Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə9/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Atmosfer havasının çirkləndirici maddələrdən təmizlən­mə­sinin təbii mexanizmləri mövcuddur və süni təmizlənməsi üçün çoxsaylı tədbirlər həyata keçirilir.
Atmosferin öz-özünü təmizləməsi. İstənilən çirklənmə mən­­bəsində çirkləndirici maddələrin konsentrasiyası tullantıla­rın miqdarından və atılma hündürlüyündən, küləyin sürətindən və istiqamətindən, ərazinin relyefindən, atmosfer yağıntılarının miqdarından və atılmış qazların temperaturundan asılıdır. Bu as­pektdə hava okeanı çrikləndirici maddələrdən öz-özünü tə­miz­ləmə qabiliyyətinə malikdir. Belə ki, aerozollar atmosfer yağıntıları tərəfindən yuyulur, ionlar isə atmosferin elektrik sa­həsinin, həmçinin qravitasiyanın təsiri altında aşağıya çökür. Məsələn, küləyin sürəti 2m/san olan zaman ölçüsü 10 mkm olan hissəcik hündürlüyü 45 m olan borunun mənsəbindən 10 km-ə qədər məsafəyə daşınır, daha kiçik ölçülü hissəciklər isə daha uzaq məsafəyə daşınır. Çirkləndirici maddələri daşıyan hava axınları öz yollarında meşələrə rast gələrkən təmizlənirlər. Belə ki, ağaclar üzərinə bərk maddələrlə bərabər uçucu hissə­cik­lər də çökür. Atmosferin öz-özünü təmizləməsi prosesi həm də aşağı enən hava axınlarının və digər meteoroloji hadisələrin yaranması ilə əlaqəlidir.
Sənaye tullantıları ilə atmosfer havasının çirklənməsinə qar­şı əsas mübarizə tədbirlərinə aşağıdakıları aid etmək olar:
1)yaşayış zonalarına və iş yerlərinə nisbətən zərərli tullantı mənbələrinin səmərəli yerləşdirilməsi;
2)texnoloji prosesləri elə təşkil etmək lazımdır ki, atmos­ferə çirkli tullantıların atılması istisna edilsin (aztullantılı tex­no­logiya);
3)zəhərli qarışıqların hermetik mühitdə saxlanması və da­şınması, onların insanlar olduqları otaqların atmosferinə daxil olmasının xəbərdarlığının təkmilləşdirilməsi, müəssisə­daxili her­metik nəqletmə sisteminin tətbiq edilməsi;
4)zərərli və zəhərli maddələrin saxlanıldığı açıq anbar və çənlərin tətbiqindən imtina olunması;
5)çirklənmiş havanın və digər qazların iş yerləri zona­sın­dan və ümumiyyətlə otaqlardan çıxarılması;
6)ventilyasiya sistemində çirkləndirici maddələrin tutul­ma­sı və toplanması;
7)çoxpilləli təmizləyici sistemlərin tətbiq edilməsi (toz və qaz yığanlar, tüstü və zərərli qarışıqlar yığan, çoxpilləli tozyı­ğanlar);
8)zərərli maddələrin yerətrafı təbəqədə konsentrasiyasını azaltmaq üçün onların atmosferdə səpələnməsi tədbirlərinin tətbiq edilməsi;
9)havanın zərərli maddələrdən təmizlənməsi vasitələrinin (tozyığan, hisyığan, absorbsiya, hemosorbsiya, adsorbsiya və termik neytralizator, filtrasiya cihazları) tətbiq olunması;
10)istehsalın ümumi mədəniyyətinin artırılması (istehsalat proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, ava­danlıq və qurğuların vaxtlı-vaxtında və keyfiyyətli təmiri və s.)

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə