Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


İnsanlara təsirinin mümkün xarakterinə görə təhlükə amil­ləri birbaşa və dolayı amillərə bölünür. Strukturuna və ya quruluşuna



Yüklə 4,53 Mb.
səhifə22/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   18   19   20   21   22   23   24   25   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

İnsanlara təsirinin mümkün xarakterinə görə təhlükə amil­ləri birbaşa və dolayı amillərə bölünür.
Strukturuna və ya quruluşuna görə sadə (müxtəlif potensial təhlükələrin is­ti­qamətlənmiş təsiri amilləridir və onlara istehsalat mühitinin ha­vasının yüksək çirklənmə səviyyəsini, səsi və s. aid etmək olar) və törəmə (sadə amillərin qarşılıqlı təsirləri ilə ya­ra­nan) amil­lər fərqləndirilir.
Fəsadlarına görə, insanların yorulmasına və onların xəstə­lənməsinə gətirib çıxaran təhlükə amilləri fərqləndirilir. Bir qay­da olaraq yorğunluğa gətirib çıxaran amillər orqanizmin əsəb-psixi, psixosomatik, fiziki həddən artıq yüklənmələri, əmək şəraitinə müvafiq olmayan həyat fəaliyyətinin ritminin pozulması və s aiddir. Xəstəliklərin ümimi və peşə fəaliyyət ilə əlaqəli olan növləri seçilir və yüngül ağırlıq, orta ağırlıq, ağır, ölümcül dərəcələrə ayrılır.
Ya­ratdığı ziyanlara görə aşağıdakı ziyanları şərtləndirən amillər də fərqləndirilir.
İqtisadi ziyan əmək məhsuldarlığını aşağı düşməsi, işə çıx­mama, xəstəlik kağızlarına müavinətlərin ödənilməsi, nor­ma­dan az məhsulun istehsalı, onun keyfiyyətinin azalması və s. kimi xarakterizə olunur.
Sosial ziyan insanların səhhətinin pisləşməsi, onun həyat və əmək uzunömürlüyünün davamiyyəti, gələcək nəsillərin sağlamlığının mümkün pisləşməsi və s. hallarında yaranır.
Ekoloji ziyan aviasiya texnikasının tullantıları vasitəsi ilə ət­raf mühitin çirklənməsi nəticəsində vurulan ziyanla təyin edilir.
Siyasi ziyan ölkənin nüfuzunun itirilməsi ilə ifadə olu­nur. Bunun səbəblərinə isə ekoloji fəlakətlərə gətirib çıxara bilən ət­raf mühiti, təbii obyektləri çirkləndirən aviasiya texni­kasın­dan istifadə edilməsini, böyük texnogen qəzalara gətirib çıxara bilən texniki qurğuların düzgün istismar edilməməsini, aviasi­ya texnikasının istismarı və yüklənməsi və onun idarə edilməsi üzrə reqlamentə əməl edilməsini edilməsini, zəif qanunvericilik bazasını aid etmək olar.
Aviasiya qəzalarının əsas səbəbləri aşağıdakılardır: • təyyarəçilərin səhvləri (hündürlüyə əməl edilməməsi, hücum bucağının böhran qiymətlərindən kənara çıxma, yerlə kontak­tın itirilməsi və s.); • dispetçer və meteoroloji xidmət işçilərinin səhvləri; • uçuşlarda aviasiya texnikasının imtinası (köhnəlmə, təy­ya­rə parkının yeni modellərlə əvəzlənməsinin aşağı tempi); •avadanlıqların konstruktiv çatışmazlıqları (aviaüfüq, şassi və s.); • hava şəraiti; • hava gəmisinin istismar məhdudiyyətlərini aşma; • qeyri-qanuni müdaxilələr (terror aktları və s.); hava gəmisinin uçuş-eniş zolağından qalxması zamanı artıq yüklənmə səbəb­ləri; • hava gəmisinin uçuş-eniş zolağından quş dəstələri ilə toq­quş­ması; • naməlum səbəblər.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə