155
ƏLLİ DÖRDÜNCÜ MƏKTUB
18 Məhərrəm 1330
“Qədir” hədisinin bir hissəsinə işarə.
Təbərani və başqaları düzgünlüyünə inandıqları
1
sənədlə Zeyd ibn Ərqəmdən nəql etmişlər
ki, Peyğəmbər (s) Qədir-xumda, ağacların altında xütbə oxuyub, buyurdu: “Ey insanlar, az
qalmışdır Allahın yanına dəvət olunum və bu dəvətə müsbət cavab verim.
2
Mən məsulam və
sual haqqında qərar qəbul edəcəyəm.
3
Siz də məsulsunuz və dindiriləcəksiniz.
4
Orada nə
deyəcəksiniz? Dedilər: Şahidlik edəcəyik ki, risaləti təbliğ etdiniz, cihad etdiniz, nəsihət
etdiniz, Allah sizə yaxşı mükafat versin. Peyğəmbər (s) buyurdu: Məgər sizin şəhadətiniz bu
deyilmi ki,
«
هُلوُسحر حو ُهُدْبحع ًادّمُمُ َّنما حو ُللها ّلاما حهلا م لا
»
və belə deyilmi ki, behişt və cəhənnəm, ölüm və
ölümdən sonra həyat haqqdır? Qiyamət, şübhəsiz olacaqdır və Allah ölənləri qəbirdə
dirildəcəkdir? Dedilər: Bəli, ona şahidlik edəcəyik.
5
Bu zaman Peyğəmbər (s) ərz etdi: Ey
Allah, şahid ol. Sonra buyurdu: Ey insanlar, Allah mənim mövlamdır və mən də möminlərin
mövlasıyam və mən onların özündən onlara yaxınam.
6
«
ُهاداع ْنحم مداع حو ُهلااو ْنحم ملاو َّمُهللحا ًاّيملحع يـنْعحـي ُهلاْوحم اذهحف ُهلاْوحم ُتْنُك ْنحمحف
»
Mən hər kəsin mövlasıyamsa,
bu (Əli) onun mövlasıdır. Ey Pərvərdigar,
onu sevəni sev, ona düşmən olana düşmən ol! Sonra
buyurdu: Ey camaat, mən sizdən əvvəl gedirəm və siz Kövsər hovuzunun kənarında mənim
yanıma daxil olacaqsınız. Onun uzunluğu Busra (Şam şəhərlərindən biri) ilə Səna arasındakı
fasilədən çoxdur. Bu hovuzun kənarında ulduzların sayı qədər gümüş qablar mövcuddur.
1
Sünnilərin tanınmış şəxsiyyətlərindən bir qrupu onun düzgünlüyünü təsdiq etmişlər. Hətta, İbn Həcər
“Səvaiq” kitabının 1-ci babının 5-ci fəslinin 25-ci səhifəsində Təbərani və başqalarından nəql etdiyi
şübhələrdən 11-ci şübhədə onun doğruluğunu etiraf etmişdir.
2
Özünün rehlət (vəfat) xəbərini verdi ki, Allahın əhdini təbliğ etmək vaxtı çatmışdır, özündən sonra xəlifə
təyin etməlidir və onu təxirə sala bilməz. Çünki ola bilər ki, ümmətin ehtiyacı olan bu işin bünövrəsini
möhkəmləndirmədən əvvəl bu dəvət yerinə yetirilə (o həzrət vəfat edə).
3
Qardaşının xəlifəliyə elanı ilə irəli keçmək istəyənlərə, həsəd aparanlara, kinlilərə və nifaq əhlinə ağır
olduğunu bilərək, Peyğəmbər (s) istədi onu bu şəkildə (bir-başa elan etmədən) təbliğ etsin ki, onların
qəlblərini yavaş-yavaş yumşaltsın, onların pis sözləri və bəd əməllərini azaltsın. Bu şəkildə onlara dedi:
“Mən məsulam”. Halbuki bildirdi özü yalnız məmurdur, onlardan sorğu-sual olunacaq. Bunu Vahidi
“Əsbabun-Nüzul” kitabında vermiş və demişdir: Bu ayə –
حكِّبَّر نمم حكْيحلمإ حلمزنُأ احم ْغِّلحـب ُلوُسَّرلا احهُّـيحأ احي
Qədir-xum günü
və Əli ibn Əbu Talib haqqında nazil olmuşdur.
4
Ola bilsin, o həzrətin “Siz də məsulsunuz və dindiriləcəksiniz”-dən məqsədi Deyləmi və başqalarının nəql
etdikləri mətləbə işarədir. Belə ki, “Səvaiq” və başqa kitablarda vardır ki, İbn Səid deyir: “Peyğəmbər (s)
buyurdu ki, bu ayənin
ْسَّم مُهَّـنمإ ْمُهوُفمقحو
حنوُلوُئ
(Onları məhşər günü dayandırın ki, dindirilməlidirlər) – təfsiri
budur: Onları dayandıran ki, Əlinin vilayəti haqqında dindiriləcəklər.” İmam Vahidi də demişdir: “Onlar
Əlinin vilayəti və Əhli-beyt haqqında dindiriləcəklər. Buna görə Peyğəmbərin (
نولؤسم مكنا
) “siz
məsulsunuz”-dan məqsədi vilayət və o həzrətin vəsiyyəti ilə müxalif olanların təhdidi olmuşdur.”
5
Bu xütbə haqqında fikirləş. Hər kəs dərindən düşünsə anlayar ki, məqsəd şiənin dediyi kimi, Əlinin
vilayətinin üsuli-dindən olmasını çatdırmaqdır. Çünki o həzrət soruşmuşdu: Məgər siz şəhadət vermirsinizmi
ki, Allahdan başqa bir məbud yoxdur və Məhəmməd (s) onun qulu və rəsuludur? Sonra sözünə davam
edərək istəmişdir ki, qiyamət və ölülərin dirilməsinə mötəqid olduqlarını etiraf etsinlər və nəhayət, vilayət
məsələsini qarşıya qoymaqla elan etmişdir ki, bu da eynilə yuxarıda iqrar etdiklərinizlə bir səviyyədədir. Bu
isə nitq üslubu və deyiliş tərzindən tanış olanlar üçün çox aydın məsələdir.
6
Məqsəd budur ki, Allah mənim barəmdə ölçü götürməyə məndən daha layiqdir, mən möminlər barədə ölçü
götürməyə onların özlərindən daha layiqəm və mən möminlərə qarşı necəyəmsə, Əli (ə) də onlara o cürdür.