145
17. Peyğəmbər (s) buyurub: “Ey Əli, məndən ayrılan kəs Allahdan ayrılmış və səndən
uzaqlaşan kəs məndən uzaqlaşmışdır.” Hakim onu özünün “Səhih”inin 3-cü cildinin 124-cü
səhifəsində nəql etmiş və demişdir: “Onun sənədləri düzgündür.” Amma Buxari və Müslim
onu nəql etməmişlər.
18. Ümmü-Sələmənin hədisində Allahın rəsulu (s) buyurmuşdur: “Əlini təhqir edən və onu
söyən məni təhqir etmişdir.” Hakim “Müstədrək”in 3-cü cildinin 121-ci səhifəsinin əvvəlində
onu nəql etmiş, Buxari və Müslimin şərtinə əsasən, rəvayətin qəbulunu düzgün saymışdır.
Zəhəbi də “Təlxisdə” onu zikr etmiş, onun düzgünlüyünü bəyan etmişdir. Əhməd də
“Müsnəd”in 6-cı cildinin 323-cü səhifəsində Ümmü-Sələmədən, Nisai “Xəsaisül-
Ələviyyə”nin 17-ci səhifəsində və bir qrup məxəzşünaslar onu zikr etmişlər. Peyğəmbər (s)
demişdir ( Əmr ibn Şaşın
1
hədisinə əsasən): “ Əliyə əziyyət edən, mənə əziyyət etmişdir.”
Hakim onu zikr etmiş, Buxari və Müslimin şərtinə əsasən, düzgün bilmişdir. O, bu hədisi
“Müstədrək”in 3-cü cildinin 130-cu səhifəsində vermişdir. Zəhəbi də “Təlxisi-Müstədrək”də
onu zikr etmiş, onların şərtinə əsasən düzgün saymışdır. Əlinin (ə) sözü belədir: “Toxumu
yarana və insanın ruhunu yaradana and olsun ki, bu “ümmi” (yazıb-oxumaq bilməyən)
Peyğəmbərdən (s) olan əhd və peymandır ki, mömindən başqası məni sevməz, münafiqdən
başqası mənə düşmən çıxmaz.”
2
20. Peyğəmbər (s) Əliyə buyurub:
«
حا ُّيملحع اي
ُبيبحح يـبيبححو يـبيبحح حكُبيبحح مةحرمخلآا مفي ٌدّيحس ايْنُّدلا مفي ٌدّيحس حتْن
يدْعحـب حكحضحغْـبحا ْنحممل ُلْيحوْلا حو للها ّوُدحع يّوُدحع حو يّوُدحع حكُّوُدحع حو للها
»
“Ey Əli, sən dünya və axirətdə ağasan,
sənin dostun mənim dostum və mənim dostum Allahın dostudur, sənin düşmənin mənim
düşmənim və mənim düşmənim Allahın düşmənidir. Vay o adama ki, məndən sonra səninlə
düşmənçilik edə!” Hakim “Müstədrək”in 3-cü cildinin 128-ci səhifəsinin əvvəlində onu nəql
etmiş və Buxari və Müslimin şərtinə əsasən, xəbərin qəbulunda onu düzgün bilmişdir.
3
1
Əmr ibn Şaşın hədisi 36-cı məktubun mənbəsində keçdi.
2
Müslim “Səhih”in 1-ci cildinin “imam” kitabının 46-cı səhifəsində verdiyi və İbn Əbdül-Birr onun
məzmununu Əlinin şərhi-halında (“İstiab”da) bir qrup səhabədən nəql etdiyi kimi. 36-cı məktubda
Bureydənin hədisini nəql etdik, ora baxın. Peyğəmbərin bu sözü dəfələrlə təsdiq olunmuşdur:
«
نم لاو مهللا
هاداع نم داع و هلااو
»
. “Əl-fətavəl-Hamidiyyə”nin müəllifi özünün
«
في ةرخافلا ةلاصلا ةرتاوتلما ثيداحلاا
»
kitabında onu
etiraf etdiyi kimi.
3
Onu Əbül-Əzhər, Əbdür-Rəzzaqdan, o da Müəmmərdən, o da Zöhridən, o da Übeydullah ibn Abdullah İbn
Abbasdan nəql etmişdir. Bu fərdlərin hamısı qəbul olunan höccətlərdir. Çünki Hakim bu hədisi nəql edəndən
sonra demişdir: “Buxari və Müslimin şərtinə əsasən bu hədis düzdür.” Sonra əlavə etmişdir ki, Əbül-Əzhər
alimlərin hamısından etibarlıdır. Sonra demiş: “Eşitdim, Əbu Abdullah Qüreyşi Əhməd ibn Yəhya
Həlvaidən belə eşitdiyini deyirdi: Əbül-Əzhər, Sənandan qayıdanda və bu hədisi Bağdad əhlinə danışanda
Yəhya ibn Müin onu qəbul etmədi və “belə deyildir” – dedi. Sonra məclisin sonunda soruşdu: Bu hədisi
Əbdür-Rəzzaqdan nəql edən o yalançı Nişaburi haradadır? Əbül-Əzhər ayağa qalxdı və dedi: Buradadır,
mənəm. Yəhya ibn Müin onun sözü və ayağa qalxmasına güldü və yanına çağırıb soruşdu: Əbdür-Rəzzaq bu
hədisi necə oldu ki, yalnız sənə dedi, başqasına yox? Əbül-Əzhər dedi: Ey Əbu Zəkəriyya, mən Sənana daxil
olduğum vaxt, Əbdür-Rəzzaq yox idi. Olduğu uzaq kəndə getdim, halbuki xəstə idim. Ora çatdıqda məndən
Xorasanın vəziyyətini soruşdu. Mən də ona danışdım. Ondan hədisləri qeydə aldım və birlikdə Sənana
qayıtdıq. Onunla vidalaşmaq istəyəndə dedi: Sənin mənim boynumda haqqın var, mən səndən başqa heç
kəsin eşitmədiyi bir hədisi sənə danışaram. Sonra Allaha and olsun ki, bu hədisi mənə eynilə danışdı. Yəhya
ibn Müin onu təsdiq etdi və ondan üzr istədi.”
Zəhəbi “Təlxis”də onu danışanların “vəsaqət”ini (düzgünlüyünü) ümumi, Əbül-Əzhərin vəsaqətini isə
xüsusi şəkildə aydınlaşdırmışdır. Amma bununla belə hədisin düzgünlüyünə şəkk etmiş, onun əleyhinə boş
sözlərdən başqa bir dəlil gətirməmişdir. Amma Əbdür-Rəzzaqın susması zülmkarların qorxusundan idi. Belə
ki, Səid ibn Cübeyr də Malik ibn Dünyadan Allahın rəsulunun bayraqdarı barəsində soruşanda həmin
qorxunu hiss edirdi. Malikə xüsusi baxışla nəzər yetirib dedi: Sən deyəsən, arxayın adamsan ki, belə suallar
146
21. Peyğəmbər (s) buyurub: “Ey Əli, xoş o adamın halına ki, səni sevir və sənin haqqında
doğru danışır və vay o şəxsin halına ki, sənin düşmənin ola və sənin haqqında yalan danışa!”
Hakim “Müstədrək”in 3-cü cüzünün 135-ci səhifəsində onu vermiş və sonra demişdir: Bu
hədis sənəd baxımından düzgündür. Amma Buxari və Müslim onu verməmişdir.
22. Peyğəmbər (s) buyurdu:
«
ْلحـف ّبيحر نّحدحعحو تيَّلا مدْلُْلا حةَّنحج حنُكْسحي حو يـتحتْيحم حتوُحيم حو تيايحح ييْحَ ْنحا حدارحا ْنحم
َّلحوحتحي
ةحللاحض مفي مكحلمخدُي نحل حو يحدُه نمم ْمُكحجمرُْيُ نحل هَّنماحف ٍبملاطيبحا حنْب َّيملحع
»
“Kim həyatının mənim həyatım,
ölümünün mənim ölümüm kimi olmasını və Allahın mənə vəd etdiyi əbədi behişt sakini
olmasını istəyirsə, gərək Əli ibn Əbu Talibin vilayətini qəbul etsin. Çünki, o heç vaxt sizi
doğru yoldan çıxarmaz, yolunuzu azmağa qoymaz.”
1
23. Peyğəmbər (s) buyurur: “Mənə iman gətirən və məni təsdiq edən şəxsə Əli ibn Əbu
Talibin vilayətini sifariş və tövsiyə edirəm. Beləliklə, onun vilayətini qəbul edən, mənim
vilayətimi qəbul etmiş və mənim vilayətimi qəbul edən Allahın vilayətini qəbul etmişdir. Onu
sevən məni sevmiş, məni sevən Allahı sevmişdir, ona düşmənçilik edən, kinini ürəyinə salan
şəxs, Allahın düşmənçiliyinə ürəyində yer vermişdir.”
2
24. Peyğəmbər (s) buyurdu: “Həyatının mənim həyatım və ölümünün mənim ölümüm kimi
və cənnət bağlarında sakin olmasını istəyən şəxs məndən sonra Əlinin vilayətini qəbul edib
məndən sonra Əhli-beytimə iqtida etməlidir. Onlar mənim ailəmdir, mənim “tinət”imdən
yaranmış, mənim dərrakəm və biliyimi Allah onlara vermişdir. Ümmətimdən onların ağıl və
üstünlüklərini təkzib edən, mənim onlarla bağlılığımı qıran adamların vay halına! Allahın
şəfaəti onlara çatmayacaq.”
25. Peyğəmbər (s) buyurdu: “Həyatını mənim həyatım, ölümünü mənim ölümüm kimi və
behiştə daxil olmağı istəyən şəxs məndən sonra Əlinin və onun övlarının vilayətini qəbul
etməlidir. Onlar sizi hidayət qapısından xaric etməz və azdırmazlar.”
3
26. Peyğəmbər (s) Əmmara buyurdu: “Ey Əmmar, əgər Əlinin bir yol, camaatın isə başqa
bir yolla getdiyini görsən, Əli ilə get. O, səni alçaqlığa dəvət etməz, hidayət yolundan
çıxartmaz.”
4
27. Əbu Bəkrin hədisində deyilmişdir ki, Peyğəmbər (s) buyurdu: “Mənim ovcum və
Əlinin ovcu ədalətlə bərabərdir.”
5
28. Peyğəmbər (s) Fatiməyə (ə) buyurdu: “Bu peyvəndə və ona həyat yoldaşı olmağa razı
deyilsənmi? Allah yer əhlinə nəzər saldı və iki nəfəri seçdi, biri atan, o birisi həyat yoldaşın.”
6
29. Peyğəmbər (s) buyurdu:
«
ُي ُّيملحع اي حكمب حو يمداْلَا ٌّيملحع حو ُرمذْنُمْلا احنحا
يدْعحـب ْنمم حنودحتْهُمْلا يدحته
»
“Mən
(Allahın əzabından) qorxudanam, Əli isə hidayət edəndir. Ey Əli, məndən sonra hər kəs
hidayət olsa, sənin vasitənlə hidayət olar.”
7
verirsən. Malik hirslənib, qardaşlarına şikayət etdi. Onlar üzr istəyib dedilər: O, Həccacdan (zalım vali)
qorxub demir ki, Allahın rəsulunun bayraqdarı Əli ibn Əbu Talib idi.”
Hakim onu “Müstədrək”in 3-cü cildinin 137-ci səhifəsində nəql etmiş, sonra demişdir: “Bu hədisin əsnadı
(sənədləri) düzgündür.” Amma Buxari və Müslim onu verməmişlər.
1
Bu hədis 10-cu məktubda verilmişdir.
2
Bu hədisi də 10-cu məktubda verdik. Onun və əvvəlki hədis haqqında oradakı izahata baxın.
3
Bu hədis və əvvəlki hədis haqqında 10-cu məktubda verdiyimiz izahata baxın.
4
Deyləmi Əmmar və Əbu Əyyubdan onu nəql etmiş, necə ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı
səhifəsinin əvvəlində verilmişdir.
5
Bu, “Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsində verilən 2539-cu hədisdir.
6
Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində onu vermiş, çoxlu “sünən” yazanlar onu nəql etmiş
və düzgün bilmişlər.
7
Deyləmi İbn Abbasdan onu nəql etmişdir ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci səhifəsindəki 2631-ci
hədisdir.
Dostları ilə paylaş: |