249
DOĞSAN DOQQUZUNCU MƏKTUB
5 Rəbiüs-Sani 1330
1. Onlar bütün (saydığınız) hallarda ümumun məsləhətini üstün bilmişlər.
2. Başqa halların istənilməsi.
1. Heç bir ağıllı şəxs onların məqsədlərinin hüsnü haqqında şəkk etmir, saydığınız bütün bu
hallarda onların ümumun mənafeyini nəzərdə tutmaları məlumdur. Çünki onlar ümmət üçün
elə bir şərait yaratmaq istəyirdilər ki, məsləhətlərinə görə olsun və müsəlmanların qüdrəti
günbəgün artsın. Beləliklə, gördükləri bütün işlərdə, (istər “nəss”ə tabe olsunlar, ya
olmasınlar) onlara eyib tutmaq olmaz.
1
2. Biz sizdən onların “nəss”ə tabe olmadıqları bütün halları yazmağınızı xahiş etmişdik. Siz
isə bir qədər yazdıqdan sonra “İmam və pak Əhli-beyt haqqında bəzi nəslər (xilafət
“nəss”indən əlavə) vardır ki, keçmiş sələflər ona əməl etməmişlər” – buyurmaqla
kifayətlənmisiniz. Kaş, onların hamısını yazaydın ki, bir daha səndən onları yazmağı xahiş
etməyəydim. Vəssalam.
“S”
1
İlahi, sən özün bizim fəryadımızı eşit! Biz elə 1400 ildir fəryad edirik ki, onlar Allah və Peyğəmbərin
əmrlərinə tabe olmayıb, öz məsləhət bildiklərini icra etmişlər. Axı nə vaxt Allah və peyğəmbəri onları
özlərinə məsləhçi seçmişdir?! Halbuki əshab arasında elə şəxsiyyətlər var idi ki, məsləhət verməyə onlardan
qat-qat layiq idilər! red.
250
YÜZÜNCÜ MƏKTUB
8 Rəbiüs-Sani 1330
1. Bəhsin ətrafından xaric olma.
2. Xahişin yerinə yetirilməsi.
1. Bizə gəlib çatmış “nəss”lərin onlar tərəfindən dəyişdirilməsini qəbul etdiniz.
Əlhəmdulillah ki, dediklərimizi təsdiq etdiniz. Bildiyiniz kimi onların ümmətin səlahı
(məsləhəti) üçün çalışması, İslamın əzəmət və şövkətinin möhkəmləndirilməsi üçün səyləri
bizim söhbətimizin mövzusu deyildir. Çünki söhbətimiz onların Peyğəmbərin (s)
buyuruqlarına tabe olub-olmamaları barədə idi və tabe olmamaqlarının səbəbi barədə
danışmırdı.
2. Axırıncı məktubunda məndən Əli (ə) haqqında imamətə aid olmayan və əshabın əməl
etmədikləri səhih nəssləri göstərməyimi istəmişdin. Halbuki sən özün o zamanın xəbərlərinin,
eləcə də “sünnələr”in rəhbər və imamısan, o xəbərləri ətraflı mütaliə etmişsən və sənin
onlardan xəbərsiz olduğunu fikirləşmirəm. Kim bu hədisləri başa düşməkdə özünü sizdən
üstün hesab edə bilər?! Görəsən, sünnə əhli içərisində sizə tay bir adam varmı? Yox, heç vaxt!
Beləliklə, sizin bu xahişiniz şairin “Bir çox sual edənlər (soruşanlar) vardır ki, özləri
mətləbə agahdırlar” – beytinə bənzəyir.
Səhabədən bir çoxunun Əliyə kin bəsləyərək onunla düşmən olmasını yaxşı bilirsiniz.
Beləliklə, ondan ayrılmaları, ona əziyyət etmələri, nalayiq söyüşlərlə, təhqir etmələri,
haqqında zülmləri, onu pisləməyi özlərinə vacib bilmələri, onunla döyüşləri, onun, Əhli-
beytinin və dostlarının müqabilində qılıncla dayanmaları tarixin acı həqiqətlərindəndir. Tarix
dediklərimizə aşkar dəlildir. Halbuki, Peyğəmbər buyurmuşdu: “Mənə itaət edən Allaha itaət
etmiş, itaətimdən çıxan isə, Allahın itaətindən boyun qaçırmışdır, Əliyə itaət edən isə mənə
itaət etmiş, onun fərmanına boyun əyməyən mənim fərmanıma boyun əyməmişdir.” Yenə
buyurmuşdu: “Məndən ayrılan Allahdan ayrılmış, Əlidən ayrılan isə məndən ayrılmışdır.” O
həzrət başqa bir yerdə belə buyurmuşdu: “Ey Əli, sən həm bu dünyada, həm də axirətdə
seyyid və ağasan. Sənin dostun mənim dostum, mənim dostum da Allahın dostudur. Sənin
düşmənin mənim düşmənim, mənim düşmənim isə Allahın düşmənidir. Vay olsun məndən
sonra sənə qəzəblənən şəxsin halına!” Peyğəmbər buyurmuşdur: “Əlini söyən məni, məni
söyən isə Allahı söymüşdür.” O həzrət yenə də buyurmuşdur: “Əliyə əziyyət edən mənə
əziyyət etmiş, mənə əziyyət edən isə Allaha əziyyət etmişdir.” Başqa bir yerdə yenə
buyurmuşdur: “Əlini sevən məni sevmiş, ona qəzəblənən isə mənə qəzəblənmişdir.” Allahın
elçisi belə də buyurmuşdur: “Ey Əli, mömindən savayı heç kəs səni sevməz, münafiqdən
başqası da qəlbində sənə kin bəsləməz.” Yenə də buyurmuşdur: “İlahi, onu sevəni sev, ona
düşmən olana düşmən ol. Ona kömək edənə kömək ol, onu xar, zəlil etmək istəyəni isə zəlil
et!” Bir gün Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseynə baxaraq belə buyurdu: “Sizinlə
sülh və barışıqda olanla sülhdəyəm, sizinlə mübarizə edənlə isə mübarizədəyəm.” Əbanı
onların üstünə saldığı zaman isə belə buyurdu: “Onlara mübarizəyə qalxanla mübarizədə,
sülhdə olanla sülhdə, düşmən olanla isə düşmənəm.”
Bir çox belə hədislər mövcuddur ki, səhabə nəinki onlara əməl etməmiş, hətta onun ziddinə
səy göstərərək, öz həvayi-nəfslərini bu hədislərdən üstün saymış, qərəzli hərəkət etmişlər.
Həqiqətdən xəbərdar olanlar yaxşı bilirlər ki, Əlinin (ə) fəzilətləri haqqında varid olmuş
hədislər (ki, yüzlərlədir) onunla dostluğu (onu sevmək) vacib, onunla düşmənçiliyi isə haram
sayır. Bu hədislərdən hər biri o həzrətin Allah və onun peyğəmbəri yanında nə qədər yüksək
və ali məqama malik olduğunu göstərir. Biz keçmiş məktublarımızda onların (o həzrətin
251
fəzilətlərinin) bəzilərinə işarə etmişdik, amma demədiklərimiz söylədiklərimizdən olduqca
çoxdur. Siz ki, əlhəmdülillah, hədis və sünnədən xəbərdar olan bir adamsız. Bzünüz deyin
hansı hədis və xəbər o cənabla mübarizə etməyə və ya ona söyüş söyməyə dəvət edir? Hansı
bir hədis o həzrətə əziyyət vermək, onun kinini qəlbə salıb, (onunla) düşmənçilik etməklə
müvafiqdir? Hansı bir hədis hökm edir ki, o həzrətin hüquqları qəsb olunub, ona zülm
olunsun, minbərlərdə, cümə və bayram namazlarında o həzrəti söymək savab sayılsın? Hansı?!
Yoxdur, belə bir hədis əsla yoxdur.
Amma bu cür xilaf işlərə əl atanlar isə nə bu hədislərin çoxluğuna, nə də təvatür halına
əhəmiyyət verirdilər və bu “nəss”lərin heç biri onların siyasətlərinin tələbinə mane ola
bilmirdi. Onlar yaxşı bilirdilər ki, Əli Peyğəmbərin qardaşı, vəlisi, varisi və sirdaşı idi. Əli
Peyğəmbərin Əhli-beytinin seyyidi və ağası, ümmətinin Harunu, o həzrətin ciyər-parəsinin
(Fatimə (ə)) həyat yoldaşı, Peyğəmbərin zürriyyəsinin atası, İslamı qəbul edən ilk şəxs,
imanda hamıdan ixlaslı, hamıdan elmli, əməldə hamıdan üstün, hamıdan helmli, yəqini
hamıdan çox olan şəxsdir. O cənab hamıdan artıq əziyyət çəkmiş, həmişə də imtahanlardan
üzüağ çıxmışdır. O həzrətin fəzli, üstünlüyü hamıdan çox, keçmişi hamıdan parlaq və əziz,
İslamı hamıdan yaxşı başa düşən, bütün müsəlmanlardan –hidayətdə, əxlaqda, rəftarda– ən
üstün, Peyğəmbərə hamıdan yaxın, danışıqda və sükut etməkdə hamıdan nümunəlidir.
Amma onların şəxsi qərəzləri və istəkləri (özlərinə) hər bir dəlildən irəli idi, belə ki, onların
imamət barəsində öz rəylərini “qədir nəssi”ndən üstün bilmələri heç də təəccüb doğurmur.
Məgər “qədir” hədisi yüzlərlə təvil (təhrif) olunmuş hədislər arasında yeganədirmi ki, onu öz
rəy və məsləhətlərinə qurban verməsinlər?! Halbuki Peyğəmbər (s) buyurmuşdur: “Mən sizin
aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm ki, əgər onlardan tutsanız, heç vaxt yolunuzu
azmazsınız; Allahın kitabı və Əhli-beytim.” Həmçinin o həzrət buyurmuşdur: “Mənim Əhli-
beytim Nuhun gəmisi kimidir, o gəmiyə minən qurtulacaq, minməyən isə qərq olacaq. Mənim
Əhli-beytim sizin aranızda Bəni-İsrail üçün olan “Hittə qapısı” kimidir, bu qapıdan daxil olan
bağışlanacaqdır.” Həmçinin, buyurmuşdur: “Göydəki ulduzlar yer əhlinin azmaması üçün,
mənim Əhli-beytim isə ümmətimin ixtilafa düşməməsi üçün bir səbəbdir. Əgər bir qəbilə
(qrup) onlarla müxalifət etsə, özlərinin arasında ixtilaf tapılacaq və İblisin firqəsinə
çevriləcəklər.”
Ümmətin əməl etmədiyi belə hədis və rəvayətlər, olduqca çoxdur. Vəssalam.
“Ş”
Dostları ilə paylaş: |