Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə41/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
119 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Mən səni tanıdım, - dedi - sizin eviniz çayın qırağındaydı. Yanından uzun, dolama yol keçirdi. 
Ancaq indi çay quruyub. Yollar da yoxdu. Yollar itib.  
 
- Sən ağarmısan, həm də elə bil qocalmısan, nədən?-soruşdum? 
 
- Hamı məndən işıq alır, enerjimi sümürür. Tükənmişəm. İndi 21-ci əsrin ortasıdır. Yatmısan, 
nədi?  
 
- Bilmirəm,-dedim. Bəlkə yatmışdım. Ancaq bir zamanlar mənim də enerjim, sevgim vardı. 
Deyirsən ki, onlar tükəndiyinə görə, yaddaşım itdi? 
 
Günəş: 
 
- Nə bilmək olar,- dedi.  
 
Su damcıları isə bir-bir çaya atılır, gülməkdən boğulurdular. 
 
Günəşlə söhbətimiz bu gün olub. İndi isə mən aya baxıram. Ancaq ay məni tanımır, tanısa da 
susur. Ay heç zaman mənimlə danışmır. Müdrük qocalar kimi başını aşağı salıb gözləyir. 
 
İnək olana qədər mən sizin kimi adam idim. Bunu ona görə təkrarlayıram ki, birdən mənə 
inanmazsınız.  
 
İnanmazsınız ki, inək danışa bilər, inəyin yaddaşı olar.  
 
Onsuz da inanmayacaqsınız. Ancaq mən özümə təsəlli vermək üçün bunları təkrar eləməliyəm.  
 
Və desəm ki, inək olmaq insan olmaqdan yaxşıdı və böyük xoşbəxtlikdi, inanmazsınız.  
 
Bir məxluqun ki, axırı boğazına bıçaq çəkilməklə qurtara və öz ölümünü gözlərilə görə, o inək 
olmaq istəməz.  
 
Ancaq insan olmağın əzabını öz həyatımın timsalında sizə anlatsam, mənim inək olmağıma 
həsəd aparacaqsınız.  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
120 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Düzü, heç bilmirəm, birinci hansından başlayım. Sizə inək olmağın xoşbəxtliyindən, yoxsa insan 
olmağın bədbəxtliyindən danışım. Bir qərara gələ bilmədiyimə görə qarışıq danışsam yaxşıdı.  
 
Hələ insan olanda növbələrdən zəhləm gedirdi.  
 
Hamının getdiyi cığırı təkrarlamaq istəmirdim. Bəlkə elə ona görə də insan olmaqdan bezdim, 
bezdiyimə görə də inək oldum.  
 
Bunu elə belə deyirəm, söz gəlişi. Çünki inək olmasam da, başqa bir şey olacaqdım.  
 
Özümdən asılı deyil ki. Ancaq nədənsə inək oldum. Deyirəm, bəlkə, mən anamın boynunda 
olanda anam inəyə çox baxıb... Bircə dəyqə, qoy bu mözələyi qovum.  
 
Aha quyruğumla vurub öldürdüm, hər halda yaraladım. Ancaq o saat da yazığım gəldi, bəlkə o 
da əvvəllər adam olub.  
 
Əgər 12 həyat varsa, ola bilsin, sonuncunu yaşayır.  
 
Ona qarşı diqqətli olmaq lazımdı. Mənsə neçənci həyatı yaşadığımı bilmirəm.  
 
Adam olanda eşitmişdim ki, canlıların hamısının 12 həyatı var, yəni bundan sonra da nəysə 
olacam.  
 
Bircə eşşək olmaq istəmirəm.  
 
Məsələn, mən sonrakı həyatımda canavar olmaq istəyirəm.  
 
Çünki ondan çox qorxuram. Hərçənd ki, İmran buralarda canavarın olmadığını deyir. İmran 
mənim sahibimdi. Yaddaşım məni aldatmırsa, o, əvvəllər qohumum olub, indi sahibim. 
  
İmran özü mənə qohum olduğunu bilmir, bilməyə-bilməyə də məni çox istəyir. Çünki mən 
olanda o yox idi. Onun heç iyi-tozu da gəlmirdi. Ancaq yazıq o qədər əziyyət çəkir ki, hərdən 
quyruğumla onu sığallamaq istəyirəm. Onun isə bundan xoşu gəlmir. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
121 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
İmran: 
 
– Sən məni bağışla, - deyir. Bəlkə bu yay səni satdım. Daha doğrusu əlimdən aldılar.  
 
