Ekologiya imtahan Suallar


Komensializm, mutalizm, neytralizm, amesializm, reqabət



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə24/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   20   21   22   23   24   25   26   27   ...   60
Ekologiya

Komensializm, mutalizm, neytralizm, amesializm, reqabət
Y.Odum (1975) kommensalizm, kooperasiya və mutualizmi (simbiozu) qarşılıqlı təsirin müsbət növünə 
aid edir. Ekoloqların çoxunun fikrincə sabit (stabil) ekosistemlərdə mənfi və müsbət qarşılıqlı təsirlər 
tarazlıqda olmalıdır. Kommensalizm, kooperasiya və mutualizmə təkamül gedişində müsbət qarşılıqlı 
t əsirin ardıcıl mükəmməlləşmə mərhələsi kimi baxmaq olar.Kommensalizm – müsbət qarşılıqlı təsirin 
daha sadə tipi sayılır. İki növ arasında gedən qarşılıqlı təsirin bu formasında növün biri öz fəaliyyəti ilə 
(kommensala) qida və ya sığınacaq verir. Başqasının yaşayış yerinə köçən orqanizmlər (kommensallar) 
«ev yiyəsinə» heç bir ziyan yetirmir. Sığınacaq kimi ya tikintidən (yuva), yaxud digər növün bədənindən 
istifadə olunur. Ağacların gövdə qabıqlarında epifit bitkilərin məskunlaşması da kommensalizm sayılır. 


Quş və gəmiricilərin yuvalarında buğumayaqlıların olduqca çoxlu növləri məskunlaşır və orada 
parçalanmış (çürümüş) üzvi qalıqların və ya digər birgə sakinlərinin qalıqları hesabına qidalanırlar. Bir 
çox növlər yalnız yuvalarda yaşayır və oradan kənara çıxmırlar, belə növlər nidikol adlanır.
Kommensalizm əlaqə tipi təbiətdə olduqca mühüm hesab edilir. Belə əlaqə növlərin daha sıx birgə 
yaşamasına, mühitdən, qida resurslarından daha tam istifadə etməyə şərait yaradır. Lakin bəzən 
kommensalizm başqa əlaqə tipinə keçir. Məsələn, qarışqa yuvasında çoxlu qarışqalarla birlikdə stafilinid 
böcəyinin növlərinə rast gəlinir. Onların yumurtaları, sürfə və pupları qarışqa balaları ilə birlikdə olur. 
Bu balalar böcəyin yumurta, sürfə və baramasına qulluq edir, onları yalayır və xüsusi kameralara 
daşıyırlar. Bəzən qarışqalar iri böcəyi də qidalandırır. 4.5. Mutualizm (simbioz) – Təbiətdə növlərin 
geniş yayılan qarşılıqlı faydalı əlaqəsi müfualizm adlanır. Mutualistik əlaqələr əvvəlki parazitizm və ya 
kommensalizmin əsasında baş verə bilər. Qarşıqlıqlı faydalı birgə yaşayışın inkişaf dərəcəsi olduqca 
müxtəlif ola bilər – müvəqqəti qeyri-məcburi əlaqələr və partnyorların iştirakı hər ikisinin həyatı üçün 
mühüm mütləq şəraitə çevrilən əlaqələr. İki növün belə ayrılmaz faydalı əlaqəsi simbioz adını almışdır.
Simbiotik əlaqənin klassik misalı kimi şibyəni göstərmək olar. Şibyə göbələk və yosunun sıx birgə 
yaşayış tərzidir. Şibyələrin tərkibinə göbələklərin üç sinif nümayəndəsi (aksomiset, bazidiomiset və 
fikomiset) daxildir. Təbiətdə sərbəst vəziyyətdə ehtimal ki, şibyəli göbələyə rast gəlinmir. Göy-yaşıl, 
sarı-yaşıl, yaşıl və qonur yosunlar şöbəsində 28 cinsin nümayəndələri aşkar olunmuşdur. Onların çoxuna 
sərbəst yaşama vəziyyətində rast gəlinir. Simbioz (şibyə) çox güman ki, yosunun üzərində göbələyin 
parazitizmi ilə əmələ gəlmişdir. Təbiətdə 20000 növdən artıq belə simbiotik orqanizmlər mövcuddur, 
bu belə yaşamağın (mövcudluğun) müvəffəqiyyətli olmasını göstərir. Y.Odum (1975) obrazlı surətdə 
qeyd edirdi ki, yosunun parazitliyi ilə iki müxtəlif növün harmonik qarşılıqlı təsirə doğru keçdiyi yol – 
«lişay modeli» insan üçün simvolik yol olmalı, təbiətlə mutalistik əlaqə yaratmalıdır, çünki insanın özü 
heterotrofdur və mövcud resurslardan asılıdır. Çoxhüceyrəli heyvan və bitkilərdə mikroorqanizmlərlə 
birgə simbioz çox geniş yayılmışdır. Bir çox ağac növlərinin mikoriza göbələkləri ilə birgə yaşayışı, 
havadakı molekulyar azotu fiksasiya edən kökyumru bakteriyalar Rhizobium məlumdur. Azot fiksasiya 
edən simbiontlar 200 növ digər örtülütoxumlu və çılpaqtoxumlu bitkilərin köklərində aşkar edilmişdir. 
Mikroorqanizmlərlə simbiozun tarixi bəzən çox uzaq keçmişə gedir, ona görə simbiotik bakteriya 
koloniyalarına çoxhüceyrələrin xüsusi orqanları kimi baxmaq olar. Sibir sidr şamı ilə, sidr ağaclarında 
yuva quran quşlar (sidrquşu, sitta quşu və kukşa) arasındakı mutualistik əlaqələr mütləq olmasa da, 
olduqca zəruridir. Bu quşlar Sibir sidrinin toxumları ilə qidalanaraq, yem toplamaq instinktinə də 
malikdir. Onlar xırda toxumları (qozaları) hissə-hissə mamır qatının və meşə töküntüsünün altında 
gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini quşlar tapa bilmir və toxumlar cücərir. Beləliklə, bu quşların 
fəaliyyəti sidr şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən qalın meşə 
döşənəyinin səthində cücərə bilmir. Qarğaların qoz ağacının toxumlarını gizlətməsi də buna uyğun 
misaldır. Şirəli meyvəsi olan bitkilərlə quşlar arasında da qarşılıqlı faydalı əlaqələr vardır, onlar bu 
bitkilərin meyvələri ilə qidalanır və adətən həzm oluna bilməyən toxumları əraziyə yayırlar. Məsələn, 
Türyançay qoruğunda ardıc ağacları bol toxumverən illəri meşəlikdə çoxlu miqdarda qaratoyuq və digər 
quşlar qışlayır. Onlar ardıcın toxumları ilə qidalanır və peyinləri ilə Bozdağ ərazisində bu toxumların 
yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m2 sahəyə quşlar orta hesabla 12-15 
ədəd ardıc toxumu yayır. Cücərtilərin əmələ gəlməsində də quşların digər müsbət rolu vardır. Onlar 
onurğasız heyvanları axtarıb taparkən mamır örtüyünü eşir və bununla da ardıcın toxumlarını torpağın 
üzərinə çatdırır. Qaraçöhrə ağacının bütün orqanları (iynələri, gövdəsinin qabığı və s.) zəhərli olsa da, 
toxumları həm dadlı, şirin, həm də parlaq qırmızı rəngə malik olub quşların diqqətini özünə cəlb edir, 
onun yayılmasında böyük rol oynayır. Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mədələrində 
«stratifikasiya» edir, «səpinə» hazırlayır və ərazilərdə yayırlar. Bir çox qarışqaların da bitkilərlə 
mutualistik əlaqələri formalaşır: 3000-dən artıq bitki növünün qarışqaları özünə cəlb etmək qabiliyyəti 
vardır. 4.6. Neytralizm – biotik əlaqələrin bir forması olub iki növ bir ərazidə məskunlaşaraq 
(yaşayaraq) birbirlərinə nə müsbət, nə də mənfi təsirləri olmur. Neytralizmdə növlərin bir-birilə 
bilavasitə əlaqələri olmur, lakin hər ikisi qruplaşmanın vəziyyətindən asılıdır. Məsələn, dələ ilə sığın, 
yaxud fil ilə meymun bir meşədə yaşasalar da, praktiki olaraq bir-biri ilə əlaqəsi olmur. Lakin uzunsürən 
quraqlığın təsirindən meşənin məhv olması, yaxud zərərvericilərin kütləvi çoxalaraq ağacları 


«çılpaqlaşdırması» (yarpaqsızlaşdırması) eyni dərəcədə olmasa da hər iki növə təsirini göstərir. 
Neytralizm əlaqəsi tipi xüsusilə ekoloji baxımdan müxtəlif üzvlər daxil olan zəngin növlü 
qruplaşmalarda inkişaf etmişdir. 4.7. Amensalizm. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsir 
göstərən növlərdən birinə birgə (bir yerdə) yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır, 
nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri 
fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə 
«qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) 
böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması 
bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədilə müxtəlif 
zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır. Amensalizm su 
mühitində də yayılmışdır. Məsələn, göy-yaşıl yosunlar suyun çiçəkləməsinə səbəb olur, bununla da su 
faunası, bəzən suvata (su içməyə) gələn heyvanları (mal-qaranı) da zəhərləyir. Digər yosun növləri də 
bu xassəyə malikdir, onların ayırdığı peptid, xinon, antibiotiklər və digər maddələr hətta kiçik dozada 
da zəhərlidir. Bu zəhərlər ektokrin maddələr adlanır. 4.8. Rəqabət (konkurensiya). Oxşar ekoloji tələbatı 
olan növlər arasında baş verən qarşılıqlı əlaqə rəqabət adlanır. Y.Oduma (1975) görə rəqabət-eyni 
məqsədə can atan iki orqanizmin mənfi qarşılıqlı təsiridir. Belə növlər bir yerdə məskunlaşdıqda biri 
digərinin qida ehtiyatını, sığınacaq yerini azaldır (daraldır). Rəqabət – ekoloji əlaqələrin qarşılıqlı təsir 
göstərdiyi hər iki partnyora mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir forması olduqca müxtəlif – 
birbaşa fiziki mübarizədən sülh vəziyyətində yaşamağa qədər ola bilər. Bununla belə, eyni ekoloji 
tələbata malik olan iki növ bir qruplaşmada məskunlaşırsa, əvvəl-axırı rəqiblərdən biri digərini sıxışdırıb 
çıxarmalıdır. Rəqib növlərin birgə olmağının qeyri mümkünlüyü (uyuşmazlığı) hələ Ç.Darvin tərəfindən 
qeyd olunmuşdur. O, rəqabəti növlərin təkamülündə böyük rol oynayan, yaşamaq uğrunda mübarizənin 
mühüm tərkib hissəsi hesab etmişdir. Rəqabət mübarizəsində bir qayda olaraq həmin ekoloji vəziyyətdə 
digərinə nisbətən üstünlüyə malik olan, yəni ətraf mühit şəraitinə daha çox uyğunlaşan növ qalib çıxır.
Qruplaşmanın daxilində müxtəlif növlər arasında ən çox qida (yem) uğrunda rəqabət gedir. Güclü qida 
rəqabəti bütövlükdə biosenoz üçün sərfəli deyil, ekosistemin təkamülündə növlərin bir hissəsi 
qruplaşanın tərkibindən ya sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin 
gücünü zəiflətmişdir. Qida rəqabətinin zəifləməsi mümkünlüyü daha çox rəqabətin həcm və gərginlik 
göstəriciləri ilə təyin olunur (Şorıqin, 1952). Rəqabətin həcmi rəqiblər üçün ümumi qida növünün sayı 
ilə müəyyən olunur. Bu aspektdə rəqabətin zəifləməsi bir və ya bir neçə rəqib növün qida spektrini 
genişləndirməklə – yem obyektlərinin yığınını çoxaltmaqla rəqabəti nisbətən azaltmaq olar. Rəqabətdən 
çıxmağın ən effektiv yolu onun həcmini azaltmaqla – qidada yüksək ixtisaslaşma apararaq yem 
spektrinin ayrılması gedir. Rəqabətin gərginliyi – rəqib növlər üçün müəyyən yem növünə olan tələbatın 
onun təbiətdəki bolluğuna nisbəti ilə müəyyənləşdirilir. Məsələn, su kənarında yaşayan gəmiricilər 
(qunduz, ondatra, su siçanı) üçün ən mühüm qida yeri qamış və cilotu sayılır. Bu bitkilər isə təbiətdə 
başdan-başa cəngəllik yaradaraq yüksək bioloji kütləyə və məhsuldarlığa malikdir. Odur ki, belə şəraitdə 
məskunlaşan növlərin qidaya ehtiyacı praktiki olaraq ödənilir, onların rəqabəti formal xarakter alır və 
real neqativ qarşılıqlı əlaqə yaranmır. Rəqabətin həcmi və gərginliyi onun ümumi gücünü təyin edir: bu 
parametr rəqabət aparan növlər arasında müxtəlif qarşılıqlı əlaqə formalarının konkret baş verməsinin 
əsasını təşkil edir. Bitkilərdə rəqibin boğulması kök sisteminin mineral qida maddələrini, torpaq 
nəmliyini və yarpaqlarla günəş şüasını tutub saxlaması, həmçinin toksik birləşmələri ayırması 
nəticəsində baş verir. Məsələn, iki yonca növünün qarışıq səpinində Trifolium repensin növünün yarpaq 
çətiri tez əmələ gəlir, lakin sonra onu daha iri saplağı olan T.Fragiferum kölgə altına alır. Bitkilərin 
maddələr mübadiləsi məhsulu vasitəsilə qarşılıqlı kimyəvi təsiri allelopatiya adlanır. Bir-birinə belə 
üsulla təsir heyvanlara da xasdır. Q.F.Qauze və Parkın apardığı təcrübələr göstərir ki, rəqibəlrin 
sıxışdırılması əsasən mühitdə mübadilənin toksik məhsullarının toplanması nəticəsində baş verir
növlərdən biri digərinə nisbətən toksik maddələrə daha həssasdır. Azota az tələbkarlıq göstərən bitkilər 
dincə qoyulmuş torpaqları ilk növbədə zəbt edir, kök ayırmaları vasitəsilə paxlalılarda kök yumrularının 
əmələ gəlməsini və sərbəst yaşayan azot fiksasiya edən bakteriyaları sıxışdırır. Bununla da torpağın 
azotla zənginləşməsinin qarşısını alaraq azota çox ehtiyacı olan bitkilərlə rəqabətdə üstünlük təşkil edir. 
Ciyən otu su hövzəsində digər su bitkilərinə nisbətən allelopatik aktiv olduğundan rəqabətsiz təmiz su 


hövzələrini basır. Heyvanlarda rəqabət mübarizəsində bir növün digərinə bilavasitə hücumu hallarına 
da rast gəlinir. Məsələn, yumurtayeyənlərin (Diachasoma tryoni və Opius humilis) sürfələri bir sahibin 
yumurtasında olduqda qidalanmağa başlamazdan qabaq əlbəayaq olaraq rəqibini öldürür. İri çəmən 
qarışqaları Formica pratensis torpaq təpəsi yuvası düzəldir (tikir) və onun ətrafındakı ərazini mühafizə 
edir. Daha xırda qarışqanın (F.Cunicularia) yuvası isə torpaq təpəciyi şəklində kiçik olur. Onlar tez-tez 
çəmən qarışqalarının yuvaları ərazisinin kənarlarında yerləşərək onların yem sahələrində ova çıxırlar. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə