Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə32/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   133

103 

olmuş pivə (turşumuş, iylənmiş). 

Temperatur  pivənin  keyfiyyət  göstəricilərinin  düzgün 

təyininə  təsir  edir  və  bu  baxımdan  dequstatora  təqdim  olunan 

pivənin temperaturunun 8-12

0

C arasında dəyişməsi normal hesab 



olunur. 

Adətən  dequstasiya  5-8  nümunə  ilə  məhdudlaşdırılır. 

Nümunələr çox olarsa, arada fasilə verilir və yüngül qəlyanaltılar 

(yağsız  pendir,  yağsız  bişmiş  ət  və  az  miqdarda  duzlanmış  və 

qurudulmuş  çörək)  qəbul  edilir.  Vaxtaşırı  ağızın  su  ilə 

yaxalanması tövsiyə olunur. 

Dad  5  bal  sistemi  ilə  qiymətləndirilir.  Əgər  dad  göstəricisi 

dequstator  tərəfindən  kafi  qiymətləndirilirsə,  o  halda  həmin 

nümunə üzrə ümumi qiymət «kafi»dən yüksək ola bilməz (digər 

göstəricilər  üzrə  yüksək  qiymət  almış  olsa  belə),  yaxud  dad 

göstəricisi «qeyri-kafi» qiymət alarsa, o halda pivə nümunəsinin 

ümumi qiyməti «qeyri-kafi» olur.  

Dequstasiya  komissiyasının  üzvü  tərəfindən  imzalanan 

dequstasiya  vərəqi  sədrə  təqdim  olunur.  Burada  bütün 

göstəricilərin  orta  hesabı  qiyməti  çıxarılaraq  yuvarlaqlaşdırılır. 

Əgər  dequstatorun  qiyməti  orta  göstəricidən,  yəni  3  baldan  çox 

fərqli  olarsa,  o  atılır  və  qalan  qiymətlərin  orta  ədədi  yenidən 

hesablanır. 

Açıq sort pivədə zərif mayaotu acılığ üstünlük təşkil etməli, 

lakin  həddindən  artıq  bilinən  və  kəskin  olmamalıdır.  İçildikdən 

sonra  açıq  pivə  dildə  mayaotu  acılığını  müəyyən  müddət 

saxlamalıdır. Sonra çox keçmədən acılıq itmiş olur. 

Tünd  pivə  açıqla  müqayisədə  şirintəhərdir.  İçildikdən  sonra 

dildə  tünd  səməni  dadı  qalır,  mayaotu  acılığı  isə  təcrübi  olaraq 

fərqləndirilmir. 

Yaxşı  pivə  bütövlükdə  harmonik  əlaqələnmiş  dad  və  ətrə 

malik olmalıdır. Əgər pivə əla, təmiz, harmonik dadlı, həmin tipə 

uyğun  olmasa  5  balla  qiymətləndirilir;  yaxşı,  təmiz,  lakin  çox 

harmonik olmayan dadla – 4 balla; çox təmiz olmayan, zəif ifadə 

olunan, yetişməmiş, boştəhər, cavan pivənin tam əlamətləri olan – 




104 

3 balla; boş dad və kənar tamlarla: maya, meyvə, kəskin, turşvari 

və s. – 2 balla qiymətləndirilir. 

Dequstasiyanın ümumiləşdirilmiş məlumatları cədvəl 1.32-də 

verilir. 

Cədvəl 1.32 

Göstərici  

Pivənin orqanoleptik səviyyəsi 

Qiyməti, 

balla 






Açıq pivə 

Şəffaflıq  

Parlaq şəffaflıq, asılqan hissəciklərsiz 

3 («əla») 

Parıltısız şəffaflıq, tək-tək xırda asılqanlar 

(tozvari) 

2 («yaxşı») 

Zəif lopalı 

1 («kafi») 

Güclü lopalı, bulanlıq 

0 («qeyri-

kafi») 

Rəng  


Pivənin tipinə uyğun, həmin tip pivə üçün 

müəyyən olunmuş minimum səviyyədə yerləşir 

3 («əla») 

Pivənin tipinə uyğun, orta səviyyədə yerləşir 

2 («yaxşı») 

Pivənin tipinə uyğun, həmin tip pivə üçün 

maksimum yol verilən 

1 («kafi») 

Pivənin tipinə uyğun deyil, açıq yaxud tündə 

müəyyən olunan standart səviyyə 

0 («qeyri-

kafi») 


Ətir  

Əla ətir, həmin tip pivəyə uyğun, təmiz, təzə 

ifadə olunan 

4 («əla») 

Yaxşı ətir, pivənin tipinə uyğun, lakin kifayət 

qədər ifadə olunmayan 

3 («əla») 

Ətirdə kənar yüngül pendir, meyvə çalarları 

açıq bilinməklə səməni tonu çox ifadə olunur 

2 («yaxşı») 

Ətirdə ifadə olunan kənar ton: meyvə, turş, 

cavan pivə ətri və s. 

1 («kafi») 

 

 



 


105 

Cədvəl 1.32-nin davamı 







Dad  


Dadın dolğunluq və təmizliyi 

 

Əla, dolğun, təmiz, kənar tamsız, harmonik 



dad, həmin tipə uyğun pivə 

5 («əla») 

Yaxşı, təmiz dad, həmin tip pivəyə uyğun, 

lakin çox da harmonik olmayan 

4 («yaxşı») 

Çoxda təmiz olmayan dad, yetişməmiş, cavan 

pivənin tamı, karamel, boş dad, zəif ifadə 

olunan 


3 («əla») 

Boş dad və kənar tamlar: maya, meyvə, acı, 

turş 

2 («yaxşı») 



Mayaotu acılığı 

 

Təmiz mayaotlu, yumşaq, cilalanmış, pivənin 



tipinə uyğun 

5 («əla») 

Təmiz mayaotlu, çox da cilalanmamış, yüngül 

geri qalan, kobudvari 

4 («yaxşı») 

Mayaotlu kobud, geri qalan yaxud zəif, pivənin 

tipinə uyğun olmayan 

3 («əla») 

Mayaotlu olmayan, kobud 

2 («yaxşı») 

Köpük və 

karbon 


qazı ilə 

doyma  


Butulka, banka pivəsi üçün 

 

Dənəvər, sıx, davamlı, yaxşı formalaşan azı 40 



mm yüksəklikdə köpük, qaz qabarcıqlarının 

dənəvər və yavaş çıxmasında dayanıqlıq azı 4 

dəqiqə 

5 («əla») 



Sıx, dayanıqlı köpük, azı 30 mm hündürlükdə 

və 3 dəqiqə davam etməklə və ayrılan qaz 

qabarcıqlarının tez itməsi 

4 («yaxşı») 

20 mm hündürlükdə və 2 dəqiqə dayanıqlıqda 

köpük 


3 («əla») 

Köpüyün yüksəkliyi azı 2 mm və dayanıqlığı 

azı 2 dəqiqə 

2 («yaxşı») 

Çəlləkdəki pivə üçün 

 

Sıx, dayanıqlı köpük 35 mm yüksəklikdə və azı 



3,5 dəqiqə dayanıqlıqda və tez itən qaz 

qabarcıqları 

5 («əla») 



106 

Cədvəl 1.32-nin davamı 







 

Köpüyün yüksəkliyi azı 20 mm və dayanıqlığı 



azı 2 dəqiqə 

4 («yaxşı») 

Köpüyün yüksəkliyi azı 15 mm və dayanıqlığı 

1,5 dəqiqə 

3 («əla») 

Köpüyün yüksəkliyi 15 mm-dən az və 

dayanıqlığı 1,5 dəqiqədən aşağı 

2 («yaxşı») 

Tünd pivə 

Şəffaflıq  

Şəffaf parlaqlıqla, asılqansız 

3 («əla») 

Şəffaf parıltısız, tək-tək xırda asılqanlar 

(tozvari) 

2 («yaxşı») 

Zəif lopalanan 

1 («kafi») 

Güclü lopalanan, bulanlıq 

0 («qeyri-

kafi») 


Rəng  

Pivənin tipinə uyğundur, həmin tip pivə üçün 

müəyyən olunan minimal səviyyə 

3 («əla») 

Pivənin tipinə uyğundur, orta səviyyədədir 

2 («yaxşı») 

Pivənin tipinə uyğundur, həmin tip pivə üçün 

minimal yol verilən səviyyə 

1 («kafi») 

Pivə tipinə uyğun deyildir, standartda müəyyən 

olunan səviyyədən açıqdır 

 

0 («qeyri-



kafi») 

Ətir  


Əla ətir, həmin tip pivəyə uyğun, təmiz, təzə, 

ifadə olunan 

4 («əla») 

Yaxşı ətir, pivənin tipinə uyğun, lakin kifayət 

qədər ifadə olunmayan 

3 («əla») 

Ətirdə yüngül bilinən kənar çalarlar: cavan 

pivə, maya, yanmış səməni 

2 («yaxşı») 

Ətirdə ifadə olunan kənar ton: turşvari, maya, 

yanmış səməni 

1 («kafi») 

Dad  

Dadın dolğunluq və təmizliyi 



 

Əla, dolğun, təmiz, kənar tamsız, harmonik 

dad, həmin tipə uyğun pivə 

5 («əla») 

Yaxşı, təmiz dad, həmin tip pivəyə uyğun, 

lakin çox da harmonik olmayan 

4 («yaxşı») 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə