Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Mövzu Aviasiya nəqliyyatı vasitəsilə çirklənmələrin canlılara, suya və torpaq mühitinə mənfi təsirləri [14, 32, 40-43]



Yüklə 4,53 Mb.
səhifə13/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   9   10   11   12   13   14   15   16   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Mövzu Aviasiya nəqliyyatı vasitəsilə çirklənmələrin canlılara, suya və torpaq mühitinə mənfi təsirləri [14, 32, 40-43]. Aviasiya nəqliyyatının insanlara mənfi təsirləri (zərərli qazların, elektromaqnit dalğalarının, səs-küyün, vibrasiyanın insan orqanizminə təsiri). Aviasiya nəqliyyatı ilə çirklənmələrin yerüstü, su və torpaq ekosistemlərinə təsiri.


Aviasiya nəqliyyatının insanlara mənfi təsirləri (zərərli qazların, elektromaqnit dalğalarının, səs-küyün, vibrasiyanın insan orqanizminə təsiri).
Zərərli qazların insanlara təsiri. Bu təsirlərə aşağıdakıları aid etmək olar.
1) Dəm qazı (CO) aydın ifadə olunuş toksik təsirə malikdir, qan hemoqlobini ilə reaksiyaya girərək karboksihemoqlobin əmələ gətirir. Hemoqlobindən fərqli olaraq bu kimyəvi birləşmə oksigeni tənəffüs sistemindən toxumalara daşıya bilmir. Nəticədə qaz mübadiləsi pozulur, oksigen açlığı baş verir və bu, bütün bədən sistemlərinin işində patoloji dəyişikliklərə səbəb olur. Azot dioksidi (NO2) oxşar xüsusiyyətlərə malikdir. Yüksək konsentrasiyalarda CO və NO2 həyat üçün təhlükəlidir.
2) Kükürd dioksidi (SO2) tənəffüs yollarının selikli qişasına mənfi təsir göstərir. Bir çox bitki növü üçün də zərərlidir. Bu qaz havadakı rütubətlə birləşərək, ən kiçik sulfat turşusu damcılarından ibarət zəhərli duman yarada bilər. Azot oksidləri (NOx) azot turşu damcılarından duman yaradaraq, oxşar mənzərə yarada bilər. Atmosferdə kükürd və azot oksidlərindən müvafiq turşuların əmələ gəlməsi də turşulu yağışına və ətraf mühitin turşulaşmasına səbəb olur ki, bu da həm insanların, həm də flora və faunanın həyatına mənfi təsir göstərir.
3) CnHm karbohidrogenləri arasında kanserogen xüsusiyyətlərə malik maddələr var (məsələn, benzopiren). Bəzi karbohidrogenlərin kəskin xoşagəlməz bir qoxusu var və tənəffüs yollarının selikli qişasını qıcıqlandırır.
4) Günəş işığının təsiri ilə karbohidrogenlər azot oksidləri ilə fotokimyəvi reaksiyalara girirlər. Nəticədə bir çox zərərli və zəhərli maddələr əmələ gəlir (müxtəlif peroksidlər, ozon və s.). Onlar, müxtəlif materialların korroziyasını sürətləndirir, bitki örtüyünə mənfi təsir göstərir və fotokimyəvi (Los-Anceles) zəhərli duman meydana gəlməsinə səbəb olurlar. Belə duman əhali arasında kütləvi ağciyər və digər xəstəliklərə səbəb olur, həm də tikililəri, bina və tikilləri məhv edir, bitki örtüyünün deqradasiyasına səbəb olur.
5) Təyyarə mühərriklərinin işlənmiş qazları da əsasən hissdən (hissə) ibarət olan ən kiçik qatı aerosol hissəciklərini yaradır. Onlar insanların tənəffüs və ağciyər problemlərinə səbəb olur.
6) Yuxarıda baxılan hava çirkləndiriciləri ilə yanaşı təyyarə mühərriklərinin işlənmiş qazlarında daha az əhəmiyyətli dərəcədə digər zəhərli çirkləndiricilər mövcuddur və bunların çoxu insan sağlamlığına əhəmiyyətli dərəcədə zərər verir.
Zərərli qazların təsiri. Dəm qazı (CO) aydın ifadə olunmuş zəhərləyici təsirə malikdir. Bu qaz qanın hemoq­lobini ilə reaksiyaya girərək karbooksihemoqlobin yaradır. Bu kimyəvi birləşmə hemoqlobindən fərqli olaraq qanda oksigeni nəfəsalma orqanlarından toxumalara daşıya bil­mir. Nəticədə insan orqanizmində qaz mübadiləsi po­zu­lur, oksigen aclığı başlayır, bu da orqanizmin bütün fəaliyyət sistemlərində patoloji dəyişmələrə gətirib çıxarır. Analoji xassələrə azot oksidi (NO2) də malikdir.
Kükürd qazı (SO2) nəfəsalma yollarının selikli qişa­sına neqativ təsir göstərir.
Karbohidrogenlər (CnHm) arasında elə maddələr var ki, onlar kanserogen xassələrə malikdir (məsələn, benzo­piren). Bir sıra karbohidrogenlər kəskin pis iyə malik olmaqla nəfəsalma oqranlarının selikli qişasına qıcıqlan­dırıcı təsir göstərir.
Günəş şüalarının təsiri altında karbohidrogenlər azot oksidləri ilə fotokimyəvi reaksiyaya girərək bir çox zərərli və zəhərli maddələr əmələ gətirir. Onlar əhali arasında küt­ləvi ağciyər və digər xəstəliklərə səbəb olur.
Aviasiya mühərriklərinin tullantılarındakı aerozol his­sə­cikləri (əsasən his) nəfəsalma yollarının və ağciyərin xəstəliklərini yarada bilir.
Səs çirklənməsinin təsiri. İnsan qulağı üçün ən opti­mal səs qruplarına yarpaqların xışıltısı, suyun şırıltısı, quş­ların oxuması aiddir.
İnsanları ən çx qıcıqlandıran 3000 - 5000 Hs tezlikli dia­­pazondakı səsdir. 90 dB –lik səviyyədə səsin təsirinə xroniki olaraq məruz qalma eşitmənin itirilməsinə gətirib çıxara bilər. 110 dB səviyyədən çox səs vaxtı insanlarda alkoqol və ya narkotik sərxoşluğa analoji olan səs sərxoş­lu­ğu yaradır. 145 dB-lik səs səviyyəsində insanların qulaq pərdələrinin dağılması baş verir.
Qdınlar kişilərə nisbətən güclü səsə daha az daya­nıq­lıdırlar. Bunlardan əlavə səsə həssaslıq insan yaşın­dan, temperamentindən, sağlamlıq vəziyyətindən, ətraf şə­ra­itdən və s. asılıdır. Ümumiyyətlə isə, hava nəqliyyatı­nın yaratdığı səs çirklənməsinin insanlara neqativ təsi­rinin fəsadları aşağıdakı kimi ola bilər: -eşitmənin pozul­ması; tez qıcıqlanma; -həyacanlılıq; -əsəbilik; -yuxusuz­luq; -iştahın itməsi; -psixiki pozuntular; - stress; -ürək-damar və psixoendokrin pozulma.

Müasir dövrdə aviasiya təhlükəsizliyinə ekologiya barədə qayğıların əlaməti kimi də baxmaq olar. Buna görə də hava limanının yaxınlığında yaşayan əhali ətraf mühitin obyekti kimi qəbul edilməlidir. Buna görə də hava limanlarının yerləşməsi yalnız standart səs-küy səviyyəsini və havanın çirklənməsini təmin etmək baxımından deyil, həm də qonşu ərazidə əhalinin təhlükəsizliyini təmin etmək baxımından xüsusi tələblərə cavab verməlidir. Bu aspektdə hava limanının yaxınlığında yaşamaq nə deməkdir sualına qısaca olaraq, bu gündəlik dəhşətdir kimi cavab vermək olar. Belə ki, hava limanlarının yaxınlığında yaşayan insanlar təyyarələrin uçuş və enişini cəhənnəm baleti kimi izləməli olurlar.


Müasir aviasiya nəqliyyatının insanlara və ətraf mühitə təsirinin əsas amilləri onların yarandığı yerlərdə səs-küy yaranması və zərərli maddələrin atılması hesab olunur. Hal-hazırda yol verilən səs-küy səviyyələri əsasən Beynəlxalq Mülki Aviasiya Konvensiyasına Əlavənin 16-cı cildində tənzimlənir. Rusiya Federasiyası və MDB ölkələrində səs-küy səviyyələrini tənzimləyən AQ-36 Aviasiya Qaydaları beynəlxalq müddəalarla uyğunlaşdırılır. Səs-küyün səviyyəsinə qoyulan tələblər tədricən sərtləşdirilir. Məsələn, 1972-ci ildə İKAO Standartının 16-cı Əlavəsinin 2-ci, 1977-ci ildən isə -3-cü fəsli qüvvəyə minmişdir.
Ətraf mühitin çirklənməsinin insan orqanizminə təsiri kifayət qədər dağıdıcıdır. Bunlara baş ağrısını, süstlüyü, əsəbiliyi, təbii reaksiyalarının aşağı düşməsi, yaddaşın zəifləməsini, eşitmə itkisini, müəyyən bir iş üzrə diqqətinin cəmləşdirə bilməməsini, yuxu pozğunluqlarını, ürək-damar və endokrin sisteminin xəstəliklərini, insanın yaşama həddinin azalmasını aid etmək olar.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə