Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Ətraf mühitin tullantılardan mühafizəsi



Yüklə 4,53 Mb.
səhifə51/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   47   48   49   50   51   52   53   54   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

2.4. Ətraf mühitin tullantılardan mühafizəsi

Ekoloji cəhətdən təmiz sənaye sahəsi yaratmaq mümkün­dür­mü? Əslində bu sualın cavabı birmənalı deyildir. Cəmiyyətin ehtiyacı ekosistemin tələblərinə müvafiq olaraq ödənilməlidir. Texnoloji proseslər bütün istehlak mallarının, həmçinin neft və qaz quyularının istismarı və neft-kimya məhsullarının bütün istehsal mərhələlərində ekoloji təmizliyi təchiz etməlidir. Bu baxımdan, bütün sahələr üçün tələblər aşağıdakı kimi səciyyələndirilməlidir:



  • istehlak məhsulları insan və digər canlıların zəhərli maddələrdən xəstələnməsinə səbəb olmamalıdır;

  • məhsulların tərkibindən zəhərli maddələr tamamilə kənarlaşdırılmalıdır;

  • istehsal qalıqları flora və faunanın tarazlığını pozma­ma­lı­dır;

  • məhsullar elə ehtiyatlardan hazırlanmalıdır ki, ekosis­tem pozulmasın və s.

Ekoloji problemlərin həlli, əsasən, iki istiqamətdə həyata keçirilir:
1. Sənayedə istehsal tullantılarının qarşısını alan texnoloji proseslərin yaradılması (burada tullantısız və az tullantılı tex­no­lo­gi­ya­nın tətbiqi nəzərdə tutulur).
2. Tullantıların zəhərləyici və çirkləndirici maddələrdən təmizlənməsi. Bu proses üç istiqamətdə aparılır:
a) qaz halında olan tullantıların təmizlənməsi və onlardan istifadə edilməsi;
b) istehsalatın çirkab sularının təmizlənməsi və onlardan təkrar istifadə edilməsi;
c) bərk tullantıların təmizlənməsi və onlardan təkrar xammal kimi istifadə olunması (qapalı texnologiyanın tətbiqi).


2.4.1. Tullantı qazlarının zərərsizləşdirilməsi yolları

Atmosfer havasını çirkləndirən əsas mənbələrə sənaye müəssisələri, nəqliyyat, istilik elektrik stansiyaları, kənd təsərrüfatı kompleksləri aid edilir.


Sənaye müəssisələri tərəfindən atmosferə CO2, CO, NH3, SO2, NOx, HF, HCL, H2S, karbohidrogenlər və başqa zəhərli və zərərli maddələrin atılmasına rast gəlmək olur.
Mənbələrdən məlumdur ki, çirkləndirici maddələr atmos- ferə ardıcıl və ya dövri, ani və yaylım şəklində daxil ola bilir. Yaylım şəklində atmosferə tullanan maddələr qaz-buxar-bərk- maye qarışığından ibarət olur. Atmosferə tullanan qazlar, adətən, ikifazalı sistemdən (asılı şəkildə bərk və maye) ibarət olur. Əsas faza qaz, dispers faza isə bərk və maye hissəciklərindən ibarət olan sistem aerozol adlandırılır. Aerozollar toz, duman və tüstü şəklində olurlar. Adətən, tozlar tərkibində ölçüsü 5- 50 mkm, tüstülər isə ölçüsü 0,1-5 mkm bərk maddələrdən ibarət olur. Dumanlar qaz daxilində ölçüsü 0,3-5 mkm səpələnmiş maye damcılarından ibarət olur.
Qeyd etmək lazımdır ki, isti və ya soyuq, təmizlənmiş və təmizlənməmiş qaz tullantıları mütəşəkkil və qeyri-mütəşəkkil şəkildə olur. Atmosferin çirklənməsinin azaldılması üçün, istehsalatda texnoloji prosesin təkmilləşdirilməsi, avadanlığın hermetikliyinin artırılması, pnevmatik nəqliyyat vasitələrindən istifadə, müxtəlif təmizləyici qurğuların tətbiqi metodlarından istifadə edilir. Tullantıların miqdarının azaldılması üçün ən səmərəli sayılan istiqamətlərdən biri çıxarsız qapalı texnoloji prosesin tətbiq edilməsidir. Lakin, burada qazın özünün çirk­ləndirici maddələrdən təmizlənməsi və zərərsizləşdirilməsi məsələsi əsas problemlərdən biri kimi qalmaqdadır. Ayrılan qazı aerozoldan təmizləmək üçün tərkibində olan maddələrin xassələrini və onların effektiv tutulması yollarını bilmək lazımdır.
Qaz tərkibində olan maddələrin effektiv tutulması, qaz təmizləyici qurğuya vahid zamanda daxil olan qaz axını tərkibində olan materialın hansı hissəsinin tutulmasını göstərir. Təmizləmə effektliliyi aşağıdakı düsturla təyin edilir.



burada  , – qaz tərkibindəki toz hissəciyinin aparata daxil


olan və xaric olan çəki sərfi, kq/san;
 ,  – aparata daxil olan və ondan çıxan qazın həcmi
sərfi, m3/san;
 ,  – aparata daxil olan və ondan çıxan qaz tərkibin­dəki hissəciklərin qatılığı, kq/m3;
– tutulmuş tozun miqdarıdır, kq/san.

Məlumdur ki, qazın hissəciklərdən təmizlənmə effektiv­liyi müxtəlifdir və onların ölçülərindən asılıdır. İri fraksiyalar daha yaxşı tutulur.


Qazın tam təmizlənməsinə bir neçə ardıcıl qoşulmuş aparatlar vasitəsi ilə nail olmaq olar. Belə təmizlilik dərəcəsi aşağıdakı düsturla tapılır:


  (2.18)

burada  ,  ,  – müvafiq aparatda qazın təmizlənmə


dərəcəsidir.

Müasir dövrdə, sənaye müəssisələri tərəfindən atmosferə atılan çirkli qazlar quru mexaniki toztutucular, filtr yaş toztutu­cular və elektrofiltrlər vasitəsilə təmizlənir.


Quru mexaniki toztutucularda, əsasən, tozların çökməsi “qravitasiya”, “ətalət” və “mərkəzdənqaçma” mexanizmi ilə əldə edilir. Bu prinsipdə işləyən aparatlarda tozun tutulması, əksər hallarda, kifayət dərəcədə olmadığı üçün, bunlarda qaz- ların ilkin təmizlənməsi prosesi aparılır.
“Qravitasiya” prinsipi ilə işləyən tozçökdürücü kamerala­rın prinsipial sxemləri aşağıda göstərilmişdir (şəkil 2.6).





Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə