Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Şəkil 3.2. Elektromanqit sahələrindən və şüalarından mühafizənin üsulları və vasitələri



Yüklə 4,53 Mb.
səhifə11/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   7   8   9   10   11   12   13   14   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Şəkil 3.2. Elektromanqit sahələrindən və şüalarından mühafizənin üsulları və vasitələri
Torpaqların mühafizəsi tədbirlərinə aşağıdakıları aid etmək olar:
1)Sənaye və məişət və nəqliyyat mənşəli çirkləndirici mad­dələrin torpaqlara atılmasının qarşısının alınması və ya məh­dudlaşdırılması.
2)Kənd təsərrüfatında istifadə olunan mineral gübrələrin və digər zərərli və zəhərli maddələrin istifadəsinin məhdud­laş­dırılması.
3)Bərk sənaye tullantılarının emalı (fiziki-kimyəvi, termik və s. üsullarla həyata keçirilir);
4)Torpaqların bərk və maye çirkləndirici xarakter daşıyan tullantılardan mühafizəsi üçün müasir zamanda zibilxanalarda sənaye və məişət tullantılarının toplanmasından və anbara yı­ğıl­masından geniş istifadə olunur;
5)Litosferin sənaye və məişət tullantılarından mühafizə olunması üçün daha səmərəli qayda tullantıların toplanması və emalı üzrə xüsusi texnologiyaların tətbiq edilməsidir. Tul­lan­tı­ları toplayarkən onları növlərə ayırmaq lazımdır. Məsələn, Ya­poniya, Almaniya və bir sıra digər ölkələrdə şəhərlərin küçə­lərində kağız, şüşə, metal və s. məişət tullantılarının toplanması üçün xüsusi konteynerlər quraşdırılmıpşdır.
6)Litosferin sənaye və məişət tullantılarından mühafizə olunması probleminin həllinin ən səmərəli üsulu aztullantılı və tullantızıs texnologiyaların tətbiqidir. Bu zaman xammal və enerjinin bütün komponenetləri qapalı dövriyyədə (ilkin xam­mal-ehtiyatları-istehsalat işlədilməsi-ikinci xammal ehtiyatları) səmərəli istifadə olunur, yəni, biosferdə bərqərər olmuş ekoloji tarazlıq pozulmur.
7)Torpağın çirklənməsinə görə ödənişlər.
8)Pozulmuş torpaqların bərpası üçün rekultivasiya böyük əhəmiyyət kəsb edir. Torpaqların rekultivasiyası kompleks iş­lərdir və pozulmuş təbii-ərazi kompleksinin vahid formada ye­nidən istehsalına və yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Su mühafizəsi tədbirlərinin əsas növləri. Sututarların tə­miz­liyinin saxlanılması üçün aşağıdakı müxtəlif tədbirlər hə­ya­ta keçirilir: -kommunal-məişət və sənaye çirkab suların tam bi­oloji təmizlənməsinin təmin edilməsi; -çirkab sularının miqda­rının azaldılması və onlarda çirklənmələrin aşağı salınması mə­qsədi ilə sənaye istehsalının təkmilləşdirilməsi; -azsulu və su­suz texnologiyaların hazırlanması və tətbiqi; dövriyyəli su təc­hizatının tətbiqi və təmizlənmiş çirkab suların təkrar isteh­sa­lının genişləndirilməsi; gübrələrin və pestisidlərin səmərəli isti­fadəsi; -məhsuldar qüvvələrin perspektiv yerləşdirilməsi nəzərə alınmaqla su mühafizəsi tədbirləri planlarının reallaşdırılması.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə