Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Aviasiya nəqliyyatı ilə çirklıənmələrin su ekosistemlərinə təsiri



Yüklə 4,53 Mb.
səhifə17/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   13   14   15   16   17   18   19   20   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Aviasiya nəqliyyatı ilə çirklıənmələrin su ekosistemlərinə təsiri. Texnoloji spesifikliyinə görə təyyarələr tərəfindən ətrafa atılan zərərli tullantılar daha sürətlə atmosfer məkanında çökür və orada yayılırlar.
Atmosfer çirklənməsi ilə yanaşı, böyük hava limanları ərazisində səth sularının və torpağın əhəmiyyətli dərəcədə çirklənməsi baş verir. Bunların əsas səbəblərinə başlıca olaraq müxtəlif zərərli çirkləndiriciləri olan istehsalat və təsərrüfat- məişət çirkab sularının axıdılması, həmçinin hava nəqliyyatı prosesləri zamanı atmosferə daxil olan toksik qarışıqların torpaq səthinin üzərinə və su obyektlərinə çökməsi aiddir.
Hava limanlarında istehsal çirkab suların mənbələri təyyarələrə texniki xidmət göstərmək üçün bina və tikililər (aviasiya texniki bazası, köməkçi istehsal və s.), habelə köməkçi binalar bina və tikililərdir (texniki əmlak anbarları, avtomobil anbarları, yanğın stansiyası, qazanxanalar və və s.).
Təsərrüfat-məişət çirkab sularının əsas mənbələrinə aerovağzal, mehmanxana, iaşə müəssisələri (kafelər, yeməkxanalar, təyyarədə sərnişinlərə yemək hazırlamanın qidalanma xidmətləri), habelə hava limanlarına bitişik aviasiya şəhərlərinin əraziləri kimi nəqliyyat daşımalarına xidmət edən bina və tikililər aiddir.
Aseton və benzol həm də aviasiya müəssisələrinin istehsal çirkab sularında olan zərərli üzvi birləşmələrdir. Aseton dərini və selikli qişanı qıcıqlandırır, su obyektlərinin nitrifikasiya prosesinə maneə törədir. Benzol dərinin kəskin lokal qıcıqlanmasına və qızartmasına səbəb olur, bədənə ümumi zəhərli təsir göstərir.
Hava limanlarının çirkab sularını təşkil edən zərərli maddələrlə su obyektlərinin və torpaqların çirklənməsi ətraf mühitə, flora və faunaya və insan sağlamlığına böyük ziyan vurur.
Böyük hava limanları tərəfindən ətraf mühitin intensiv kimyəvi çirklənməsi səbəbindən havada, suda və torpaqdakı zərərli maddələrin konsentrasiyası yalnız hava limanları ərazilərində deyil, həm də onların hüdudlarından xeyli uzaqda yerləşən ərazilərdə belə maddələrin yol verilən maksimum hədlərini aşır.
Aviamüəssisələr tərəfindən torpaqların və sututraların çirkləbməsinə gətirib çıxaran mənbələrə yağış və ərimiş suyun səthi axması, nəm təmizlənmə zamanı yaranan rütubət və s. aiddir. Hava limanlarının səth su axınında müxtəlif çirkləndiricilər yığılır: yuyucu və dezinfeksiyaedici maddələrin qalıqları, süni örtüklərin məhv edilməsi məhsulları və digər mineral birləşmələr, neft məhsulları, həll olunmuş üzvi çirkləndirici qarışıqlar və azot tərkibli maddələr.
Səth sularının ən böyük çirklənməsi aviasiya-texniki bazalar, yuyulma yerləri, perronlar, vağzalətrafı meydançalar, yanacaq-sürtkü materialları və s.-dir.
Payız-qış və yaz dövrlərində təyyarələrin buzlaşmaya qarşı mayelərlə emalı və aerodromların süni səth örtüklərindən qar-buz çöküntülərinin yığılması həyata keçirilir. Bu zaman, tərkibində sidik cövhəri, ammonium nitrat, müxtəlif səthi-aktiv maddələr və digər zəhərli birləşmələr olan buzlaşmaya və buzbağlamaya qarşı aktiv preperatlar və rekativlər istifadə olunaraq səth axını ilə birlikdə torpağa və su hövzələrinə daxil olaraq onları çirkləndirir.
Torpaqların və su obyektlərinin əhəmiyyətli dərəcədə çirklənməsi həm də təyyarə mühərrikləri və yerüstü nəqliyyat vasitələrinin işləməsi, aviasiya texniki bazasının istismarı, qazanxana sobalarıının yandırlıması və s. zaman atmosferə daxil olan və orada olan zərərli maddələrin çökməsi və yuyulması nəticəsində baş verir.
Hava limanları yaxınlığında yeraltı suların neft məhsulları hesabına çirklənməsi baş verir. Belə çirklənmə mənbələrinə təyyarələrin maye yanacaqla doldurulması zamanı onun sızmasını, həmçinin nəqli və saxlanılması zamanı texniki səhvlər hesabına kənara axmasını aid etmək olar. Neft karbohidrogenləri torpağın əhəmiyyətli dərinliklərinə sızma qabiliyyətinə balikdir. Məsələn, çatlı torpaq süxurlarında aviasiya kerosini 5 ay müddətində 700 m-dən çox dərinliyə yayıla bilər.
Dünyanın bir çox hava limanlarında aviasiya yanacağının və digər neft məhsullarının yerüstü və yeraltı su mənbələrinin çirkləndirilməsi istiqamətində ciddi sənədləşdirmə aparılır. Məsələn, Boston şəhərindəki (ABŞ) “Loqan” beynəlxalq hava limanını idarə edən Massaçusets ştatının “Masport” dövlət agentlyinin bu problemlərin təsviri və statistikası barədə veb-saytı mövcuddur. Məlumatlar 15 ildən çox dövr ərzində toplanılmışdır. Bu agentliyin məlumatına görə aviasiya yanacağının gözlənilmədən ətraf mühitə sızması və ya axması səthi və yeraltı sulara və bunlarla əlaqəli ekosistemlərə təsir göstərə bilər. Bu xüsusilə də təhlükəlidir. Beləki, Loqan hava limanı üç tərəfdən Boston korfəzi ilə əhatə olunmuşdur. Agentliyin veb-saytındakı cədvəl göstərir ki, 63000 qallon təyyarə yanacağı Loqan hava limanı ərazisinə axmışdır. Və belə hadisələrdən birində axma həcmi 18000 qallon təşkil etmişdir (cədvəl 3.xx).
Cədvəl 3.xx


Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə