Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə66/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   62   63   64   65   66   67   68   69   ...   118

 
162 
Mən  möminlərə  nisbətdə  özlərindən  yaxın  deyiləmmi?  Dedik:  Bəli.  Buyurdu:  “Mən  kimin 
mövlasıyamsa, Əli onun mövlasıdır. İlahi, onu sevəni sev və ona düşmən olana düşmən ol!” 
İmam Əhməd həmin səhifədə digər təriqlə nəql etmişdir ki, buyurdu: “İlahi, onu sevəni sev 
və ona düşmən olana düşmən ol! Ona kömək edənə kömək et, ona arxa çevirəni bədbəxt et!” 
Sonra  demişdir:  “O  arada  yalnız  üç  nəfər  (baxmayaraq  ki,  Qədir-xumda  olmuşdular)  ayağa 
durmadı. Əli onlara nifrin etdi və onlar da bəlaya mübtəla oldular.”  
Siz  əgər  Əli  və  Zeydi  12  nəfər  əhli-Bədrə  əlavə  etsəniz,  Bədrdə  olan  adamların  sayı  14 
nəfər  olar.  Rəhəbə  sorğusunda  yaranmış  hədisləri  diqqətlə  öyrənən  şəxs,  Əmirəl-mömininin 
(ə) “qədir” hədisinin nəşrindəki hikmətini başa düşər... 
5.  Seyyidüş-Şühəda  Hüseynin  (ə)  Müaviyənin  dövründə  bir  xütbəsi  vardır  ki,  bu  həqiqəti 
orada işıqlandırmışdır. Bu xütbə Əmirəl-mömininin(ə) Rəhəbədəki xütbəsinin eynidir. O, həcc 
günlərində  Ərəfatda  camaatı  bir  yerə  yığıb  cəddini,  atasını,  anasını  və  qardaşını  yad  etdi. 
Çoxları o vaxt belə gözəl natiq görməmişdilər. O həzrət nitqi ilə qulaqları sözün qulu etdi, göz 
və  qəlbin  ixtiyarını  ələ  aldı.  Xitabında  lazımı  məsələlərə  toxunub  qəlblərin  ixtiyarına  verdi. 
Zəruri  mətləbləri  aydınlaşdırdı,  “qədir”  gününündəki  həqiqətə  bir  daha  işarə  edərək  onun 
hesabını  müəyyənləşdirdi.  Heç  nəyi  qaranlıq  qoymadı.  Bu  yetərli  xütbə  “qədir”  hədisinin 
yayılmasına və məşhurlaşmasına xüsusi təsir etdi.  
6. İmam Hüseynin (ə) nəslindən olan 9 imamın da “qədir” hədisinin yayılmasına müəyyən 
təsirləri olmuşdur ki, (bu hədislər) sənə düzgün yol göstərə bilər. Onlar hər il Zilhiccənin 18-ci 
gününü bayram elan edib, şadlanardılar. Həmin günü Allah xatirinə oruc tutar, namaz qılar və 
dua  oxuyardılar.  Allaha  verdiyi  nemətlər  üçün  şükürlər  edib,  ehsan  paylayardılar.  Çünki,  bu 
gündə Peyğəmbərin (s) mübarək dilindən Əmirəl-mömininin (ə) xilafət “nəss”i xaric olmuş və 
onun imamət əhdi açıq-aşkar deyilmişdir. Onlar bu gün qurban kəsər, bir-birlərinin ziyarətinə 
gedər,  qonşuları  yad  edər,  dostlarına  da  bu  işləri  görməyi  tövsiyə  edərdilər.  (Bu,  “qədir”in 
xatirəsinin yaşamasına və nəsillərin onu bilməsi üçün bir vasitə idi.)  
7.  Şiələr  hər  il  Zilhiccənin  18-ci  gününü  əsrlərdə  və  bütün  yaşadıqları  yerlərdə  bayram 
etmişlər.
1
  Şiələr  bu  günü  Əmirəl-mömininin  (ə)  vilayəti  ilə  dinin  tamamlandığını  deyib, 
Allaha şükür etmək üçün vacib və müstəhəb namaz qılmaq, Quran oxumaq, dua etmək üçün 
məscidə  üz  tutar,  sonra  dəstə-dəstə  bir-birinin  görüşünə  gedər  və  sileyi-rəhm  edərdi.  Onlar 
qohumlara, qonşulara yaxşılıq edib, sevindirər, hər il bu günü Məşhədə və Əmirəl-mömininin 
(ə) qəbrinin ziyarətinə gedərlər. Həmin gün o həzrəti ziyarət edənlərin sayı  yüz mindən çox 
olur  və  hər  yandan  gəlirlər.  Gəlirlər  ki,  öz  imamlarının  bu  günü  Allaha  ibadət  etdikləri  kimi 
ibadət  etsin,  oruc  tutsunlar,  namaz  qılsın,  günahlarından  tövbə  etsinlər.  Yaxşı  işlər  görmək, 
sədəqə  verməklə  Allaha  yaxın  olmaq  istəyərlər.  Onlar  o  həzrətin  müqəddəs  qəbrinin  önündə 
durub  ziyarətnamə  oxuyarlar.  Ziyarətnamədəki  ibarətlər  o  həzrətin  din  uğrunda  çəkdiyi 
əzablar, Peyğəmbərə xidmət, onun xüsusiyyət və fəzilətləri, o cümlədən Peyğəmbərin ona əhd 
və vəsiyyətləri və “qədir” gününün “nəss”indən ibarətdir. Bu, hər il şiələrin adətidir. Onların 
xətibləri hər zaman və hər yerdə “qədir” hədisini sənədli bir məktub kimi oxuyarlar. Onların 
şairlərinin adəti qədimdən budur ki, bu gün onun mədhinə şerlər qoşarlar.
2
 
                                                 
1
  İbn  Əsir  “Kamil”  kitabının  352-ci  il  hadisələrində  deyir:  “Bu  il  Zilhəccənin  18-də  Müizzüd-Dövlə  əmr 
verdi ki, Bağdad şəhərini bəzəsinlər. Baş məclisdə atəş yandırılsın, şadlıq edilsin. Bayram gecəsi bazar açıq 
olmalıdır. Bu işləri Qədir-xum bayramının şən keçməsi xatirinə gördü. Bu gün şeypur da səslənirdi. Görməli 
gün idi.” Bu “Kamil”in 8-ci cildinin 181-ci səhifəsinin eyni ibarətləridir. 
2
 Şair Kümeyt ibn Zeyd demişdir:  
 
«
 موي و
مخ ريدغ حود حودلا
 
...اعيطُا ْول ةيلاولا هل نابا
»
 O gün Qədir-xum ağaclarının yanında onun vilayəti aşkar oldu, 
heyif ki, itaət olunmadı.  
 
«
هلها  َّقلْا  حضوتسا  ريدغلا  موي  و   ترس  لا  و  باجح  اهيف  ام  ءاحيفب
»
  “Qədir”  günü  həqiqət  əhli  həqiqəti  aydın  başa 
düşdülər, onu pərdəsiz, hicabsız anladılar.  


 
163 
 “Qədir”  hadisəsinin  təvatüründə  (Əhli-beyt  və  onların  şiələrinin  təriqiylə)  şübhə  yoxdur. 
Çünki,  onların  hamısında  Peyğəmbərin  (s)  buyuruğunun  eynilə  saxlanılması,  qorunması  və 
nəşrində  son  dərəcə  əmanətə  riayət  olunmuşdur.  Bu  həqiqətin  isbatı  üçün,  sizin  “Kütubi-
Ərbəə” və ondan başqa bu haqda olan şiə sənədlərinə baxmanız kifayətdir. Onların sənəd və 
rəvayətlərinin  “məruf”  və  ya  “müttəsil”  gəlib  çatmaları  məsələsinə  yaxşı  diqqət  yetirən  və 
onun şərtlərini mülahizə edən üçün bu hədisin təvatürü, onların qiymətli təriqləri aydıncasına 
sabit olar. 
8.  Hətta  şübhə  yoxdur  ki,  çox  təbii  olaraq  sünni  təriqi  ilə  də  bu  hədis  mütəvatirdir. 
“Fətviyyül-Hamidiyyə”nin  müəllifi  özünün  “Əs-sələvatül-Faxirə  fil-əhadisil-mütəvatirə” 
adlandırdığı  müxtəsər  risaləsində  böyük  inadla  bu  hədisin  təvatürünü  bəyan  edir.  Suyuti  və 
onun kimilər həmçinin (müdafiə məqsədilə) bu işi əncam vermişlər. Məhşur təfsirçi və tarixçi 
Məhəmməd  İbn  Cərir  Təbəri,  Əhməd  ibn  Məhəmməd  ibn  Səid  ibn  Üqdə  və  Əhməd  ibn 
Osman Zəhəbidir ki, bu hədisin mənbələrini cəmləməyə rəhbərlik etmiş və hər biri bu haqda 
ayrıca bir kitab hazırlamışlar. İbn Cərir onu 75 mənbədən, İbn Üqdə
1
 onu 105 mənbədən nəql 
etmişdir. Zəhəbi –bütün inadkarlığına baxmayaraq– onun bütün mənbələrini təshih etmişdir.
2
 
“Qayətül-Məram” kitabının 16-cı babında 89 hədis sünni mənbələrindən “qədir nəssi”ndə nəql 
etmişdir. Xüsusilə o, həmin hədisi bu kitabda Tirmizi, Nisai, Təbərani, Bəzzar, Əbu Yəla və 
həmçinin onu nəql edən bir çoxlarının adını verməmişdir.  
Süyuti bu hədisi “Tarixül-Xüləfa” kitabında Əlinin (ə) şərhi-halında Tirmizidən nəql etmiş, 
sonra  demişdir:  “Əhməd  onu  Əli,  Əbu  Əyyub  Ənsari,  Zeyd  ibn  Ərqəm,  Ömər  və  Zimərdən 
nəql etmişdir.”
3
 O, əlavə etmişdir ki, Əbu Yəla onu Əbu Hüreyrə və Büreyrədən nəql etmişdir. 
Bu  hədisin  yayılmasına  səbəb  olan  hadisələrdən  biri  o  rəvayətdir  ki,  İmam  Əhməd 
“Müsnəd”də
4
 Riyah ibn Harisdən iki təriqlə nəql etmişdir: “Bir dəstə adam Əlinin (ə) yanına 
gəlib  ərz  etdilər:  Ey  mövlamız,  salam  olsun  sənə.  Həzrət  soruşdu:  Siz  kimsiniz?  Dedilər: 
Sənin qullarındanıq, ey Əmirəl-möminin. Həzrət soruşdu: Mən necə sizin ağanız ola bilərəm 
ki,  siz  ərəbsiniz?  Cavab  verdilər:  Biz  Qədiri-Xum  günü  Rəsuli-əkrəmdən  (s)  eşitdik  ki, 
buyurdu: Mən kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır.” Riyah deyir: “Onlar gedəndən 
sonra  oradakılardan  soruşdum:  Bunlar  kimlər  idi?  Dedilər:  Mədinədən  gələn  bir  qrupdur  ki, 
Əbu Əyyub Ənsari onların arasında idi.”  
                                                                                                                                                   
 
«
ابِّ مهوعدي للها لوسر ماقا   ركن مهآـْنحـي و فْرُع مهـبّرقيمل
»
  Allahın  rəsulu  (s)  onu  ayağa  qaldırdı  və  xalqı  yaxşılığa  və 
pislikdən çəkinməyə dəvət etdi.  
 
«
هّنا مّلعي حو هيعبضب ّدمـي   بَخ مكل لهف مكلاْوم حو ّليو
»
 Əlindən tutub yuxarı qaldırdı və elan etdi ki, o sizin vəliniz və 
hakiminizdir: Bildinizmi? 
 
«
رـعشلم نايبلاب ودغي و حوري   رمغ مبِّ ودغي و رمغ مبِّ حوري
»
 Səhər-axşam həmişə camaata və dəstələrə öz bəyanı ilə bu 
həqiqəti söyləyərdi.  
 
«
هقح تابثاب رهج هل ناكف  
 ملَ ناكو
رهج هقح مهرب في
»
  O,  həqiqətin  isbatında  inadkar  ikən,  onlar  isə  bu  həqiqətin 
inkarında ondan da inadkar.  
 
«
فهرم دح هظح متلعج ثُا   بَقلا هبحاص ظح اموي ضيبلا نم
»
 Sonra isə onu tamam nakam və bəhrəsiz qoydunuz... 
1
 “Qayətül-Məram”ın müəllifi 16-cı babın sonunda, səh. 89-da təsrih etmiş ki, İbn Cərir “qədir” hədisini 95 
mənbədən  xüsusi  kitabda  nəql  etmiş  və  o  kitabı  “Əl-Vilayə”  adlandırmışdır.  İbn  Üqdə  onu  105  mənbədən 
ayrıca kitabda vermişdir. İmam Əhməd ibn Məhəmməd ibn Siddiq Məğribi təsrih etmişdir ki, Zəhəbi və İbn 
Üqdə hər biri bu hədis üçün ayrıca bir kitab yazmışlar. Onun kitabının
«
ةنيدم باب ةحصب يلعلا كللما حتف   يلع ملعلا
»
 
xütbəsinə baxın. 
2
 İbn Həcər “Səvaiq” kitabının 1-ci babının 5-ci fəslində onu təsrih etmişdir. 
3
  Mən  deyirəm:  O,  İbn  Abbasdan  da  “Müsnəd”in  1-ci  cildinin  131-ci  səhifəsində  və  4-cü  cildinin  281-ci 
səhifəsində Bəradan nəql etmişdir. 
4
 Onun 5-ci cildinin 419-cu səhifəsinə bax. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə