Ekologiya imtahan Suallar


Populyasiya xarakteristika



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə12/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   8   9   10   11   12   13   14   15   ...   60
Ekologiya

Populyasiya xarakteristika


Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə yerləşən, bir-biri ilə və başqaları ilə qarşılıqlı 
əlaqə şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupudur. Populyasiya
növün quruluş vahidi, təkamül vahidi və yaşama forması sayılır. Başqa sözlə populyasiya bir növün 
müəyyən yaşama yeri olan və təbii qruplaşmanın (birliyin) hissəsi kimi fəaliyyət göstərən istənilən 
orqanizmlər qrupudur, yaxud populyasiya vəhdət halında fəaliyyət göstərən ekosistemin komponentidir. 
«Populyasiya» termini ekologiyaya demoqrafiyadan keçmişdir, mənası da xalq, əhali deməkdir. (lat. 
populus). Populyasiya qrup halında birləşmə olduğu üçün mühitə uyğunlaşma qabiliyyəti ayrı-ayrı 
fərdlərə nisbətən daha geniş olub bir sıra spesifik xassələrə malikdir. Bunlar aşağıdakılardan ibarətdir: 
1) Populyasiyanın sayı – onun tutduğu ərazi vahidində yayılmış həmin növdən olan fərdlərin sayı ilə 
ifadə olunur. Müxtəlif növlərin populyasiyalarında fərdlərin sayı (və ya miqdarı) müxtəlifdir, lakin 
müəyyən həddən aşağı ola bilməz. Fərdlərin sayı müəyyən həddən az olarsa populyasiyanı məhv edər. 
Əgər populyasiya məhdud ərazi daxilində yaşayırsa və sayı az olarsa, fərdləri bilavasitə saymaq 
mümkündür, məs. Şirvan qoruğunda olan ceyranların sayı. Populyasiyanın sayı mövsüm və illər üzrə
kəsgin dəyişə bilər. Məs. Lemminqlərin (xırda gəmiricilər), adi çəyirtgə, xəstəliktörədən bakteriyalar, 
bə’zi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi çoxalır. Uzunömürlü bitki və heyvan 
populyasiyalarının sayı sabit olur. Açıq sahələrdə yaşayan həşəratların və birillik bitkilərin 
populyasiyalarının sayı yüz min və milyonlarla olur. Fərdlərin sayı bir neçə yüzdən az olan 
populyasiyalar təsadüfi səbəblərdən (yanğın, sel, havanın dəyişməsi) azala bilər və fərdlər məhv olub 
gedər. Əgər populyasiyanın sayı olduqca böyük olub saymaq qeyri mümkün olarsa, onda 
populyasiyanın sıxlığını müəyyənləşdirib onun tutduğu sahəyə vurmaqla sayını tapmaq olar. Bir çox 
növlərin populyasiyaları öz sayını tənzimləmək xassəsinə malikdir. Konkret şəraitdə populyasiyanın ən 
çox optimal (əlverişli) sayına onun homeostazı deyilir. Müxtəlif növlərin populyasiyalarında qomectatik 
imkanlar müxtəlif olur. 2) Populyasiyanın sıxlığı çox vacib göstərici olub onun məkan vahidinə düşən 
miqdarıdır; yəni sahə və ya həcm vahidinə düşən populyasiya fərdlərinin sayı və biokütləsidir. 
populyasiya öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır. Populyasiyanın sıxlığını 
nizamlamaq üçün mütəlif kompleks süni tədbirlər də həyata keçirilir. Məs. ilin çox çətin dövrlərində 
heyvanlar əlavə yemlə təmin edilir, yaxud bir yerdən başqa yerə köçürülür, brakonyerlərlə mübarizə 
tətbiq edilir. Meşədə ağaclar çox sıx olduqda cavan və yetişgənlik yaşlarında «işıqlandırma», 
«seyrəltmə» və «keçid» qırıntıları tətbiq olunur. Populyasiyalar müəyyən quruluşa malik olub özlərini 
müxtəlif yaş, cins, ölçü miqdarında və genetik cəhətdən göstərir. 3.1. Növün populyasya strukturu Hər 
növ müəyyən ərazini (areal) tutaraq orada populyasiya sistemini yaradır. Ərazi nə qədər çox parçalanmış 
olarsa, orada məskunlaşan növün ayrı-ayrı populyasiyalara ayrılma imkanları çoxalır. Lakin növün 
populyasiya strukturunu onun bioloji ayrılması – onu təşkil edən fərdlərin hərəkətliyi və əraziyə bağlılıq 
dərəcəsi, həmçinin təbii maneələri dəf etmək qabiliyyəti müəyyənləşdirir. 3.2. Populyasiyanın ayrılması 
dərəcəsi Növün üzvləri geniş ərazilərdə daima yerini dəyişərsə, belə növ az miqdarda iri 
populyasiyalara malik olur. Böyük miqrasiya qabiliyyəti ilə fərqlənən növlərdə şimal maralını və şimal 
tülküsünü misal göstərmək olar. Nişanlamanın (damğalama) nəticələri göstərmişdir ki, şimal tülküsü 
mövsüm ərzində çoxaldığı (nəsil verdiyi) yerdən yüz kilometrlərlə, bəzən min kilometrə qədər yerini 
dəyişir. Şimal maralları müntəzəm mövsümi köçmək zamanı yüz kilometrə qədər məsafəni qət edir. 
Belə növlərin populyasiyalarının sərhədləri adətən iri coğrafi maneələrdən – enli çaylardan, 
boğazlardan, dağ silsiləsindən və s. keçir. Bəzi hallarda hərəkət edən növ nisbətən böyük olmayan 
arealda yalnız bir populyasiyadan ibarət olmayan arealda yalnız bir populyasiyadan ibarət ola bilər, 
məsələn, Qafqaz dağ keçisinin (tur) sürüsü daim həmin dağ massivinin iki silsiləsi boyu yerini dəyişir.
Zəif inkişaf etmək qabiliyyəti olduqda növ daxilində landşaftın mozaikliyini əks etdirən bir çox kiçik 
populyasiyalar formalaşır. Bitkilərdə və azhərəkətli heyvanlarda populyasiyanın sayı mühitin 
müxtəlifliyindən birbaşa asılı olur. Dağlıq rayonlarında belə növlərin ərazi differensasiyası düzən 
əraziyə nisbətən daha mürəkkəb olur. Növün qonşu populyasiyalarının ayrılma dərəcəsi olduqca 
müxtəlif olur. Bəzi hallarda onlar ərazicə birbirindən kəskin ayrılır. Xanı və tinqa balıqlarının bir-
birindən ayrı yerləşən göllərdə populyasiyaları və yaxud ağbığlı silviya quşunun və Hindistan 
qamışquşunun və digər növlərin səhra ərazisində yerləşən vahələrdə və çay vadilərindəki 
populyasiyalarını buna misal göstərmək olar. Geniş ərazilərdə növün başdan-başa məskunlaşması 


bunun əks variantıdır. Belə yayılma xarakteri, məsələn, quru bozqırlarda və yarımsəhralardakı kiçik 
sünbülqırana xasdır. Bu landşaftlarda onların sıxlıq dərəcəsi hər yerdə yüksəkdir. Populyasiyalar 
arasında əlaqə növün vahid bütövlüyünü saxlayır. Populyasiyaların bir-birindən uzun müddət ayrı 
düşməsi adətən yeni növlərin əmələ gəlməsinə səbəb olur. Ayrı-ayrı populyasiyalar arasındakı fərqlər 
müxtəlif dərəcədə təzahür olunur. Onlar yalnız onların qrup xarakterinə deyil, həm də fizioloji, morfoloji 
keyfiyyət xüsusiyyətlərinə və ayrı-ayrı fərdlərin davranışına toxuna bilər. Bu fərq əsasən təbii seçmənin 
təsirilə yaranaraq hər bir populyasiyaya konkret şəraitdə yaşamağa uyğunlaşmağa imkan verir. Məsələn, 
ağ dovşan arealının müxtəlif hissələrində müxtəlif rəngdə, müxtəlif ölçüdə, müxtəlif həzm sisteminə 
malik olur. 3.3. Populyasiyanın təsnifatı Populyasiyaları növ daxilində ərazi qruplaşması kimi ayırmaq 
və təsnifatını vermək üçün ekoloqlar müxtəlif prinsiplərə əsaslanır. N.P.Naumova (1967) görə növün ən 
böyük ərazi qruplaşması yarımnöv və ya coğrafi irqlər hesab olunur. Yarımnöv sistemi və onun tutduğu 
ərazinin böyüklüyü növün bioloji xüsusiyyətlərindən asılıdır. Yarımnövün arealları hərəkətedən 
formalarda olduqca böyük ola bilər. Onların daxilində eyni coğrafi şəraitə malik olan ərazilərdəki 
iqlimə, relyef və landşafta uyğunlaşan coğrafi populyasiyalar ayrılır. Onlar da öz növbəsində mühitin 
müxtəlif sahələrində məskunlaşan daha kiçik populyasiyalardan ibarət olur. N.P.Naumova (1963) görə 
coğrafi populyasiya bir növün (və ya yarımnövün) eyni şəraitə malik olan ərazilərdə məskunlaşan, 
ümumi morfoloji tip və həyat hadisələrinin vahid ritmi və orqanizmlərin dinamikası ilə seçilən fərdlərin 
məcmusudur. Coğrafi miqyasda belə qruplaşmalar fərdlərin bu və ya digər rayonda yarımnöv arealı 
hüdudunda eyni şəraitdə, eyni istiqamətdə uyğunlaşması prosesində əmələ gəlir. Bioloji coğrafi 
populyasiyalar məhsuldarlıq səviyyəsinə, heyvanlarda isə həm də aparıcı qida tipi, fərdlərin hərəkətlik 
dərəcəsi, oturaq və ya miqrasiya həyat tərzinə görə fərqlənə bilər. Bir coğrafi populyasiyanın fərdlərini 
birləşdirən xarakterik cəhət onların həyat ritminin birliyidir. Aşağı dərəcə (ranq) populyasiyalar üçün 
müxtəlif adlar işlənir. Bunlardan ekoloji biotopik, yerli, lokal, elementar və b. populyasiyaları göstərmək 
olar. Belə populyasiyalar müvəqqəti və qeyri-stabil ola bilər. Populyasiyanın ranqı (dərəcəsi) nə qədər 
aşağı olarsa, populyasiyalarla əlaqə də bir o qədər sıx, fərdlər arasında mübadilə dərəcəsi böyük, 
fərqləndirici xüsusiyyətlər isə az olar. Yarımnöv ranqının qruplaşmaları arasında fərq daha güclüdür, bu 
fərqlər ayrı-ayrı fərdlərin yalnız fizioloji və davranış tərzi, həm də onlarda morfoloji tərzlərdə nəslən 
möhkəmlənmişdir. Populyasiyların müxtəlif ranqları (dərəcələr) arasındakı əlaqələr növün vəhdətini və 
onun irsi fondunun zənginləşməsini təmin edir. Akademik S.S.Şvars təbii populyasiyaların ayrılmasına 
digər – tarixi-genetik cəhətdən yanaşır. Bu baxımdan, populyasiyaları genetik vahid kimi yalnız cinsi 
çoxalma və çarpaz mayalanma olan növlər üçün ayırmaq olar. Ölçüsünə görə karlik, adətən lokal və 
superpopulyasiyalar ayırırlar. Superpopulyasiyalar başdan-başa geniş əraziləri əhatə edərək çoxlu 
miqdarda fərdlərdən ibarət olur. Populyasiyaları, həmçinin məkanca və yaş strukturuna, daimi yerində 
olan və ya məskunlaşdığı yeri dəyişən və digər ekoloji dərəcələrə görə ayırmaq olar. Müxtəlif növlərin 
populyasiyalarının ərazi sərhədi bir-birinin üstünə düşmür. Geniş populyasiya sərhədinə malik olan 
növlər də mövcuddur. Məsələn, hərəkətdə olan iri heyvan sayılan sığının bir populyasiyasının zəbt etdiyi 
ərazi müxtəlif bitki örtüyünü (müxtəlif cinslərdən ibarət meşələr, tarlalar, çəmənlər, yarğanlar, çay 
yatağı və s.) özündə cəmləşdirir. 3.4. Populyasiyanın bioloji strukturu Populyasiyanın strukturunun 
əsas göstəriciləri – orqanizmlərin sayı, məkanda yayılması və keyfiyyətcə müxtəlif fərdlərin nisbəti 
sayılır. Hər bir orqanizmin fərdi əlamətləri onun irsi proqramından, genetik tipindən və bu proqramın 
ontogenezin inkişafında necə həyata keçməsindən asılıdır. Hər bir fərd müəyyən ölçü, cins, 
morfologiyasının fərqləndirici əlamətləri, davranış xüsusiyyətləri və dəyişən mühitə qarşı uyğunlaşma 
dərəcəsinə malikdir. Bu əlamətlərin populyasiyada yayılması da onun strukturunu təyin edir.
Populyasiyanın strukturu sabit deyildir. Orqanizmlərin böyümə və inkişafı, yenisinin dağılması, 
müxtəlif səbəblərdən ölümü (məhv olma), ətraf mühitin dəyişməsi, düşmənlərinin sayının artma və ya 
azalması – bütün bunlar populyasiya daxilində müxtəlif nisbətlərin dəyişməsinə səbəb olur.
Populyasiyanın cinsi strukturu Fərdlərin mühitə tələbatı və onun ayrı-ayrı faktorlara qarşı davamlığı 
qanunauyğun və əhəmiyyətli dərəcədə dəyişir. Ontogenezin müxtəlif mərhələlərində yaşayış yeri, qida 
tipi, yerdəyişmə xarakteri, orqanizmlərin ümumi aktivliyi dəyişə bilər. Çox vaxt növ daxilində ekoloji 
yaş müxtəlifliyi növlər arasındakı fərqdən daha yüksək dərəcədə təzahür edir. Populyasiyanın yaş 
fərqləri onun ekoloji müxtəlifliyini və bununla da mühitə müqavimətini əhəmiyyətli dərəcədə 


gücləndirir. Şəraitin normadan artıq güclü kənara çıxması zamanı populyasiyada yaşamağa qabil 
fərdlərin bir hissəsinin qalması və populyasiyanın mövcudluğunun davam etməsi ehtimalı çoxalır.
Populyasiyanın yaş strukturu uyğunlaşma xarakterinə malikdir. O, növün bioloji xassələrinə əsaslanır, 
lakin həmişə ətraf mühit faktorlarının təsir gücünü əks etdirir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə