121
qardaşındır, qızını ona verirsən? Buyurdu: Bəli, ey Ümmi-Əymən! Ümmi-Əymən Əlini
çağırdı. Əli gəldi...”
1
Peyğəmbər (s) həmişə Əliyə işarə edər və buyurardı:
«
يدْلُو وبحا حو يرْهمص حو يّمحع ُنْبا حو ،يخحا اذه
»
“Bu qardaşım, əmioğlum, kürəkənim və övladlarımın atasıdır.”
2
Bir gün Peyğəmbər (s) Əli ilə
söhbət edərkən buyurdu:
«
و يخا تنا
بـحاص
»
3
“Sən qardaşım və yoldaşımsan.” Başqa bir vaxt
ona buyurdu: “Sən qardaşım və behiştdə yoldaşımsan.”
4
Başqa bir gün (Əlinin) qardaşı Cəfər
və Zeyd ibn Harisə ilə söhbət zamanı Əliyə xitab edərək buyurdu: “Amma sən, ey Əli! Mənim
qardaşım, övladlarımın atasısan, sən məndənsən, mənə tərəf qayıdacaqsan.”
5
Bir gün ona iş
tapşıran və vəsiyyət edən vaxt dedi: “Sən mənim qardaşım və vəzirimsən, borclarımı
ödəyirsən, vədələrimə vəfa edirsən, boynumda olanları yerinə yetirirsən.”
6
Və vəfat edəndə
(atam, anam ona qurban olsun) “qardaşımı çağırın” – dedi. Əlini çağırdılar. Ona buyurdu:
“Yanıma gəl!” Əli ona yaxınlaşdı. Həzrət (s) onu sinəsinə söykədi, pak ruhu sinəsindən xaric
olana qədər onunla söhbət etdi və o həzrətin ağzının suyundan bir qədər onun bədəninə
süzüldü.
7
Həzrət (s) buyurdu: Behiştin qapısında yazılmışdır:
«
وُخحا ٌّيملحع للها ُلوُسحر ٌدّمحُمُ ُللها ّلاما حهلما لا
للها ملوحسحر
»
8
Allah “leylətül-məbit”də (Əlinin Peyğəmbərin yatağında yatan gecə) Cəbrail və Mikayıla
vəhy etdi: “Mən sizin ikinizin aranızda qardaşlıq yaratdım və birinizin ömrünü o birisindən
uzun etdim. Sizdən hansınız yoldaşınızın diri qalmasına razı olarsınız? Hər ikisi diri qalmağı
seçdilər. Allah onlara vəhy etdi: Siz Əli ibn Əbu Talib kimi ola bilməzsinizmi? Mən onunla
Məhəmməd (s) arasında qardaşlıq bərqərar etdim və o, özünü Peyğəmbərə fəda etmək və onun
diri qalmasını istədiyi üçün Məhəmmədin (s) yatağına yatdı. Hər ikiniz yerə enin və Əlini
düşmənlərdən qoruyun. O iki mələk nail oldu, Cəbrail başı üstündə və Mikayıl ayağı altında
oturdular. Cəbrail deyirdi: Bəh-bəh, ey Əbu Talibin övladı! Allah səninlə mələklərə fəxr edir.”
Və Allah bu ayəni bununla əlaqədar nazil etdi:
ٌفوُؤحر ُهّللاحو مهّللا متاحضْرحم ءاحغمتْبا ُهحسْفحـن يمرْشحي نحم مساَّنلا حنممحو
مب
مداحبمعْلا
“İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz
canını fəda edər.”
9
1
Hakim “Müstədrək”in üçüncü cildi, 109-cu səhifədə söyləmiş və Zəhəbi Təlxisdə doğru olduğunu qeyd
etmiş və İbn Həcər “Səvaiqul-Mühriqənin” 11-ci babında və Fatimənin (ə.h) toyunu nəql edən şəxslər –
müstəsnasız olaraq– bu hədisi nəql etmişlər.
2
Şirazi “Əlqab”da və İbn Nəccar İbn Ömərdən və Müttəqi Hindi “Kənzül-Ümmal”da və Əhmədin
“Müsnəd”inin haşıyəsində çap olunmuş onun “Müntəxəb”ində 5-ci cildinin 32-ci səhifənin haşiyəsinin 2-ci
sətrində nəql etmişdir.
3
İbn Əbdül-Birr “İstiab”da Əlinin şərhi-halında İbn Abbasa istinad edərək onu nəql etmişdir.
4
Xətib onu nəql etmiş və o, “Kənzül-Ümmal”ın 6-cı cildinin 402-ci səhifəsindəki hədislərdən 6105-ci
hədisdir.
5
Hakim “Müstədrək”in 3-cü cildinin 217-ci səhifəsində “Müslimin şərti”nə əsasən, doğru sənəd ilə onu
söyləmiş və Zəhəbi “Təlxis”də bu şərtə əsasən, onun doğru olmasına etiraf etmişdir.
6
Təbərani “Kəbir”də İbn Ömərdən və Müttəqi Hindi “Kənzül-Ümmal”da və onun “Müntəxəb”ində onu nəql
etmişdir. “Müntəxəb”in 5-ci cildinin 32-ci səhifəsinin haşiyəsindəki “Müsnəd”ə müraciət et.
7
İbn Səd “Təbəqat”da 2-cildin 2-ci fəslində 51-ci səhifədə onu söyləmişdir. “Kənzül-Ümmal”ın 4-cü
cildinin 55-ci səhifəsində də vardır.
8
Təbərani Övsətdə, Xətib “Əl-müttəfəq və Əl-müftərəq”də və Müttəqi Hindi “Kənzül-Ümmal”da onu nəql
etmişlər. “Müntəxəbi-Kənz”in haşiyəsindəki “Müsnədi-Əhməd”ə (5-ci cild, səh. 35), eləcə də (səh. 46)-ya
İbn Əsakirdən nəql olunmuşa müraciət et!
9
“Sünən” yazanlar öz “məsanid”lərində onu nəql etmiş və imam Fəxri Razi “Təfsiri-Kəbir”də 2-ci
cildin189-cu səhifəsində bu ayənin təfsirində nəql etmişdir.
122
Əli (ə) həmişə deyirdi: “Mən Allahın qulu və Rəsulun qardaşı, Siddiqi-Əkbərəm
(düzdanışan). Məndən başqa bu sözü yalnız yalançı deyər.”
1
Və o həzrət buyurardı: “Allaha
and olsun, mən Allah rəsulunun qardaşı, vəlisi, əmisi oğlu, elminin varisiyəm və məndən
başqa bu ada kim daha ləyaqətlidir?”
2
“Şura” günündə o, Osman, Əbdür-Rəhman və Səd və
Zübeyrə dedi: “Sizi Allaha and verirəm, deyin görüm sizin aranızda məndən başqa elə bir
adam var ki, Peyğəmbər (s) onunla qardaşlıq peymanı bağlamış olsun?” Dedilər: “Allah bilir
ki, yox.”
3
Əli “Bədr” döyüşü vaxtı Vəlid ilə üzləşəndə Vəlid ondan soruşdu: “Kimsən?” Əli
buyurdu: “Mən Allahın qulu və Rəsulun qardaşıyam.” Yenə bir gün Əli (ə) Ömərin xilafəti
vaxtında soruşdu: “Əgər Bəni-İsrail”dən sənin yanına bir dəstə gəlsə və onlardan biri “Mən
Musanın (ə) əmisi oğluyam” – desə, sən onu başqalarından üstün tutarsanmı?” Ömər cavab
verdi: “Bəli!” Əli (ə) buyurdu: “Mən ki, Allaha and olsun, Allah rəsulunun qardaşı və əmisi
oğluyam.” Ömər əbasını yerə sərib dedi: “Allaha and olsun, nə qədər ki, bir yerdəyik, bu
yerdən savayı başqa bir yerdə oturmamalısan.” Əli əbanın üstündə oturdu. Bu ehtiram və
təvazökarlıq Allah rəsulunun qardaşı və əmisi oğlunun xətrinə görə idi.
4
3. Qələm öz ixtiyarından çıxıb bizi başqa yerə apardı. İndi deyirəm ki, o həzrət (s)
əshabələrinin məscidə tərəf açılan qapılarını bağlamağı (məscidi napaklıq və cünubdan
təmizləmək məqsədi üçün) əmr etdi. Amma Əlinin qapısını açıq qoydu və Allah tərəfindən
hətta məsciddə (Harun üçün olduğu kimi) ona cünub halında qalmağı rəva bildi. Bunun özü
“iki Harun” arasındakı ümumi oxşarlığa dəlalət edir. İbn Abbas deyir: “Allah rəsulu (s) Əlinin
qapısından savayı məscidə açılan bütün qapıları bağladı. Əli eləcə məscidə daxil olur və gediş-
gəliş yolu oradan idi. Çünki başqa yolu da yox idi,cünub olsa da belə.”
5
Ömər ibn Xəttab, Buxari və Müslimin hədisinə əsasən,
6
deyir: Əli ibn Əbu Talibə üç şey
verilmişdir, əgər onlardan biri məndə olsaydı, qırmızı tüklü dəvələrdən (ərəbin ən yaxşı
sərvəti) mənim üçün daha yaxşı olardı. Arvadı Fatimə (ə) Peyğəmbər (s) qızı, məskəni (Allah
rəsulu ilə birlikdə) məscid, Peyğəmbərə halal olan hər bir şey Əliyə də halal idi. Və bir də
“Xeybər günü” bayraq onun əlində idi.” Yenə doğru hədisə əsasən, bir gün Səd ibn Malik
Əlinin (ə) bəzi xüsusiyyətlərini nəql edərək dedi: “Peyğəmbər (s) əmisi Abbası və başqalarını
məsciddən çıxartdığı vaxt, Abbas o həzrətə ərz etdi: Bizi çıxardırsan, Əlini orada qoyursan?
Həzrət cavab verdi: Sizi mən çıxartmadım, Allah sizi çıxartdı və ona yer verdi.”
7
Zeyd ibn Ərqəm deyir: “Allah rəsulu əshabələrinin bəzilərinin qapısı məscidə açılırdı və
keçid yolları oradan idi. Peyğəmbər (s) buyurdu: Əlinin qapısından savayı başqa qapıları
bağlayın. Bu barədə camaat arasında söz-söhbət oldu. Peyğəmbər (s) ayağa qalxıb, Allaha
həmd və sitayiş edəndən sonra buyurdu: Deyirlər ki, mən Əlinin qapısından başqa bütün
1
Nisai “Xəsaisül-Ələviyyə”, Hakim “Müstədrək”in 3-cü cildinin 112-ci səhifəsinin əvvəlində və İbn Əbu
Şeybə və İbn Əbu Asim “Sünən”də, Əbu Nəim “Əl-Mərifət”də, Müttəqi Hindi “Kənzül-Ümmal”da və
“Müntəxəbi-Kənz”dəki “Müsnəd”də 5-ci cildin 40-cı səhifəsində nəql etmişdir.
2
“Müstədrək”in 3-cü cildinin 126-cı səhifəsinə müraciət et. Zəhəbi “Təlxis”də ondan danışmış və onu doğru
hesab etmişdir.
3
İbn Əbdül-Birr “İstiab”da Əlinin şərhi-halında və bir sıra başqaları onu nəql etmişlər.
4
Darü-Qütninin “məvəddət” ayəsinin məqsədlərindən 5-ci məqsəddə, “Səvaiq”inin 11-ci babındakı
ayələrdən on dördüncü ayədə nəql olunmuşdur. 107-ci səhifəyə müraciət edin.
5
Bu hədis uzundur. Əli üçün orada on xüsusiyyət verilmiş və o haqda 26-cı məktubda danışdıq.
6
“Müstədrək”in 3-cü cildinin 125-ci səhifəsində bu hədis vardır. Əbu Yəla “Səvaiq” kitabının 3-cü fəslinin
9-cu babında olduğu kimi onu nəql etmişdir. Onun 76-cı səhifəsinə müraciət et. Əhməd ibn Həmbəl həmin
mənaya oxşar sözlərlə Abdullah ibn Ömərdən “Müsnəd”in 2-ci cildinin 26-cı səhifəsində nəql etmiş və yenə
Ömərdən və oğlu Abdullahdan bir sıra məşhur şəxslər müxtəlif sənədlər ilə nəql etmişlər.
7
“Müstədrək”in 3-cü cildinin 117-ci səhifəsinin əvvəlində deyildiyi kimi, bu hədis doğru “sünən”də
mövcuddur və sünnə əhlinin bir çox etimadlı şəxsləri onu nəql etmişlər.
Dostları ilə paylaş: |