Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə46/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   133

151 

və  şərabçılıq  metodlarına,  minimum  tündlüyə,  analitik  və 

orqanoleptik göstəricilərə və s. görə tələblərə cavab verməlidir. 

 



VdP  (Vin  de  Pays)  –  yerli  şərab.  Fransanın  ən  böyük 

şərabçılıq regionlarında istehsal olunur. Süfrə şərabından hər hansı 

bir  bölgəyə  aid  olması  ilə  fərqlənir.  Onların  istehsalına  təlabat 

AOC-a  nisbətən  azdır  və  onlar  böyük  ərazidə  yetişdirilmiş 

üzümdən yığılan məhsuldan hazırlana bilir. Tündlüyü 9,0-9,5 h.% 

olmalıdır. 

 

VdT (Vin de Table) – süfrə şərabı. Ən “təlabat zəif olan” 



şərab  kateqoriyasıdır.  Fransada  buraxılan  şərabın  təqribən  yarısı 

bu  kateqoriyaya  aiddir.  Bu  qrup  şərablar  yalnız  Fransada  deyil, 

həmçinin kənarda istehsal olunan üzümdən alınır. Ona görə də bu 

şərablara  “avropa  süfrə  şərabları”  da  deyirlər.  Yalnız  Fransa 

üzümündən  istifadə  olunarsa  o  zaman  “Fransanın  süfrə  şərabı” 

adlanır.  Əgər  şərab  ayrı-ayrı  yerlərin  məhsuludursa,  bu  halda 

“Müxtəlif AB ölkələrinin qarışıq şərabı” yazılır. 

 

Italiya təsnifatı 

 

DOCG  (Denomininazionedi  Origine  Controllata  e 



Garntita) 

Italiyada  ən  yaxşı  qəbul  edilən  şərab,  yaxud  İtaliya  büdcəsi 

üçün  əhəmiyyətli  hesab  olunan  (məsələn  Asti  bölgəsinin  bəzi 

şərabları) şərablardır.  

 

DOC (Denominazionedi Origine Controllata) 



Mənşəyinə  görə  nəzarət  olunan  şərab.  Fransa  AOC-nun 

analoqu. 

 

İGT (İndicazione Geografica Tipica) 



“Yerin  tipik  şərabı”  demək  olar.  1992-ci  ildən  daxil  edilən 

qrup  olub,  Fransa  VdP-nin  oxşarıdır.  İGT  şərab  kateqroityasına 

məxsus  olan  ərazi  adətən  böyükdür,  nəinki  DOC  və  DOCG 

qruplarına. Lakin bəzən İGTçox kiçik ərazini də əhatə edir.  

 

VdT (Vino da Tavola) süfrə şərabı 



 

 

 


152 

Alman təsnifatı  

Alman  şərab  təsnifatı  keyfiyyətin  iki  kateqoriyasını  əks 

etdirir: 

Süfrə  şərabı  və  keyfiyyətli  şərab.  Bunlar  isə  öz  növbəsində 

yarımqruplara bölünür.  

Süfrə: 


 

Alman süfrə şərabı (Deutscher Tafelwein) 



Azı  8,5%  spirtə  malik  olur.  Müəyyən  regionların 

şərablarından  hazırlanır.  Ekoloji  standartlara  uyğundur: 

rəngləyicilər,  konservant  və  dad  əlavələri  vurulmur.  Bütünlükdə 

buraxılan şərabın 5%-i təşkil edir. 

 

Alman yerli şərabı (Deutscher Landwein) 



Başqa adı- xüsusi  süfrə. 19 şərabçılıq regionlarından birinin 

adını  daşıyır.  Süfrə  şərabına  nisbətən  daha  yetişmiş  üzümdən 

hazırlanır.  

Keyfiyyətli şərab:  

Müəyyən 

regionlardan 

keyfiyyətli 

şərablar 

QBA 

(Qualitatswein  Bestimmer  Anbangeobiete)  kateqoriyasına  aid 



edilir. 

QBA  kateqoriyalı  şərab  13  şərabçılıq  regionlarının  birində 

hazırlanır  və  yerli  tələblərə  uyğun  gəlir.  Bu  şərablar  mütləq 

laborator yoxlanmasını və peşəkar dequstasiyanı keçir.  

 

Keyfiyyətli şərab fərqlənmə ilə 



QmP  (Qualitatsweinmit  Pradikat)  Alman  şərablarının  ali 

kateqoriyasıdır. Şərab konkret şərabçılıq regionunun bir rayonuna 

aiddir. Əvvəlki kateqoriya şərablardan spirtin yüksək miqdarı ilə 

fərqlənir. Bu şərablar və QBA kateqoriyası dequstasiyanı keçərək 

mütləq yüksək bal almalıdır. Butulkada minimum saxlanma müd-

dəti 5 ildir. Bəzi şərablar üçün minimum yetişdirmə müddəti 15-

20 il təşkil edir.  

 

Ispan təsnifatı 

İspaniyada şərabların keyfiyyətinin beş pilləsi mövcuddur: 

 

Vinodemesa  (süfrə  şərabı)  –  Fransanın  oxşar  qrupuna 




153 

uyğun  olub,  İspaniyanın  istənilən  bölgəsində,  istənilən  ildə  və 

istənilən şərabların qarışığından istehsal olunur. Etiketdə il, sort və 

istehsal olunduğu region göstərilmir. Hazırda İspaniyanın yarıdan 

çox şərabları daxil olan ən çox saylı kateqoriyasıdır.  

 



Vinodela Tierra (region şərabı) müəyyən zonalarda həmin 

region  üçün  istehsal  olunur  (adətən  sortun  miqdarı  olduqca  çox 

olur).  Etiketdə  əyalət  region  və  vintaj  göstərilməlidir  (məsələn, 

Vinodela  Tierrade  Castillia  2008).  Üzümün  sortunu  göstərmək 

olar, lakin bu mütləq deyldir. Belə əlverişli qanunvericiliyə bax-

mayaraq  region  şərabları  bütünlükdə  ümumi  şərabın  7%-ə 

yaxınını təşkil edir.  

 



DO, Denominacionde Origen (adlanma, nəzarət olunan yer 

və  mənşəyinə  görə)  –  qanunla  müəyyən  olunmuş  zonası,  icazə 

verilən  sortu,  məlum  məhsuldarlığı,  bəzən  vinifikasiya  metodu, 

yetişdirilmə  norması  və  s.  olan  şərablardır.  DO  anlayışı  icazə 

verilən  sortların  ciddi  yığını  olub,  appellasyon  terruarını  daha 

parlaq şəkildə əks etdirir. Bu kateqoriya şərablar (DOC və norqo 

ilə birlikdə) bütün ispan şərablarının 40%-ə yaxının təşkil etməklə, 

istehsalına görə ikincidir.  

 

DOC Depominacionde Origen Califid (mənşəə yerinə görə 



tanınan və nəzarət olunan adda) 

Ispan  şərablarının  ali  kateqoriyası  olub,  hələlik  yalnız  iki 

appellasiyonla  məhdudlaşır:  Rioxe  və  Prioratuş  DOC  üçün  DO 

standartlarından  başqa  üzümlüklərin  və  şərab  materialı  hərəkəti 

ərazisinə  daha  ciddi  nəzarət  olunur  (həm  üzümlük,  həm  də  şirə 

növbəti  sərhədləri  keçməməlidir).  Priorat  yerləşən  Kataloniyada 

katalon  yazısından  alınan  qısa  adlanma  belə  olur:  DOQa 

(Denominaciod Origen Qualificada).  

 

Vinode Pago 



Fransız “kryu” anlayışına (fərqi səciyyəvi xüsusyyətləri olan 

ayrı-ayrı üzümlüklər) uyğundur.  

Adi  Do  tələbləri  yığınından  əlavə  bu  kateqoriya  şərablar 

üzümün mənşəyinə, vinifikasiya və möhkəmləndirilmiş keyfiyyət 

nəzarətinə görə əlavə tələblərə cavab verməlidir. 2003-cü ildən 8 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə