Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


İnsanların havadakı zərərli və zəhərli qarışıqlardan müha­fizəsi



Yüklə 4,53 Mb.
səhifə10/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   6   7   8   9   10   11   12   13   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

İnsanların havadakı zərərli və zəhərli qarışıqlardan müha­fizəsi. İnsanları zərərli qarışıqlardan qorumaq, onları zəhərli qaz­lardan zəhərlənməsinin xəbərdarlığı üçün aşağıdakı tədbir­lər həyata keçirilir:
Hava mühitinin çirklənməsinin xəbərdarlığına, insan or­qanizmi üçün təhlükəli olan həddə zərərli və toksik maddələrin yığılmasına yol verməməsinə istiqamətlənmiş kompleks təşki­lati və texniki tədbirlərin həyata keçirilməsi.
Yeraltı mədən yerlərində, istehsalat binalarında, kim­yəvi laboratoriyalarda, iş yerlərində və digər ərazilərdə atmos­ferin tərkibi üzərində sistematik nəzarətin aparılması.
Müvafiq fərdi mühafizə vasitələrinin tətbiq edilməsi.
Atmosfer havasının nəqliyyat vasitələri ilə çirklənməsinin sə­viyyəsini azaltmaq üçün nəzərdə tutulmuş tədbirlər növbəti fəsillərdə onların hər birinin növü üzrə daha detallaşdşrılmış formada veriləcəkdir.
Səs-küyün insanlara təsirinin azaldılması tədbirlərini 4 qrupa bölmək olar.
1. Qanunverici xarakter daşıyan tədbirlər. Bunlara aiddir:
-səs-küyün normalaşdırılması;
-daha yüksək səs-küy şəraitində yerinə yetirilən işə qəbul zamanı yaş həddinin müəyyənləşdiril­məsi; işçilərin ilkin və dövri tibbi müayinədən keçməsinin təş­kili;
-səs-küylü maşın və mexanizmlərlə iş müddətinin qısaldıl­ması.
2. Səs-küyün yaranmasının və yayılmasının qarşısının alın­ması. Bu işlər aşağıdakı istiqamətdə aparılır:
-maşın və avadanlıqların avtomatlaşdırılmış və məsafədən idarəedilmə formalarının tətbiqi;
-iş otaqlarının səmərəli planlaşdırılması;
-avadanlıqların dəyişdirilməsi ilə texnologiyaların daha az səs-küylü texnologiyalarla əvəzlənməsi;
-detalların hazırlanmasının dəqiqliyinin və fırlanan detal­ların balansının yüksəldilməsi;
-ekranlaşdırma və ya səsizolə edici örtüklərin tətbiqi;
-səs-küyün istiqamətinin dəyişdirilməsi;
-iş otaqlarının divarlarının səsuducu materiallarla örtül­məsi.
3. Yuxarıda göstərilən tədbirlərin köməyi ilə səs-küyün sə­viyyəsinin normativ qiymətlərə qədər azaldılması mümkün ol­madıqda, fərdi mühafizə vasitələrinin tətbiqi. Təcrübədə səs-küyün xarakteristikasından və istifadə olunan vasitələrdən asılı olaraq səsin intensivlik səviyyəsini 5...45 dB azaltmaq müm­kün olmuşdur.
4. Bioloji profilaktika tədbirləri səs-küyün insan orqaniz­minə zərərli təsirinin fəsadlarının azaldılmasına kömək edir və orqanizmin dözümlülüyünü yüksəldir. Belə tədbirlərə əmək və istirahət rejimlərinin səmərələşdirilməsi, xüsusi qidalanmanın təyini və müalicəvi-profilatik prosedurlar aiddir.
Elektromaqnit sahələrinin istehsalat təsirlərinə tələblər müvafiq sanitar qayda və nor­malarla təyin edilir. Bu norma və qaydalara elektromaqnit sahələrinin mənbə­ləri olan istehsalat ob­yektlərinin layihələndirilməsində, onların yenidən qurulma­sın­da və tikintisində əməl olunmalıdır. Belə istehsalat obyekt­lərində işləyən işçilərin və əhalinin mühafizəsi məqsədi ilə əhali üçün mü­əy­ynələşdirilmiş normativlərdən istifadə olunur.
Elektromaqnit sahələrinin və şüalanmasının təsirlərindən mühifizə istiqamətində iş təşkilati, mühəndis-texniki və müalicə-pro­filaktik tədbirlərin həyata keçirilməsi yolu ilə və fərdi mü­hafizə vasitələrindən istifadə etməklə həyata keçirilir. Şəkil 3.2-də mühafizə üsullarının və vasitələrinin təsnifatı veril­mişdir.


Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə