Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Aviasiya yanacağının yanması məhsulları ilə biosferin çirklənməsi



Yüklə 4,53 Mb.
səhifə24/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   20   21   22   23   24   25   26   27   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Aviasiya yanacağının yanması məhsulları ilə biosferin çirklənməsi – aviasiya nəqliyyatının ekoloji vəziyyətə mənfi təsirinin daha bir aspektidir, lakin, bu aspekt digər nəqliyyat növlərinə nisbətən aşağıdakı bir sıra fərqli xüsusiyyətlərə malikdir:
• əsasən qaz turbinli mühərriklərin istifadəsi onlarda baş verən proseslərin fərqli xarakterini və işlənmiş qaz emissiyalarının strukturunu müəyyənləşdirir;
• kerosinin yanacaq kimi istifadəsi çirkləndiricilərin tərkib hissələrinin dəyişməsinə səbəb olur;
• təyyarələrin yüksək hündürlükdə və yüksək sürətdə uçuşları yanma məhsullarının atmosferin yuxarı hissəsində və geniş ərazilərdə yayılmasına gətirib çıxarır ki, bu da onların canlı orqanizmlərə təsir dərəcəsini azaldır.
• səs-küyü aviasiya nəqliyyatının bütün əsas və köməkçi tərkib hissələri yaradır, məsələn, hava limanı perronlarında səs-küyün səviyyəsi 100 desiBelə, dispetçer xidmətlərinin otaqlarında xarici mənnbələrdən 90-95 dBelə, aerovağzal binalarının daxilində 75 dBelə çatır.
• elektromaqnit çirkənməni təyyarə uçuşları və meteorloji vəziyyət üzərində müşahidə aparmaq üçün lazım olan hava limanlarının və uçan aparatların radiolokasiya və radionaviqasiya texnikası yaradır. Radiolokasiya vasitələri ətraf mühitə elektromaqnit enerjinin axınlarını şüalandırır. Onlar uşaqlar üçün real təhlükə yaradan böyük gərginlikli elektromaqnit sahələri yarada bilər.
Yuxarıda göstərilənlərə əsaslanaraq aviasiya nəqliyyatının ekoloji problemlərini aşağıdakı kimi qruplaşdırmaq olar.
1) Ətraf mühitin vəziyyətinin hava nəqliyyatının uçuşlarına təsiri. Bunlara havanın temperaturunun, atmosfer təzyiqinin, havanın sıxlığının, küləyin, duman, buludluq və atmosfer yağıntılarının, quş dəstələrinin, vulkan püskürmələrinin, səth örtüyünün vəziyyətinin hava nəqliyyatının uçuşlarına təsiriin aid etmək olar.
2) Təhlükəli atmosfer hadisələrinin aviasiya nəqliyyatının uçuşlarına təsiri. Bunlara atmosfer turbulentliyi və elektrikləşməsinin, buzbağlamanın, külək sürüşmələrinin, məhdud görünüş məsafəsinin hava nəqliyyatının uçuşlarına təsirini aid etmək olar.
3) Ətraf mühitin hava nəqliyyatı ilə çirklənməsinin növləri. Buraya fiziki, istilik və işıq, səs-küy (akustik) və vibrasion, elektromaqnit çirklənmələri, ionlaşdırıcı və radioaktiv şüalanmaları, mexaniki, kimyəvi və bioloji çirklənmələri aid etmək olar.
4) Hava nəqliyyatının atmosferin çirklənməsində rolu. Buraya aviasiya mühərriklərindən çirkləndirici maddələrin emissiyasını, aviasiya mühərrikinin iş rejiminin yanacağın yanma məhsullarına təsirini, fövqəladə və qəza hallarda hava nəqliyyatının mənfi təsirlərini, kiçik və böyük uçuş hündürlüklərində havanın çirklənməsini aid etmək olar.
5) Hava limanı zonalarında ətraf mühitin aviasiya mühərriklərinin tullantı qazları ilə çirklənməsi. Bunlara hava limanı zonasında təyyarələrin enməsi və qalxması vaxtı zərərli qazların emissiyasını, meteoroloji şəraitin aviasiya mühərriklərindən atılmış yanma qazlarının konsentrasiyasına və yaylma sürətinə təsirini. Hava limanı zonasında ətraf mühitin digər çirkləndiricilər vasitəsilə çirklənməsini aid etmək olar.
6) Ətraf mühitin hava nəqliyyatı vasitəsilə akustik (səs-küy çirklənməsi). Buraya Səsin atmosferdə yayılmasını, hava limanı ərazisində səs-küyün əsas mənbələrini, hava gəmilərinin dayanacaqda olması vaxtı akustik təsirləri, hava gəmilərinin qalxma-enmə prosesləri vaxtı akustik təsirlər, aviasiya səs-küyünün səviyyəsini təyin edən əsas amilləri aid etmək olar.
7) Ətraf mühitin hava nəqliyyatı vasitəsilə elektromaqnit çirklənməsi. Bunlara elektromaqnit dalğalarının yayılması və onların vacib xarakteristikalarını, mühitin elektromaqnit çirklənməsini, hava nəqliyyatına xidmət vaxtı elektromaqnit çirklənmələrinin texniki mənbələrini, aide etmək olar.
8) Hava nəqliyyatı vasitəsilə zərərli qazların tullantılarının iqlimə təsiri. Buraya müasir antropogen iqlim dəyişmələri barədə məlumatı, istixana (parnik) effektinin məğzi və yaranması mexanizmlərini, hava nəqliyyatı vasitəsilə zərərli qazların tullantılarının iqlimə təsirini və təyyarələrin kondensasiya izlərinin Yer kürəsinin iqliminə və hava şəraitinə təsirini aid etmək olar.
10) Aviasiya çirklənməsinin bitki örtüyünə, su və torpaq mühitlərinə təsiri.
11) Hava nəqliyyatı vasitəsilə çirklənmənin insanların sağlamlığına təsiri. Buraya hava nəqliyyatı vasitəsilə çirklənmənin insanların sağlamlığına təsirinin xüsusiyyətlərini aviasiya çirklənməsinin əsas zonalarını, aviasiya mühərriklərindən atılan zərərli maddələrin, akustik çirklənmələrin, elektromaqnit çirklənmələrin, hava nəqliyyatı iilə əlaqəli digər çirklənmə növlərinin insanların sağlamlığına təsirini aid etmək olar.
12) Hava nəqliyyatının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması və azaldılması yolları. Buraya hava limanı zonasında havanın çirklənməsinin azaldılması yollarını, aviasiya mühərriklərinin emissiyalarının normalaşdırılmasını, mühitin elektromaqnit çirklənməsinin təsirindən qorunmasını, insanların sağlamlığına akustik çirklənmə vasitəsilə təsirin ziyanlarının məhdudlaşdırılmasını, hava nəqliyyatının zərərli təsirlərinin azaldılması üzrə texnoloji və inzibati tədbirləri, hava limanlarında istehsal tullantılarının utilizasiyasını aid etmək olar.
yətinin mənfi təsirlərindən mühafizəsi bütün dünyada aktual problemə çevrilmişdir.



Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə