180
birləşmələri və metal ionları aiddir.
Çöküntü belə eyniləşdirilir:
Yüngül – xırda dispersli, zəif bulanan və tədricən
çöküntüyə gedən;
Ağır – tez çöküntüyə gedən iri hissəciklər şəklində;
Kristal – şərab daşının xırda parlaq kristalları şəklində,
yaxud parıltısız daha iri kalsium duzları şəklində;
Amorf – hər-hansı struktur əlaməti olmayan çöküntü;
Pambıqvari – iri pambıqcıqlar formasında, çox vaxt
butulkanın divarlarında qalmaqla;
Selikli – özülü quruluşlu ağır çöküntü, onun meydana
gəlməsi şərabın xəstələnməsini göstərir;
Kəsmiyə oxşar –həcmli, sıx kütlə şəklində.
Şərabın qüsur və xəstəliklərinin diaqnostikasında çöküntünün
düzgün identifikasiyası mühüm əhəmiyyət kəsb edə bilər.
Axımlılıq – kateqoriyalara təsnifatlaşdırılır:
Hərəkətli - nə vaxt kı, şərab qədəhin divarlarından asan və
tez axır, bu yüngül az ekstratlı natural şərablar üçün səciyyəvidir;
Sıx yağlıtəhər – qədəhi fırlatdıqda şərab tədricən yerini
dəyişir və divarlarda tədrtici axan həlqələr şəklində ləngiyir, bu
ektrakt maddəlirinin ilk növbədə isə şəkərlər və qliserinin yüksək
miqdarda olmasını göstərir;
Ağır selikli – şərabın xəstələnməsi əlaməti olub, şərab
qədəhdən bütöv kütlə şəklində axır, konsistensiyasına görə
yumurta ağını xatırladır;
Rəng. Rənginə görə şərablar – ağ, çəhrayı və qırmızı kimi
fərqləndirilir. Ağ şərablar açıq rənglənmiş və tünd olmaqla
qruplaşdırılır. Birincilərə az rənglənməmiş texniki yetişkən üzüm
sortlarından alınan az oksidləşmiş şərablar aiddir.
Açıq rəngli şərabların rəngi belə identifikasiya olunur:
Gümüşü- ağ demək olar ki, rəngsiz - özbaşına axınla
ayrılan şirədən alınan şərablar və fəal kömürlə işlənən şərablar
üçün səciyyəvidir;
181
Açıq – yaşıl, yaşılvari, bəzi şərablar üçün səciyyəvi
(Rislinq, Msavani, Silvaner);
Zəif ot cövhərləri;
Açıq – samanı, sarıtəhər – çoxlu sort şərabları üçün
səciyyəvi olub (Semilyon, Medovıy belıy və b.), bəzi hallarda
şirənin əzinti ilə artıq təmasını göstərir.
Tutqun ağ şərablara aiddir: yetişmiş və yetişib ötmüş üzümdən
hazırlanmış; uzun müddət çəlləklərdə yaxud digər məsaməli
qablarda yetişdirilən; şərab mötədil oksdiləşmiş tipli: natural
çəllək yetişdirilməsi ilə kaxet, tokay, sotern və s. şərablar.
Desert və tünd şərablar qrupu da həmçinin tutqun şərablara
aiddir. Tutqun şərablarda sarı, sarı qəhvəyi və qəhvəyi rəngli
şərablar fərqləndirilir.
Bu rənglərin aşağıdakı növ müxtəliflikləri olur:
Samanı, samanı – sarı – sortdan asılı olmayaraq çəllək
yetişdirilməsi keçmiş natural şərablarda;
Açıq-qızılı, qızılı, qızılı-sarı – yüngül tipli natural və
spirtləşdirilmiş desert şərabların tipik rəngi;
Tutqun-qızılı, kəhraba, tutqun-kəhraba - spirtləşdirilmiş
desert və tünd şərablara məxsus, şərabın şirinləşdirilməsi üçün
vurulan qatılaşdırılmış şirənin əlamətləri ola bilir;
Tutqun-qəhvəyi - bu desert şərabların nisbətən təsadüfi
rəngi (malaqa tipli şərablar) olub, istehsal prosesində əlavə olunan
qatılaşdırılmış şirənin böyük miqdarı ilə bağlı meydana çıxır.
Cəhrayı şərablar rəngsiz lətli qırmızı üzüm sortlarından,
həmçinin bir çox qırmızı üzüm sortlarından əzintinin şirədən tez
ayrılması ilə istehsal olunur. Cəhrayı rəngli şərablar ağ şirənin
qırmızı üzüm sortlarının cecəsində qıcqırdılması və həmçinin ağ
və qırmızı şərabların kupajı ilə də alınır. Cəhrayı şərablar ağ və
qırmızı şərablar arasında keçid təşkil edən qrupdur. Ətir və dadına
görə onlar ağalara, rənginə görə - qızrmızı şərablara yaxındır.
Cəharayı şərabların rəngi solğun-cəhrayı, solğun qırmızı və açıq-
qırmızı ola bilər.
Qırmızı şərabların rəngi :
182
Açıq-qırmızı, qırmızı – şərab yüngül buketli;
Yaqut, yaqut – qırmızı- yüksək keyfiyyətli şərabların
intensiv çalarları;
Tutqun qırmızı, tutqun-yaqut, nar rəngi – cənub mənşəli
yüksək ekstraktlı qırmızı şərabların tipik rəngidir;
Bənövşəyi-qırmızı, göy-qırmızı – intensiv rənglənmiş
sortlardan alınan (Aliqant Buse, Bastordo, Saperavi və b.) cavan
şərabın rəngi. Belə şərabların rəngi yetişdirmədə açılır.
Qırmızı şərablarda soğanvari, kərpic yaxud qəhvəyi çalarların
olması yetişdirmədə rəng maddələrinin artıq oksdiləşmə
dəyişikliklərini göstərməklə şərabın davam edən yetişdirməsindən
xəbər verir.
Ağ şərabların rəngi də yetişdirilmədə daha doymuş və əsaslı
olur. Qırmızı şərablar yetişdirmədə rəng parlaqlığını itirir, daha
çox şəffaflığa malik olur, başqa sözlə, rəngə görə şərabın yaşı və
vəziyyəti haqda qərar vermək olar.
Şərabın rəngi qiymətləndirildikdə əsas rəngin intensivliyi və
keyfiyyətini xarakterizə edən çalarlar ayrılır. Məsələn, şərab zəif
bənövşəyi çalarlarla yaqut-qırmızı rəngli; şərab yaşıl çalarlarla
samanı rəngli.
Şərabın rəngini təyin etdikdə onun tipikliyinə, başqa sözlə
rəngin içkinin tipinə, yaşına və sortuna uyğunluğuna diqqət
yetirilməlidir. Əgər tünd yüksək ekstraktlı şərab zərif açıq-samanı
rəngə malikdirsə, onda belə rəng qeyri tipik kimi qiymətləndirilir.
Qırmızı kolleksiya şərabları parlaq deyil, “yorğun” adlandırılan
rəngə malik olur ki, bu da yetişdirmə prosesində rəng maddələrinin
oksidləşməsi ilə izah edilir.
İy, ətir, buket anlayışlarının müəyyən fərqləri vardır. İy
istənilən cür ola bilsə də ətir - yalnız xoşagələn, ayrı-ayrı sortlar
üçün səciyyəvi olur. Buket -mürəkkəb ətir olub, şərabın
yetişdirilməsi proseində əmələ gələn və inkişaf edəndir
İy üç qrup uçucu maddələrlə formalaşır:
Üzümdən şəraba keçən və cavan şərabın sort ətrini və
dadını müəyyən edən ətirli maddələr;
Dostları ilə paylaş: |