Əlavə IV: Marağın ifadə edilməsi barədə bəyannamə



Yüklə 10,86 Kb.

tarix16.11.2018
ölçüsü10,86 Kb.

background image
Əlavə IV: Marağın ifadə edilməsi barədə bəyannamə  

 

Mal və xidmətlərin yeni təchizatçılarının identifikasiyası – Təchizatçının bəyannaməsi  

BMT-nin  Qaçqınlar  üzrə  Ali  Komissarlığı  BMTQAK-ın  əsas  dəyərlərinə  və  mandatı  altındakı  şəxslərlə 

bağlı öhdəliklərinə hörmət edən kommersiya müəssisələri ilə müqavilələr bağlayır.  

 

Bu bəyannamənin məqsədi potensial təchizatçının BMTQAK-ın əsas dəyərlərinə və mandatı altındakı 



şəxslərlə bağlı öhdəliklərinə hörmət edib-etmədiyini müəyyənləşdirməkdir. 

Təchizatçının bəyannaməsi  

Lütfən müəssisənin adını göstərin:____________________________ 

Lütfən əvvəlcə sualları 

cavablandırın  

Hə  

Yox  

"Hə"  cavabı  verməklə  müəssisə  təsdiq  edir  ki,  BMT-nin  Təhlükəsizlik 

Şurasının Sanksiyalar Komitəsinin 751 (1992), 1267 (1999), 1907 (2009) 1989 

(2011)  saylı  qətnamələri  və  yaxud  digər  qətnamələri  əsasında  ona  sanksiya 

tətbiq edilməyib və Komitə tərəfindən sanksiya tətbiq edilənlərlə əlaqəli olan 

fiziki  və  ya  hüquqi  şəxslərə,  yaxud  Birləşmiş  Millətlər  Təşkilatının 

Nizamnaməsinin  VII  fəsli  əsasında  Birləşmiş  Millətlər  Təşkilatının 

Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamə ilə qadağan olunmuş 

hər hansı digər formada yardımlarda iştirak edən hər hansı şəxsə birbaşa və 

ya dolayısı ilə yardım göstərməyib və göstərmir.  

http://www.un.org/sc/committees/1267/aq_sanctions_list.shtml

 

 



 

"Hə" cavabı verməklə müəssisə təsdiq edir ki, korrupsiya fəaliyyətlərində, o 

cümədən  insanlıq  əleyhinə  cinayətlərdə  və  hərbi  cinayətlərdə  ittiham 

olunmayıb və ya iştirak etməyib və BMTQAK ilə iş birliyində olmasının və ya 

onun  mandatı  altında  olan  şəxslərlə  çalışmasının  məqsədəuyğun 

sayılmamasına  səbəb  ola  bilən  fəaliyyətlərdə  hazırda  iştirak  etmir  və 

keçmişdə də iştirak etməyib.  

 

 



"Hə"  cavabı  verməklə  müəssisə  təsdiq  edir  ki,  BMTQAK-ın  mandatı  altında 

olan hər hansı şəxsə qarşı onun irqindən, dinindən, vətəndaşlığından, siyasi 

əqidəsindən,  cinsindən və ya  sosial  qrup mənsubiyyətindən asılı  olmayaraq 

ayrı-seçkilik etməyəcəkdir.  

 

 

"Hə"  cavabı  verməklə  müəssisə  təsdiq  edir  ki,  BMTQAK-ın  xidmətlər 



haqqında müqaviləsinin bütün maddələrinə riayət etməyə hazırdır.  

 

 



 

Yuxarıda adı göstərilən müəssisənin rəsmi nümayəndəsi olaraq bəyan edirəm ki, marağın ifadə edilməsi 

barədə bu bəyannamədə təqdim edilən məlumatlar tam və dəqiqdir və dərk  edirəm  ki,  onlar  BMTQAK 

tərəfindən yoxlanıla bilər.  

 

İmza  


 

Səlahiyyətli nümayəndənin adı/vəzifəsi  

 

Təchizatçının adı  



 

Tarix  


 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə