88
94. Hüşam ibn Əmmar ibn Nəsir ibn Meysərə Əbül-Vəlid. Ona Zəfəri Dəməşqi də
demişlər.
O, Buxarinin “Səhih”də ustadıdır. İbn Qüteybə onu şiə şəxsiyyətlərindən hesab etmişdir.
Bunu “Maarif” kitabının “əl-firəq” babında bir qrup şəxslərdən bəhs edərkən qeyd etmişdir.
Zəhəbi “Mizanül-Etidal”da onu xatırlamış və onu imam, xətib, qari (quranşünas), hədisçi,
Dəməşq alimi, düzdanışan rəvayətçi və bəzən xoşa gəlməyə sözlər nəql edən və s. kimi təsvir
etmişdir.
Mən deyirəm: Buxari heç bir vasitə olmadan öz “Səhih”inin “bey” və “müamilə”
hissəsində “borcu olan fəqirə möhlət verən kəs” babında və tədqiqatçılara məlum olan başqa
yerində ondan hədis nəql etmişdir ki, “Məğazi” (döyüşlər) kitabında və “əşribə” (içkilər) və
“Peyğəmbər (s) əshabələrinin fəzilətləri” bablarında qeyd olub. O, Yəhya ibn Həmzə, Sədəqə
ibn Xalid, Əbdül-Həmid ibn Əbil-İşrin və başqalarından hədis nəql etmişdir. Zəhəbi
“Mizanül-Etidal”da deyir: “Qiraət və hədis öyrənmək üçün onun yanına çoxlu adam gələrdi və
ondan hədis söyləməsini istəyərdilər. Ustadı Vəlid ibn Müslim ondan hədis nəql etmişdir.”
O, “icazə” ilə Əbu Ləhyəədən rəvayət nəql etmişdir. Əbdan demişdir: “Dünyada onun
kimisi olmayıb” və bir başqası deyir: “Hüşam fəsahət, bəlağət sahibi, ağıllı və elmli... bir şəxs
idi.”
Mən deyirəm: O, başqa şiələr kimi inanırdı ki, Quranın sözlərini Allah yaratmışdır, yəni bu
sözlər eyni ilə Peyğəmbərə vəhy olunmuşdur. Bu fikirlər Əhmədə çatanda –“Mizanül-
Etidal”da Hüşamın şərhi-halında yazıldığı kimi– deyib: “Mən onu nadan gördüm, Allah onu
öldürsün.” Əhməd, Hüşamın bir kitabını ələ keçirdi və gördü ki, əvvəlində yazmışdır:
«
ملله ُدْمحْلْا
مهمقْلحمبِ مهمقْلحمل يّلححتَ يذَّلا
»
“Sitayiş Allaha məxsusdur ki, məxluqlarına özünü yaratdıqlarıyla aşkar
etdi.” Əhməd yerindən dik atıldı və sonra yenidən oturdu. Hirsindən az qalırdı ki, partlasın.
Hişamın arxasında namaz qılanlara dedi ki, namazlarınızı təkrar edin (yəni, onun namazı batil
olduğuna görə, gərək yenidən öz namazlarınızı qılasınız).
Hüşamın sözündə Allahın paklığı, əzəməti, müqəddəsliyi münsif adama gizli deyildir.
Çünki onun sözü
«
ةيآ ُهـحل ئيش ّلك في حو
»
“Hər şeydə Allahın nişanəsi var.” – mənasındadır və hətta
Allah özü bundan daha əzəmətli və daha aydın demişdir. Lakin onunla bir dövrdə yaşayan və
eyni biliyə malik alimlər öz düşündüklərinə uyğun tərzdə başqaları haqqında fikir
söyləyirdilər.
Hüşam 153-cü ildə dünyaya gəlmiş və 245-ci il Məhərrəm ayının axırında vəfat etmişdir.
Allah rəhmət eləsin.
95. Hüşam ibn Bəşir ibn Qasim ibn Dina Səlmi Vasiti Əbu Müaviyə.
O, əslində Bəlx əhlidir. Cəddi Qasim ticarət məqsədi ilə Vasitə gəlib, sonra orada
məskunlaşmışdır.
İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. O, imam Əhməd
Hənbəlin və bu təbəqədən başqalarının ustadıdır. Zəhəbi “Mizanül-Etidal”da onun adını
çəkmiş və “Sihahi-Sittə”nin müəlliflərinin rəmzini adının kənarında yazmaqla onun
hədislərindən dəlillər gətirmələrinə işarə etmiş, onu hafiz kimi təsvir etmiş və demişdir: “O,
Zuhəri və Həsin ibn Əbdür-Rəhmandan hədis eşitmiş böyük şəxsiyyətlərdəndir.” Yəhya ibn
Qəttan, Əhməd, Yəqub Durəqi və bir dəstə başqaları ondan hədis nəql etmişlər.
Mən deyirəm: Onun Həmid Təvil, İsmail ibn Əbu Xalid, Əbu İshaq Şeybani və
başqalarından nəql etdiyi hədisləri “Səhih-Buxari” və Müslimdə vardır. Buxari və Müslimin
fikrinə görə, Ömər, Naqid, Əmr ibn Zürarə və Səid ibn Süleyman ondan hədis nəql etmişlər.
Şəxsən Buxariyə görə, Əmr ibn Ovf, Səd ibn Nəzr, Məhəmməd ibn Nəbhan, Əli ibn Mədini