Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 6,38 Mb.
Pdf görüntüsü
səhifə50/118
tarix07.08.2018
ölçüsü6,38 Mb.
#60994
1   ...   46   47   48   49   50   51   52   53   ...   118

 
118 
“İkinci  qardaşlıq  peymanı”  haqqında  Təbəraninin  “Kəbir”  kitabında  İbn  Abbasdan 
söylədiyi  hədis  sənə  kifayət  edər.  Orada  deyilir  ki,  Peyğəmbər  (s)  Əliyə  buyurdu:  “Mən 
mühacirlər  və  ənsar  arasında  qardaşlıq  bərqərar  edəndə,  səni  heç  kəs  ilə  qardaş  etmədiyim 
üçün  məndən  narahatmı  oldun?  Razı  deyilsənmi  mənə  Harunun  Musaya  olan  nisbəti  kimi 
olasan, bu fərq ilə ki, məndən sonra peyğəmbər olmayacaqdır.”
1
 
6. Əlinin qapısından başqa məscidə açılan bütün qapıların bağlanması haqqındakı hədisləri 
misal göstərmək olar. Bu haqda Cabir ibn Abdullahın
2
 hədisi kifayətdir. O deyir: Peyğəmbər 
(s)  buyurdu:  “Ey  Əli,  mənə  məsciddə  halal  olan  şey  sənə  də  halaldır.  Sənin  mənə  nisbətin 
Harunun Musaya olduğu kimidir, bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur.” 
 Hüzeyfə ibn Üseyd Qifaridən
3
 nəql olmuşdur ki, Peyğəmbər qapıları bağlayan gün ayağa 
durub,  xütbə  oxuduqdan  sonra  buyurdu:  “Bəzilərinə  elə  gəlir  ki,  mən  Əlini  məsciddə 
məskunlaşdırmış, onları isə xaric etmişəm. Allaha and olsun ki, onları mən xaric etməmiş və 
Əlini  mən  məskunlaşdırmamışam.  Əksinə,  Allah  onları  xaric  etmiş  və  Əliyə  (ə)  sükunət 
vermişdir. Allah Musaya və qardaşına vəhy etdi ki, öz qövmünüz üçün Misirdə evlər seçin və 
evinizi qiblə edin və namaz qılın. Əli də mənim üçün Harunun Musaya olduğu nisbəti kimidir. 
O mənim qardaşımdır...” 
Bunun  kimi  misallar  çoxdur.  Bu  kiçik  imkanda  onların  hamısını  toplamaq  olmaz. 
“Mənzilət” hədisinin yalnız “Təbuk” döyüşünə aid olmamasını sübut etmək üçün dediklərimiz 
kifayətdir.  
7.  Peyğəmbərin  (s)  həyat  tərzini  mütaliə  edən  şəxs  biləcəkdir  ki,  o  həzrət  Əli  və  Harunu 
“Fərəqdan”  (eynilə  bir-birinə  oxşar  iki  ulduz  adı)  kimi  eyni  bilirdi,  heç  birini  heç  bir  şeydə 
fərqləndirmirdi.  Bunun  özü  hədisdə  “Mənzilət”in  ümuma  aid  olmasına  dəlalət  edir.  Bundan 
əlavə,  bəyan  etdiyimiz  kimi,  mənzilətin  ümumiliyi  hədisin  kənar  qərinələrinə  (nişanələr) 
baxmayaraq məzmunundan anlaşılır. 
“Ş” 
                                                 
1
  Müttəqi  Hindi  onu  “Kənzül-Ümmal”da  və  onun  “Müntəxəb”ində  nəql  etmişdir  ki,  “Müntəxəb”in  5-ci 
cildinin  31-ci  səhifəsinin  haşiyəsinin  axırında  “Müsnədi-Əhməd”ə  müraciət  etsən,  görərsən  ki,  nəql 
etdiyimiz hədis olduğu kimi orada yazılmışdır. Həzrətin (s) “Məndən narazımı oldun?” – cümləsi nə qədər 
də mehribanlıq və incəliklə deyilmişdir. Soruşa bilərsən ki, Əli (ə) nə üçün birinci dəfədə olduğu kimi, ikinci 
dəfədə də şübhələndi? Axı ona (birinci dəfə) aydın olmuşdu ki, Peyğəmbər onu özünə arxa kimi seçmişdi. 
Nə  üçün  birinci  dəfəni  ikinci  dəfə  ilə  müqayisə  etmədi?  Cavabı  budur  ki,  ikinci  dəfəni  birinci  dəfə  ilə 
müqayisə etmək olmazdı, çünki birinci dəfə yalnız mühacirlər arasında idi. İkinci dəfə isə (birincinin əksinə 
olaraq) mühacirlərlə ənsar (Mədinə müsəlmanları) arasında idi. Deməli, ikinci dəfə hər bir mühacirin qardaşı 
ənsardan  ibarət  idi  və  hər  bir  ənsarın  qardaşı  mühacirlərdən.  Peyğəmbər  və  naibinin  hər  ikisinin 
mühacirlərdən  olduğu  təqdirdə  belə  göründü  ki,  bu  iki  nəfər  bu  dəfə  qardaş  olmayacaqlar.  Buna  görə  Əli 
başqaları  ilə  müqayisədə  güman  etdi  ki,  qardaşı  ənsardan  biri  olacaq.  Peyğəmbər,  onunla  ənsardan  heç 
birisinin arasında qardaşlıq əqdi kəsmədiyi üçün bu hissləri keçirdi. Lakin, Allah və Onun rəsulu yalnız onun 
üstünlüyünü sübut etmək istəyirdilər. Buna  görə də onunla Peyğəmbər (s) arasındakı qardaşlıq peymanı, o 
gün mühacirlərlə ənsarlar arasında kəsilən əqdə görə mütləq qardaşının ənsardan olacaq təsəvvürünün əksinə 
baş verdi.  
2
 “Yənabiül-Məvəddə” kitabının 9-cu babının sonunda Əxtəb Xarəzminin “Fəzaili-Əhli-beyt” kitabında nəql 
olunmuşdur.  
3
 “Yənabiül-Məvəddə”nin 17-ci babında yazıldığı kimi. 


 
119 
OTUZ ÜÇÜNCÜ MƏKTUB 
25 Zilhiccə 1329 
Nə vaxt və harada Əli ilə Harun iki ulduz kimi təsvir olunmuşdur? 
 
 Bizim üçün sizin dediyiniz Peyğəmbərin (s) Əli və Harunu iki ulduz kimi təsvir etməsi və 
hər ikisinə eyni cür baxması aydın olmadı. Nə vaxt və harada onları belə təsvir etmişdir? 
“S” 


 
120 
OTUZ DÖRDÜNCÜ MƏKTUB 
27 Zilhiccə 1329 
1. “Şübbər”, “Şübeyr” və “Müşəbbir” günü. 
2. Qardaşlıq əqdi günü. 
3. Qapıların bağlanması günü. 
 
Allah rəsulunun (s) yaşayış tərzini tədqiq et! Əli ilə Harunu göydə “Fərəqdan” ulduzlarına 
və bir qiyafədə iki gözə bənzətdiyini görəcəksən ki, birinin digərindən fərqi yoxdur.  
1.  Məgər  Əlinin  övladlarının  adının  Harunun  övladlarının  adından  fərqli  olmadığını 
mülahizə etmirsənmi? Həzrət (s) onları Həsən, Hüseyn və Möhsün adlandırdı.
1
 Onların adının 
Harunun  övladlarının  adlarına  –  Şübbər,  Şübeyr  və  aralarındakı  oxşarlığa  təkid  etmək  və  bu 
ikisinin arasındakı oxşarlığı hər yerdə, bütün sahələrdə ümumiləşdirmək nə deməkdir?  
2.  Bu  səbəbdən  də  Əlini  özünə  qardaş  seçdi  və  onu  başqalarından  üstün  etdi  ki,  “iki 
Harun”un  oxşarlığının  ümumiliyi  səhabələr  üçün  də  qəti  aydın  olsun  və  çox  istəyirdi  ki, 
aralarında heç bir fərq olmasın! Halbuki, deyildiyi kimi, Həzrət (s) əshabələri arasında iki dəfə 
qardaşlıq peymanı bağladı. Birinci dəfədə Əbu Bəkrlə Ömər qardaş idilər və Osmanla Əbdür-
Rəhman  ibn  Ovf.  Amma  ikinci  dəfə  Əbu  Bəkrlə  Xaric  ibn  Zeyd  qardaş  oldular  və  Ömərlə 
Ətban ibn Malik. Lakin Əli hər iki dəfədə, dediyim kimi, Allah rəsulunun qardaşı oldu və indi 
bütün bu deyilənlərin təriqlərinin doğru olmasını arayıb-axtarmağa vaxt yoxdur. İbn Abbas və 
İbn  Ömər,  Zeyd  ibn  Ərqəm,  Zeyd  ibn  Əbu  Ovfa,  Ənəs  ibn  Malik,  Hüzeyfə  ibn  Yəman, 
Məxdəc ibn Yəzid, Ömər ibn Xəttab, Bəra ibn Azib, Əli ibn Əbu Talib və başqaları tərəfindən 
çatmış hədislərə diqqət yetirilmişdir. (Bəli, onların hamısını saymaq çətindir). Peyğəmbər (s) 
ona  buyurdu: 
«
 حو  ايْنُّدلا  مفي  يخحا  حتْنحا
 
 مةحرمخلآا
»
  “Sən  həm  bu  dünyada,  həm  də  axirətdə  mənim 
qardaşımsan”.
2
 
İyirminci məktubda nəql etdik ki, Peyğəmbər əlini Əlinin çiyninə qoydu və buyurdu: “Bu 
sizin aranızda mənim qardaşım, naibim və xəlifəmdir, ona qulaq asın və itaət edin.” Bir gün 
Peyğəmbər  (s)  şad  halda  səhabələrinin  yanına  gəldi.  Əbdür-Rəhman  ibn  Ovf  bu  sevincin 
sirrini soruşdu. Həzrət cavabında dedi: “Səbəbi, məni yaradan tərəfindən qardaşım, əmim oğlu 
və qızım haqqında müjdədir. Allah Fatimə (s) ilə Əlinin evlənməsini buyurmuşdur...”
3
 
Qadınların  seyyidəsi  ilə  Əhli-beytin  seyyidi  və  böyüyü  evlənən  zaman  Peyğəmbər  (s) 
Ümmi-Əymənə  buyurdu:  “Ey  Ümmi-Əymən,  qardaşımı  çağır!  Ümmi-Əymən  dedi:  O,  sənin 
                                                 
1
  Peyğəmbərin  sünnəsi  aydın  sübutdur.  Siz  “Müstədrək”in  3-cü  cildinin  165-167-ci  səhifələrinə  müraciət 
etsən,  bu  məzmunda  doğru  hədis  görəcəksiniz  ki,  Buxari  və  Müslimin  şərtinə  görə  düzdür.  “Müsnədi-
Əhməd Hənbəl”də 1-ci cildin 98-ci səhifəsində yazılmış və İbn Əbdül-Birr “İstiab”da Həsənin şərhi-halında 
onu xatırlamış və Zəhəbinin bizə qarşı pis münasibətinə baxmayaraq “Təlxisi-Müstədrək”də onu düz hesab 
etmişdir. Hər halda o, bizim Harun, Şübbər və Şübeyrimizə qarşıdır. Bəğəvi öz “Möcəm”mində və Əbdül-
Bəni  “Əl-İzah”da,  “Səvaiqül-Mühriqə”nin  115-ci  səhifəsində  Səlmandan  olduğu  kimi  yazmış  və  həmçinin 
İbn Əsakir onu nəql etmişdir. 
2
  Hakim  “Müstədrək”in  3-cü  cildinin  14-cü  səhifəsində  iki  doğru  yolla  Buxari  və  Müslimin  “şərtləri”nə 
əsasən  İbn  Ömərdən  nəql  etmişdir  və  Zəhəbi  “Təlxis”də  onu  doğru  və  qəti  hesab  etmişdir.  Tirmizi  İbn 
Hacərin “Səvaiqül-Mühriqə”nin 72-ci səhifəsində yazdığına əsasən nəql etmişdir. “Səvaiq”in 9-cu babının 2-
ci  fəslindəki  hədislərdən  7-ci  hədisə  müraciət  et.  “Üxüvvət”  (qardaşlıq)  hədisini  “sirə”  və  “əxbar”da  nəql 
edənlər bu hadisəni yəqinliklə nəql etmişlər.  
3
 Əbu Bəkr Xarəzmi “Səvaiq”in 103-cü səhifəsində yazıldığı kimi onu nəql etmişdir. 


Yüklə 6,38 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə