Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

MEHRALI BƏY 
65 
 
 
 
 
 
Atlardan endilər Xaxalacorda 
 
Qoşuldu yanına yollar uzunu, 
Neçə qoç igidlər, neçə ərənlər. 
Bezib kafirlərin haqsızlığından, 
Zülmə, iztiraba qarşı çıxanlar. 
 
Gəlib Başkeçidi gəzib, dolaşdı, 
Hər yolu, keçidi bilirdi əzbər. 
Görüşə gəldilər dəstələriylə, 
Mansur, Kor İsmayıl, Hüseyn, İskəndər. 
 
Demə Aşıq Şenlik burdan keçirmiş, 
Gedirmiş toyuna bir bəy oğlunun. 
Alıb sədasını Mehralı bəyin, 
Gəldi görüşünə xoş soraqlının. 
 
Mehralı həsrətlə qovuşdu ona, 
Çəkib cüssəsinə sıxdı Ustadı. 
– Bu gecə qonağım olarsan, – deyib, 
Şenlikli bir məclis görmək istədi. 
 
Axşam yol daralıb, göy qaralanda 
Atlardan endilər Xaxalacorda. 
65 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
66 
 
 
Söhbətlər yedirtdi dananı qurda, 
Sarıldı düşmənlə Xaxalacor da. 
 
Evi mühasirə eylədi düşmən, 
“Təslim ol” səsləri ucaldı yenə. 
Güllə yağdırdılar məhəl qoymadan, 
Qadından, uşaqdan qopan şivənə. 
 
Şığıdı Mehralı evdən bayıra, 
Ac qurd şikarına çıxırmış kimi. 
Düşmən görməmişdi bu dəhşətləri, 
Qasırğa şəhərlər yıxırmış kimi. 
 
Gah solu dağıtdı, gah vurdu sağı, 
İtirdi başını bir anda yağı. 
Sıyırdı xəncəri, sancdı mızrağı, 
Nifrətin qəlbinə taxırmış kimi. 
 
Yandı İskəndərin qəzəbdən canı, 
Başına sıçradı Mansurun qanı, 
Hüseyn buraxmadı heç bircə anı, 
Dünyanın heyfini çıxırmış kimi. 
 
Tətiyi çəkdikcə qopdu toz-duman, 
İsmayıl düşmənə vermədi aman. 
Səmədin köhləni kişnəyən zaman, 
Yer əsdi ildırım çaxırmış kimi. 
66 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
67 
 
 
Çəkəndə Mehralı dəli nərəsi, 
Coşurdu Şenliyin eşqi, həvəsi. 
Aləmə yayıldı “Misri”nin səsi 
Sazı sinəsində yaxırmış kimi. 
 
Çəkilcək düşmənin pərəni göyə
Durub silahını köklədi hərə. 
Şenlik də götürüb telli sazını, 
Yenidən ruh verdi qoç igidlərə: 
 
Yenə də toy tutdunuz, 
Kazaklara, Mehralı. 
Yəqin gedib çatacaq, 
Soraq çara, Mehralı. 
 
Düşdü rus mələşməsi, 
Çıxanda tüfəng səsi, 
İsmayılın nərəsi, 
Verməz ara, Mehralı. 
 
Bir bax sən İskəndərə, 
Qılınc çaldı yüz kərə, 
Bir tumar çək Qəmərə, 
Gəldi kara, Mehralı. 
 
Aldı Mansur şeşpəri, 
Sərdi yerə leşləri, 
67 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
68 
 
 
Qızsa Hüseynin səri, 
Bənzər nərə, Mehralı. 
 
Sən elin Rüstəm-Zalı, 
Bu dağların qartalı. 
Səfil Şenlik vəfalı, 
Dosta-yara, Mehralı. 
 
Şenlik yetirəndə vəsfini sona, 
Hərənin güzarı düşdü bir yana. 
Mehralı o gecə sökülüncə dan, 
Şenliklə at sürdü toy evinəcən. 
 
Səhərin çənini o yara-yara, 
İltifat göstərdi yenə dağlara. 
Duman öz qınına çəkilən zaman
Günəş də torpağa can verdi, haman. 
 
Xiffət ürəyini sıxdı bir anlıq, 
Güllərə həsrətlə baxdı bir anlıq. 
Qovuşmaq istədi haqq ətasına, 
Durna gözəllərin əsil xasına. 
 
Qəmər də duymuşdu, sanki əmindi, 
Keşəliyə doğru  süzürdü indi. 
Arxada qalırdı enişlər, yallar, 
Toz-duman içində itirdi yollar. 
68 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
69 
 
 
 
 
 
 
 
II Boy 
 
 
İran, Qafqaz, Qars arası 
 
 
Baharın eşqiylə 
 
Turşbulağın üstə dayandı Qəmər, 
Az qaldı nəmişlik uda nalını. 
Ana təbiətin seyrangahında 
Unutdu Mehralı qeylü-qalını. 
 
Sayrışır çəmənlər çiçəklə, güllə, 
Təbiət vüsala çatıb baharda. 
Gün enib gedirdi ikindi üstə, 
Qıldı namazını Mehralı burda. 
 
Güllər arılara eylədikcə naz, 
Bulaq da sevgidən coşub, daşırdı. 
Başını sallayıb bir yanda Qəmər, 
Gömgöy otlar ilə pıçıldaşırdı. 
69 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
70 
 
 
Günəş bir körpəcə toppuş uşaq tək, 
Dağlarla gizlənpaç oynayan zaman
Mehralı bulaqdan bir parç da içib, 
Qəməri yollara tuşladı haman. 
 
Çəkib yüyənini atın, dayandı, 
Keşəli kəndinin girəcəyində. 
Mehralı ətrafa bir nəzər salıb, 
Gördü ulduzları doğub göyün də. 
 
Atı mahmızladı kəndin içinə, 
Əhməd pişvazına çıxdı yenidən, 
Basıb üzəngini dedi, – düş, oğul, 
Çoxdan aramırsan bizləri, nədən? 
 
Yenə yığışdılar şam işığına, 
Xanım çay dəmlədi, xörək bişirdi. 
Mehralının dürlü baxışlarından, 
Bilirdi qəlbinin istəyi birdi. 
 
Xəbər çatan kimi yetişdi Bahar, 
Dolandı boynuna sarmaşıq kimi. 
Nə gözlər doyurdu yarın üzündən, 
Nə söz qurtarırdı bir aşıq kimi. 
 
Dodaqlar səyriyib, göz parıldadı, 
Ürəklər sinəni taqqıldadırdı. 
70 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
71 
 
 
Həsrətdən keçirmiş sevginin yolu, 
Bu gecə onları kim aldadırdı? 
 
Otağın qapısı döyüldü birdən, 
Bahar ürəyini, bağrını yedi. 
Mehriban bibinin duyuldu səsi: 
– Qızım, anan səni axtarır, – dedi. 
 
Ayrılıq yaşları boğdu Baharı, 
Mehralı telini oxşadı onun. 
Dedi, – təsəllinin çək yüyənini, 
İnşallah, görərik hicranın sonun. 
 
Saxlaya bilməyib göz yaşlarını, 
Bahar taleyindən gileylənirdi: 
– Elçilər qapını döyəndə, – dedi, 
– Başıma od yağır, köz ələnirdi. 
 
Bir gün də bir cavan xəbər göndərib, 
Gizli sevdiyini ismarlamışdı. 
– Mehralının qolun əy, gəlim, – deyib, 
Qarşısına kötük dığarlamışdı... 
 
Əlləri məngənə sıxmışdı sanki, 
Üzülmək istəmir bir-birlərindən. 
Zaman öz hökmünə sadiqdi, amma, 
Bahar bir ah çəkib getdi dərindən. 
71 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə