241
üçün hər bir şeyə təslim olmaqdan belə çəkinmirlər.
1
Qurani-kərim buyurur:
حنوُنممْؤُـي حلا حكِّبحرحو حلاحف
مهمسُفنحأ مفي ْاوُدمحيُ حلا َُّثُ ْمُهحـنْـيحـب حرحجحش احميمف حكوُمِّكحَُ حَّتَّحح
اًميملْسحت ْاوُمِّلحسُيحو حتْيحضحق اَِّّمَ اًجحرحح ْم
“(Ey Məhəmməd!) Sənin
Allahına and olsun ki, onlar aralarında baş vermiş ixtilaflarda səni hakim (münsif) təyin
etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam itaətlə boyun
əyməyincə (tam razı) iman gətirmiş olmazlar.”
2
Başqa bir ayədə isə belə buyurur:
ُمُكاحتآ احمحو
مباحقمعْلا ُديمدحش حهَّللا َّنمإ حهَّللا اوُقَّـتاحو اوُهحـتناحف ُهْنحع ْمُكاحهحـن احمحو ُهوُذُخحف ُلوُسَّرلا
“Peyğəmbər sizə nə verirsə,
onu götürün
və nəyi qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox
şiddətlidir.”
3
2. Amma Üsamənin qoşununda hərəkət etməkdən boyun qaçıranların barəsindəki nəql
etdiyimiz hədisi Şəhristani səhih saymış və nəql etmişdir. Əbu Bəkr Əhməd ibn Əbdül Əziz
Cövhərinin “Əs-Səqifə” kitabında bu məsələyə işarə etdiyi nəzəri olduğu kimi burada dərc
edirik: Həmid ibn İshaq ibn Saleh Əhməd ibn Səyyardan, o da Səid ibn Kəsir Ənsaridən, o da
öz sənədiylə Abdullah ibn Əbdür-Rəhmandan belə nəql etmişdir: “Peyğəmbər elə xəstə
olduğu zaman Üsamə ibn Zeydi mühacir və ənsardan toplaşmış olduğu orduya əmir təyin etdi.
Bu qoşunda Əbu Bəkr, Ömər, Əbu Übeydə Cərrah, Əbdür-Rəhman ibn Ovf, Təlhə, Zübeyr
xülasə, hamı iştirak edirdi. Sonra Həzrət, Üsaməyə “Mutə” məntəqəsinə (Üsamənin atası
orada şəhid olmuşdu) gedərək Fələstin vadisində döyüşə girişməsini buyurdu. Amma həm
Üsamə, həm də onun qoşunu ora getməkdə süstlük etdilər. Peyğəmbər (s) isə onların
getməyinə təkid edirdi. Nəhayət, Üsamə o həzrətə belə ərz etdi: Atam-anam sənə fəda olsun,
mənə icazə verirsənmi Allah sənə şəfa verənə kimi (bir neçə gün) burada qalım! Peyğəmbər
isə cavabında belə buyurdu: Hərəkət elə, Allahın bərəkəti ilə qoşunu yola sal.Üsamə dedi: Axı
səni bu halda qoyub necə gedim? Həzrət buyurdu: Müvəffəqiyyət üçün (naminə) hərəkət et.
Üsamə dedi: Ey Allahın rəsulu, sənin əhvalını gələn karvanlardan xəbər almaq mənə çox
çətindir. Mən buna görə həddindən artıq narahatam. Həzrət də ona belə buyurdu: Sənə əmr
etdiklərimə əməl et. Bu zaman Peyğəmbər bihuş oldu. Üsamə də Mədinədən getməyə
hazırlaşdı. Peyğəmbər huşa (özünə) gəldikdə, Üsamə və qoşunu barəsində soruşdu: Ona
“getməyə hazırlaşır” – söylədilər.”
Allahın rəsulu daim buyurardı: Üsamənin quşununu yola salın. Allah Üsamənin
qoşunundan boyun qaçırana lənət eləsin. Üsamə hərəkət edəndə bayraq başının üst, səhabə də
gözləri önündə idi. Curufa çatdıqda atdan endi, bu zaman Əbu Bəkr, Ömər və mühacirlərdən
çoxu onunla idilər. Ənsarlılardan da Üseyd ibn Xüzeyr, Bəşir ibn Səd və başqaları orada idi.
Bu vaxt Ümmü-Əymənin göndərdiyi qasid çaparaq gəlib Üsaməyə “Mədinəyə dönün” – dedi.
Çünki, Peyğəmbər ölüm ayağındadır. Üsamə də gecikmədən Mədinəyə qayıtdı. Əlindəki
bayrağı Peyğəmbərin (s) evinin qapısına sancdıqda Peyğəmbər də dünyadan köçdü.”
Bu hədisi bir qrup tarixçilər, həmçinin Əllamə mötəzili ibn Əbil-Hədid “Nəhcül-Bəlağənin
şərhi”nin ikinci cildinin 20-ci səhifəsindən sonra nəql etmişdi. Vəssalam.
“Ş”
1
Əgər onların dediyi kimi, itaətdən boyun qaçırma insanda zati-fitri bir qərizə olsaydı, heç vaxt Allah-təala
İsanı qundaqda peyğəmbərliyə seçməzdi. Belə nümunələr həddən artıq çoxdur. Təəssüflər olsun ki, belə
misalların onlara heç bir əsəri yoxdur. red.
2
“Nisa”, ayə 65.
3
“Həşr”, ayə 7.