Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə38/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   34   35   36   37   38   39   40   41   ...   118

 
84 
Müslim”də  vardır.  İbn  Sədin  “Təbəqat”ında  şərhi-halında  yazıldığı  kimi
1
  Vəki  ibn  Cərrah, 
Əbu Nəim, Mən ibn İsa və başqaları ondan hədis öyrənmişlər. 
 O, 177-ci ildə vəfat etmişdir.  
Elə həmin ildə Məhəmməd ibn Müslim ibn Cəmmaz (onun adaşı) Mədinədə vəfat etdi. Bu 
iki nəfərin şərhi-halını İbn Səd “Təbəqat”ın 5-ci cildində yazmışdır.  
 
82. Məhəmməd ibn Musa ibn Abdullah Fitri Mədəni.  
Zəhəbi  şərhi-halını  “Mizanül-Etidal”  kitabında  yazmış,  Əbu  Hatəmin  Tirmizidən  onun 
etimadlı  şəxs  və  şiə  olduğunu  nəql  etmiş  və  adının  kənarında  Müslim  və  “sünən”  əshabələri 
rəmzini yazmaqla onun hədislərindən dəlillər gətirdiklərinə işarə etmişdir. Onun Abdullah ibn 
Abdullah  ibn  Əbu  Təlhədən  nəql  etdiyi  hədisləri  “Səhih-Müslim”in  “ətimə”  (yeməlilər) 
babında mövcuddur.  
O, Məqbəri və bu təbəqədən olan başqalarından hədis nəql etmişdir.  
İbn  Əbu  Fədik,  İbn  Mehdi,  Qüteybə  və  bu  təbəqədən  bir  sıra  başqaları  ondan  hədis 
söyləmişlər.  
 
83. Müaviyə ibn Əmmar Dəhni Bəcəli Kufi. 
Şiənin  parlaq,  qabaqcıl,  yüksək  məqama  malik  etimadlı  şəxsiyyətlərindəndir.  Atası 
Əmmara təqlid etmək, haqq yolunda istiqamət və dözümlülük göstərmək istəyənlər üçün o, bir 
nümunə, zərbül-məsəl idi. Allah öz yolunda əziyyətlərə dözən səbirli və sabitqədəm adamlar 
üçün onu bir nümunə seçmişdi. Zalımlar onun ayaqlarını topuqlarından kəsdilər. Amma onun 
şərhi-halında  dediyimiz  kimi,  zəiflik  büruzə  verməmiş,  səbir  və  dözüm  ilə  dünyaya  göz 
yummuş  və  oğlu  Müaviyə  atasının  yolunu  davam  etdirmişdir.  O,  imam  Sadiq  (ə)  və  imam 
Kazimin (ə) əshabələrindəndir və bu iki şəxsin elmindən bəhrələnmişdir. 
O, bir sıra kitablar yazmışdır ki, biz ondan sənəd vasitəsilə nəql etmişik. İbn Əbu Ümeyr və 
başqa şiələr ondan hədis nəql ediblər. Müslim və Nisai onun hədislərindən dəlillər gətirmişlər. 
Onun  Zübeyrdən  nəql  etdiyi  hədislər  “Səhih-Müslim”in  “həcc”  kitabında  vardır.  Müslimin 
fikrinə görə, Yəhya ibn Yəhya və bu təbəqədən olan bir dəstədən rəvayətlər nəql etmişdir. Bu 
rəvayətlər sünnə əhlinin hədis kitablarında mövcuddur.  
O, 175-ci ildə vəfat etmişdir.  
 
84. Məruf ibn Xərrəbuz
2
 Kərxi. 
 Zəhəbi  “Mizanül-Etidal”da  adını  çəkmiş,  onu  “həqiqətən  şiədir”  –  deyə  təsvir  etmişdir. 
“Buxari”,  “Müslim”  və  “Əbu  Davud”  rəmzini  adının  kənarında  yazmaqla  ondan  hədis 
yazdıqlarına  işarə  etmiş  və  demişdir:  “Əbu  Tüfeyldən  rəvayət  söyləmiş.”  və  yenə  demişdir: 
“Onun  hədisləri  azdır.”  Əbu  Asim,  Əbu  Davud,  Übeydullah  ibn  Musa  və  başqaları  ondan 
hədis nəql etmişlər. Əbu Hatəmdən nəql etmişdir ki, onun hədisləri yazılmalıdır (yəni, düzdür 
və istifadə oluna bilər).  
Mən  deyirəm:  İbn  Xəlləkan  “Vəfayətül-Əyan”da  onu  xatırlayıb  demişdir:  “O,  “Əli  ibn 
Musa Rzanın (ə) dostlarındandır.” Təriflədikdən sonra ondan əhvalatlar söyləmişdir ki, birində 
deyilir:  “Mən  üzümü  Allaha  tutub  var  gücümlə  ömrümü  mövlam  Əli  ibn  Musa  Rzaya  (ə) 
xidmət etməyə sərf etdim...” 
İbn Qüteybə “Maarif” kitabında onun şiə şəxsiyyətlərinin sırasında qeyd etmişdir. Müslim 
onun  hədislərindən  dəlil  gətirmiş  və  “Səhih”  kitabında  Əbu  Tüfeyldən  nəql  etdiyi  hədisləri 
“həcc” hissəsində mövcuddur.  
                                                 
1
 5-ci cild, səh. 381.  
2
 Ona İbn Firuz, İbn Firuzan və İbn Əli də deyilib.  


 
85 
O,  200-cü  ildə
1
  vəfat  etmişdir.  Qəbri  ziyarətgah  kimi  məşhurdur.  Səri  Səqəti  onun 
şagirdlərindəndir.  
 
85. Mənsur ibn Mötəmər ibn Abdullah ibn Rəbiə Silmi Kufi.  
O, imam Baqir (ə) və imam Sadiqin (ə) əshabələrindəndir. Onlardan hədislər öyrənmişdir. 
Belə ki, “Müntəhəl-Məqal fi əhvalir-Rical” kitabını yazan bunu aydınlaşdırmışdır.  
İbn Qüteybə “Maarif” kitabında onu şiə, Cüzcani isə onu elə hədisçilərdən hesab etmişdir 
ki,  camaat  onların  məzhəbini  üsuli-din  və  fürui-dində  bəyənmirlər,  çünki  onlar  Ali-
Məhəmməddən (bizə) yetişən hədislərə inanırlar.  
Mən  deyirəm:  Bu  düzdanışanlarla  düşmənçiliyə  nə  səbəb  olmuşdur?  Onların  “səqəleyn”i 
əldə  rəhbər  tutmalarımı?  Və  ya  nicat  gəmisinə  minmələrimi?  Peyğəmbərin  elm  şəhərinə 
“qapısı”ndan  daxil  olmalarımı?  “Hittə  qapısı”  və  ya  onların  “yer  əhlinin  amanı”na  pənah 
gətirmələrimi?  Onların  Peyğəmbəri  Əhli-beyt  (ə)  birgə  hifz  etmələri,  Allah  xatirinə 
təvazökarlıqları,  itaətkarlıqları  və  Allah  qorxusundan  ağlamaqlarımı?  Belə  ki,  onların  təriqət 
və  şərhi-halına  aid  məlumatlarda  olduğu  kimi,  İbn  Səd  “Təbəqat”ın  6-cı  cildinin  235-ci 
səhifəsində  Mənsurun  şərhi-halında  demişdir:  “Onun  gözləri  çox  ağlamaqdan  və  Allah 
qorxusundan az qalmışdı ki kor olsun və həmişə də gözlərindən yaş axardı. O, 60 il oruc tutub, 
namaz qılmışdır...” Bu cür işlərin harası camaata ağır gəlir və məzəmmətə səbəb olur? Xeyr, 
sözün düzü budur ki, biz insafı nəzərə almayan bir millətin əlində giriftar olmuşuq. 
نا
 و لله ا
 انا
نوعجار هيلا
  
İbn Səd Mənsurun şərhi-halında Həmmad ibn Zeyddən belə nəql edir: “Mənsuru Məkkədə 
gördüm...  Mən  elə  bilirdim  ki,  o  Xəşəbiyyədəndir  və  güman  etmirdim  ki,  o,  belə  yalanlar 
desin...” 
Mən deyirəm ki, gəlin, bu zorakılığa və bu sözün arxasında (tam mənada) aşkar görünən 
ədavətə  baxın!  Çünki  onun  “güman  etmirdim  ki,  o,  belə  yalanlar  desin”  –  sözünü  oxumaq 
mənim üçün nə qədər ağırdır. 
Vay-vay!  Guya,  yalan  Ali-Məhəmməd  dostlarına  və  övladlarına  xass  olub,  Mənsur  “ilk 
dəfə”  haqqa  əks  hərəkət  etmiş  və  guya,  nasibilər  Ali-Məhəmməd  şiələrinə  “xəşəbiyyə”, 
“türabiyyə”, “rafiziyyə” və bu kimi başqa alçaq ləqəblərdən savayı başqa ləqəb tapmamışlar. 
Guya,  onlar  Allah-təalanın  bu  sözünü  eşitməyiblər  ki,  buyurur:  “Bir-birinizi  pis  ləqəblərlə 
çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir.
2
 
İbn  Qüteybə  “Maarif”  kitabında  “Xəşəbiyyə”dən  danışmış  və  demişdir  ki,  onlar 
rafizilərdəndir və bu adın qoyulmasının səbəbi odur ki, İbrahim Əştər Übeyd Ziyada rast gələn 
vaxt  İbrahimin  dostları  və  səhabələrinin  əksəriyyətinin  əlində  ağac  var  imiş.  Ona  görə  də 
onları “Xəşəbiyyə” adlandırıblar.  
Mən  deyirəm:  Bu  adı  ona  görə  deyiblər  ki,  onları  təhqir  etsinlər,  məğlubedilməzliklərinə 
ləkə  vursunlar.  Lakin,  elə  həmin  “Xəşəbiyyə”  və  ya  “əldə  ağac  olanlar”,  öz  çubuqları  ilə 
nasibilərin sələfləri – Ali-Məhəmmədi şəhid edənlər – İbn Mərcanəni öldürdülər və köklərini 
dibindən  kəsdilər.  Ona  görə  də  bu  şərəfli  ləqəb  eyibsizdir.  Habelə,  imam  Əlinin  (ə)  künyəsi 
Əbu Turaba aid olan “turabiyyə” nəinki eyib deyil, əksinə, hər ikimiz üçün şərəfdir.  
Daha qələm yoruldu, mövzumuza qayıdaq. Mənsurun hədislərindən dəlil gətirməkdə hamı 
eyni fikirdədir. Buna görə də “Sihahi-Sittə” əshabələri və başqaları onun şiə olmasını bilə-bilə 
sözlərindən dəlillər gətirmişlər. Siz onun Əbu Vail, Əbu Züha, İbrahim Nəxəi və bu təbəqədən 
olan başqalarından nəql etdiyi hədislərini “Səhih-Buxari” və “Səhih-Müslim”də mülahizə edə 
bilərsiniz. Buxarinin və Müslimin fikrincə, Şöbə, Suri, İbn Üyəynə, Həmmad ibn Zeyd və bu 
                                                 
1
 201- 204-cü səh.-də deyilmişdir.  
2
 “Hücurat surəsi, 11-ci ayə. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə