Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Nəqliyyatın fəaliyyətinə təsir göstərən əsas coğrafi amillər



Yüklə 4,53 Mb.
səhifə2/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   2   3   4   5   6   7   8   9   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Nəqliyyatın fəaliyyətinə təsir göstərən əsas coğrafi amillər. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı ta­rixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat və məkan nöqteyi-nəzərdən nəqliyyat coğra­fiyasının inkişafına təsir edən amillər qrupunu aşağıdakı üç nö­və bölmək olar: -fiziki məhdudiyyətlər; -nəqletmə və məkan strukturu; -məkan/zaman əlaqələri.
Fiziki məhdudiyyətlər. Nəqliyyat hərəkət va­sitəsilə bir yerdən başqa yerə getməklə, məkanın fiziki xüsusiyyətləri nəqliyyat sistemlərinə əsas məhdudiy­yətlər yaradır. Bu da özünü onların istifadəsi qaydasında, xidmətetmə səviyyəsində, daşımaların xərclərində və həcmin­də büruzə verir.
Fiziki məhdudiyyətlər əsaslı şəkildə hərəkətə mütləq və nisbi formada maneə törədir:
• mütləq maneələrə hərəkəti tamamilə dayandıran coğ­rafi xüsusiyyətlər aiddir. Onlar­dan ya yan keçilməli, ya da xüsusi infrastrukturlarla aradan qaldırılmalıdır.
• nisbi maneələrə hərəkətin tezliyini və intensivliyini dəyişən coğrafi xüsusiyyətlər aiddir. Bu tezlik və intensivlik isə öz növbəsində hərəkət üçün seçilən iki məntəqəarasındakı məsafəyə təsir göstərəcək. Topoqrafiya buna klassik nümunədir və nisbi maneə kimi quru yol nəqliyyatının hərəkət tezliyinə və intensivliyinə təsir edir. Su yolu nəqliyyatı üçün isə nisbi maneələrə dəniz boğazlarını, kanalları və buz örtüyünü aid etmək olar.
Məkan nöqteyi-nəzərdən qoyulan üç əsas məhdudiyyət aşağıdakılardır:
• topoqrafiya. Dağ və dərə sistemlərinin xüsusiyyətləri nəqliyyat yollarının struktu­runa, nəqliyyat layihələrinin həyata keçirilməsi imkanlarına və onlara çəkilə bilən xərclərə güclü təsir göstərir.
• hidrologiya. Suyun xassələri, paylanması və dövranı nəqliyyat sənayesində vacib rol oynayır. Su nəqliyyatına çay­lardan, göllərdən və kiçik dənizlərdən keçən gəmiçilik kanal­ları çox güclü təsir göstərir. Missisipi, Müqədəss Lavrenti, Reyn, Mekonq, Yantsızı kimi bir sıra çaylar qitələrin “ürək­lərində” vacib naviqasiya yolları olmaqla bərabər, tarixən in­sanların əsas həyat fəaliyyətində mühüm rol oynayaraq onların nəqliyyat imkanlarından geniş isti­fadə olunmuşdur.
• iqlim. Onun əsas komponentlərinə havanın temperaturu, külək və atmosfer yağıntıları daxildir. Yük və sərnişin nəq­liyyat vasitələrinin hərəkətlərini qar, güclü yağışlar, buz və ya duman kimi təhlükəli meteoroloji hadisələr güclü surətdə məhdudlaşdırır. Atmosferin yuxarı qatlarındakı şırnaq axınları da vacib fiziki parametrdir və beynəlxalq hava uçuşlarını yerinə yetirən qurumlar bunu diqqət mərkəzində saxlamalıdır.
Məkan/zaman əlaqələri və ya həndəsi nöqteyi-nəzərdən Yerin kürə formasında olması böyük dövriyyə məsafəsini təyin edir. Bu xüsusiyyət başlıca qitələrarası dəniz yollarının və hava nəqliyyatının getdiyi yolları izah edir. Yer kürə şəklində olduğu üçün iki məntəqə arasında yol kürə üzə­rindəki qövsə müvafiq olan böyük dövriyyə məsafəsi va­sitəsilə hesablanacaq.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə