Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə44/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   133

145 

2.1.6. 

Dünya ölkə

l

ə

rind

ə

 

şərabların təsnifatı 

 

 

2.1.6

.1. MDB ölkə

l

ə

ri  

 

Şərablar  bir  sıra  göstəricilərinə  görə  təsnifata  ayrıla  bilir. 



Bunlardan aşağıdakıları qeyd edə bilərik:  

İstifadə olunan xammala görə təsnifat:  

 

Üzüm şərabları (təmiz üzüm şirəsindən); 



 

Meyvə şərabları (alma, armud və s.); 



 

Giləmeyvə şərabları (bağ və meşə giləmeyvələri, həmçinin 



çəyirdəkli meyvələrdən – albalı, gavalı, ərik, şaftalı və s.); 

 



Bitki şərabları (qarpız, yemiş, dirrik bitkiləri, ağac şirələri 

və s.); 


 

Kişmiş  şərabları  (soluxdurulmuş  yaxud  qurudulmuş 



üzümdən). 

Hazırda enoloqların (şərabçılıq üzrə mütəxəssislər) çoxu belə 

bir  ümumi  fikirdədirlər  ki,  yalnız  üzümdən  hazırlanan  alkoqollu 

içkini şərab adlandırmaq olar. Qeyd etmək lazımdır ki, bu mövqe 

tənqidlərlə üzləşməkdədir. 

Üzüm şərablarının xammaldan asılı olaraq təsnifatı. Üzüm 

şərabları üzüm şirəsinin, əzintisinin və bütöv  giləsinin tamamilə 

və  yaxud bir qədər qıcqırdılmasından alınan alkoqollu içki olub, 

tündlüyü 8,5 h%-dən az olmamalıdır. Xüsusi tip şərablar etil spirti 

və  şərabçılıq  qanunvericiliyində  tətbiqinə  icazə  verilən  bir  sıra 

digər əlavələr qatılmaqla hazırlanır.  

Tam təsnifat yalnız üzüm şərablarına aid olub, digər şərablar 

(meyvə  yaxud  bitki)  adətən  primitiv  qaydada  hazırlanır,  yaxud 

istehsalat şəraitində az miqdarda buraxılır.  

Üzüm şərabları yalnız bir sortdan hazırlanırsa - bir sortlu və 

çoxlu  sortlardan  hazırlanırsa  –  çox  sortlu  şərablar  adlanır.  Bir 

sortlu üzüm şərablarının hazırlanmasında 15%-ə qədər digər üzüm 

sortu, yaxud şərab materialından istifadə etməyə icazə verilir.  

Çoxsortlu  şərablar  hazırlanma  üsuluna  görə  sepaj  və  kupaj 




146 

şərabları  kimi  fərqləndirilir.  Sepaj  şərabları  emala  müəyyən 

nisbətlərdə sortlar qarışığı şəklində daxil olan üzümdən hazırlanır 

(bir  neçə  sortun  qıcqırması).  Kupaj  şərabları  artıq  hazır  şərab 

materiallarının  (ayrıca  qıcqırdılmış  sortların)  qarışdırılmasından 

hazırlanır.  



Şərabların  rənginə  görə  təsnifatı  (Trio:  ağ,  çəhrayı  və 

qırmızı  şərablar).  Ən  sadə,  başa  düşülən  və  hamıya  aydın  olan 

təsnifat  rəngdən  asılı  olaraq  verilən  təsnifatdır.  Beləliklə,  ağ, 

çəhrayı və qırmızı üzüm şərabları fərqləndirilir (şəkil 2.6).  

 

 



 

Şə

kil 2.6

. Üzüm şərablarının təsnifatı (QOST 7208

-93) 

 

Ağ  şərablar  –  rəngi  yaşılvari  çalarlarla  açıq-samanıdan 

(cavan  turş)  tünd-kəhrəbaya  qədər  (desert  və  tündləşdirilmiş) 




147 

dəyişir.  Ağ  şərablar  uzun  müddətli  yetişdirilmədə  öz  rəngini 

dəyişir:  turşlar  tutqunlaşır  və  tünd-qızılı  rəng  alır;  desert  və 

tündləşdirilmişlər tünd-kəhrəba rəng alır. 

Ağ şərabların çox hissəsi «ağ» üzüm sortlarından hazırlanır. 

Lakin  bəzən  onlar  «qara»  yəni  «qırmızı»  adlanan  üzüm 

sortlarından  alınır.  Belə  sortların  rəngi  qırmızıdan  qaraya  qədər 

dəyişir.  Rəngli  üzüm  sortlarından  ağ  şərablar  hazırlandıqda  gilə 

əvvəlcədən rəng maddələri toplanmış qabıqdan ayrılır. 

Çəhrayı  şərablar  –  rəngi  açıq  çəhrayıdan  tünd  çəhrayıya  və 

açıq-qızılıyadək olur. Çəhrayı şərablar «qara» üzümdən, lakin bir 

çox  hallarda  «qara»  və  «ağ»  üzüm  sortlarının  qarışığından 

hazırlanır.  Bu  halda  ağ  şərablar  üçün  səciyyəvi  olan 

texnologiyadan istifadə olunur. 

Qırmızı  şərablar  –  bənövşəyi  çalarla  tünd-qızılıdan 

(cavanlarda) zərif üst qatında qəhvəyi kərpic çalarları ilə tünd-nar 

(yetişdirilmişlərdə)  rəngində  olur.  Uzun  müddətli  yetişdirmədə 

qırmızı şərabların rəng intensivliyi azalır və  yetişdirilən şərablar 

cavandan həmişə açıq rəngdə olur. 

Şərabın  rəngini  düzgün  müəyyən  etmək  üçün  kifayət  qədər 

güclü  işıq  mənbəyinə  və  onun  məxsusi  istiqamətlənməsinə  nail 

olunmalıdır.  Çox  vaxt  ağ  şərablar  yuxarıdan  düşən  şüalarla 

işıqlandıqda  tam  «şəffaf»  təsiri  bağışlasa  da  «işıq»  qarşısında 

baxdıqda onlarda bulanıqlıq yaxud digər nüanslar nəzərə çarpır. 



Keyfiyyətdən  və  yetişdirilmə  müddətindən  asılı  olaraq 

təsnifat.  Keyfiyyətdən  və  yetişdirilmə  müddətindən  asılı  olaraq 

bütün şərablar iki qrupa bölünür: ordinar və yüksək keyfiyyətli. 

Yetişdirilmə müddətinin  başlanması  növbəti  məhsul  ilinin  1 

yanvarından hesab olunur. Ordinar şərablar (adi, tipik) – müxtəlif 

üzüm  sortlarından  hazırlanan  şərablardır.  Belə  içkilər  üçün 

üzümün  bölgələr  üzrə  yetişdirilməsi  reqlamentləşdirilmir.  Şərab 

ümumi qəbul olunmuş texnologiya ilə istehsal olunur. Onlar uzun 

müddət  saxlanmır  və  saxlanmaya  qoyulduğu  tarixdən  6  ay  gec 

olmayaraq realizə edilir. 

Ordinar şərablar realizə müddətindən asılı olaraq bölünür: 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə