ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə32/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

82 
 
Tiflisdəki Kadetlər    korpusuna    oxumağa    göndərilir.    1910-cu ilin
 
avqustunda   
I   kateqoriyalı   korpusu   tamamlayaraq,   II çar 
 
Nikolayın   Nijeqoroddakı   17   
saylı   polkunda   pod-poruçik rütbəsini  alır.   1911-ci  ildə  çarın icazəsi  ilə Ədilə 
xanım  Atabəyova  -  Koblanskaya  ilə  evlənir.  1912-ci  ildə  oğlu  Ənvər  dünyaya 
gəlir. 1913-cü ildə poruçik rütbəsini alır. I Dünya  müharibəsində  tabeliyində olan 
polkla  VarĢava  yaxınlığında  olur.  Arada  qospitalda  müalicə  aldıqdan  sonra  2-ci 
eskadrona baĢçılıq edir. 1915-ci ilin yanvarında Qafqaz-Türk cəbhəsinə göndərilir.  
1915-ci ildə ona qərargah-rotmistr rütbəsi verilir. Bir müddət sonra Odessa ətrafina 
köçürülür  və  Bolqarıstana  desant  üçün  hazırlığa  baĢlayır.  Lakin  sonradan  fars 
körfəzinə -ingilislərə köməyə göndərilir. 1916-cı ilin noyabrında rotmistr rütbəsini 
alaraq  Qafqaz-tatar  süvari  diviziyasına  köçürülür  və  rumın  cəbhəsinə  göndərilir. 
1917-ci ilin yanvarında podpolkovnik rütbəsi alaraq Qafqaza   diviziya rəisi təyin 
olunur  və  2-ci  tatar  polkunun  ehtiyat  briqadasını  təĢkil  etmək  tapĢırığını  alır.   
1917-ci    ilin    sonunadək  orduda  qalır  və  sonra  tərxis  olunub    öz    malikanəsinə  
qayıdır.    1918-ci     ilin  dekabrında  gürcülərin  ordusunda cəbhədə    Ennənistana  
qarĢı    döyüĢür.  1919-cu  ildə  ordudan  uzaqlaĢır  və  öz  kəndində  yaĢayır.  1921-ci  
ildə  fevralda  Sovet Rusiyası  ilə müharibə  baĢlanarkən orduya cəlb edilir və tatar 
partizanları dəstəsinə baĢçılıq edir. Həmin    ilin    martında    döyüĢlərdə    məğlub    
olurlar    və  Konstontinopola  köçürülürlər.    Burada  ağır  maddi  durumda  qalır. 
Məcbur olub fransız-ingilis iĢğal ordusunda dəmirçilik edir 1922-ci ilin noyabrında 
PolĢaya gedənə qədər həmin iĢdə çalıĢır. 1922-ci ilin sentyabrında isə o, 4 il əvvəl 
həyat  yoldaĢından  ayrıldığından  Züleyxa  xanımla  evlənir.  PolĢaya  gələrkən  onu 
zabitlər  məktəbinə  -  gürcü  zabitləri  üçün  təĢkil  edilmiĢ  mərkəzə  göndərirlər. 
Məktəbi  bitirdikdən  sonra  Qrudjonda  təhsilini  davam  etdirməyə  göndərilir  və 
1924-cü ilin oktyabrın 10-da tamamlayır" (60, v. - 10, 11, 12). 
Arxiv  sənədlərində  Ġsrafil  bəy  haqqında  məlumatlar  çoxdur.  polĢanın 
Qrodno  Ģəhərində  29-cu  piyada  diviziyada  xidmət  edən  Ġsrafil  bəy  Azərbaycanın 
bolĢevik iĢğalından sonra Türkiyəyə sığınmıĢ, buradan isə PolĢaya keçmiĢ, orduda 
xidmətə baĢlamıĢdır. Ġkinci Dünya müharibəsi illərində Azərbaycan legionerlərinin 
döyüĢlərində  iĢtirak  edən  Ġsrafil  bəy  1943-cü  ildə  Berlində  keçirilən  Milli 
Azərbaycan  Qurultayında  çox  diqqətli  bir  çıxıĢ  etmiĢdi.  O,  demiĢdi:  "Əziz 
qardaĢlar! Öz xalqının vətən azadlığı uğrundakı mübarizə tarixini bilməyənlər, ata-
anasını tanımayan cocuqlara  bənzərlər. ... Xalqımızda  bolĢeviklərə  qarĢı nifrət və 
barıĢmazlıq hissləri o qədər böyük olmuĢdur ki, bunun nəticəsində 20 il içərisində - 
yəni 1920-1940-cı illər arasında 40-dan çox qanlı üsyanlar baĢ vermiĢdir. 
     BolĢeviklərin 
ölkəmizi 
Ģərəfsizləndirdiklərinə, 
ailələrimizi 
dağıtdıqlarına,  səfərbərliyə alaraq Almaniyaya qarĢı  etdiklərinə və Azərbaycanın 
ən yaxĢı oğullarını güllələdiklərinə bizim xalq soyuqqanlılıqla baxa bilməz" (50, s. 
170-171). 


83 
 
Ġkinci      Dünya    müharibəsi      qurtardıqdan    sonra    Amerika-Ġngilis 
qoĢunları legionerləri sovet ordusuna təhvil verməyə baĢladılar. Bu zaman tanınmıĢ 
azərbaycanlı  zabit  albay  Ġsrafil  bəy  əsl  hünər  və  əsgərlərinə  sədaqət  nümunəsi 
göstərdi.  Belə  ki  müttəfiq      orduların    rəhbərliyi      Ġsrafil    bəyin      yox,  onun 
əsgərlərinin  sovetlərə  təhvil  veriləcəyini  bildirdikdə  cəsur  zabit  demiĢdi:  "Mən 
yaĢadığım  müddətdə  heç  bir  qüvvət  mənim  baĢçılığım  altında  olanları  barbar  bir 
rejimə  təslim  edə  bilməz.  Ya  hamımız  bərabər  hürriyyətə  qovuĢuruq,  yaxud  da 
bərabər ölürük!" Mənim birliyini əsir vətənimizin hürriyyəti uğrunda çarpıĢmıĢ və 
gözlərimin  önündə  on  minlərlə  qurban  vermiĢ  olan  azərbaycanlılardan  təĢkil 
olunub.  Mən  bir  komandan  olaraq  onları  yalqız  baĢına  kommunizmin  qanlı 
xəncərinə  necə  təslim  edə  bilərəm?  Mən  heç  bir  zaman  övladlarımı  yalqız 
buraxmaram. Onlarla bərabər ölmək mənim üçün ən böyük bir Ģərəfdir" (50, s. 18). 
Ġngiltərə-Amerika qoĢunlar Ġsrafil bəyi sovetlərə təslim etdilər. Sovetlərdə 
Ġsrafil  bəyi  "vətən  xaini"  adı  ilə  güllələdilər.  Ġsrafil  bəyin  digər  bir  qardaĢı  isə 
Amerikaya getmiĢ, Nyu-York yaxınlığındakı Nevada Ģəhərində yaĢamıĢdır. 
Qeyd  edək  ki,  Ġsrafil  bəyin  həyat  yoldaĢı  Fatma  xanımın  vəfatı  ilə 
əlaqədar M. Ə. Rəsulzadənin BaĢ redaktoru olan "QurtuluĢ" jurnalında da məlumat 
çap  edilmiĢdi.  1937-ci  ildə  rəhmətə  gedən  bu  xanıma  yalnız  azərbaycanlıların 
deyil,  eləcə  də  bütün  qafqazlıların  xüsusi  hörməti  olduğu  göstərilirdi.  Bildirilirdi 
ki, Fatma xanım ana babasının olduğu VarĢavadan kənarda olan Slonimə aparılmıĢ 
və orada dəfn edilmiĢdir. Tabutun  üzərinə isə  üç rəngli  Azərbaycan bayrağını  əks 
etdirən əklil də qoyulmuĢdu. 
PolĢanın  Hərbi  Qüvvələr  Arxivində  tanınmıĢ  Azərbaycan  zabiti,  1920-ci 
ildə  Gəncə  üsyanına  baĢçılıq  etmiĢ  polkovnik  Cahangir  bəy  Kazımoğlu  haqqında 
da  məlumatlar  vardır.  1918-1920-ci  illərdə  Azərbaycan  Xalq  Cümhuriyyəti  ordu-
sunun qurulmasında yaxından iĢtirak etmiĢ C. Kazımoğlu həmin illərdə 3-cü Gəncə 
alayının  komandiri  olmuĢdur.  1920-ci  ilin  aprelində  Azərbaycan  bolĢeviklər 
tərəfindən  iĢğal  edildikdən  sonra  mayın  25-dən  iyunun  4-dək  Gəncə  üsyanına 
baĢçdıq    etmiĢ,    müvəqqəti    olaraq    sovet    hakimiyyətini devirmiĢdir. 
Gəncə  üsyanı  yatırıldıqdan  sonra  o,  Türkiyəyə  getmiĢ,  hərbi  sahədə 
çalıĢmıĢdır.    Bir  müddət  sonra  PolĢaya  getmiĢ,  bu  ölkənin  ordusunda  müqavilə 
əsasında  xidmətə  baĢlamıĢdır.  Ġkinci    Dünya    müharibəsində    Azərbaycan  
legionunun      təĢ-kilatçılarından  olmuĢ,  tabur  komandiri  kimi  döyüĢlərdə  iĢtirak 
etmiĢdir. Uğurlu döyüĢ əməliyyatlarına görə o, Azərbaycan legionunun  ordeni   ilə  
də  təltif edilmiĢdir.   Ġkinci   Dünya müharibəsindən    sonra    əvvəlcə    Ġtaliyada,    
sonradan        isə  Türkiyədə        yaĢamıĢdır.    1955-ci          ilin        yanvarın          17-də 
Almaniyada  bir qadın tərəfindən bileti alınmaqla  təyyarə  ilə  dəvət edilmiĢ  və  elə 
həmin  görüĢdə  o,  müəmmalı  Ģəkildə  vəfat  etmiĢdir.  Mətbuatda  onun  ölümünün 
sovet hökumətinin sifariĢi olduğu göstərilirdi. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə