138
və əhəmiyyəti olmaz.
1
Çünki ümum müsəlmanların “dəlil”i “siyaq”dan (məfhum) üstün
tutmaqda fikirləri eynidir. Buna görə də siyaq ilə “dəlil” arasında ixtilaf meydana çıxanda,
onlar zahirini nəzərə almır və dəlilin hökmünə tabe olurlar. Buna görə də ayənin o tərzdə nazil
olmasına inam yoxdur, çünki ümmətin ümumi fikrinə görə, Quranın mətnləri onların ilə uyğun
gəlmir (Quranda çoxlu ayələr vardır ki, onun siyaqı ilə uyğun gəlmir). O cümlədən “təthir”
ayəsi “Nisa” (qadınlar) surəsində onlara aid olan ayələrin siyaqında gəlmişdir. Lakin onun beş
nəfər “Kəsa” (örtük) əhlinə aid olması haqqında doğru və mötəbər nəssi vardır. Xülasə, ayənin
siyaqa müxalif olması onun ecazkarlığına və bəlağətinə zərər gətirmir. Kəskin və qəti bir dəlil
olan təqdirdə siyaqın əleyhinə getməyin eybi yoxdur.
“Ş”
1
Nəssin əleyhinə getdikdə, zahirin nə qiyməti ola bilər?
139
QIRX BEŞİNCİ MƏKTUB
6 Məhərrəm 1330
Keçmişdəkilərin əməllərinin doğru olmasına inam üçün təfsir məcburiyyətində.
1. Əgər “raşidin” xəlifələrinin (yəni əvvəlki dörd xəlifə) xilafətinin doğruluğu qəti
olmasaydı, sizin fikir və əqidənizi qəbul etməkdən, bu ayəni və onun kimiləri sizin
hökmünüzə əsasən başa düşməkdən savayı yolumuz yox idi. Amma onların xilafətinə şübhə
üçün heç bir əsas yoxdur. Buna görə də onların və onlara beyət edənlərin işlərinin
doğruluğuna qail olmaq (inanmaq, demək) üçün çarəsizlikdən “təvil”ə pənah aparmaq
lazımdır.
“S”
140
QIRX ALTINCI MƏKTUB
6 Məhərrəm 1330
1. Keçmişdəkilərin əməllərinin doğru olmasına inam üçün “təvil” lazım deyildir.
2. “Təvil” mümkün deyildir.
Üç xəlifənin xilafətilə bağlı burada bəhsimizi əsaslı müzakirə edə bilərik və buna görə də
ondan bir dəlil kimi istifadə etmək olmaz. Ətrafında bəhs olunan bir mövzunu dəlil kimi başqa
dəlillərin qarşısında gətirmək düz deyil, çünki elə onun özünün doğru olub-olmaması dəlillə
sübuta yetməlidir.
1. Bundan əlavə, onların və onlara beyət edənlərin işini yozmaq üçün elə də deyil ki,
mütləq dəlillərdə təvil aparılsın, necə ki, ittiham üçün əlinizdə başqa imkan vardır. Əgər bu
barədə danışmaq lazım gələrsə, onu aydınlaşdıracağıq.
2. O ki qaldı (“qədir nəssi” və “vəsiyyət nəssləri” kimi) yazdığım və yazmadıqlarımı təvil
və yozmağa ki, qeyri-mümkündür. Xüsusilə, bu “nəss”lər özləri ayrı-ayrılıqda mötəbər sayılan
neçə sənəd və təriqlə təsdiq olunurlar. Bunlara insaf gözü ilə baxanlar, həqiqət üçün kəskin və
aydın dəlil olduğunu görərlər. Vəssalam.
“Ş”
141
QIRX YEDDİNCİ MƏKTUB
7 Məhərrəm 1330
Təsdiqedici “nəss”lərin tələbi.
Ey kaş, bizi o təsdiqedici “nəss”lərdən agah edəydin, nə üçün onları qeyd etməmisən?
Vəssalam.
“S”
142
QIRX SƏKKİZİNCİ MƏKTUB
8 Məhərrəm 1330
1. Sübut üçün qırx hədis.
Sübut üçün sizə qırx hədis kifayət edər:
1. Peyğəmbər (s) əlini Əlinin (ə) çiyninə qoyub uca səslə dedi:
«
ُهحلحذحخ ْنحم ٌلوُذْمُ ُهحرحصحن ُنحم ٌروُصْنحم مةحرحجحفْلا ُلمتاق مةحرححبَْلا ُمامما اذه
»
“Bu yaxşıların imamı, pislərin və yolunu
azmışların qatilidir. Elə bir şəxsdir ki, ona kömək edən qalib, alçaltmaq istəyən isə
alçaldılacaqdır.”
Bu hədisi Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində Cabirdən nəql etmiş
1
və
sonra demişdir: “Bu hədisin sənədi doğrudur. Amma Buxari və Müslim onu nəql etməmişdir.”
2. Peyğəmbər buyurdu: “Əli haqqında üç şey vəhy olmuşdur:
«
حينلَّجححُمْلا ِّرـُغْلا ُدمئاق حو حينقَّتُمْلا ُماما حو حينممملْسُمْلا ُدّيحس ُهَّنما
»
“O müsəlmanların ağası, təqvalıların imamı,
alnı açıqların və nurluların yolgöstərəni və rəhbəridir.” Hakim “Müstədrək”in
2
3-cü cüzünün
138-ci səhifəsinin əvvəlində bu haqda yazmış və demişdir: “Bu hədisin sənədləri düzgündür,
amma Buxari və Müslim o haqda yazmamışlar.”
3. Peyğəmbər (s) buyurdu: “Mənə vəhy gəlmişdir ki, Əli müsəlmanların seyyidi,
təqvalıların vəlisi, alnı açıqların və nurluların rəhbəridir.” İbn Nəccar və başqa “sünən”
yazanlar onu nəql etmişlər.
4. Peyğəmbər (s) Əliyə buyurur:
«
حينقَّتُمْلا مماما حو حينمملسُمْلا مدِّيحسحب ًابححْرحم
»
“Müsəlmanların seyyidinə,
mənim və təqvalıların imamına mərhəba.” Əbu Nəim “Hilyətül-Övliya”da
3
onu nəql etmişdir.
5. Peyğəmbər (s) buyurdu: “Bu qapıdan daxil olan ilk şəxs pəhrizkarların imamı,
müsəlmanların seyyidi, dinin başçısı, xatəmül-vəsiyyin, nurlu üzlülərin rəhbəridir. Əli daxil
oldu.Onun haqqında müjdə verən Peyğəmbər (s) ayağa durdu, onu qucaqladı, alnının tərini
sildi və buyurdu: Sən mənim borcumu əda edən, mənim səsimi insanlara çatdıran, ixtilaflarını
bəyan edənsən.”
4
6. Peyğəmbər (s) buyurdu: “Allah mənə belə tövsiyə etdi ki, Əli hidayət bayrağı,
dostlarımın imamı, mənə itaət edənlərin nurudur. O elə bir “sözdür” ki, təqvalılar ona əməl
etməlidir.”
5
Mülahizə edirsinizmi? Bu altı hədis onun imaməti və ona itaətin vacibliyi
haqqındadır. Ona (ə) salam olsun.
7. Peyğəmbər (s) əli ilə Əlini göstərərək buyurdu: “Bu mənə iman gətirmiş ilk şəxsdir və
birinci adamdır ki, qiyamətdə mənimlə görüşəcəkdir. Bu, böyük vəfadar və ümmətin
faruqudur – haqqı batildən ayırır və möminlərin başçısıdır.”
6
1
Bu “Kənzül-Ümmal”ın 6-cı cildinin 153-cü səhifəsindəki 2527-ci hədisdir və Sələbi onu Əbuzərdən öz
“Təfsiri-Kəbir”ində və “vilayət” ayəsinin təfsirində nəql etmişdir.
2
Barudi, İbn Qane, Əbu Nəim, Bəzzar onu nəql etmişlər ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci
səhifəsindəki 2628-ci hədisdir.
3
Bu həmin 11-ci xəbərdir ki, İbn Əbil-Hədid “Nəhcül-bəlağənin şərhi”nin 2-ci cildinin 40-cı səhifəsində
vermiş və “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci səhifəsindəki 2627-ci hədisdir.
4
Əbu Nəim “Hilyətül-Övliya” kitabında onu Ənəsdən nəql etmiş və İbn Əbil-Hədid “Nəhcül-bəlağənin
şərhi”nin 2-ci cildinin 450-ci səhifəsində müfəssəl şəkildə vermişdir. O səhifənin 9-cu xəbərinə müraciət et.
5
Əbu Nəim “Hilyətül-Övliya”da Əbu Bərzə Əsləmi və Ənəsdən nəql etmiş, İbn Əbil-Hədid “Nəhcül-
bəlağənin şərhi”nin 2-ci cildinin 449-cu səhifəsində onu vermişdir. Həmin səhifənin 3-cü xəbərinə bax.
6
Təbərani onu “Kəbir”də Salman və Əbuzərdən nəql edib və Beyhəqi “Sünən”də və İbn Ədiy “Kamil”də
Hüzeyfədən vermişdir ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsindəki 2607-ci hədisdir.
Dostları ilə paylaş: |