Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə58/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   54   55   56   57   58   59   60   61   ...   118

 
143 
8. Peyğəmbər (s) buyurdu: “Ey Ənsar əhli, istəyirsinizmi sizə elə bir şəxsi göstərəm ki, ona 
arxalanıb, heç vaxt yolunuzu azmayasınız? O, Əlidir. Məni sevdiyiniz qədər onu sevin, mənə 
etdiyiniz  hörmət  qədər  ona  ikram  və  hörmət  edin.  (Çünki)  sizə  dediklərimi  Cəbrail  Allah 
tərəfindən mənə əmr edib.”
1
 
9. Peyğəmbər (s) buyurdu:  
«
 حمْلا  حدارحا  ْنحمحف اُبِّاب  ٌّيلحع  حو  مملمعْلا ُةحنيدم احنحا
 حبابْلا  متْئحيْلحـف حةحنيد
»
  “Mən  elmin  şəhəri,  Əli  isə  o  şəhərin 
qapısıdır. Elm istəyən onun qapısından keçməlidir.”
2
 
10.  Peyğəmbər  (s)  buyurdu: 
«
اُبِّاب  ٌيلحع  حو مةحمْكمْلْا  ُراد احنحا
»
  “Mən  hikmət  eviyəm  və  Əli  onun 
qapısıdır.”
3
 
11. Peyğəmbər (s) buyurdu: “Əli mənim elmimin qapısı və mənim məmur olduğum hər bir 
şeyi (özümdən sonra) ümmətimə bəyan edəndir. Onu sevmək iman, sevməmək isə nifaqdır.”
4
 
12. Peyğəmbər (s) Əliyə buyurdu: “Sən, məndən sonra ümmətimə ixtilaflı olan hər bir şeyi 
bəyan edəcəksən.” 
Hakim  “Müstədrək”in  3-cü  cildinin  122-ci  səhifəsində  onu  Ənəsdən  nəql  etmiş,
5
  sonra 
demişdir:  “Bu,  Müslim  və  Buxarinin  nəzərincə  qəbul  olunduğundan  doğru  hədisdir.  Amma 
onu nəql etməmişlər.”  
Mən deyirəm: Bu və bu kimi başqa hədislər haqqında fikirləşən şəxs başa düşər ki, Əlinin 
Peyğəmbərə  (s)  olan  nisbəti,  Peyğəmbərin  (s)  Allaha  olan  nisbəti  (Quranı  bəyan  etməkdə) 
kimidir.  Çünki,  Allah  Peyğəmbərinə  buyurur:  “Biz,  (bu  Quranı)  məgər  ona  görə  sizə  nazil 
etmədik ki, onlara (ixtilafda olduqları şeyləri) bəyan edəsiniz? Bu Quran, iman sahibləri üçün 
hidayət  və  rəhmətdir.”
6
  Allahın  rəsulu  (s)  da  Əliyə  (ə)  deyir:  “Sən  məndən  sonra  mənim 
ümmətimə ixtilaflarda olduqları şeyləri bəyan edəcəksən.” 
                                                 
1
  Təbərani  onu  “Kəbir”də  nəql  etmiş  və  bu,  “Kənzül-Ümmal”ın  6-cı  cildinin  157-ci  səhifəsindəki  2625-ci 
hədis və İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi”nin 2-ci cildi, 450-ci səhifəsindəki 10-cu xəbərdir. Gör, 
hidayəti necə də Əliyə arxalanma ilə şərtləndirir ki, hər bir insanın yolunu azması ona arxalanmamaqdır. Bil 
ki,  onu  (Peyğəmbəri)  sevdikləri  və  onu  qiymətləndirdikləri  qədər  gərək  Əlini  də  sevsinlər,  onu 
qiymətləndirsinlər.  Bu  məgər  ondan  (Peyğəmbər  (s))  sonra,  onun  (Əli  (ə))  vəliəhd  və  sahibi-əmr  olması 
deyilmi? “Cəbrayıl mənə bu əmri Allah tərəfindən əmr etmiş” – cümləsi üzərində düşünsəniz, həqiqət sizə 
məlum olar. 
2
 Təbərani “Kəbir”də İbn Abbasdan nəql etmişdir. Necə ki, Süyuti “Cameüs-Səğir”in 107-ci səhifəsində və 
Hakim onu özünün “Səhih”inin 3-cü cildinin 226-cı səhifəsində “Əlinin Mənaqibi”ndə və “Müstədrək”də iki 
düzgün təriqlə vermişdir. Onlardan biri İbn Abbasdan iki düzgün təriqlə, digəri Cabir ibn Abdullah Ənsari 
təriqiylə və qəti dəlil olaraq göstərmişdir. Qahirə sakini imam Əhməd ibn Məhəmməd ibn Siddiq Məğribi bu 
hədisin təshihinə bir kitab yazmış və onun adını 
«
ةنيدم باب ةحصب يلعلا كللما حتف   يلع ملعلا
»
 qoymuşdur. Bu kitab 
1354-cü  ildə  Misirin  “İslamiyyə”  çapxanasında  nəşr  olunmuşdur.  Buna  əsasən,  bəhs  edənlərin  ondan 
xəbərdar olmaları lazımdır. Çünki ondan bir çox faydalar ələ gəlir ki, şəhər və kəndlərdə xalqın dilində geniş 
yayılmış  və  bir  zərbül-məsəl  kimi  olan  bu  hədisin  haqqında  nasibilərin  sözünə  bundan  sonra  məhəl 
qoyulmayacaqdır. Biz onların bu hədisə olan iradına nəzər yetirdik, onu tam boş bir söz hesab etdik. Çünki 
ona dəlil göstərməmiş və bu isə utanmaz təəssübkeşlikdən başqa bir şey deyildir. Necə ki, Hafiz Səlahəddin 
Əlai onu bəyan etmiş, nasibilərin sözünün yalan olması haqda Zəhəbi və başqalarının nəzərlərini nəql etmiş 
və demişdir: “Onlar bu hədisə saxta sözünü deməkdən başqa bir dəlil göstərməmişlər. 
3
 Tirmizi (“Səhih”də) və İbn Cərir onu nəql etmişlər. Müttəqi Hindi “Kənzül-Ümmal”ın 6-cı cildinin 401-ci 
səhifəsində  bir  məlumat  vermiş  və  demişdir:  “İbn  Cərir  deyir:  Bu  xəbərin  sənədi  mənim  fikrimcə 
düzgündür...”  Cəlaləddin  Süyuti  “Cameül-Cəvame”  və  “Cameüs-Səğir”  kitabının  həmzə  hərfində  bunu 
Tirmizidən nəql etmişdir. “Cameüs-Səğir” kitabının 1-ci cildinin 170-ci səhifəsinə bax.  
4
 Deyləmi Əbuzərdən (“Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsində verdiyi kimi) nəql etmişdir. 
5
 Deyləmi onu Ənəsdən (həmin mənbədə olduğu kimi) nəql etmişdir. 
6
 “Nəhl” surəsi, 64-cü ayə. 


 
144 
13. İbn Səmmak Peyğəmbərin (s) sözünü Əbu Bəkrdən “mərfu” şəkildə nəql etmişdir: 
«
 ٌّيملحع
 ّبيحر ْنمم يـتحلمزْنحمبِ  ّنيمم
»
 “Əli (ə) ilə mənim nisbətim, mənim Allahla olan nisbətim kimidir”
 1
 
14.  Darü-Qütni  “Əl-ifrad”  kitabında  İbn  Abbasdan  Allahın  rəsulunun  (s)  sözünü  məfru 
şəkildə  nəql  etmişdir:  “Əli  ibn  Əbu  Talib  “Hittə  qapısı”dır,  bu  qapıdan  girən  mömin,  çıxan 
kafirdir.”
2
 
15. Peyğəmbər (s) Ərəfatda “həccətül-vida”da buyurdu: “Əli məndəndir və mən Əlidənəm. 
Mən və Əlidən başqa heç kəs (Allahın əmrini) çatdırmır.”
3
 
Bu söz həm güclü, həm ərşin sahibinin yanında xüsusi mövqeyi olan kərim bir rəsulundur 
ki, onun (sözünün) yerinə yetirilməsi vacib və (onun özü isə) etibarlıdır. Sizin peyğəmbəriniz 
məcnun  deyildir.  O,  həva-həvəs  üzündən  söz  danışmır.  Dediyi  yalnız  ona  vəhy  olunmuş 
göstərişdir.  Buna  görə  hara  gedir  və  bu  səhih  xəbərlər  haqqında  nə  deyirsiniz?  Bu  səhih 
“nüsus” (“nəss”lər, rəvayətlər) haqqında nə sözünüz var? Siz bu əhd və vəzifə (hansı ki, onun 
təbliği  Əliyə  həvalə  edilmişdir)  ətrafında  bir  qədər  fikirləşsəniz  və  onun  hamının  qarşısında 
“həccətül-kəbir”də elan olunmasının hikmətinə yaxşı diqqət etsəniz, həqiqət ən aydın şəkildə 
sizə aşkar olar. 
Əgər  onun  sözlərinə  nəzər  yetirsən,  necə  qısa  və  yığcam,  amma  mənaca  necə  dərin  və 
aydın  olandan  sonra,  onu  çox  böyük  hesab  edərsən.  Çünki  o,  bütün  mətləbləri  cəmləmiş, 
xüsusi  bir  peymanəyə  tökmüş,  hərtərəfli  nəzərdən  keçirmiş,  dərindən  tədqiq  etmiş,  sonra 
görmüşdür ki, onun ləyaqətlə əda olunması Əlidən başqa heç kəs üçün heç cür mümkün deyil 
və buna heç bir şübhə yoxdur. Belə ki, vəsidən başqa Peyğəmbərin bu vəzifəsini heç bir kəs 
yerinə yetirməyi bacarmaz, xəlifə və vəlisindən başqa heç kəs onun yerində otura bilməz. 
Həmd  və  sitayiş  yalnız  Allaha  məxsusdur  ki,  bizi  hidayət  edir.  Əgər  Allah  bizi  hidayət 
etməsəydi, heç vaxt hidayət olmazdıq. 
16.  Allahın  rəsulu(s)  buyurub:  “Mənə  kim  itaət  etsə,  Allaha  itaət  edər.  Mənə  qarşı  üsyan 
edən  Allaha  qarşı  üsyan  və  itaətsizlik  etmişdir.  Əliyə  itaət  edən  mənə  itaət  etmiş  və  ona 
itaətsizlik  edən  mənə  itaətsizlik  etmişdir.  Hakim  “Müstədrək”in  3-cü  cildinin  121-ci 
səhifəsində  onu  nəql  etmiş  və  Zəhəbi  “Təlxis”in  həmin  səhifəsində  onu  vermiş  və 
aydınlaşdırmışdır  ki,  xəbərin  qəbulu  şərtinə  əsasən,  Buxari  və  Müslimin  fikrincə  bu  hədis 
düzgündür. 
                                                 
1
  İbn  Həcər bunu  “Səvaiq”in  11-ci  babında  verdiyi  ayələrin  14-cü  ayəsinin  məqsədlərindən  5-ci  məqsəddə 
nəql etmişdir. Onun 106-cı səhifəsinə baxın. 
2
 “Kənzül-Ümmal”ın 6-cı cildinin 153-cü səhifəsindəki 2528-ci hədisdir. 
3
  İbn  Macə  özünün  “Sünən”ində  “fəzaili-səhabə”  babının  92-ci  səhifəsində  və  Tirmizi  və  Nisai  öz 
“Səhih”lərində onu nəql etmişlər və bu, “Kənzül-Ümmal”ın 3-cü cildinin 153-cü səhifəsindəki həmin 2531-
ci hədisdir. İmam Əhməd onu Həbəşi ibn Cənadədən “Müsnəd”inin 4-cü cildinin 164-cü səhifəsində hamısı 
düzgün olan çoxlu təriqlərlə nəql etmişdir. Bunu da bilməyimiz kifayətdir ki, o Yəhya ibn Adəm, İsrail ibn 
Yunisdən,  babası  Əbu  İshaq  Səbiidən  və  Səbii  Həbəşidən  onu  nəql  etmişdir  və  bunların  hamısı  Buxari  və 
Müslimin fikrincə doğru və öz “Səhih”ində onları təsdiq etmişlər. “Müsnəd”ə bu hədislə bağlı müraciət edən 
şəxs  xəbərdar  olar  ki,  bu  hədis  “həccətül-vida”da  verilmişdir,  belə  ki,  ondan  bir  az  sonra  Peyğəmbər  (s) 
bundan əvvəl “Bəraət” (Tövbə) surəsinin ayələrindən Əbu Bəkrə vermişdir ki, Məkkə əhlinə oxusun. Sonra 
Əhmədin  “Müsnəd”inin  1-ci  cildinin  151-ci  səhifəsində  göstərdiyi  kimi,  Əlini  çağırdı  və  ona  buyurdu  ki, 
Əbu Bəkrə çat və onu harada tapsan, məktubu ondan al, özün Məkkəyə get və onlara oxu. Əli, Cöhfədə ona 
çatdı  və  məktubu  ondan  aldı.  (Əhməd  deyir:)  Əbu  Bəkr  Peyğəmbərin  yanına  qayıtdı  və  ərz  etdi:  Mənim 
barəmdə bir şeymi nazil olub? Buyurdu: Yox. Cəbrail nazil olub dedi ki, bu vəzifəni ya özün və ya özündən 
olan bir şəxs yerinə yetirməlidir.” Əhmədin “Müsnəd”in 1-ci cildinin 150-ci səhifəsindəki başqa bir hədisdə 
nəql  etdiyi  isə  belədir:  “Peyğəmbər  onu  “Bəraət”  surəsini  oxumağa  göndərəndə  buyurdu:  Ya  mən,  ya  sən 
onu  aparıb  Məkkə  əhlinə  oxumalısan.  Əli  ərz  etdi:  Əgər  belədirsə,  mən  gedərəm.  Peyğəmbər  (s)  buyurdu: 
Get, Allah dilinə qüvvət verər, ürəyinə hidayət.” 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə