Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Gübrələrin və pestisidlərin su obyektlərinə daxil olmasının qarşısının alınması



Yüklə 4,53 Mb.
səhifə12/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   8   9   10   11   12   13   14   15   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Gübrələrin və pestisidlərin su obyektlərinə daxil olmasının qarşısının alınması..
Pestisidlərin su obyektlərinə düşməsini məhdudlaşdırmaq.
Sahilyanı su mühafizəsi zonaları.
Süni aerasiya.
Çayların dibdəki çöküntülərindən təmizlənməsi.
Yeraltı suların çirklənmədən mühafizəsinin əsas tədbirləri. Yeraltı suların çirklənmədən mühafizəsinin əsas tədbirləri aşağıdakılardır:
1)Yeraltı su ya­taqlarının sanitar mühafizəsi üç növ qa­da­ğan zonasından ibarətdir.
Birinci zona – su çıxışları yerindən maksimum 0,5km ra­di­uslu sahəni əhatə edərək ciddi rejimli qadağan zonası adla­nır. Bu zonada yeraltı suları tədqiq və istismar obyektlərindən baş­qa heç bir təsərrüfat işlərinin aparılmasına icazə verilmir.
İkinci zona - su çıxışlarının yerləşdiyi mənbədən yerin geoloji və geomorfoloji quruluşu ilə əlaqədar olaraq 0,5-2,0km radiuslu sahəni əhatə edən məhdudlaşdırılan sahə adlanır. Bu zonada kurort-sanatoriya obyektlərindən başqa heç bir təsər­rüfat işlərinin aparılmasına icazə verilmir.
Üçüncü zona - su çıxışları yerindən 2,0-5,0km radiuslu sahəni əhatə edərək müşahidə zonası adlanır. Buradakı bina­ların su və kanalizasiya sistemləri etibarlı olmalıdır. Heyvan­dar­lığın inkişaf etdirilməsi və qəbristanlıq salınmasına icazə ve­rilmir. Qeyd olunan zonalar xəritələşdirilərək müvafiq döv­lət qurumları tərəfindən təsdiq olunur.
2) Profilaktik tədbirlər: yeraltı suların keyfiyyətinə nəzarət və onun üzərində müşahidə, sanitar nöqteyi-nəzərdən yeraltı suların götürülməsinin etibarlı qurğuları.
3) Lokal: çirklənmə zonasından sudaşıyıcı laya qədər çirk­lənmələrin hərəkətinin məhdudlaşdırılması.
4) Bərpaedici: sudaşıyıcı layın çirklənməsinin aradan qal­dı­rılması və yeraltı suların təbii keyfiyyətinin bərpa edilməsi məqsədi güdür.
Çirkab suların təmizlənməsi. Çirkab suların tə­miz­lənməsi dedikdə, onların tərkibindən zərərli maddələrin da­ğı­dılması və ya yox edilməsi məqsədi ilə emalı başa düşülür.
Çirkab suların təmizlənməsi üsulları iki qrupa bölünü: 1)Destruktiv üsullar – bu üsulların tətbiqi vaxtı çirkab suları çirk­ləndirən maddələri oksidləşmə, kimyəvi və fiziki-kim­yəvi yollarla dağıdılır. 2) Regenerasion üsullar – onlar aşağıdakılara imkan verir: - işlənilmiş maye qalıqlarını texnoloji döv­riyyəyə qaytarmaq; - digər istehsal sahəsində istifadə et­mək; - onlardan qiymətli maddələri ayıraraq çıxarmaq.
Çirkab suların təmizlənməsinin prinsipial sxemi şəkil 3.11-də verilmişdir.



Şəkil 3.11. Çirkab suların təmizlənməsinin prinsipial sxemi

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə