244
kitabının birinci cildində) “əshabi-əhva” (rəy sahibləri) barəsində danışarkən bu mətləbi doğru
saymışlar. O, bu qəziyyənin sonunda belə yazır: “Peyğəmbər (s) buyurdu: O, ümmətim
arasında tapılacaq ilk tüğyan edən şəxsdir ki, əgər onu öldürsəydiniz, hətta iki nəfər də olsun
belə ixtilaf etməyəcəkdi. Bəni-İsrail 72 firqə oldular, bu ümmət isə 73 firqə olacaqdır ki, bir
firqədən başqa onların hamısı atəşdədir.” Buna oxşar bir əhvalatı “sünən” yazıçıları Əlidən
nəql etmişlər:
1
“Qüreyşlilərdən bir qrup Peyğəmbərin yanına gələrək ərz etdilər ki, ey
Məhəmməd, biz sənin qonşuların və əhdə vəfadarlarınıq. Bizim qullarımızdan bəziləri sənin
dininə, elminə və mərifətinə rəğbətləri olmayaraq sənin yanına gəlmişlər. Onlar, yalnız bizim
bağlarda və s. işləməkdən boyun qaçıraraq sənə pənah gətirmişlər. Xahiş edirik ki, onları bizə
qaytarasan. Peyğəmbər Əbu Bəkrə buyurdu: Nə deyirsən? Əbu Bəkr cavab verdi ki, onlar düz
deyirlər və hər halda sənin qonşularındırlar. Peyğəmbərin mübarək üzünün rəngi dəyişdi.
Üzünü Ömərə tutub buyurdu: Sən nə deyirsən? Ömər də Əbu Bəkrin söylədiklərini
təsdiqlədikdə, Peyğəmbərin çöhrəsi tutuldu. Həzrət buyurdu: Allaha and olsun ki,
Allah elə bir
şəxsi sizinlə (qüreyşlilərlə) döyüşə göndərəcəkdir ki, onun qəlbi imanla doludur. O, din
uğrunda sizinlə döyüşəcəkdir. Əbu Bəkr dedi: Ey Allahın rəsulu, o şəxs mənəmmi? Buyurdu
ki, yox. Ömər soruşdu ki, mənəmmi? Buyurdu: Yox. O, başmaq yamayan şəxsdir. O zaman
Peyğəmbər öz başmaqlarını yamaq vurmaq üçün Əliyə (ə) vermişdi.” Vəssalam.
“Ş”
1
İmam Əhməd “Müsnəd”in 1-ci cildinin 155-ci səhifəsində (axırlarda), Səid ibn Mənsur öz “Sünən”ində,
İbn Cərir “Təhzibül-Asar”ında, Müttəqi Hindi “Kənzül-Ümmalın” 6-cı cildinin 396-cı səhifəsində bütün
bunları (yuxarıda adları sayılanlardan) nəql etmiş və onu doğru hesab etmişlər.