Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


) Elektromaqnit şüalanma hamiləlik dövründə də anomaliyalara səbəb olur və embrionlara zərərli təsir göstərir. 11)



Yüklə 4,53 Mb.
səhifə16/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   12   13   14   15   16   17   18   19   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

10) Elektromaqnit şüalanma hamiləlik dövründə də anomaliyalara səbəb olur və embrionlara zərərli təsir göstərir.
11) Sistemli şəkildə işdə radiodalğa şüalanmasına məruz qalan insanların tibbi müayinələri göstərir ki, bu cür işlərdə xidmət müddətinin artması patoloji dəyişikliklərin artmasına səbəb olur. Bu, insan bədəninin elektromaqnit təsirlərə adaptasiya olunmamasını göstərir. Həmçinin qeyd etmək vacibdir ki, radiodalğa şüalanmasına məruz qalma bədənin digər mənfi xarici təsirlərə (zəhərli, akustik, istilik və s.) qarşı müqavimətinin azalması.
Elektromaqnit çirklənməsinin təsiri. İnsan orqanizmi­nin radiodalğalarla şüalanması vaxtı, elektromaqnit ener­jisi­nin bir hissəsi toxumalar tərəfindən udulur və beləliklə, onların isinməsinə gətirib çıxarır. Bu effekt şüalanmanın tezliyindən asılıdır, tezlik nə əqədər çox olarsa, toxumalar tərəfindən udulan enerji bir o qədər çox olar. İfrat yüksək tezlikli diapazonda bu pay 40-50%-ə çata bilir.
Elektormaqnit şüalanması toxumaların dərinliyinə ya­yıl­ması dalğanın uzunluğu artıqca – artır. Məsələn, insan orqanizmində millimetrlik elektromaqnit dalğaları dərinin üst qatları, santimerlik şüalar – dəri və dəri altı hüceyrələr, desimetrlik dalğalar isə daxili orqanlar tərəfin­dən udulur.
Elektromaqnit şüalarının təsiri altında toxumaların qızması tərkibində daha çox su olan insan orqanizmləri (göz, beyin, böyrək, mədə) üçün xüsusilə təhlükəlidir. Nümunə kimi göstərmək olar ki, göz billurunun artıq qız­ması səbəbindən belə şüalanma katarakt xəstəliyinə gətirib çıxara bilər. Elektromaqnit şüalanmanın intensivliyi artıqca istilik effekti də artır. Bu effekt müəyyən həddi keçdikdə insanın termorequlyasiya mexanizmi toxumala­rın qızmasının öhdəsindən gələ bilmir, nəticədə insan bədənin istiliyi artmağa başlayır. İstilik effektinin istilik hü­dudu millimetrlik dalğalarla şüalanma vaxtı 70 Vt/m2, santimetrlik dalğalarda 100 Vt/m2, desimetrlik dalğalarda isə 400 Vt/m2 təşkil edir. İstilik hüdudundan artıq şüalan­manın uzunmüddətli təsiri insanlar üçün ağır fəsadlara (yanıqlar, qan sızmaları, istilik zərbəsi), hətta ölüm hallarına da gətirib çıxara bilər.
Çoxsaylı tədqiqatlar göstərir ki, elektromaqnit şüalan­ma­sına ən həssas insan orqanizmlərindən əsəb, ürək-damar, immun, endokrin sistemləridir.
Az intensivlikli radioşüalanmalarnın sistematik təsiri səbəbindən yuxu pozulur, baş ağrıları əmələ gəlir, tez yorulma və əsəbilik, ümumi zəiflik, ürək nahiyəsində ağrı­lar müşahidə olunur.
Radiodalğa şüalanmaları insan orqnizmin digər mənfi xarici təsirlərə (toksik, akustik, istilik və s.) müqavimətinin azalmasına gətirib çıxarır.
Elektromaqnit şüalanmalarına ən həssas əhali kate­qo­ri­yalarına uşaqlar, hamilə qadınlar, xəstə insanlar, və ahıl yaşlı insanlar daxildir.
Beləliklə, elektromaqnit şüalanmanın insan orqaniz­mi­nə təsiri kumulyativ xassələrə malikdir, yəni onların insan orqanizmi üçün neqativ təsirləri toplanır və cəmlənir.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə