132
kəs ona bir şey vermədi. Əli rüku halında idi. Kiçik barmağı ilə ona işarə etdi. Həmin
barmağında üzük var idi. Dilənçi irəli gəlib üzüyü barmağından çıxartdı. Bu vaxt Peyğəmbər
(s) Allah dərgahında razü-niyaz edir, deyirdi: “Ey Allah! Qardaşım Musa (ə) səndən xahiş
edib dedi ki, mənə ürək genişliyi ver, işimi asan et və Əhli-beytimdən mənə bir vəzir təyin et!
Sən də mən Əlini və onun vasitəsilə ilə arxamı möhkəmlət.”
(Əbuzər deyir:) Allaha and olsun, Peyğəmbərin (s) sonuncu kəlməsi qurtarmamış Cəbrail
bu ayəni (Maidə, 55-56) gətirdi.”
3. Siz –Allah sizin vasitənizlə haqqı saxlasın– bilirsiniz ki, “vəli” burada “övla” – “üstün”
mənasındadır. Necə ki, deyirik: “filankəs vəliyyi-qasirdir” və lüğət alimlərinin
aydınlaşdırdıqları kimi:
«
ـُهحـف ٍدححا حرْمحا حّليحو ْنحم ُّلُك
ُهُّيلحو حو
»
“Hər kəs başqasının işini öhdəsinə götürsə,
onun vəlisidir.”
1
Beləliklə ayənin mənası belə olur: “Sizin işinizi öhdəsinə götürən və həmin
işlərinizə dəxalət etməkdə sizdən üstün olan yalnız Allah, onun rəsulu və Əlidir.” Çünki yalnız
Əlidə “iman”, “namazda rüku halında”, “zəkat verilməsi” kimi xüsusiyyətlər mövcud olmuş
və ayə onun haqqında nazil olmuşdur.
Allah bu vilayəti öz peyğəmbəri və vəlisi üçün eyni cür nəzərdə tutmuş və bilirik ki,
Allahın vilayəti ümumidir. Deməli, Peyğəmbərin və vəlisinin vilayəti də Allahın vilayəti
kimidir və mümkün deyildir ki, “nəsir” (köməkçi), “mühibb” (dost) və bu kimi mənalarda
olsun. Çünki bu sözün yalnız “nəsir”, “mühibb” və başqa mənalara həsr edilməsinə əsla dəlil
yoxdur və mən belə güman edirəm ki, bu məsələ aydın məsələlərdəndir.
«
.ينلماعلا بر لله دملْا
ملاسلاو
»
“Ş”
1
“Sihah”, yaxud “Muxtarüs-Sihah” və başqa kitablarda “vəli” ləfzinə bax.
133
QIRX BİRİNCİ MƏKTUB
3 Məhərrəm 1330
İman gətirənlər sözü cəm halındadır, necə tək hala aid ola bilər?
Bəzən deyilə bilər ki,
مذَّلا ْاوُنحمآ حنيمذَّلاحو ُهُلوُسحرحو ُهّللا ُمُكُّيملحو احَّنَّمإ
حنوُعمكاحر ْمُهحو حةاحكَّزلا حنوُتْؤُـيحو حةحلاَّصلا حنوُميمقُي حني
– cəm
halındadır. Deməli, həqiqət cəm şəklindədir. Belə olan surətdə, yəni imam tək olduğu halda
cəmə necə aid ola bilər və cavabı nədir?
“S”
134
QIRX İKİNCİ MƏKTUB
4 Məhərrəm 1330
1. Ərəb “müfrəd”i (tək) cəm halında işlədir.
2. Bu məsələ üçün sübutlar.
3. İmam Təbərinin dedikləri.
4. Zəməxşərinin dedikləri.
5. Mənim dediklərim.
1. Cavabı budur ki, bəzən “ərəb” müfrədi cəm halında məna incəlikləri tərkibinə görə
işlədir.
2. Bu mənaya sübut Allah-təalanın “Ali-İmran” surəsindəki 173-cü ayədir ki, orada
oxuyuruq:
احنُـبْسحح ْاوُلاحقحو ًاناحيممإ ْمُهحداحزحـف ْمُهْوحشْخاحف ْمُكحل ْاوُعححجَ ْدحق حساَّنلا َّنمإ ُساَّنلا ُمُحلَ حلاحق حنيمذَّلا
ليمكحوْلا حمْعمنحو ُهّللا
“O
kəslər ki, xalq onlara: "Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə,
(bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" –
deyə cavab verdilər.” Bu sözü müfəssirlər, hədis söyləyənlər və xəbər yazanların nəzərinə
görə yalnız Nəim ibn Məsud Əşcəi demişdir. Burada Allahın “ən-nas” sözünü cəm halında
deməsinə baxmayaraq, tək şəxsə aid etmişdir. Burada müfrədin cəm halında işlənməsi onun
boş, cəfəng sözlərinə etina etməyənlərə ehtiram əlamətidir. Çünki Əbu Süfyan müsəlmanları
zəiflətmək və müşriklərin vasitəsi ilə qorxutmaq üçün ona on dəvə vermişdi. O da
müsəlmanlara dedi ki, camaat sizə qarşı hazırlaşmış, onlardan qorxun. Müsəlmanların çoxu bu
sözə görə Əbu Süfyanın qoşununa qarşı qiyam etməkdən qorxdu. Amma Peyğəmbər yetmiş
atlı ilə hərəkət etdi və onlar salamat qayıtdılar. Bu ayə Peyğəmbər ilə gedən həmin yetmiş
nəfər haqqında nazil oldu ki, boş sözlərə qulaq asmadılar.
Burada “ən-nas” sözünün tək bir şəxsin barəsində işlədilməsi incə bir məfhumu ifadə edir
ki, Peyğəmbər ilə gedən yetmiş nəfərin mədhindən ibarətdir. Burada cəm halı tək haldan –“O
kəslər ki, bir kişi (bir nəfər) onlara dedi: Camaat sizə qarşı (qüvvə) toplamışdır.”– daha
bəlağətli və məqsədəuyğundur ki, bu heç kəsə gizli deyildir. Belə misallar Allahın kitabında,
Peyğəmbərin hədislərində və ərəb dilində çoxdur. O cümlədən bunu göstərmək olar. Allah
buyurur:
ُهحـيمدْيحأ ْمُكْيحلمإ ْاوُطُسْبحـي نحأ ٌمْوحـق َّمحه ْذمإ ْمُكْيحلحع مهّللا حتحمْعمن ْاوُرُكْذا ْاوُنحمآ حنيمذَّلا احهُّـيحأ احي
ُكنحع ْمُهحـيمدْيحأ َّفحكحف ْم
ْم
“Ey
iman gətirənlər! Bir qövmün sizi ələ keçirməyi qərara aldıqları zaman Allahın sizə verdiyi
nemətini yada salın: Allah qoymadı ki, onların əli sizə çatsın.” Halbuki müsəlmanları ələ
keçirməyi qərara alan qövm yalnız “Bəni Müharib”dən Qürəs adında bir nəfər, yaxud “Bəni
Nəzir” tayfasından olan Əmr ibn Cəhaş olub. O, qılınc çəkib Peyğəmbəri (s) vurmaq istəyəndə
Allah ona mane oldu. Bu hadisəni müfəssirlər, hədisçilər nəql etmiş və İbn Hişam “Sirə”sinin
3-cü cildində “Zatür-Riqa” döyüşündən bəhs edərkən yazmışdır. “Camaat” sözü kimi işlənən
“qövm” sözü tək bir kişiyə ona görə aid edilmişdir ki, Allah onlara inayət etdi və
peyğəmbərlərini salamat saxladı.
Habelə “mübahilə” ayəsində “əbna” (oğullar), “nisa” (qadınlar), “ənfus” (özlər) sözləri,
həqiqətdə ümumi olsa da, Həsəneynə (yəni Həsən və Hüseyn), Fatiməyə və Əliyə aid
edilmişdir. Bu məsələdə hamının fikri eynidir. Belə deyiliş onların məqamını ucaltmaq üçün
edilmişdir. Bu qəbil işlənmiş sözləri çox olduqlarından sayıb-qurtarmaq və toplamaq olmaz.
Bu cəm halının müfrədə aid edilməsinə dair sübutlar idi ki, məna incəlikləri zəruriliyindən
yaranır.
Dostları ilə paylaş: |