|
![](/i/favi32.png) Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]İnsanlara təsirinin mümkün xarakterinə görə təhlükə amilləri birbaşa və dolayı amillərə bölünür.
Strukturuna və ya quruluşuna
|
səhifə | 22/66 | tarix | 24.03.2023 | ölçüsü | 4,53 Mb. | | #103110 |
| lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars nİnsanlara təsirinin mümkün xarakterinə görə təhlükə amilləri birbaşa və dolayı amillərə bölünür.
Strukturuna və ya quruluşuna görə sadə (müxtəlif potensial təhlükələrin istiqamətlənmiş təsiri amilləridir və onlara istehsalat mühitinin havasının yüksək çirklənmə səviyyəsini, səsi və s. aid etmək olar) və törəmə (sadə amillərin qarşılıqlı təsirləri ilə yaranan) amillər fərqləndirilir.
Fəsadlarına görə, insanların yorulmasına və onların xəstələnməsinə gətirib çıxaran təhlükə amilləri fərqləndirilir. Bir qayda olaraq yorğunluğa gətirib çıxaran amillər orqanizmin əsəb-psixi, psixosomatik, fiziki həddən artıq yüklənmələri, əmək şəraitinə müvafiq olmayan həyat fəaliyyətinin ritminin pozulması və s aiddir. Xəstəliklərin ümimi və peşə fəaliyyət ilə əlaqəli olan növləri seçilir və yüngül ağırlıq, orta ağırlıq, ağır, ölümcül dərəcələrə ayrılır.
Yaratdığı ziyanlara görə aşağıdakı ziyanları şərtləndirən amillər də fərqləndirilir.
İqtisadi ziyan əmək məhsuldarlığını aşağı düşməsi, işə çıxmama, xəstəlik kağızlarına müavinətlərin ödənilməsi, normadan az məhsulun istehsalı, onun keyfiyyətinin azalması və s. kimi xarakterizə olunur.
Sosial ziyan insanların səhhətinin pisləşməsi, onun həyat və əmək uzunömürlüyünün davamiyyəti, gələcək nəsillərin sağlamlığının mümkün pisləşməsi və s. hallarında yaranır.
Ekoloji ziyan aviasiya texnikasının tullantıları vasitəsi ilə ətraf mühitin çirklənməsi nəticəsində vurulan ziyanla təyin edilir.
Siyasi ziyan ölkənin nüfuzunun itirilməsi ilə ifadə olunur. Bunun səbəblərinə isə ekoloji fəlakətlərə gətirib çıxara bilən ətraf mühiti, təbii obyektləri çirkləndirən aviasiya texnikasından istifadə edilməsini, böyük texnogen qəzalara gətirib çıxara bilən texniki qurğuların düzgün istismar edilməməsini, aviasiya texnikasının istismarı və yüklənməsi və onun idarə edilməsi üzrə reqlamentə əməl edilməsini edilməsini, zəif qanunvericilik bazasını aid etmək olar.
Aviasiya qəzalarının əsas səbəbləri aşağıdakılardır: • təyyarəçilərin səhvləri (hündürlüyə əməl edilməməsi, hücum bucağının böhran qiymətlərindən kənara çıxma, yerlə kontaktın itirilməsi və s.); • dispetçer və meteoroloji xidmət işçilərinin səhvləri; • uçuşlarda aviasiya texnikasının imtinası (köhnəlmə, təyyarə parkının yeni modellərlə əvəzlənməsinin aşağı tempi); •avadanlıqların konstruktiv çatışmazlıqları (aviaüfüq, şassi və s.); • hava şəraiti; • hava gəmisinin istismar məhdudiyyətlərini aşma; • qeyri-qanuni müdaxilələr (terror aktları və s.); hava gəmisinin uçuş-eniş zolağından qalxması zamanı artıq yüklənmə səbəbləri; • hava gəmisinin uçuş-eniş zolağından quş dəstələri ilə toqquşması; • naməlum səbəblər.
Dostları ilə paylaş: |
|
|