Mən başımla təsdiqləyirəm. O isə mənim başımı sığallayır və dəcəl uşaqlarının, qara günlü 
arvadının, qoca anasının yanına qayıdır…  
 
Ağcaqanadlar zəhləmi töküb.  
 
- Nə istəyirsiniz?- soruşuram. 
 
- Aha, yaddaşın qayıtdı!-deyirlər və gülürlər. 
 
- Siz kimsiniz ki? 
 
- Biz cəhənnəmdən çıxmışıq, ona görə də belə balacayıq. Hərəmiz bir adamın üzvləriyik. Birimiz 
qulaqdan, birimiz burundan törəmişik. 
 
- Bəs mən?-soruşuram və iri gözlərimi bərəldirəm. 
 
- Sənin yaddaşın adam yaddaşıdır. Ancaq bədənin başqasınındır. 
 
- Aha! - təccübümdən az qalıram kirli dırnaqlarımı dişləyəm… 
 
Gəlin, sizə bir az adam olan vaxtdan danışım. Mən böyük bir şəhərdə yaşayırdım. Səhərlər hamı 
kimi dururdum, işə gedirdim, gəlirdim.  
 
Uşqalara çörək pulu qazanırdım. İndi də kimlərçünsə çörək pulu qazanıram.  
 
Ancaq çox əziyyət çəkmirəm. Mənim bu balaca, arıq, sarı balamı görürsünüz də, bəlkə də indi 
görmürsünüz. 
  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
122 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Ancaq bizə qonaq gələndə mütləq baxın. Dədəsinə oxşayır. Adı Semdir. Dədəsi elə o gündən 
harasa gedib.  
 
Bilirsiz də hansı günü deyirəm. Düzü heç onun özü də mənə lazım deyil. Yoxsa ki, böyür - 
başıma keçməkdən zəhləmi tökmüşdü.  
 
Mən ekzotik inəyəm. İndiyə kimi beş balam olub. Bu balaca var ha, Semi deyirəm. Bu adı İmran 
özü ona verib.  
 
Çünki yaman sırtıqdı, məndən əl çəkmir, əmməkdən döşlərimi yara eləyib.  
 
Sahibim bu adı ona təsadüfi verməyib. Çünki Sem adlı birisi bizim günümüzü qara eləyib.  
 
Hər gün gəlib İmranın zəhləsini tökür ki, pulu versin. Dediyinə görə, sahibim nə zamanlarsa, 
deyəsən, bu əsrin əvvəlində ondan borc alıb və indi qaytarmalıdır. 
 
İşlərin ki, gedişini belə görürəm, sonrakı yüz illiklərdə inəklərin sağ qalacağına inanmıram. 
Ancaq bizim etiraflarımız həmişə sizə lazımdır. Bu etiraflar olmasa, adam olmaq isməzsiniz… 
 
Semin dədəsindən əvvəlki də avaranın biriydi. Kim olduğunu boynuna almırdı. Gah Quzeydən
gah Güneydən danışırdı, özünü ərəb, fars danası kimi qələmə verirdi. Dedilər ki, Sem (yekə 
Sem) onu təcrübə keçməyə aparıb. Əhliləşdirmək istəyir.  
 
Ancaq ondan törəyən çox həyasızıydı, lap dədəsinə oxşamışdı. Bir dəfə atılıb, bilirsiz məni 
neylədi? İndi yadıma düşəndə elə utanıram ki, axı mən əvvəllər kişi olmuşam.  
 
Ancaq indi özüm də bilmədən inəyə çevrilmişəm. Nə olsun ki, siz bilmirsiniz, mən ki, bilirəm 
əvvəllər kişi olduğumu. Hələ sapsarı, urusa oxşuyan biri də varıydı. Gündə zəhləmi tökürdü. 
Sem onu kəsib satdı, canavar kimi parçaladı. 
 
Adam olanda mən erkək idim. Ancaq bilmirəm, niyə mən inək olandan sonra cinsim dəyişib? O 
vaxt mən ataydım, indi ana. Əgər məni bağışlasaydınız deyərdim ki, o zaman kişiydim, indi 
arvad.  
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə