115
OTUZ BİRİNCİ MƏKTUB
22 Zilhiccə 1329
Hədisin başqa yerlərdə işlənməsinə misal göstərilməsi xahişi.
Bu hədisin “Təbuk” döyüşündən əlavə, başqa yer və məqamlarda işlənməsinə dəlil
göstərmədiniz. Ürəyim çox istəyir ki, o gözəl məqamlara da əlim çatsın. Məni o çeşmə başına
çatdırmağa imkanınız varmı?
“S”
116
OTUZ İKİNCİ MƏKTUB
24 Zilhiccə 1329
1.Ümmü-Süleym ilə görüş.
2. Həmzənin qızının əhvalatı.
3. Peyğəmbər Əliyə söykənən vaxt.
4. İlk qardaşlıq peymanı.
5. İkinci qardaşlıq peymanı.
6. Qapıların bağlanması zamanı.
7. Peyğəmbər Əli ilə Harunu iki aydın ulduz kimi təsvir edir.
1. Peyğəmbərin pak dilindən çıxan “mənzilət” hədisinin işləndiyi başqa bir vaxt isə onu
Ümmü-Süleymə
1
söyləyən gündür. Ümmü-Süleym İslama ilk qədəm qoyanlardan olub, ağıl
və dərrakə sahibi idi. O, Peyğəmbər (s) yanında İslamın ilk qabaqcıllarından olduğuna, ixlas
və xeyirxahlığına, İslam yolunda çətinliklərə dözməsinə görə yüksək məqam və mövqeyə
malik idi.
Peyğəmbər (s) onun evinə gedər, ona hədis söyləyər və söhbət edərdi. Günlərin bir günü
ona buyurdu: “Ümmi-Süleym! Əlinin (ə) əti mənim ətimdən, qanı mənim qanımdandır. Onun
mənimlə nisbəti Harunun Musaya olan nisbəti kimidir.”
2
1
Ümmü-Süleym, Milhan ibn Ənsarinin qızı və Həram ibn Milhanın bacısı idi. Atası və qardaşı Peyğəmbərin
gözü önündə şəhid olmuşdular. O, fəzilətli və ağıllı bir qadın idi. Peyğəmbərdən (s) hədis nəql etmiş və
ondan da oğlu Ənəs, İbn Abbas, Zeyd ibn Sabit, Əbu Səlmə ibn Əbdür-Rəhman və başqaları hədis nəql
etmişlər. O, İslama ilk qədəm qoyanlardan və dəvət edənlərdən sayılır. O, cahiliyyət vaxtı əri Malik ibn
Nəzri sevmiş və Ənəs bu evlənmənin bəhrəsidir. İslam dininə gəldikdə o, qabaqcıllardan olub. O, əri Maliki
də Allaha iman və Peyğəmbərin dininə dəvət etsə də, İslamı qəbul etməkdən imtina edərək ondan ayrıldı.
Malik hirsli halda Şama getdi, elə orada da kafir kimi öldü. Ümmü-Süleym övladına nəsihət verərək ona on
yaşında əmr etdi ki, Peyğəmbərin (s) xadimi olsun. Peyğəmbər (s) də bu əziz anaya ehtiram əlaməti olaraq
onu qəbul etdi. Bu qadına ərəbin varlıları elçi göndərdilər. Lakin o, cavab verdi ki, Ənəs həddi-büluğa
çatmayıncaya və özü-özünü idarə etməyincəyədək ərə getməyəcəkdir. Ənəs həmişə deyərdi: “Allah anama
əvəzini versin ki, mənə yaxşı tərbiyə vermişdir.”
Əbu Təlhə Ənsari bu qadın vasitəsilə müsəlman oldu. Belə ki, ona elçi gedən zaman kafir idi. Ümmü-
Süleym evlənməkdən imtina edərək onu İslama dəvət etdi. Əbu Təlhə onun dəvəti ilə İslamı qəbul etdi. Öz
mehriyyəsini onun İslamı qəbul etməsini təyin etdi. Allah Əbu Təlhədən Ümmi-Sələməyə bir oğul verdi ki,
uşaq ikən xəstələnib öldü. Ümmü-Süleym tapşırdı ki, məndən əvvəl heç kəs uşağın ölüm xəbərini atasına
deməsin. Əbu Təlhə gələn kimi oğlunu soruşdu. Ümmü-Süleym dedi: Öz yerində sakitləşmişdir. Kişi
fikirləşdi ki, uşaq yuxuya gedib. Şamdan sonra onlar yatdılar. Sübh vaxtı ərinə xəbər verdi ki, oğlu vəfat
etmişdir. Əbu Təlhə hadisəni olduğu kimi Peyğəmbərə (s) nəql etdi. Allahın rəsulu buyurdu: “Bu axşamınız
mübarək olsun”. Ümmü-Süleym deyir: “Peyğəmbər mənim üçün çoxlu dua etdi.” O, həmin gecə Abdullah
ibn Əbu Təlhəyə hamilə oldu. Allah bu övladı bərəkətli etdi. Çünki o, İshaq ibn Abdullah ibn Əbu Təlhənin
atasıdır ki, özünün doqquz qardaşı ilə birgə elm əhli olmuşlar.
Ümmü-Süleym Peyğəmbər (s) ilə birlikdə döyüşlərə gedərdi. “Ühüd” döyüşündə ona hücum edən
müşriklərin qarnını yırtmaq üçün yanında bir xəncəri də var idi. O, İslam yolunda çoxlu bəla və çətinliklərə
dözən qadınlardan idi. Ondan başqa elə bir qadın tanımıram ki, Peyğəmbər onun evinə getsin və ona hədiyyə
aparsın. O, Peyğəmbərin (s) pak Əhli-beytinin məqamından agah idi və onların hüququnu bilirdi.
2
Bu hədis (Ümmü-Süleymdən) “Kənzül-Ümmal”da 2554-cü hədisdir ki, 6-cı cildin 154-cü səhifəsində
yazılmışdır. “Müntəxəbi-Kənz” kitabında da vardır. Əhmədin “Müsməd”inin 5-ci cildinin 31-ci səhifəsinin
haşiyəsinin sonuncu sətrinə müraciət et. Onu eynilə həmin sözlərlə tapacaqsan.
117
Sizə gizli deyildir ki, bu hədisi Peyğəmbər xüsusi bir vaxtda buyursa da, yalnız vəzifəsini
icra etmək, Allah yolunda “mənzilət”i bəyan etmək, özündən sonra vəliəhdlik məqamı və
canişininə xatir buyurmuşdur. Deməli, bu sırf “Təbuk” döyüşünə aid ola bilməz.
2. Buna bənzər hədis Həmzənin qızının əhvalatıdır ki, Əli, Cəfər və Zeyd arasında onun
haqqında söhbət gedən zaman Peyğəmbər (s) buyurdu: “Ey Əli, sən mənim üçün Harunun
Musaya olan nisbəti kimisən...”
1
3. Bir gün Əbu Bəkr, Ömər və Əbu Übeydə Cərrah Peyğəmbərin yanında idilər. O həzrət
Əliyə söykənərək əlini onun çiyninə qoyub buyurdu: “Ey Əli, sən möminlərdən ilk iman
gətirən və İslamı qəbul edən ilk şəxssən. Sənin mənə nisbətin Harunun Musaya nisbəti
kimidir.”
2
4. Məkkədə təşkil olunmuş “ilk qardaşlıq peymanı”ndakı hədislər də bu məsələni təsdiq
edir. Bəli, Məkkədə hicrətdən əvvəl Peyğəmbər mühacirlər arasında qardaşlıq peymanı
bağlayan zaman orada da bu mətləbi buyurmuşdur.
5. Mühacirətdən beş ay sonra Mədinədə “Qardaşlıq əqdi və ikinci qardaşlıq peymanı”
keçirildi. Peyğəmbər mühacirlərlə ənsar arasında qardaşlıq bərqərar etdi və həmin hadisə yenə
təkrar olundu. Bəli, hər iki dəfə də o həzrət Əlini öz qardaşı kimi seçdi və onu başqalarından
üstün tutaraq ayrı heç kəsi özünə qardaş qəbul etmədi.
3
Ona buyurdu: “Sən mənə Harunun
Musaya olan nisbəti kimisən.”
Peyğəmbərin pak Əhli-beytinin təriqi ilə bu haqda ardıcıl xəbərlər vardır və başqa yollarla
Zeyd ibn Əbu Ovfadan çatmış hədis sizə kifayət edər. Bu hədisi imam Əhməd Hənbəlin
“Mənaqibi Əli” kitabında, ibn Əsakirin öz tarix kitabında
4
, Bəğəvi və Təbərani öz
“Məcmə”lərində, Barudi “Əl-Məricət”də və İbn Ədi
5
və başqaları söyləmişlər. Hədis uzundur.
“Qardaşlıq peymanı”nda belə deyilir: “Əli dedi: Ey Allahın rəsulu, qəlbim sındı. Çünki,
gördüm məndən başqa əshabələrinə qardaş seçdin, amma mənə yox. Əgər bu, mənə qarşı
qəzəbin nəticəsidirsə, səndən bağışlanmağımı istəyirəm və sən kəramətli və əzəmətlisən.
Peyğəmbər (s) buyurdu: Məni haqq üzrə peyğəmbərliyə qəbul edən kəsə and olsun ki, səni
özüm üçün axıra saxlamışam.
Sən mənə Harunun Musaya olan nisbəti kimisən, bu fərq ilə ki,
məndən sonra peyğəmbər yoxdur! Sən mənim qardaşım və varisimsən. Əli ərz etdi: Mən
səndən nə irs ala bilərəm? Həzrət (s) buyurdu: Məndən əvvəlki peyğəmbərlərin qanunlarının
irsi, Allahın kitabı və sünnəsi. Sən behiştdə qızım Fatimə ilə mənim qəsrimdəsən, sən mənim
qardaşım və yoldaşımsan.” Sonra Peyğəmbər (s) ayənin bu hissəsini tilavət etdi: “Qardaşlardır
ki, (behiştdə) taxt üstündə üzbəüz oturmuşlar.
6
” Yəni, o adamlar Allah xatirinə bir-birlərini
sevənlərdir.
1
İmam Nəsai bu hədisi “Xəsaisül-Ələviyyə”nin 19-cu səhifəsində söyləmişdir.
2
Həsən ibn Bədr və Həkim “Əl-küna”da və Şirazi “Əlqab”da və İbn Nəccar onu nəql etmişlər. Bu həmin
6029-cu hədis və “Kənzül-Ümmal”ın altıncı cildinin 395-ci səhifəsindəki hədislərin 6032-ci hədisidir.
3
İbn Əbdül-Birr “İstiab” kitabında Əlinin şərhi-halında deyir: “Allahın rəsulu (s) mühacirlər arasında
qardaşlıq peymanı bağladı və sonra mühacirlər və ənsar arasında qardaşlıq bərqərar etdi. O, hər dəfə Əliyə
buyurdu: Sən bu dünyada və axirətdə mənim qardaşımsan.”
Mən deyirəm: Bu hadisənin təfsilatı “sirə” (tarixi xəbərlər) kitablarında yazılmışdır. “İlk qardaşlıq peymanı”
üçün “Sirəyi-Hələbi”nin ikinci cildinin 26-cı səhifəsinə və “İkinci qardaşlıq peymanı” haqqında ikinci
cildinin 120-ci səhifəsinə müraciət et. Orada hər iki dəfə Əlinin Peyğəmbərin qardaşı olmasını, onun
fəzilətlərinin başqalarından üstün olduğunu görəcəksən. Zeyni Dəhlan “Sirə”sində ilk və ikinci qardaşlığın
təfsilatı “Sireyi-Hələbi”də olduğu kimidir və aydınlaşdırmışdır ki, ikincisi hicrətdən beş ay sonra olmuşdur.
4
Etimadlı şəxslərin bir qrupu bu hədisi Əhməd və İbn Əsakirdən nəql etmişlər ki, onlardan biri Müttəqi
Hindidir. “Kənzül-Ümmal”ın 5-ci cildinin 40-cı səhifəsinin əvvəllərindəki 918-ci hədisə və Əhmədin
“Mənaqibi Əli” kitabının 6-cı cildinin 390-cı səhifəsində nəql etdiyi 2972-ci hədisə müraciət et.
5
Bu hədisi bir qrup etimadlı şəxslər onların hamısından nəql etmişlər. Onlardan biri Müttəqi Hindidir ki,
onu “Kənzül-Ümmal”ın 5-ci cildinin 41-ci səhifəsinin əvvəlində qeyd etmiş və o, 919-cu hədisdir.
6
“Hicr”, 47.
Dostları ilə paylaş: |