Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Aviasiya nəqliyyatının ətraf mühitə mənfi təsirnin qrupları



Yüklə 4,53 Mb.
səhifə23/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   19   20   21   22   23   24   25   26   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Aviasiya nəqliyyatının ətraf mühitə mənfi təsirnin qrupları. Aviasiya ilə əlaqəli ekoloji problemlər barədə mülahizələr İKAO-nun yaradılması (7 dekabr 1944-cü il) barədə Çikaqo Konvensiyasında öz əksini tapmışdır.
2004-cü ildə İKAO ətraf mühit sahəsində üç əsas məqsədi müəyyən etmişdir.
1) Aviasiya emissiyalarının yerli havanın keyfiyyətinə təsirinin məhdudlaşdırılması və ya azaldılması.
2) Əhəmiyyətli təyyarə səs-küyünə məruz qalan insan sayının məhdudlaşdırılması və ya azaldılması.
3) Aviasiya fəaliyyətinin istixana qaz tullantılarının qlobal iqlimə təsirinin məhdudlaşdırılması və ya azaldılması.
Müasir mülki aviasiya üçün xarakterik xüsusiyyət, bir çox təyyarənin marşrutlarının birləşdiyi böyük hava limanlarının olmasıdır. Bu cür hava limanları üçün ətraf mühitin hava nəqliyyatı prosesləri zamanı yaranan çoxsaylı zərərli maddələrlə çirklənməsi aktual problemə çevrilir. Avianəqliyyat prosesləri vaxtı ətraf mühitin çirklən­məsi prosesinə baxarkən mülki aviasiyanın xüsu­siyyət­lərini nəzərə almaq zəruridir. Belə ki, bu problem intensiv hava hərəkətinə malik iri hava limanları üçün xüsu­silə ak­tualdır.
Belə ki, tərkibində müxtəlif zəhərli çirkləndiricilər olan təyyarə mühərriklərindən atılan qaz məhsullarının alınması nəticəsində yerətrafı atmosferin intensiv çirklənməsi baş verir. Hava limanında havanın çirklənməsinin əhəmiyyətli amillərinə həm də xüsusi nəqliyyat vasitələrinin və sərnişin və yük nəqliyyat vasitələrinin mühərriklərinin atdığı zərərli və zəhərli qazlar, hava limanı elektrik stansiyaları və qazanxanaları, istehsal və təmir sexlərinin istismarı zamanı zərərli maddələrin tullantıları, yanacaq və sürtkü yağları və aviasiya yanacağının buxarlarının havaya atılması aiddir.
Mülki aviasiya ətraf mühitin antropogen çirklənməsinə mühüm töhfə verir. Məsələn, XX əsrin sonunda Avropa və Amerikada hava nəqliyyatı üçün ildə yalnız 250 milyon ton yanacaq, yəni, bütün neft istehsalının demək olar ki, 10%-i sərf edilirdidi. Belə bir həcmli yanacağın yanması tərkibində bərk hissəciklər, karbohidrogenlər, azot oksidləri, kükürd və digər zərərli çirkləndirici maddələr olan mühərrikin işlənmiş çoc böyük həcmli məhsullarının atmosferə atılmasına səbəb olur.

Mülki aviasiya sürətlə inkişaf etməsi də əhəmiyyətlidir. Ümumiyyətlə, bütün dünyada iqtisadi böhranlar olmayan dövrlərdə müxtəlif mənbələrə görə təyyarə uçuşlarının artımı ildə 5-10% təşkil edir. Bu, digər nəqliyyat növlərinin, energetikanın, habelə milli iqtisadiyyatın bir çox digər sahələrinin inkişaf sürətindən xeyli yüksəkdir. Buna görə hər il mülki aviasiyanın ətraf mühitin çirklənməsinə töhfə verdiyi pay artmaqdadır.


Uçuşlar və təyyarələrə texniki xidmət, hava limanlarının istismarı və təyyarə təmiri müəssisələrinin istismarı daxil olmaqla hava nəqliyyatı prosesləri zamanı ətraf mühitin müxtəlif növ çirklənməsi baş verir. Məsələn, müxtəlif maddələrlə kimyəvi çirklənmə təyyarələrin işlənmiş qaz emissiyaları, təyyarə təmiri müəssisələrinin və hava limanlarının istismarı zamanı baş verir. Mülki aviasiya təyyarələri həm də yuxarı troposferin və aşağı stratosferin çirklənməsində əhəmiy­yətli rol oynayır. At­mos­­ferin bu təbəqələrinin çirklənməsi qlobal iqlim və eko­loji effektlərlə müşayiət olunur. Aviasiya mühərrkilərinin tullantı qazlarının həcmi digər aerodorm mənbələri də daxil olamqal mülki aviasiyanın bütün tullantılarının 75%-ni təşkil edir.
Atmosferin tozla mexaniki çirklənməsini aerodromların ərazisinə əsən geniş səhra ərazilərindən gələn küləklər təmin edir.
Burada ətraf mühitin kimyəvi, elektromaqnit və səs çirklənməsindən adətən sərnişin, təyyarə heyəti, hava nəqliyyatı işçiləri ilə bərabər, hava limanlarına qonşu ərazilərdə ya­şayan əhali də bir qayda olaraq əziyyət çəkir.
Təyyarələrin qalxması, uçuşu və enişi zamanı ətraf mühitin güclü akustik (səs-küy) çirklənməsi olur. Mülki aviasiya radiolokasiya və radio avadanlıqlarının istismarı elektromaqnit çirklənməsi ilə nəticələnir. Hava nəqliyyatı prosesləri nisbətən kiçik də olsa ətraf mühitin istiliklə çirklənməsinə səbəb olur.
Mülki aviasiyanın rolu ətraf mühitin çirklənməsi ilə məhdudlaşmır. Belə ki, mülki aviasiya sənaye müəssisə­lərinin (aviasiya, neftayırma, metallurgiya, kimya və s.) işi olmadan mövcud ola və inkişaf edə bilməzdi. Belə ki, bu müəssisələrdən hər biri ətraf mühitin çirklənməsinə öz payını verir.
Ətraf mühitin çirklənməsində aviasiyanın payı digər iqtisadiyyat sahələrinə nisbətən xeyli böyükdür. Belə növ tullantıların unikal xüsusiyyəti –onların atıldığı yüksək­lik­lərdir (məlumdur ki, mülki aviasiya təyyarələri 8-13 km hündürlükdə uçur). Bunun nəticəsində atmosferin tərkibi həm birbaşa, həm də dolayı dəyişir. Birbaşa təsirlərə karbon qazının, azot oksidlərinin, su buxarının, tam yan­mamış karbohidrogenlərin (benzol, propan, etan, metan və s.), sulfat hissəciklərinin və hisin emissiyaları, dolayı təsirlərə isə ozonun əmələ gəlməsi aiddir.
Eyni zamanda bu nəqliyyat növü oksigenin izafi sərfində fəal iştirak edir. Məsələn, transatlantik uçuşları həyata keçirən reaktiv təyyarələr mühərriklər vasitəsilə 50-100 t oksigendən istifadə edirlər (məsələn, reaktiv təyyarə Parisdən Nyu-Yorka uçarkən 35 t oksingen sərf edir).
Yeni hava limanlarının tikilməsi ilə əlaqədar yeni ərazilərin axtarışı prosesi davam edir. Məsələn, müasir dövrdə Niderlandda Şimal dənizində hava limanlarının yerləşdirilməsi üçün yeni adaların tikintisi imkanları öyrənilir və reallaşdırılır. Dambaların köməyi ilə ərazilərin qurudulmasının Holland üsulu ABŞ-da Miçiqan gölünün sahilində Çikaqo aerodormunun tikintisində və Böyük Britaniyada bir sıra adalarda istifadə olunmuşdur.
Sərnişinlərin hava nəqliyyatı ilə daşınması, hava limanlarının fəaliyyəti ətraf mühitin bioloji çirklənməsinə, yoluxucu xəstəliklərin və epidemiyaların yayılmasına da kömək edə bilər. Hava limanlarının tikilməsində, xüsusilə insan fəaliyyətindən az təsirə məruz qalmış yerlərdə tikilməsi halında, təbiətin estetikliyinə ətraf mühitin çirklənməsinin təsiri problemi nəzərə alınmalıdır.
Buna görə də geniş planda mülki aviasiya ilə ətraf mühitin çirkləndirilməsi problemi daha ümumi problemin ayrılmaz tərkib hissəsidir. Bu ümumi problem isə müasir cəmiyyətin iqtisadi və texniki potensialının inkişafı nəti­cəsində yaranır.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə