Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Aviasiya nəqliyyatı və onun dövlətlərin inkişafında rolu



Yüklə 4,53 Mb.
səhifə20/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Aviasiya nəqliyyatı və onun dövlətlərin inkişafında rolu. Aviasiya güclü mühəndis komplekslərindən ibarətdir, fəaliyyətinin bütün qanuna­uy­ğunluqları hələ də tam aydın olmayan yeni və həddən ziyadə mürəkkəb sistemi –texnos­feranı formalaşdırır. Mülki aviasiya həm də insanların iqtisadi fəaliyyətinin müxtəlif sahələrini birləşdirən mürəkkəb bir texniki və iqtisadi sistemdir. Onun tərkibinə daxildir:
• mülki aviasiyanın fəaliyyət göstərən müəssisələrini lazımi təbii komponentlərlə təmin edən hasilat və emal sektoru;
• mülki aviasiyanın istismar müəssisələrinin (təyyarələrin, xüsusi texnikanın, bina və tikililərin, yanacaq və texniki yağ təminatının, digər material və ehtiyat hissələrinin) fəaliyyəti üçün lazım olan zəruri komponentlərin istehsalı və tikintisi ilə məşğul olan istehsal sektoru;
• sərnişinlərin və yüklərin (kənd təsərrüfatı, tikinti və quraşdırma, geoloji kəşfiyyat, fövqəladə xilasetmə və s. üçün aviasiya istifadəsi daxil olmaqla) havada və quruda daşımalarının həyata keçirilməsi üzrə aviasiya müəssisələrinin birbaşa fəaliyyət sferası;
• mülki aviasiyanın istsitsmar müəssisələrinin (təyyarələr, xüsusi texnika, binalar, tikililər və s. daxil olmaqla) fasiləsiz və təhlükəsiz istismarını təmin etməyə yönəlmiş texniki və təmir sferası;
• daxili və beynəlxalq bazarlarda rəqabət qabiliyyətini təmin edən elmi sfera;
• nəql olunan sərnişinlərin, habelə hava yollarında işləyən işçilərin dolanışığı və rahatlığına məsul olan sosial sahə və s.
Aviasiya nəqliyyatı sürətli və bahalı nəqliyyat növü olmaqla dünyanın ən uzaq və çətin gedilə bilən rayonları ilə əlaqələrin həyata keçirilməsində və beynəlxalq sərnişin daşıma­larında çox böyük əhəmiyyətə malikdir. Bu nəqliyyat növü orta, xüsusi ilə uzaq məsafələrə sərnişin daşınmasında, poçt və təcili yüklərin, xəstə insanların lazımi yerlərə çatdırılmasında mühüm rol oynayır. Təbii şəraiti əlverişsiz olan ərazilər və dağ rayonları ilə əlaqə yaradıl­ması, kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizə aparılması üçün təyyarə və helikop­terlərdən istifadə olunur.
Müasir dövrdə dünyada beynəlxalq sərnişin və yük daşımalarında hava nəqliyya­tının payı və ona olan təlabat durmadan artır. Bu gün dünya ölkələrinin demək olar ki, hamısında milli mülki aviasiya sistemi mövcuddur və bu sistemin əsas vəzifəsi – bey­nəlxalq və daxili aviadaşımalara olan tələbatı təmin etməkdir. Məhz hava nəqliyyatının sürətlə inkişaf etməsi nəticəsində dünyanın müxtəlif regionları və ölkələri arasında siyasi və iqtisadi əlaqələr intensiv şəkildə artmışdır.
Hava nəqliyyatının digər nəqliyyat növlərinə nisbətən üstünlükləri və çatışmaz­lıqları aşağıdakılardır.
Üstünlükləri:
-yüksək çatdırma sürəti;
-qısaldılmış hava yolu (bu, sərnişin və yüklərin təyinat yerinə çatdırılmasında vaxta qənaət olunmasına mühüm təsir göstərir);
-hava limanları arasında kommunikasiya şəbəkəsinin tikintisinə ehtiyacın olmaması (bu, hava daşımalarının təşkilolunma vaxtını və məsrəfləri azaldır);
-uçuşların müntəzəm olması (uçuşlar müxtəlif reyslər, alternativ marşrutlar əsasında həyata keçirilir ki, bunun da müştərilərin rahatlığı üçün mühüm əhəmiyyəti vardır);
-hava daşımalarının tez təşkil olunması;
-uzaq məsafələrə yük və sərnişinlərin daşınması;
-yüksək manevr etmək qabiliyyətinə malik olması və s.
Çatışmazlıqları: -qiymətlərin baha olması; -əlavə nəqliyyat növündən istifadə olunması; -şəhərdən hava limanına gediş-gəliş üçün xeyli vaxt itkisi; -iqlim şəraitindən asılı olması; -istismar və əsaslı xərclərin yüksək olması.
Müasir dövrdə aviasiya nəqliyyat bazarında beş növ əməliyyat həyata keçirilir:

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə