151
ƏLLİNCİ MƏKTUB
13 Məhərrəm 1330
İmamın imamətə layiq xüsusiyyətlərinin istidlalı.
Sizin kimi nüfuzlu və uzaqgörən, sözün qayda və qaynağına bələd, hədəflər və onların
məqsədlərini bilən, Allahın rəsuluna, onun kamil hikmətinə, son peyğəmbərliyinə bələd, sözü
və işinin müəyyən hədd və əndazəsi olan, yersiz və həvəs üzündən söz deməyən şəxslərin
gözündən bu xəbərlərin güddüyü hədəf və məqsədlər yayınmaz. Sənə gizli deyildir ki, “sünən”
və xəbərlər deyirlər ki, Əlinin yüksək məqamı və yeri vardır. Buna görə də Allah və
peyğəmbərlərinə caiz deyildir ki, öz xəlifələrindən başqa bir kəsi bu qədər yüksəltsinlər.
Beləliklə, peyğəmbərlərin sonuncusu o məqamı öz vəsi və vəliəhdindən başqasına təqdim
etməz. Bundan başqa, əgər bir şəxs Əliyə məxsus olan başqa “sünən” hədislərini yaxşıca
araşdırsa, görər ki, onların hamısı (az bir hissəsindən başqa) imamətdən savayı bir hədəfi
izləmir. Bu mətləbə ya “peymani-qədir” kimi,
1
ya da göstərdiyimiz həmin 48-ci məktubdakı
rəvayətləri misal çəkmək olar. Onlar belədir: “Peyğəmbər (s) buyurmuşdur ki, Əli Quranladır,
Quran Əli ilə. Heç vaxt bir-birlərindən –hovuz kənarında mənə qovuşana qədər–
ayrılmayacaqlar.”
2
Peyğəmbərin (s) bu sözü o deməkdir ki, “Əlinin mənə nisbəti başın bədənə
olan nisbətidir.”
3
Əbdür-Rəhman ibn Ovfun
4
hədisində deyilir: Peyğəmbər (s) təhdidlə (hədə-
qorxu ilə) xitab etdi: “And olsun o şəxsə ki, canım onun qüdrətinin qəbzəsindədir, namaz
qılın, zəkat verin, yoxsa sizin yanınıza bir şəxsi göndərəcəyəm ki, məndəndir və ya mənim
canımdır.” Hədisin sonunda gəlmişdir ki, Əlinin əlini tutub dedi: “O şəxs budur.” Bunlar kimi
başqa xəbərlər çoxdur.
Mən həqiqətlər dəryasına baş vuran hər bir şəxsin diqqətini, çətinliklərin, anlaşılmazlıqların
həllini tapmaq istəyən hər kəsin nəzərini bu faydalı sözlərə cəlb edirəm. Bu sözüm onlara
aiddir ki, həqiqəti tapmaqdan başqa bir fikirləri yoxdur və araşdırmalarda təəssübkeşlikdən
uzaqdırlar.“Ş”
1
-20, 26, 36 və 40-cı məktublarda onu zikr etdik.
2
Hakim “Müstədrək”in 3-cü cildinin 124-cü səhifəsində və Zəhəbi “Təlxis”in həmin səhifəsində
(düzgünlüyünü açıqlayaraq) göstərmişlər. O, “müstəfiz” (doğru) hədislərdəndir və hamı bilir ki, Əli
Quranladır, Quran da Əliylə, 8-ci məktuba baxdıqda, İmamın yaxınlarının və onun nəslinin haqqını başa
düşərsən.
3
Xətib, Bəradan və Deyləmi, İbn Abbasdan onu nəql etmişlər və İbn Həcər “Səvaiq”in 75-ci səhifəsində onu
vermiş, “Səvaiq”in 2-ci fəslinin 9-cu babında 40-cı hədisin 35-ci hədisinə bax.
4
“Kənzül-Ümmal”ın 6-cı cildinin 405-ci səhifəsindəki 6133-cü hədisdir və sənin üçün bircə bu kifayətdir ki,
o (Əli (ə)), Allahın rəsulunun özü kimidir. Fəxri Razinin “Mübahilə” ayəsinin təfsirində (“Məfatihül-Qeyb”
təfsiri, 2-ci cild, səh. 488) göstərdiyi kimi. Bizim “Əl-Kəlimətül-Qərra” kitabında bu ayənin bəhsində
verdiyimiz mətləbləri nəzərdən qaçırma.
152
ƏLLİ BİRİNCİ MƏKTUB
14 Məhərrəm 133
Bu dəlillərin müxalifi (inkar edəni) vardır.
Sizin əleyhdarlarınınız üç raşid xəlifələrin fəzilətləri haqqında gələn “sünən” xəbərlərini,
göstərdiyiniz hədislərlə ziddiyyətli sayırlar və mühacirlərlə ənsarın irəlidə gedənlərinin fəziləti
barədə varid olmuş xəbərlərin “sünən”də İmam Əli (ə) haqqındakı xəbərlərlə ziddiyyətli
olması fikrindədirlər. Onun cavabını necə aydınlaşdırırsınız? Vəssalam.
“S”
153
ƏLLİ İKİNCİ MƏKTUB
15 Məhərrəm 1330
Ziddiyətli iddianın cavabı.
Biz İslam yolunda (mühacir və ənsardan) can qoyanların –Allah onların hamısını
bağışlasın– fəzilətinə inanırıq. Belə ki, onları saymaqla qurtarmaq olmaz. Elə yalnız bu
kifayətdir ki, Quranda və Peyğəmbərin sünnəsində onlar haqqında çoxlu fəzilətlər yazılmışdır.
Biz onları nəzərdən keçirib, götür-qoy etdik. Amma Allah bilir ki, onların Əli (ə) haqqındakı
məlumatlarla ziddiyyətli olduğunu görmədik. Hətta İmamın başqa xüsusiyyətləri ilə müarizə
(qarşıdurma) etməyə də layiq deyil.
Bəli, bizim müxaliflərimiz (öz istədikləri kimi) onlarin fəzilətləri haqqında rəvayətlər nəql
etmişlər ki, bizim fikrimizcə inandırıcı deyildir. Buna görə də onların bizim göstərdiklərimizə
olan etirazı qeyri-reallıqdan və boşboğazlıqdan başqa bir şey deyildir. Biz onları heç bir
vəchlə (müxalifimiz tərəfindən çox mötəbər olsalar da belə) mötəbər hesab edə bilmərik.
Məgər görmürsünüzmü ki, biz də öz rəvayətlərimizi etiraz kimi mübahisə meydanına
çıxarmırıq? Müxalifimizin dediklərindən başqa heç nəyi sübut gətirmirik? (“qədir” və başqa
hədislər kimi).
Bütün bunlardan başqa, müxalifimizin ayrıca söylədikləri rəvayətləri və bəyan etdikləri
fəzilətləri götür-qoy etdik, onlarda nə zikr olunmuş rəvayətlərin əksini gördük, nə də onların
əleyhinə olan dəlil. Elə buna görə də üç xəlifənin xilafətinin isbatı üçün heç kəs onlardan dəlil
gətirməmişdir. Vəssalam.
“Ş”
154
ƏLLİ ÜÇÜNCÜ MƏKTUB
16 Məhərrəm 1330
“Qədir” hədisinin tələbi.
Təkrar olaraq “qədir” hədisinə işarə edirsiniz. Onu sünnilərin hədislərindən bizə oxuyun ki,
o haqda dərindən axtarış aparaq və fikirləşək. Vəssalam.
“S”
Dostları ilə paylaş: |