148
Pərvərdigarım Allahdır – deyən şəxsimi öldürürsünüz? Və Əli ibn Əbu Talib ki, onların
hamısından üstün və biliklidir.”
1
38. Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Məndən sonra, ümmətim tezliklə səninlə düşmən
olacaq və sən mənim ayinimlə yaşayacaqsan. Mənim qanunuma görə öldürüləcəksən. Səni
sevən məni sevmiş, səninlə düşmənlik edən, mənimlə düşmənlik etmişdir. Tezliklə saqqalın
başının qanına bulaşacaqdır.” Və Əli (ə) eyni buna oxşarını Peyğəmbərdən nəql etmişdir:
“Ondan (s) sonra ümmət mənimlə düşmən olacaq.”
2
İbn Abbas deyir ki, Peyğəmbər (s) Əliyə buyurdu: “Tezliklə məndən sonra, məşəqqət və
narahatlığa düçar olacaqsan. Ərz etdi: O vaxt dinim salamat olacaqmı? Buyurdu: Bəli, dinin
salamat olacaqdır.”
39. Peyğəmbər (s) bir gün səhabələrinin toplanışında buyurdu: “Sizin aranızda Quran
təvilinə əsasən vuruşan var, necə ki, mən onun tənziminə əsasən vuruşdum.” Camaat
çiyinlərini çəkdi. Əbu Bəkr və Ömər də orada idilər. Əbu Bəkr dedi: O şəxs mənəm?
Buyurdu: “Yox.” Ömər soruşdu: Mənəm? Buyurdu: “Yox, o şəxsdir ki, çəkmə yamayır (yəni
Əli və bu zaman o, bir çəkmə yamayırdı).”
Əbu Səid Xidri deyir: “Əlinin yanına gəldim və ona bu şad xəbəri verdim, heç başını da
qaldırmadı.
Elə bil ki, onu dəfələrlə Allahın rəsulundan (s) eşitmişdi.”
3
Ömərin xilafəti zamanı Əbu Əyyub Ənsarinin hədisi
4
də bunun kimidir və deyir: “Allahın
rəsulu (s) Əliyə (ə) “nakisinlər” (əhdləri sındıranlar), “qasitinlər” (zalımlar) və “mariqinlər”lə
(yoldan çıxanlar) mübarizə edib onları öldürmək fərmanını (əmrini) verdi.”
Əmmar Yasir bir hədisdə deyir ki, Peyğəmbər (s) buyurdu:
«
حتْنحا حو ُةحيمغابْلا ُةحئمفْلا حكـُلمتاقُتـحس ُّيلحع اي
ّنيمم حسْيحلـحف ٍذمئحمْوحـي حكْرُصْنحـي ْحلَ ْنحمحف ِّقحْلْا يحلحع
»
“Ey Əli, tezliklə üsyançılar dəstəsi səninlə mübarizə
aparacaqlar. Amma sən düz yoldasan. Sənə kömək etməyən məndən deyil.”
5
Həmçinin
Əbuzər bir hədisdə deyir: Peyğəmbər buyurdu: “And olsun o kəsə ki, mənim canım onun
əlindədir, sizin aranızda bir kişi var ki, məndən sonra Quranın təvilinə əsasən vuruşacaq, necə
ki, mən müşriklərlə onun tənzilə əsasən vuruşdum.”
6
Həmçinin, Məhəmməd ibn Übeydullah bir hədisi ibn Əbu Rafedən, o da atasından, o da
cəddi Əbu Rafedən xəbər vermişdir ki, Peyğəmbər (s) buyurdu: “Məndən sonra, bir qrup Əli
ilə vuruşacaq. Onlarla cihad etmək ilahi bir vəzifədir. Cihad etmək qüdrətinə malik olmayan
kəs dili ilə, bundan da aciz olan qəlbi ilə onlarla cihad etməlidir.”
7
1
Əbu Nəim və İbn Əsakir Əbu Yəladan “mərfu” şəklində nəql etmiş və İbn Nəccar da İbn Abbasdan mərfu
şəkildə vermişdir. İbn Həcərin “Səvaiq”inin 9-cu babının 2-ci fəslində, 74-cü səhifənin axırında və onun
sonunda vermişdir.
2
Bu hədisləri Hakim “Müstədrək”in 3-cü cildinin 140 və 147-ci səhifəsində vermiş, onları düzgün bilmiş və
Zəhəbi “Təlxis”də Buxari və Müslimin şərtinə əsasən, onun doğruluğunu etiraf etmişdir.
3
Hakim “Müstədrək”in 3-cü cildinin 122-ci səhifəsində onu vermiş və demişdir: Bu hədis “Şeyxeyn”in
(Buxari və Müslim) şərtinə əsasən düzdür.” Amma o ikisi bunu nəql etməmişlər. Zəhəbi də Şeyxeynin
şərtinə əsasən, onu düzgün bilmiş, bunu “Təlxis”də hədisin nəqlindən sonra demişdir. İmam Əhməd Hənbəl
bu hədisi Əbu Səid Xidridən “Müsnəd”in 3-cü cildinin 33 və 82-ci səhifələrində nəql etmiş, Beyhəqi
“Şöəbül-İman”da, Səd ibn Mənsur özünün “Sünən”ində, Əbu Nəim Hilyədə və Əbu Yəla “Sünən”də onu
vermiş ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsindəki həmin 2585-ci hədisidir.
4
Hakim 139-cu səhifədə onu iki təriqlə nəql etmiş və həmçinin sonrakı hədis “Müstədrək”in 3-cü cildində
gəlmişdir.
5
İbn Əsakir nəql etdiyi kimi, o hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsindədir.
6
“Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsində olduğu kimi Deyləmi onu vermişdir.
7
“Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsində olduğu kimi, Təbərani onu “Kəbir” kitabında
vermişdir.