakıya köçürməli oldu. 1192-ci ildə baş vermiş
138
güclü zəlzələ
isə Şamaxının dövlət paytaxtı olaraq qalmasını qeyri-mümkün
etdi. Şəhərdə bu tarixi məqamadək inşa olunmuş memarlıq
obyektlərinin əksəriyyəti həmin zəlzələ nəticəsində yerlə-yeksan
oldu. Şamaxıda 743-cü ildə tikilmiş Cümə məscidi Cənubi Qaf-
qazda inşa olunmuş ən erkən müsəlman səcdəgahidir. Şamaxı
şəhərinin Azərbaycanın ictimai-siyasi həyatındakı öncül
mövqeyini XII əsrin sonlarında əsasən təbii fəlakət nəticəsində
itirməsi onun memarlıq baxımından inkişafı istiqamətinə mənfi
təsir göstərdi. Orta çağlarda Naxçıvanın ən böyük iqtisadi və
mədəni yüksəlişi onun Azərbaycan Atabəyləri dövlətinin
paytaxtına çevrildiyi dövrə – XII əsrə təsadüf edir.
Azərbaycanın mühüm sənətkarlıq mərkəzi olması, başlıca kar-
van yollarının qovşağında yerləşməsi Naxçıvanda memarlığın
misli görülməmiş inkişafı üçün şərait yaratmışdı. Naxçıvanda
gözəl saraylar, mədrəsələr, məscidlər, köşklər, məqbərələr və
məbədlər vardı. Azərbaycan Atabəylərinin hakimiyyəti zamanı
tikilmiş iki mədrəsə Möminə Xatun məqbərəsinin vəqf
mülkiyyəti idi. Həmin mədrəsələr vəqfin gəlirləri hesabına
saxlanırdı. «Şəhər Atabəy Şəmsəddin Eldənizin dövründə,
Azərbaycan Atabəyləri dövlətinin paytaxtlarından biri olarkən,
özünün ən böyük çiçəklənmə dövrünə çatmışdı».
139
Atabəy
Qızıl Arslanın hakimiyyəti zamanı onun iqamətgahına çevrilmiş
138
Təbriz sürətli inkişaf dövrünə qədəm qoydu. «Təbrizin
Azərbaycanda iri memarlıq məktəbinə çevrilməsi məhz orta əsr
Azərbaycan memarlığının inkişafında dönüş mərhələsi sayıla
biləcək XI-XII əsrlərə düşür».
140
VII əsrin ortalarında ərəblər
Azərbaycanı fəth edərkən Ərdəbil ölkənin mərkəzi şəhəri hesab
olunurdu. Bu şəhərin tədrici inkişafı prosesində sürətlənmə
məqamları məhz həmin zamandan daha çox nəzərə çarpırdı.
«Azərbaycan Atabəylərinin hakimiyyət dövrü şəhər həyatının
çiçəklənməsi əsridir… Mənbələrin məlumatının azlığı və XII-
XIII əsrlərdəki Azərbaycan şəhərlərinin arxeologiyasının
öyrənilməməsi (bunu təəssüf hissilə qeyd edirik) tədqiqatçı üçün
böyük çətinliklər törədir. Bununla belə yazılı abidələr şəhərlərin
qaynar həyatının mənzərəsini yenidən canlandırmaq imkanı ve-
rir… Bu dövrün ən iri şəhəri Qafqaz miqyasında deyil, həmçinin
bütün Yaxın və Orta Şərqdə ən mühüm ticarət-sənaye mərkəzi
olan Gəncə idi… Gəncə əvvəlcə Səlcuq sultanlarının –
canişinlərinin paytaxtı, sonra isə Eldənizlərin paytaxtlarından bi-
ri olmuşdur».
141
Gəncədə 0,5 milyona qədər əhalinin yaşadığı
yazılı
mənbələr, arxeoloji materiallar əsasında
müəyyənləşdirilmişdir.
142
Gəncənin mədəniyyət mərkəzi kimi
uğurlu təkamülü prosesinə də təbii fəlakət mənfi göstərmişdir.
1139-cu ilin 30 sentyabr zəlzələsi nəticəsində Gəncədə həlak
olanların sayı «bir məlumata görə, 230 min nəfər, başqa
məlumata əsasən isə 300 min nəfərə çatır… Əgər şəhər
əhalisinin yarısının həlak olduğunu fərz etsək, onda heç bir
şübhə yoxdur ki, Gəncədə həmin dövrdə 300 mindən çox əhali
var imiş».
143
Zəlzələnin nəticələri 2-3 il ərzində aradan
qaldırıldı,
144
lakin şəhərin əski əzəmətini uzun müddət ərzində
bərpa etmək mümkün olmadı. Qeyd etmək lazımdır ki, XII-XIII
əsrin Azərbaycan şəhərləri arasında arxeoloji baxımdan daha
yaxşı tədqiq olunanı Beyləqandır. Beyləqan orta çağlar tarixi
«nəinki orta əsr Azərbaycan şəhərlərinin, ümumiyyətlə feodal
Şərqi şəhərinin tarixi problemlərini öyrənərkən bir çox
baxımdan etalon (meyar, ölçü) ola bilər».
145
XII əsrin
əvvəllərində Səlcuqilər imperiyasında daxili çəkişmələrin
gərginləşdiyi bir zamanda Səlcuq canişinlərinin hakimiyyəti o
Dostları ilə paylaş: |